Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-180/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 cavabdeh X10 qarşı iddiası, X6 X5 və İddiaçı2 qarşı iddiaları ilə bağlı; X4 cavabdeh X10 qarşıqarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-180/2024 (Açar sözlər: pul tələbi, torpaq sahəsindən çıxarılma, torpağın mülkiyyətə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), X21 və X7 ibarət tərkibdə, İddiaçı2 cavabdeh X10 qarşı “pul” tələbinə, iddiaçı X6 cavabdehlər X8 və İddiaçı2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə və X4 (bundan sonra ikinci iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ) X10 qarşı “torpağın mülkiyyətlərinə verilməsi” tələblərinə dair iddiaları ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1116/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı (sonraki iddia üzrə cavabdeh) İddiaçı2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bərdə rayon Qaratəpə Bələdiyyəsinin 29 fevral 2006-cı il tarixli 03-B saylı qərarına əsasən, icarə müqaviləsi ilə 250.144,33 kv.m. torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Şərqiyyə Vəliyevaya icarəyə verilmişdir.
2. Bərdə rayon Qaratəpə bələdiyyəsinin mülkiyyətində olan Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 25 ha to rpaq sahəsinə Şərqiyyə Vəliyevanın icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.
3. Şərqiyyə Vəliyeva xx.xx.2017-ci il tarixdə Zülfiyə Mehraliyevaya onu təmsil etməyi barədə etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Bərdə rayon Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsi xx.xx.2031-ci ilədək Zülfiyə Mehraliyevaya icarəyə verilmişdir.
4. Bərdə rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X19 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 aprel 2020-ci il tarixli qərardan görünür ki, Bərdə rayon Qaratəpə kənd bələdiyyəsinin sədri vəzifəsini icra edən X15 və DƏDRX-nin 7 saylı Əİ-nin qeydiyyat şöbəsinin sabiq müdiri vəzifəsində işləyən X11 əməllərində Cinayət Məcəlləsinin 313-cü maddəsinin tərkib əlamətləri olmadığında n həmin maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuşdur. Həmçinin DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin baş mühəndisi vəzifəsində işləyən X9 Zülfiyə Mehraliyevadan rüşvət alması təsdiqini tapmadığından Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə cinayət işinin başlanması rədd olunmuşdur.
5. Bərdə rayon prokurorluğunun Bərdə Rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, xx.xx.2017-ci il tarixli 7E-7022 nömrəli etibarnamə ilə X12 Vəliyevanın icarəsinə verilmiş 25 ha torpaq sahəsinin üzərində icarə hüququnun qeydiyyata alınması ilə əlaqədar xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında Xidmətin 7 saylı Əİ müraciət etmiş, xx.xx.2018-ci il tarixdə texniki səhv olaraq icarə hüququ etibarnamə əsasında çıxış edən Zülfiyə Mehraliyevanın adına qeydiyyata alınmışdır. Texniki səhv aşkar olundu qdan sonra RX ******* saylı çıxarış həmin idarənin əməkdaşları tərəfindən ləğv edilib düzəliş edilərək xeyrinə yüklü edilən şəxs bölməsində Şərqiyyə Vəliyevanın adı əlavə olunmuş və ******* nömrə ilə çap olunmuşdur. Araşdırma zamanı Zülfiyə Mehraliyevanın adına olan ******* saylı çıxarışla, Şərqiyyə Vəliyevanın adına olan ******* çıxarışın faktiki olaraq eyni vaxta çap edilmədiyi aşkar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı2 (bundan sonra iddiaçı (sonraki iddia üzrə cavabdeh)) cavabdeh X10 (bundan sonra cavabdeh (sonraki iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 50.000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, o, cavabdehdən təxminən 10 il əvvəl 25 ha torpaq sahəsini 50.000 (əlli min) ABŞ dolları ödəməklə almışdır. Həmin torpaq sahəsini illərdir ki, istifadə edir. Lakin torpağı öz adına rəsmiləşdirməmişdir. Daha sonra torpağı öz adına rəsmiləşdirmək istəyəndə cavabdeh etiraz edərək bildirmişdir ki, o, torpaq sahəsini satmamış, icarəyə vermişdir. Cavabdehdən verdiyi 50.000 ABŞ dollarını tələb etsə də bu günə qədər qaytarmamışdır.
8. Eyni zamanda iddiaçı Şərqiyyə Vəliyeva cavabdehlər İddiaçı2 və Zülfiyə Mehraliyevaya qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bərdə rayon Qaratə pə kəndində yerləşən 25 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Şərqiyyə Vəliyeva tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Qaratəpə kəndində yerləşən 25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun icarəsindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2018-ci il tarixdə Seriya RX № **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çixariş verilmişdir. Həmin torpaq sahəsi Bərdə rayon Qaratəpə bələdiyyəsi ilə aralarında bağlanmış İ/M 06 saylı xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən 29.0.2031-ci ilə qədər onun icarəsindədi r. Mübahisəli torpaq sahəsini əkib-becərməyə imkanı olmadığından İddiaçı2 və Zülfiyə Mehraliyevanın müvəqqəti istifadəsinə vermişdir. Hazırda cavabdehlər onun torpaq sahəsindən çıxmırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. X1 (bundan sonra sonraki iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) Şərqiyyə Vəliyevaya qarşı “torpaq sahəsinin mülkiyyətlərinə verilməsi” tələbi ilə bağlı qarşılıqlı iddia ilə məhkəmə müraciət edərək, 50.000 ABŞ dolları məbləğinə 2008-2009-cu illərdə almalarını nəzərə alaraq ilkin iddianın rədd edilməsi və mübahisəli torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı Ehtibar 50.000 ABŞ dollarını iddiaçı Şərqiyy ə Vəliyevaya vermiş, Şərqiyyə Vəliyeva da öz növbəsində ona etibarnamə verərək həmin torpaq sahəsini öz adına sənədləşdirmişdir. 2008-2009-cu illərdən həmin torpaq sahəsini onlar istifadə edirlər.
12. Bərdə Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(021)-523/2020 nömrəli, 04 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı2 iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-523/2020 nömrəli mülki iş Cavabdeh1 iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-571/2020 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında şahid X16 ifadə veərərk bildirmişdir ki, həmin dövrdə torpaq alğı-satqısı ilə məşğul idi. Torpaq sahəsinin satılmasına dair Etibar ilə cavabdehin oğlu Vidadi 50.000 ABŞ dollarına razılaşmışlar. Etiba r əvvəl Vidadiyə 10.000 ABŞ dolları verməyi, 40.000 ABŞ dollarını isə sonra verməyini bildirmişdir. 10.000 ABŞ dolları Vidadiyə vermiş, qalan 40.000 ABŞ dollarını isə Şərqiyyəyə vermişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında şahid X14 ifadə veərərk bildirmişdir ki, Rəisin, Nüsrətin, Vidadinin yanında Şərqiyyəyə 40.000 ABŞ dolları verildi. Əvvəldə eşitmişdir ki, torpağa görə 10.000 ABŞ dolları pul verilmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında şahid X28 ifadə verərək bildirmişdir ki, Şərqiyyənin oğlu Xəqaninin qaynıdır. Eşitmişdir ki, Şərqiyyəgil torpaq sahəsini 10 il müddətinə ili 2.200 manata Etibara icarəyə vermişlər. İcarənin müddəti də 2019-cu ildə bitmişdir.
16. Bərdə Rayon Məhkəməsinin 2(021)-523/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Qamə t Əbilov) İddiaçı2 cavabdeh Şərqiyyə Vəliyevaya qarşı “pul” tələbinə dair iddiasının təmin olunmaması, iddiaçı Şərqiyyə Vəliyevanın cavabdehlər Zülfiyə Mehraliyevaya və İddiaçı2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Zülfiyə Mehraliyeva və İddiaçı2 iddiaçı Şərqiyyə Vəliyevaya məxsus olan Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsindən çıxarılması, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Zülfiyə Mehraliyevanın cavabdeh Şərqiyyə Vəliyevaya qarşı “torpağın mülkiyyətlərinə verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət olunmuşdur.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsi Şərqiyyə Vəliyevaya icarə hüquq əsasında verildiyində n icarəyəgötürən tərəfindən müstəqil alğısatqının predmeti ola bilməz.
18. Həmçinin məhkəmənin xüsusi qərardadı əsasında prokurorluqda aparılmış araşdırma nəticəsində aşkar olunmuşdur ki, Zülfiyə Mehraliyevanın adına qeydə alınmış çıxarış texniki səhv olmuş və texniki səhv aşkar olunduqdan sonra RX ******* saylı çıxarış həmin Reyestr idarənin əməkdaşları tərəfindən ləğv edilib düzəliş edilərək xeyrinə yüklü edilən şəxs bölməsində Şərqiyyə Vəliyevanın adı əlavə olunmuşdur. Bərdə rayon Qaratəpə bələdiyyəsi ilə Şərqiyyə Vəliyeva arasında icarə müqaviləsinin ləğvi barədə hər hansı məlumat da olmamışdır. Məhkəmə hesab etmişdir ki, Şərqiyyə Vəliyevanın torpaq üzərində sahiblik və istifadə hüquqlarını nəzərə alaraq onun iddiası təmin olunaraq cavabdehlər Zülfiyə Mehraliyeva və İddiaçı2 Bərədə r ayonu Qaratəpəkənd ünvanında yerləşən 25 ha torpaq sahəsindən çıxarılmalıdırlar.
19. Məhkəmə hesab etmişdir ki, ilk iddia təmin edildiyindən onunla qarşılıqlı əlaqədə olan Zülfiyə Mehraliyevanın torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qarşılıqlı iddiası təmin olunmamalıdır.
20. Məhkəmə İddiaçı2 pul tələbinə dair iddiasına münasibətdə isə hesab etmişdir ki, məhkəmə prosesində cavabdeh Şərqiyyə Vəliyeva bildirmişdir ki, onun oğlu Vidadinin xəstə olması ilə əlaqədar olaraq İddiaçı2 onun oğluna 20.000 ABŞ dolları pul vermişdir. Oğlu sonradan vəfat etmişdir. O, da Etibarın bu yaxşılığı əvəzində onun bacısı Zülfiyə Mehraliyevaya etibarnamə vermişdir ki, torpağı əkib becərib gəlir əldə etsinlər. Həmin qeyd etdiyi pulu onun özünə verməmişlər. Torpaq sahəsi 2008-2009-cu illərdən Zülfiyə Mehral iyevanın və İddiaçı2 istifadəsindədir. Bu halı onlar iddia ərizəsində də qeyd etmiş və borcun müqabilində dəfələrlə artıq gəlir əldə götürməklə oğluna vermiş olduğu pulu kompensasiya şəklində əldə etmişlər. Həmçinin bildirmişdir ki, oğluna verilmiş pula görə o, məsuliyyət daşımalı deyildir.
21. Məhkəmə müəyyən etmişdir ki, hazırkı pul tələbinə münasibətdə cavabdeh Şərqiyyə Vəliyeva iddiaya cavab verməli olan şəxs deyildir. Yəni onun oğlunun vərəsəsi olmasını (mirasın qəbulu ilə əlaqədar olaraq) sübut etmə yükü iddiaçının üzərinə düşür.
22. Hazırkı halda vərəsəliyin dairəsinin müəyyən etmək iddiaçının üzərinə düşən haldır. Məhkəmə qeyd etmişdir ki, X2 vərəsələri müəyyən olunmalı, ondan sonra həmin vərəsələrə qarşı miras əmlak payına münasibətdə iddia qaldırılmalıdır. Yəni, yeni əsaslarla mə hkəməyə müraciət olunmalıdır.
23. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Şərqiyyə Vəliyeva 20.000 ABŞ dollarının onun oğluna verildiyini və oğlunun da vəfat etdiyini bildirsə də, bu halda yuxarıda qeyd olunan hallar və əsaslar müəyyən edilməli, əgər Şərqiyyə Vəliyeva həmin iddiaya cavab verməli şəxs ola bilərsə - oğlu Vidadinin miras əmlakından ona düşən paya münasibətdəona da qarşı pul tələbi ilə iddia irəli sürülə bilər.
24. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 18-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.1 və 6.9-cu, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4-cü ma ddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
25. Qətnamədən narazı qalan iddiaçı (sonraki iş üzrə cavabdeh) İddiaçı2 və sonraki iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Zülfiyə Mehraliyeva apellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, pul tələbinə dair iddialarının təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
26. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ədalətsiz və əsassızdır. Belə ki, cavabdeh onlardan 50.000 ABŞ dolları almış və 25 ha adına olan torpaq sahəsini onlara satmışdır. Hətta cavabdeh onlara torpağı sənədləşdirmək üçün etibarnamə də vermişdir. Həmin torpaqdan onlar 11 ildir ki, istifadə edirlər. Bərdə rayon prokurorluğunun qanuni qüvv əsini almış qərarında Etibarın Şərqiyyəyə 50.000 ABŞ dolları verməsi qeyd edilmişdir. Həmçinin Şərqiyə isə 20.000-22.000 ABŞ dolları almasını etiraf etmişdir və bunlar xüsusi qərardadda əks olunmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən heç bir şahid dindirilmədən, sübutlar araşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə yalnız cavabdehin məhkəmədə verdiyi izahatına əsaslanaraq qətnamə qəbul etmişdir.
27. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-665/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Rəşad Mamedov) apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, İddiaçı2 cavabdeh Şərqiyyə Vəliyevaya qarşı “pul” tələbinə d air iddiasının təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, ilkin iddia üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Şərqiyyə Vəliyevadan 20.000 (iyirmi min) manat məbləğində pul alınaraq İddiaçı2 verilmiş, ilkin iddia üzrə tələb qalan hissədə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
28. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh Şərqiyyə Vəliyeva xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən Bərdə rayon Qaratəpə Bələdiyyəsinə məxsus 25 ha torpaq sahəsini xx.xx.2031-ci il tarixədək icarəyə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti t ərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı çıxarışa əsasən Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsi xx.xx.2006-xx.xx.2031 illər ərzində (25 il) Bərdə rayon Qaratəpə Bələdiyyəsi tərəfindən Şərqiyyə Vəliyevaya icarəyə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Zülfiyə Mehraliyevaya aid hissədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmiş, qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla cavabdeh Şərqiyyə Vəliyevanın icarəsindədir, belə vəziyyətdə həmin torpaq sahəsinin digər şəxsin mülkiyyətinə verilməsi qanuni hesab edilə bilməz.
29. Məhkəmə kollegiyası İddiaçı2 cavabdeh Şərqiyyə Vəliyevaya qarşı “pul” tələbinə iddiasına münasibətdə qeyd etmişdir ki, tərəflər arasında torpağın alğı-satqısına dair razılaşma olmuşdur. İddiaçı2 Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsinin alğı-satqısına görə cavabdehə 50.000 ABŞ dolları pul verdiyini bildirmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında isə cavabdeh Şərqiyyə Vəliyeva izahatında İddiaçı2 oğlu Vidadiyə sonuncun xəstəliyi ilə əlaqədar 20.000 manat pul verdiyini, həmin pulun müqabilində isə torpaq sahəsinin iddiaçıya müvəqqəti icarəyə verildiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 20.000 manat məbləğində pul alındığını qismən etiraf etmişdir. Əgər qeyd edilən pul vəsaiti alğı-satqısına dair razılaşmanın predmeti deyildisə, cavabdehin qeyd etdiyi kimi oğluna onun xəstəliyi ilə əlaqədar verilmişdisə, belə vəziyyətdə həmin pulun müqabilində t orpaq sahəsinin icarəyə verilməsinə dair cavabdehin mülahizələri əsaslı görünmür. Uzun müddət ərzində mübahisəli torpaq sahəsindən iddiaçının faktiki sahibliyində və istifadəsində olması və cavabdehin buna hər hansı pretenziyanın bildirməməsi, tərəflər arasında torpağın alğısatqısına dair razılaşma olmadığı və buna görə iddiaçıdan pul vəsaiti almadığına dair cavabdehin göstərdiklərini təkzib edir. Həmçinin, apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş X16 və X14 tərəflər arasında torpağın alğısatqısına dair razılaşma olduğunu təsdiq etmişlər. Apelyasiya məhkəməsi hesab etmişdir ki tərəflər arasında torpağın alğı-satqısına dair razılaşmanın olması işin faktiki halları ilə müəyyən edilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazı rki razılaşma mülki qanunvericiliyin tələblərinə uyun olmadığından mahiyyətinə görə etibarsız əqddir. Mübahisəli torpağın alğı-satqısına dair şifahi formada olan razılaşma qanunvericiliyin tələbinə uyğun olmadığından və bu baxımdan etibarsız əqd olduğundan tərəflər həmin əqd üzrə aldıqlarını bir-birlərinə qaytarmalı, torpaq sahəsinin qaytarılmasına dair cavabdeh Şərqiyyə Vəliyevanın iddiası təmin edildiyindən, İddiaçı2 pul tələbinə dair iddiası qismən, yəni etiraf edilən həddə-20.000 manat pul vəsaitinin qaytarılmasına dair hissədə təmin edilməlidir.
30. Apellyasiya məhkəməsi cavabdeh Şərqiyyə Vəliyevanın iddia tələbinin dəlillərində də mübahisəli torpaq sahəsinin müvəqqəti İddiaçı2 və Zülfiyə Mehraliyevanın icarəsinə verildiyinə dair göstərdiyi xüsusatları əsaslı hesab etməmişdir. Belə ki, 20.000 manat məbləğində pulun birdəfəlik icarə haqqı kimi əvvəlcədən verilməsi və ya icarə haqqına hesablanması istənilən torpaq sahəsini icarəyə götürmüş şəxsin mənafeyinə uyğun olmadığından inandırıcı hesab etməmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 712.1.1-ci maddəsinə əsasən torpağı üçüncü şəxslərin istifadəsinə vermək, o cümlədən ikinci əldən icarəyə verilməsi icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi cavabdeh Şərqiyyə Vəliyevanın mülkiyyətində olmamış, bələdiyyə mülkiyyətində olan və onun icarəsinə verilmiş torpaq sahəsidir. İcarəyə verənin isə icazəsi olmadan icarəçinin yəni, Şərqiyyə Vəliyevanın həmin torpaq sahəsini üçüncü şəxslərin istifadəsinə, o cümlədən ikinci əldən icarəyə verməyə hüququ yo xdur. Odur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyənin razılığı olmadan üçüncü şəxsin icarəsinə verilməsinə dair əqdin bağlanılması mümkün deyildir, bağlanıbsa belə hüquqi nəticələr yaratmır, mahiyyət etibarı ilə əhəmiyyətsiz əqddir. Odur ki, cavabdehin tərəflər arasında icarə hüquq münasibətlərinin olmasına dair göstərdikləri əsaslı deyildir.
31. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 390.1, 399.1, 405.1, 337.1, 337,3, 337.5-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1,80, 88, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
32. Qətnamədən cavabdeh (sonraki iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh) Şərqiyyə Vəliyeva (vəkil X17) habelə iddiaçı (sonraki iş üzrə cavabdeh) İddiaçı2 və sonraki iddia ü zrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Zülfiyə Mehraliyeva (Vəkil) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
33. Cavabdeh (sonraki iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh) Şərqiyyə Vəliyeva kassasiya şikayətində, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
34. İddiaçı (sonraki iş üzrə cavabdeh) İddiaçı2 və sonraki iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Zülfiyə Mehraliyeva kassasiya şikayətində, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kol legiyasının 2(102)5179/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) iddiaçılar İddiaçı2 və Zülfiyə Mehraliyeva tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, cavabdeh Şərqiyyə Vəliyevanın kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-665/2020 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, İddiaçı2 və Zülfiyə Mehraliyevanın pul tələbinə dair iddialarının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni baxışa göndərilməsi, qətnamənin ilkin iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
36. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan iş üzrə apelya siya instansiyası məhkəməsi düzgün olaraq tərəflər arasında bələdiyyə mülkiyyətində və cavabdehin icarəsində olan 25 ha torpaq sahəsinin alğı-satqısına dair şifahi qaydada razılaşmanı etibarlı alğı-satqı müqaviləsi kimi qəbul etməmiş və bu etibarsızlığın nəticəsi olaraq iddiaçıların faktiki sahibliyində olan torpaq sahəsinin cavabdehə qaytarmalı olduğu barədə qənaətə gəlmiş, həmçinin cavabdehin əhəmiyyətsiz əqd üzrə alınmış məbləği qaytarmaq öhdəliyi ilə bağlı məsələni həll etsə də, lakin bu zaman əqd üzrə ödənilmiş pulun məbləği ilə bağlı sübutlara düzgün qiymət verməmişdir.
37. Belə ki, apellyasiya məhkəməsi uzun müddət ərzində mübahisəli torpaq sahəsindən iddiaçının faktiki sahibliyində və istifadəsində olması və cavabdehin buna hər hansı irad bildirməməsi, həmçinin birinci instansiya m əhkəməsinin iclasında şahid kimi dindirilmiş X16 və X14 tərəflər arasında torpağın alğı-satqısına dair razılaşma olduğunu təsdiq etməsi barədə ifadələrinə əsaslanaraq tərəflər arasında torpağın icarəsi barədə deyil, alğı-satqısına dair razılaşma olması qənaətinə gəlsə də, həmin şahidlərin ifadələrini torpaq sahəsinə görə cavabdehə ödənilmiş pulun məbləği hissəsində hansı əsasla qəbul etmədiyini qətnamədə əsaslandırmamış, yalnız cavabdehin 20.000 manat məbləğində pul alındığını qismən etiraf etməsinə istinad edərək ilk iddianı həmin hissədə təmin etmişdir.
38. Halbuki həmin şahidlər ifadələrində torpaq sahəsinə görə pulun onların iştirakı ilə verildiyini göstərmişdirlər. Belə olan halda, apellyasiya məhkəməsinin şahid ifadələrini əqdin bağlanması məsələsinə münasibətdə mötəbər sübut, ödən ilən pulun məbləğinə münasibətdə isə ümumiyyətlə sübut kimi qiymətləndirilməməsindən ibarət yanaşması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olmamışdır.
39. Digər tərəfdən məhkəmə Mülki Prosessual Məcəllənin 77.3, 97.1-ci maddəsinə nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə, yaranmış mübahisənin həlli zamanı torpaq sahəsinə dair razılaşma əldə olunan zaman torpaq sahələrinin dəyərini müəyyən etmək, torpağa görə ödənildiyi göstərilən məbləğin ağlabatan olub-olmamasını müəyyən etmək üçün hər hansı addım atmamışdır.
40. Göründüyü kimi, işə baxmış apelyasiya instansiyası məhkəməsi ilk iddianın qeyd olunan hissəsində yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutların qiymətləndirilməsi zamanı ilkin iddianın rədd edilən hissəsi üzrə mövqeyini əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat:
41. İşə yenidən apelyasiya qaydasında baxılması ilə bağlı icraatı zamanı Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2022-ci il tarixli, 10/1794 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A№ 282371 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Bərdə rayonu, Qaratəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 25 hektar torpa q sahəsinin yerləşdiyi ərazidə həmin torpağın keyfiyyət qrupuna uyğun olan bir hektar torpaq sahəsinin 2008-2009-cu illərdə dəyərinin təqribi qiyməti 1.600 manat məbləğində olmuşdur.
42. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-650/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) Zülfiyə Mehraliyeva və İddiaçı2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Ehtibar X3rşı 50.000 (əlli min) ABŞ dolları məbləğində pul tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla, həmin iddianın tam təmin edilməsi, Cavabdeh1 50.000 (əlli min) ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə məzənnə ilə Azərbaycan manatı ilə alınaraq, İddiaçı2 verilməsi qət edilmişdir.
43. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, işin ikinci apellyasiya baxışınadək aparılmış məhkəmə araşdırmaları nəticəsində Cavabdeh1 ilə İddiaçı2 arasında mübahisəli torpaq sahəsinin alğı-satqısı barədə əhəmiyyətsiz əqdin bağlanması işin faktiki halı kimi təsdiqini tapmışdır. İşin ikinci apellyasiya baxışı zamanı məhkəmənin həll etməli olan məsələ İddiaçı2 mübahisəli torpaq sahəsinin alğı-satqısı üçün 2008-2009cu illərdə Cavabdeh1 hansı məbləğdə pul verməsinin mötəbər sübutlar əsasında düzgün müəyyən edilməsi məsələsi olmuşdur.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şahidlər Rəis Salmanov və Babək Qurbanovun ifadələrinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növləri kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.
45. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin təkrar apellyasiya baxışı zamanı alınmış ekspert rəyində Bərdə rayonu Qaratəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 25 hektar torpaq sahəsinin yerləşdiyi ərazidə həmin torpağın keyfiyyət qrupuna uyğun olan bir hektar torpaq sahəsinin 2008-2009-cu illərdə dəyərinin təqribi qiymətinin 1.600 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin ekspert rəyinin işin faktiki hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Adi riyazi hesablamadan müəyyən edilir ki, mübahisəli 25 hektar torpaq sahəsinin dəyəri (25x1.600)=40.000 manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 30 dekabr 2008-ci il tarixli məlumatlarına əsasən, həmin tarixə bir ABŞ dollarının 0,8 Azərbaycan manatı dəyərində olması nəzərə alındıqda, 40.000 manatının (40.000:0,8)=50.000 ABŞ dolları məbləğində olması fakt kimi təsdiq olunur.
46. Qeyd edilən şahid ifadələrini və mübahisəli 25 hektar torpaq sahəsinin 20082009-cu illərdə 50.000 ABŞ dolları dəyərində olduğunu təsdiq edən ekspert rəyini işin hallarının müəyyən edilməsində mötəbər sübut növləri kimi qiymətləndirən məhkəmə kollegiyası bu qənaətdə olmuşdur ki, İddiaçı2 mübahisəli torpaq sahəsinin alğı-satqısı üçün 2008-2009-cu illərdə Cavabdeh1 50.000 ABŞ dolları məbləğində pul verməsi barədə məhkəməyə bildirdiyi məlumatların həqiqətə uyğun olduğu təsdiq olunur və nəticə etibarı ilə İddiaçı2 mübahisəli torpaq sahəsinin alğı-satqısı üçün 2008-2009-cu illərdə Cavabdeh1 50.000 ABŞ dol ları məbləğində pul verməsi işin faktiki halı kimi müəyyən edilir.
47. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14, 76.1, 76.2, 77.1, 88, 106.1, 119.1, 217.1, 217.3, 385, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
48. Qətnamədən cavabdeh (sonraki iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh) Şərqiyyə Vəliyeva (vəkil X17) kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
49. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, işə baxan apelyasiya məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, bununla da maddi və prosessual hüquq normaları pozu lmuş və nəticədə əsassız qətnamə çıxarılmışdır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)367/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Mehparə Əhmədova (məruzəçi), Ələsgər Əliyev və Vüqar Həsənov) verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-650/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
51. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alğı-satqısı barədə əqd məhkəmə tərəfindən tanınmamışdır. İşə yenidən baxan apellyasiya məhkəməsi isə müvafiq ekspertiza təyin edərək, mübahisəli olan 25 ha torpaq sa həsinin alğı-satqı dəyərini müəyyən etsə də, əldə olunan nəticəyə, yəni 2008-2009-cu illərdə torpaq sahəsinin təqribi qiymətinin 1.600 manat məbləğində olmasına düzgün hüquqi qiymət verməmiş, mübahisəli torpaq sahəsinin 20082009-cu illərdə 1 hektarının mülkiyyətdə olan dəyərini deyil, icarədə olan dəyərini müəyyən etməli olduğu halda bunu etməmişdir. Ekspert mülkiyyətdə olan torpaq sahəsinin alğı-satqı qiymətini müəyyən etmişdir. Hazırki iş üzrə isə icarə hüququnun alğısatqısından, icarə münasibətlərindən bəhs edilir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:
52. İşə yenidən apelyasiya qaydasında baxan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1116/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)523/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
53. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alğı-satqısı barədə əqd məhkəmə tərəfindən tanınmamışdır.
54. İddiaçı1 mübahisəli torpaq sahəsini Şərqiyyə Vəliyevadan 50.000 ABŞ dolları müqabilində əldə etdiyini qeyd etsə də, sonuncu İddiaçı1 torpaq sahəsini 10 il müddətinə icarəyə verdiyini qeyd etmiş və bunun müqabilində 20.000 manat alındığını göstərmişdir.
55. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında şərh edilən göstərişləri yerinə yetirərək, müb ahisəli, Bərdə rayonu, Qaratəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 25 hektar torpaq sahəsinin yerləşdiyi ərazidə həmin torpağın keyfiyyət qrupuna uyğun olan bir hektar torpaq sahəsinin 2008-2009-cu illərdə icarə dəyərinin müəyyən edilməsi məqsədilə 2(104)-1116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3849 saylı imtina məktubu ilə sualda göstərilən illərə dair Mərkəzdə məlumat olmadığından tədqiqat aparılması mümkün olmaması səbəbindən ekspertiza aparılmasından imtina edilmişdir.
57. Həmçinin məhkəmə kollegiyasının Bərdə regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna Mərkəzin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, torpaq sahəsinin icarə müqaviləsi əsasında alğı-satqının rəsmiləşdirilməsinə dair 2008-2018-ci illər üçün olan dövrə aid heç bir məlumat aşkar olunmamışdır. Notariat ofisi üzrə 2007-ci il tarixdən 2008-ci il tarixədək olan dövrlərdə saxlanılan sənədlərə və reyestr kitablarına baxış keçirilmiş və icarə müqaviləsinin bağlanması və ya icarə hüququnun alğı-satqısı barədə məlumat aşkar olunmamışdır.
58. İddiaçı tərəf mübahisə edilən torpaq sahəsinin alğı-satqısı üçün 50.000 ABŞ dolları verməsinə dair heç bir mötəbər sübut növü təqdim etməmişdir. Digər tərəfdən, bələdiyyə mülkiyyətində olub, Bərdə rayo n Qaratəpə bələdiyyəsi ilə aralarında bağlanmış İ/M 06 saylı xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən 29.0.2031-ci ilə qədər cavabdehin icarəsində olan torpaq sahəsinin alğı-satqısına dair iddiaçı tərəfin dəlilləri inandırıcı görünmür, çünki icarəçi mülkiyyətində olmayan torpaq sahəsini sata bilməzdi və cavabdeh tərəfə məlum idi ki, həmin torpaq sahəsi cavabdehin yox, müvafiq bələdiyyənin mülkiyyətidir.
59. Cavabdeh tərəf yalnız mübahisəli torpaq sahəsini 10 il müddətinə cavabdehə icarəyə verdiyini qeyd edərək, bunun müqabilində 20.000 manat alındığını göstərmişdir ki, iddianın həmin məbləğlə bağlı hissəsi qüvvədə olan məhkəmə qətnaməsi ilə təmin edilmişdir.
60. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 139, 337 və 394-cü maddələrinə, Mülki Pr osessual Məcəllənin 14, 76, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
61. Qətnamədən iddiaçı (sonraki iddia üzrə cavabdeh) İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin pul tələbi hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə qətnaməni ləğv edərək işin yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir.
62. Kassasiya şikayətində işin faktiki hallarına istinad olunaraq qeyd edilmişdir ki, işdə toplanan sübutlarla o cümlədən şahid ifadələri, ekspertiza rəyləri, cavabdeh Şərqiyyə Vəliyevanın ikinci dəfə etibarnamə verməsi ilə də tam sübut olunur ki, tərəflərin arasında baxmayaraq k i, torpaq sahəsi icarədə olan torpaq sahəsidir, məhz alğı-satqı münasibətləri yaranmış və iddiaçı cavabdehə 50.000 ABŞ dolları pul vermişdir. Bundan başqa Ali Məhkəmənin bir sıra göstərişi də məhkəmə tərəfindən həll edilməmişdir. Belə ki, Ali Məhkəmənin son qərarında icarədə olan torpaq sahəsinin qiymətinin müəyyən edilməsi göstərişi qoyulsa da apellyasiya məhkəməsi buna əməl etməmişdir. Həmçinin məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
63. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
64. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzə rdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
65. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
66. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
67. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
68. Maddə 337.1. Bu Məcə llədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
69. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
70. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
71. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənl əşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
72. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
73. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
74. Madd ə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
75. Maddə
68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
76. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
81. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
85. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
87. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
88. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
89. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı (sonraki iddia üzrə cavabdeh) tərəfindən ilkin iddia tələbinin təmin edilməməsi hissəsində qismən mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya məhkəməsinin qətnaməsinin qismən yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfind ən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
91. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarı na əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
93. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 94. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habe lə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
95. Məhkəmə kollegiyası iddiaçının (sonraki iddia üzrə cavabdeh) kassasiya şikayətində əsas etibarilə qeyd edilən, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
96. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
97. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
98. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
99. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
100. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara al dı: İddiaçı (sonraki iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1116/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.