Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-18/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azneft” İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “Azneft” İB Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2024-cü il tar ixli, 2(103)-323/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh qeydiyyat ünvanı Ağstafa rayonu, Eynallı kəndidir.
2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında inşa edilmiş evin, üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
3. Cavabdehin yaşadığı, lakin onun əri X4 məxsus olan və neft kəmərinin mühafizə zolağında yerləşən tikili iddiaçının nümayəndələri tərəfindən aşkar edilmişdir.
4. Tikili cavabdeh və onun ailəsinin faktiki sahibliyindədir.
5. Tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 1270 saylı, xx.xx.2004- cü il tarixli qərarı ilə vətəndaş X1 adına fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə ayrılmış 600 kv metr torpaq sahəsindən, X2 ilə X5 arasında olan notarial razılaşmaya əsasən 255 kv metr torpaq sahəsinin sonuncunun fərdi yaşayış evinin tikintisi üçün Biləcəri Bələdiyyə üzvlərinin ümumi iclasının 11 saylı xx.xx.2014-cü il tarixli protokoluna əsaslanaraq, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 189 saylı qərarı ilə X3 adına keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böykşor DS-500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəm ərdən təqribən 5 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı ərazidə olan yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor DS-500 mm-lik magistral neft kəmərinin 120ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyani ərazidə yeni otaq tikilisi faktları aşkar edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, ev yoldaşının adınadır. Həmin ev ona məxsus deyildir. İddiaçıya məlumdur ki, o ərazidə evlərin hamısı sənədsizdir. 9 ildir ki, orada yaşayır və evində heç bir tikinti aparılmamışdır. Evdə mətbəx belə tikilməyib. Əvvəllər daha çətin şəraitdə vaqon şəraitində yaşamışlar. Lakin sonradan 2021-ci ildə evində təmir işləri aparmışdır. Həmin evi hazır vəziyyətdə almışlar və alınan zaman ev iki otaqdan ibarət olmuşdur. Ev kəmərdən 7 metr aralı məsafədə yerləşir. Evinə görə ayrılmış torpaq sahəsi üçün ləğv edilməmiş Bələdiyyə qərarı vardır. Özləri şəhid ailəsidirlər. Onların hasarını gecə vaxtı gəlib sökmü şlər.
7. Məhkəmə tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə iddiaçı tərəfə təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdeh əsl cavabdehlə əvəz edilmədiyindən, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)795/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim İlkin Əliyev).
9. Birinci instansiya məhkəməsi, işin faktiki halları baxımından müəyyən etmişdir ki, cavabdehin yaşadığı, lakin onun əri X4 məxsus olan və neft kəmərinin mühafizə zolağında yerləşən tikili iddiaçının nümayəndələri tərəfindən aşkar edilmişdir. Tikilinin cavabdehin ailəsinin faktiki sahibliyində olması iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş akt-la və cavabdehin öz izahatları ilə təsdiq olunur.
10. Məhkəmə mübahisəyə mülkiyyət və ya gözlənilən mülkiyyət hüququ, daşınmaz əmlaka hüquqların əmələ gəlmə əsasları, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü, özbaşına tikililərin aqibəti və.s baxımından qiymət verilməsinin zəruriliyi qənaətinə gələrək, mövqeyini belə əsaslandırmışdır ki, nə qədər ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsində tikili köhnədən inşa edilmiş, Cavabdeh və ailə üzvləri mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir, torpaq sahəsi ayrılan X3 və ya ər-arvadın ümumi mülkiyyəti kimi cavabdehin tikiliyə gözlənilən mülkiyyət hüququ vardır.
11. Belə ki, məhkəmə qeyd etmişdir ki, daxili qanunvericilik ümumilikdə məhkəmələrdən qanuni qüvvəyə minmiş qərarın icrasının təxirə salınmasını və ya məhkəmə icraçılarının qərarın icrasının təxirə salınmasını tələb etmək imkanını nəzərdə tutsa da, “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu həmçinin ərizəçinin daxili qanunvericiliyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə onun çıxarılmasının mütənasibliyinə dair lazımi ekspertiza əldə edə biləcəyini iddia etməmişdir. Nəhayət, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da iddia edilməmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, müvafiq presedent hüququna istinadlarla dəstəklənən bu ehtimalın münasibliyinə aid inandırıcı dəlillər olma dığına görə ərizəçi bu yoldan istifadə etsə belə, onun əldə edə biləcəyi yeganə şey evdən çıxarılması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılmasının təsirlərindən daha çox müvəqqəti möhlət olarmış. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda, hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi onların sığınacaqda yerləşdirilməsinin qəbul edilən olacağını da iddia etməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasın a adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməlidir.
13. Belə ki, məhkəmə araşdırması dövründə müəyyən olunmuşdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında yerləşən tikili üçün torpaq sahəsi cavabdehin əri X4 alqı-satqı edilmişdir. İddiaçı isə bu faktı məhkəmə prosesi zamanı müəyyən etməsinə baxmayaraq, əməkdaşlarının tərtib etdiyi akta istinad edərək həmin şəxsi əsl cavabdeh olaraq əvəz etməmişdir. Eyni zamanda iddiaçı tərəf Bələdiyyə Qərarı əsasında ayrılmış torpaq sahəsinin sökülməsi tələb edilən tikilinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinə şübhə ilə yanaşmışdır. Hansı ki, analoji işlər üzrə məhkəmə praktikasından məlumdur ki, Bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin çertyojları hər hansı istinad nöqtələrinə əsaslanmadığından ekspertiza tədqiqatı aparılması mümkün olmur. Bu baxımdan yanaşdıqda o qənaət formalaşır ki, iddiaçının şəxsin(Cavabdeh) əsl cavabdeh olması ilə bağlı mücərrəd əsası, sökülməsi tələb edilən tikilinin Bələdiyyənin qərarında göstərilən torpaq sahəsində yerləşməsi ilə bağlı mücərrəd çertyoju ilə mahiyyət baxımından eynilk təşkil edir. Yəni necə ki, iddiaçı tikilinin Cavabdeh məxsus olmasına istinad edirsə, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin də Bələdiyyə Qərarı ilə ayrılan torpaq sahəsi üst-üstə düşməsi mücərrəd fakt olaraq eyni mahiyyət daşıyır. Çünki işin mübahisəsiz halı nə tikiliyə, nə də torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin yoxluğudur. Buna baxmayaraq iddiaçı nə tikilidə, nə də torpaq sahəsində mövcudluğuna hüquqi əsası müəyyən edilməyən, yalnız iddiaç ının əməkdaşlarının həmin torpaq sahəsində olduğunu müşahidə etdiyi şəxsə qarşı iddiasını da məhkəmə prosessual baxımından əsaslı hesab etmir. Çünki iddiaçı məhkəmə prosesi zamanı ən azından torpaq sahəsinin ayrıldığı şəxsi müəyyən etmiş, cavabdeh kimi cəlb etdiyi şəxs də bu faktı təsdiq etmişdir. Əks yanaşma iddiaçının AKT tərtib edilən zaman evdə olan istənilən şəxsə (qohum, qonaq və.s) qarşı tələb irəli sürmək hüququnun mümkünlüyünün təsdiqi hesab edilərdi.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 14, 14.2, 14.3, 139.1, 157.8, 180.1, 180.2, və 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 54.2, 77.1, 119.1 və 217.4-cü, Torpaq Məcəlləsinin 22, 55, 66.1, 66.2, 67.1, 111-ci maddələrinə həmçinin, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolunun 1- ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mübahisəli torpaq üzərindəki cavabdehin özbaşına tikililər inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yü ksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətir və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmişdir. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandosunun qarovul rəisi X6, qaravul rəisi əvəzi X7 və atıcıVəliyv Azad Yusif oğlunun iştirakı ilə tərtib edilən 16 iyul 2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 8 saylı qarovulun 1-ci iş növbəsində 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1) ŞirvanBöyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralıməsafədə, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin həyətyanı sahəsində 4 metr enində, 4 metr uzunluğunda və 3.40 metr hündürlüyündə yeni otaq tikintisi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikintiquraşdırma işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah olunaraq iş dayandırılmışdır. Beləliklə cavabdehin fərdi yaşayış evinə iddiaçının dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olmuş, ədalətli balans prinsipi gözlənilmişdir. Cavabdehin yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edilmiş qanunsuz tikililəri fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Sözügedən məsələ ilə bağlı xx.xx.2023-cü i l tarixində tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etsələr də, məhkəmə vəsatətə heç bir münasibət bildirməmişdir.
13. Apellyasiya məhkəməsində işə baxılması zamanı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir və həmin məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçının əməkdaşları tərəfindən evlərə baxılarkən arvadının evdə olması səbəbindən iddiada ona qarşı tələb qoymuşlar lakin həmin yeri özü əldə etmişdir. Evə dair hər hansı bir sənədləri yoxdur bugundə ailəsi ilə birlikdə orada yaşayır. Yaşadıqları fərdi yaşayış evininin neft kəmərinin müfahizə zolağına düşdüyünü bilir, lakin həmin yerdə hazırda da evlər tikilir. Hesab edir ki, ev söküləcəyi halda ona kompensasiya verilməlidir.
14. Məhkəmənin 27 sentyabr 2023-cü il tari xli, 2(103)-4818/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7640 nömrəli rəyinə əsasən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəməri ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında, təqdim olunmuş hasar və fərdi yaşayış evinə qədər məsafənin 6 metr oluğunu nəzərə alaraq, həmin hasarın və fərdi yaşayış evinin bütövlükdə neft kəmərinin 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2(103)-323/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Sabit Bəhramzadə sədrliyi və məruzəsi ilə, hakimlər Xumar Mərdanova və Elnur Həsənov) iddiaçı SOCAR-ın "N eft Kəmərləri" İdarəsinin apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)- 795/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böykşor DS-500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında yerləşən hasar, fərdi yaşayış evi və həyətyanı ərazidə olan yeni otaq tikilisi Cavabdeh hesabına sökülməklə cavabdehin ərazidən çıxarılması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
18. Belə ki, işin faktiki halları baxımından apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində yeni inşa edilən özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
19. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, ev yoldaşının adınadır. Həmin ev ona məxsus deyildir. İddiaçıya məlumdur ki, o ərazid ə evlərin hamısı sənədsizdir. 9 ildir ki, orada yaşayır və evində heç bir tikinti aparılmamışdır. Evdə mətbəx belə tikilməyib. Əvvəllər daha çətin şəraitdə vaqon şəraitində yaşamışlar. Lakin sonradan 2021-ci ildə evində təmir işləri aparmışdır. Həmin evi hazır vəziyyətdə almışlar və alınan zaman ev iki otaqdan ibarət olmuşdur. Ev kəmərdən 7 metr aralı məsafədə yerləşir.
20. Məhkəmə hesab etmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyani ərazidə yeni otaq tikilisi Cavabdeh tərəfindən hazırki vəziyyətə gətirilməsi sonradan 2021-ci illərdə olmuşdur.
21. Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004- cü il tarixli 167 saylı Qərarında İ xrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyinin göstərildiyini qeyd edən məhkəmə kollegiyası qanunvericiliyin tələbləri baxımından həmçinin qeyd etmişdir ki, qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkə mənin qərarı əsasında sökülə bilər.
22. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə həmçinin, məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2024–cü il tarixli, 3-16-16/2-10/7640 №-li ekspert rəyinə istinad edən və əsaslanan məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olduğu və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməli olduğu halda cavabdehin özü hüquq qaydalarına uyğun davranmamışdır.
23. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 152.1, 180.1, 180.2, 180.3, 180.4, 240.1 və 240.2-cu, «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının: 8. 1 və 8.2-ci, «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-və 390-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
24. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, şikayətin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 323/2024 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, qeyd olunun evin tikildiyi ərazidə kütləvi şəkildə yaşayış evlərinin bundan əvvəl də və ondan sonra da aparılması xüsusatına əhəmiyyət ver məmişdir. Belə ki, özbaşına tikinti aparmış şəxs mülkiyyət hüququnun tərkib hissələri olan əmlaka sahiblik və istifadə hüququna malikdir. Bunu cavabdehin işıq, su, qaz istehlakı ilə bağlı müvafiq qurumlarla bağladığı müqavilələr də tam sübut edir. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Cavabdehin tikdirmiş olduğu yaşayış evi digər heç bir şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Cavabdeh həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Əgər iddiaçı qanunauyğun tələb irəli sürürdüsə, o halda o, torpağı n alqı-satqı müqaviləsinin də ləğvi tələbini qoymalı idi. Lakin iddiaçı bunu etməmiş, torpaq sahəsi üzərində inşa edilmiş tikilinin sökülməsi tələbini qoymuşdur. Əgər torpaq sahəsinin cavabdehə satılması ilə SOKAR-ın hüquqlarına xələl gəlməmişdirsə, onda onun üzərində yaşayış evinin inşa edilməsi də eyni nəticəyə səbəb olmalı idi. Bu halda iddiaçının tələbi tam əsassızdır.
26. Kassasiya şikayətinə qarşı iddiaçının etiraz daxil olmuş, etirazda kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024 il tarixli, 2(103)-323/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini məhkəmə aktının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi i cazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
31. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
32. Maddə 180.4-cü mad dəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
33. Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi mə lumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəl illər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabbeh Cavabdeh kassasiya şikayətinin dəlilləri iddiaya etirazda və məhkəmə iclaslarında irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaş ır, əlavə qiymətləndirməyə zərurət görmür.
43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamən in ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-323/2024 nömrəli iş üzrə 25 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.