Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1800/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X5 və X2 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddıaçı İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi”tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, onun xeyrinə cavabdehdən 21 yanvar 2004-cü il təvəllüdlü X3 və 11 iyun 2005-ci təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Sadiqov) iddianın təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli X5 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh İddiaçı xeyrinə 21 yanvar 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat və 11 iyun 2005-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər S.Qafari - sədrlik edən və məruzəçi, L.Məmmədova və F.Məmmədov) 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia tə ləbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.02.2020-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 21 yanvar 2004-cü il təvəllüdlü X3 və 11 iyun 2005-ci təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 136,6 manat alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb hər ay hər uşağa 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat miqdarda tutulması müəyyən edilmiş alimentin azaldılaraq hər ay h ər uşaq üçün 80 manat olmaqla iki uşaq üçün hər ay 160 manat müəyyən edilməsindən ibarətdir. Həmin tələbin bir il ərzində məcmusu isə (160 X 12 ay = 1920 manat) 2000 manatdan az olduğundan qətnamənin həmin hissəsindən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 06.02.2020-ci il tarixli 2(102)-1800/2020 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli X5 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06.02.2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1800/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-1800/2020
03.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver