Məhkəmə qərarları › İş №2(102)-180/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-180/2020

08.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-180/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Məmmədov İlkin Rövşən oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(009)-1010/2019 saylı qətnaməsi ilə (s ədrlik edən hakim İ.Rüstəmli) iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən, məruzəçi), V.Həsənov və X.Sarıyev, 2(103)-136/2017 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(009)1010/2019 saylı qətnaməsi iddianın yaşayış hüququnun tanınması tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə x2 uşaqları x3 və x4 ilə ünvan 1 ünvanında olan mənzilə köçürülmələri barədə iddiatələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x2 cavabdeh x1na qarşı “evə köçürülmə, yaşayış hüququnun verilməsi” barədə məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında olan evdə ona və uş aqlarına yaşayış hüququnun verilməsi, onun və uşaqları x3 və x4nun həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədov İlkin Rövşən oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya v ə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x2 ilə cavabdehin oğlu x5 18.10.2010-cu il tarixdə qeyri-rəsmi olaraq ailə qurmuşlar və x2 mübahisə predmeti - dövlət reyestrində qeydiyyatdan keçməyən və özbaşına tikili sayılan ünvan 1 saylı evə gəlin köçmüş, x2 ilə cavabdehin oğlu x5 arasındakı nikah 19.07.2011-ci il tarixdə rəsmiləşdirilmış, tərəfləri n birgə nikahlarından 30.08.2011-ci il təvəllüdlü x3 və 19.11.2013-cü il təvəllüdlü x4 adlı uşaqları dünyaya gəlmişdir. İddiaçı 09.07.2018-ci ilədək mübahisəli mənzildə cavabdeh və onun oğlu ilə birgə yaşamışlar. Tərəflər arasında nikah Salyan rayon Məhkəməsinin 08.11.2018-ci il tarixli 2(009)1185/2018 saylı qətnməsinə əsasən pozulmuş və tərəflərin yetkinlik yaşına çatmayan uşaqların anaları x2 yanında qalması qət edilmişdir. Tərəflər arasında baş vermiş qarşılıqlı narazılıqlara və anlaşmazlıqlara görə iddiaçı həmin mənzildən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçı mübahisə predmeti olan evə köçmək istəsə də, cavabdeh onu həmin evə buraxmır. Hazırda iddiaçının azyaşlı uşaqları ilə yaşamağa yeri yoxdur, kirayə qalır və kirayə haqqını ödəməyə imkanı çatmır. Cavabdeh x1 ailəsi ilə birlikdə hazırki mübahisə predmeti olan özbaşına tikilidə yaşayır. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla, iddiaçı 2004-cü ildə cavabdehin adına yalnız kommunal ödənişlər üçün hesab açılmış, iddiaçı isə həmin tikiliyə 2010-cu ildə gəlin köçərək 2018-ci ilədək orada yaşamış, hazırda iddiaçı və onun uşaqları kirayədə yaşayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərə findən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər; 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar; 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qanunveri cilikdə yaşayış hüququnun tanınması ilə bağlı norma mövcud olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi yaşayış hüququnun tanınması hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə cavabdehlə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x1nın kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar