Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1801/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1801/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-1488/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən əsas borca görə 6.850 manat, avtomobilə vurulmuş maddi zərərə görə 2.000 manat, vurulmuş mənəvi zərərə görə 5.000 manat, hüququnun müdafiə üçün çəkdiyi xərcə görə 500 manat pulun tutulub ona ödənilməsini xahiş edib. Sonradan iddiaçı iddia tələbinə əlavə verərək, cavabdehdən təzə mühərrikin alınması üçün 3.800 manat, köhnə mühərrikin təmiri üçün 1.050 manat, köhnə mühərrikin yerinə qoyulması üçün vurduğu ziyana görə 2.800 manat pulun tutulub ona ödənilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.E.Xəlilov) iddia qismən təmin edilərək, cavabdehdən 7.650 manat, hüquqi yardım üçün çəkilmiş xərcə görə 50 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehə avtomobilin mühərrikinin dəyişdirilməsi üçün 3.800 manat, köhnə mühərrikin təmiri üçün 1.050 manat, həmin işlərin görülməsi üçün 2.800 manat olmaqla, cəmi 7.650 manat, habelə hüquqi yardım üçün çəkilmiş xərcə görə 50 manat pul verib. Lakin cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozaraq öhdəliklərini yerinə yetirməyib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verər ək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsinə cavabdehdən 7.650 manat (təzə mühərrikin dəyəri olan 3.800 manat, köhnə mühərrikin təmiri üçün alınmış 1.050 manat və vurulmuş ziyana görə 2.800 manat) pulun tutulması hissəsində dəyişiklik edilərək, cavabdehdən mühərrikin dəyərinə görə 3.700 manat, köhnə mühərrikin təmirinə görə 300 manat, vurulmuş ziyana görə 2.000 manat olmaqla, cəmi 6.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, iddianın məbləğinə aid hissədə səhvə yol verib. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2. 442, 587.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1, Cavabdeh1 və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbayca n Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, on un işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının öz seçimi ilə tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilməsinə baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib, cavabdeh isə kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianı n təmin olunan hissəsində mübahisələndirib. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehin kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya in stansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Mübariz Niftəliyev, Vasif Səlimovun ifadələrini, “xxxx” MMC xx xxxxxx 2018-ci il tarixli aktını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçıya mühərrikin dəyərinə görə 3.700 manat, köhnə mühərrikin təmirinə görə 300 manat, vurulmuş ziyana görə 2.000 manat olmaqla, cəmi 6.000 manat məbləğində maddi zə rər dəyib. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb, yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan “Wolkvagen Passat B-6” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin təqsiri üzündən maddi zərər dəydiyindən və həmin avtomobilin keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğundan (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) iddiaçının öz seçimi ilə cavabdehdən dəymiş zərərin əvəzini tələb etmək ixtiyarı vardır. Bu baxımdan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə- hüququ pozulmuş iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, avtomobildən məhrum olunması və ya avtomobilinin zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı cavabdehin, o cümlədən iddiaçının davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Apelyasiya instansiya sı məhkəməsi işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş maddi zərərin məbləğini düzgün müəyyən etməyib. Belə ki, “X1” xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyinə görə, iddiaçının mülkiyyətində olan “Wolkswagen Passat B-6” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə yeni mühərrikin qoyulması (mühərrikin qiyməti ilə birlikdə) 4.000-4.500 manat (az işlənmiş mühərrikin dəyəri 3.700-4.000 manat, usta haqqı 300-500 manat) təşkil edir. Avtomobilə köhnə mühərrikin təkrar quraşdırılması zamanı avtomobilə dəymiş ziyanın məbləği 2.000-2.500 manat təşkil edir. Göründüyü kimi avtomobilə yeni mühərrikin qoyulması, usta xərci və mühərrikin yenidən qu raşdırılması zamanı dəymiş ziyanın məbləği iddia tələbində tələb olunan məbləğdən fərqlidir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə dəyişiklik edilərək, cavabdehdən təzə mühərrikin dəyərinə görə 3.700 manat, köhnə mühərrikin təmirinə görə 300 manat və vurulmuş ziyana görə 2.000 manat olmaqla, cəmi 6.000 manat məbləğində pul tutulub iddiaçıya verilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də əsassız hesab edib belə qənaətə gəlir ki, iddianı mübahisələndirilən hissədə qismən təmin etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-1488/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1801/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1801/2021
16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver