Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1801/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X9 Birliyinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2 və X3) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X9 Birliyinə (müstəqil tələblər irəl i sürməyən üçüncü şəxslər X2 və X3) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6619/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 nömrəli, 07 aprel 2011-ci il tarixli hökmünə əsasən İddiaçı, Məhəbbət İbadova və Şəlalə İbrahimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 313 və 314.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Belə ki, hökmlə müəyyən edilmişdir ki, İddiaçı X1 Mərkəzi Radio-Televiziya Yayım filialı nın rəisi vəzifəsində işləyərkən bir neçə cinayətin törədilməsi, yəni mütəmadi olaraq özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi Məhəbbət İbadova və mühasibi Şəlalə İbrahimovadan ibarət mütəşəkkil dəstə təşkil etməklə, 2004cü ilin avqust ayından 2009-cu ilin avqust ayınadək olan dövrdə, öz qulluq mənafeyindən istifadə edərək etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etməklə talamış, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmiş, işə laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib X1 Mərkəzi Radio-Televiziya Yayım filialının qanunla qorunan maraqlarına mühüm zərər vurmuş, külli miqdarda əmlakını, yəni 612.746,32 manat pul vəsaitini talamışdır.
2. Həmçinin, hökmlə iş üzrə verilmiş mülki iddia təmin edilərək, İddiaçı, Məhəbbət İbadova və Şəlalə İbrahimovadan 359.303,2 manat və 2.250 manat İddiaçı və Məhəbbət İbadovadan müştərək qaydada, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayım və X9 Birliyinin xeyrinə tutulması, İddiaçı və Məhəbbət İbadovanın bank hesablarına qanunsuz köçürülən pullara görə, sığorta haqqı kimi köçürdükləri 116.934,8 manat pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan alınaraq Birliyinə ödənilməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-491/2011 nömrəli, 24 oktyabr 2011-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 nömrəli, 07 aprel 2011-ci il tarixli hökmü İddiaçı aid hissədə dəyişdirilmiş, İddiaçı, Məhəbbət İbadova, Şəlalə İbrahimovadan müştərək qaydada 209.303,2 manat, İddiaçı və Məhəbbət İbadovadan müştərək qaydada 2.250 manat Birliyinin xeyrinə tutulması qərara alınmışdır.
4. Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 1 saylı binada, 14-cü mərtəbədə, sağ tərəfdə yerləşən 3 otaqlı mənzilin özəlləşdirilməsi, satılması, girov qoyulması və digər hərəkətlərin edilməsi, həmçinin onun adından müvafiq sənədləri imzalaması və ərizə verməsi üçün səlahiyyətlərini qardaşı X8 etibar etmişdir. 5. “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 53-Ə nömrəli ekspert rəyinə əsasən həmin mənzilin xx.xx.2011-ci il tarixə olan təxmini bazar qiyməti 175.000 manat, likvid dəyəri isə 150.000 manat məbləğində müəyyən edilmişdir.
6. X10 xx.xx.2011-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayım və X9 Birliyinə müraciət etmiş, qardaşı İddiaçı vurduğu ziyanın ödənilməsi üçün veriləcək yaşayış mənzilinin Birliyin balansına götürülməsini xahiş etmişdir.
7. Birlik tərəfindən həmin əmlak qəbul edilmiş və İddiaçı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Yayım və X9 Birliyinə vurmuş zərərin bir hissəsi (150.000 manat) ödənilmişdir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 nömrəli, 21 iyul 2015-ci il tarixli məktubuna əsasən məhkəmə tərəfindən İddiaçı 1(101)-168/11 nömrəli, xx.xx.2011-ci il tarixli hökmündə mülki iddianın, yəni 359.303,2 manat və 2.250 manat məbləğində pulun İddiaçı və Məhəbbət İbadovadan müştərək qaydada Birliyinin hesabına tutulması hissəsində “müştərək qaydada” tutulması dedikdə göstərilən məbləğin borclular arasında tam bərabər bölünməsinin nəzərdə tutulduğu bildirilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli məktubuna əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 nömrəli, 07 aprel 2011-ci il tarixli icra sənədi İddiaçı münasibətdə icra edildiyi üçün məhkəməyə geri qaytarılmışdır.
10. İddiaçı tərəfindən tələblə bağlı məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2023-cü il tarixli bildiriş Birliyə göndərilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə pul vəsaitinin geri qaytarılmasınd an imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı (bundan sonra birinci instansiya məhkəməsi) cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X9 Birliyinə (bundan sonra cavabdeh və ya İstehsalat Birliyi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “X12” tərəfindən İstehsalat Birliyinə 169.981 manat “qaytarılmış məbləğ” və ondan İstehsalat Birliyinin xeyrinə tutulmalı olan 120.892 manat arasındakı fərqi təşkil edən 49.088 manat pulun və məhkəmə xərcinin əvəzi olan 237 manat olmaqla, ümumilikdə 49.325 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən tərəflərin hər birindən 119.767,73 manat olmaqla, cəmi 359.303,2 manat, ondan və Məhəbbət İbadovadan ayrılıqda 1.125 manat olmaqla cəmi 2.250 tutulmalı idi. İcra sənədinə əsasən ondan tutulmalı olan məbləğ 119.767,73+1.125=120.892,73 manat təşkil etmişdir. O, öhdəsinə düşən həmin borcun təminatı olaraq orta bazar qiyməti 175.000 manat, likvid qiyməti 150.000 manat olan əmlakı cinayət işi üzrə zərərçəkmiş, hazırda isə icra sənədi üzrə tələbkar olan İstehsalat Birliyinə təhvil vermişdir. Lakin təhvil verilmiş əmlakın dəyəri ilə ondan icra sənədi üzrə tutulmalı olan borc məbləğinin fərqi ona geri qaytarılmamışdır. İcra sənədi üzrə digər borclular Məhəbbət İbadova və Şəlalə İbrahimova tərəfindən borcdan hansı məblə ğdə pul vəsaitinin ödənilməsinin müəyyən edilməsi məqsədilə tərəfindən Yasamal rayon icra şöbəsinə sorğu vermiş və onlar tərəfindən hazıradək hər hansı məbləğdə pul vəsaitinin ödənilmədiyini aşkar etmişdir. Eyni zamanda onun tərəfindən İstehsalat Birliyinə təhvil verilmiş mənzilin realizasiyasının müəyyən edilməsi məqsədilə sorğu verilmiş, ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, həmin mənzil İstehsalat Birliyinin hesabına qəbul edilmiş, “X12” tərəfindən verilən xx.xx.2015-ci il tarixli arayışa əsasən mənzil üçün ödənilmiş məbləğ İstehsalat Birliyinə geri qaytarılmışdır. Beləliklə, mənzil İstehsalat Birliyi tərəfindən “X12”na satılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-168/11 nömrəli cinayət işi materiallarında olan kassa m ədaxil orderinə əsasən onun tərəfindən mənzilə görə 169.981 manat pul vəsaiti ödənilmişdir. Birliyin ona ünvanlamış xx.xx.2022-ci il tarixli məktubunda göstərilən “X12” tərəfindən ona qaytarılmış məbləğ 169.981 manat təşkil etmişdir.
13. Məhkəmə tərəfindən Məhəbbət İbadova və Şəlalə İbrahimova mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
14. Məhkəmə iclasında cavabdeh İstehsalat Birliyinin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, icra sənədinə əsasən borcun müştərək qaydada tutulması dedikdə, bərabər hissələrlə tutulması anlamına gəlməmişdir. İddianın təmin olunmamasını xahiş etmişdir.
15. Məhkəmə iclasında üçüncü şəxs Məhəbbət İbadovanın nümayəndəsi izahat verərək bildirmişdir ki, hüquqlarını təmsil etdiyi bacısı Məhəbbət İbadovanı hazırki iş üzrə iddiaçı olan İddiaçı özü cinayət əməlini törətməyə sövq etmişdir. Məhəbbət İbadovanın övladı epilepsiya xəstəsi olduğundan bununla bağlı maddi ehtiyacı yarandığından İddiaçı onu cinayətə cəlb etməyə nail olmuşdur. Məhəbbət İbadova vurulmuş zərərə görə 73.500 manat ödəniş etmişdir. İddianın təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə iclasında üçüncü şəxs Şəlalə İbrahimova iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, o, İstehsalat Birliyində siravi işçi olmuş və hər hansı səlahiyyət sahibi olmamış, cinayət əməli nəticəsində əldə edilmiş vəsaitdən onun payına düşən hissəsini cinayət işi üzrə aparılan icraat zamanı ödəmişdir. Onun borcu qalmamışdır. İcra sənədi üzrə borcun müştərək qaydada ödənilməsi nəzərdə tutulsa da, hər hansı məbləğdə ödən iş etməyə maddi imkanı olmamışdır.
17. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)168/2011 nömrəli, 07 aprel 2011-ci il tarixli hökmü üzrə verilmiş xx.xx.2011-ci il tarixli icra sənədi ilə xx.xx.2013-cü il tarixdə başlanılmış icraat zamanı könüllü icra üçün müəyyən edilmiş müddətdə tələb borclular Məhəbbət İbadova və Şəlalə İbrahimova tərəfindən yerinə yetirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-491/2011 nömrəli, 24 oktyabr 2011-ci il tarixli qərarı ilə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmiş və İddiaçı, Məhəbbət İbadova və Şəlalə İbrahimovadan müştərək qaydada 209.303,2 manat, həmçinin İddiaçı və Məhəbbət İbadovadan müştərək qaydada 2.250 manat tələbkar İste hsalat Birliyinin xeyrinə tutulmalı idi. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)491/2011 nömrəli, 24 oktyabr 2011-ci il tarixli qərarı üzrə icra sənədi icraata daxil olmamışdır.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-2513/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbi təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə aktına əsasən bir neçə cavabdehdən müştərək qaydada tutulan pul məbləğinin icrası zamanı “müştərək qaydada” tutulma anlayışı borcun borclular arasında bərabər şəkildə bölünərək icra edilməsi mənasını daşımır. Qeyd olunan halda məhkəmə belə (borcun borclular arasında bərabər şəkildə bölünməsi) qənaətə gələrsə bunu məhkəmə aktında xüsusi olaraq qeyd etməli, bu halın zərurəti sonradan məlum olduqda isə bununla bağlı məhkəmə aktına (hazırkı halda hökmə) izah verilməli idi. Məhkəmənin belə bir qərarı olmadığı halda isə öhdəliyin icrası qərar tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb edilə bilər. Buna baxmayaraq, hazırkı halda iddiaçı icra sənədi üzrə borcu qismən icra edərək ona aid hissəsini icra etdiyini bildirmişdir.
20. Məhkəmə icra sənədi üzrə borcun iddiaçı tərəfindən icra edilməli olan hissəsinin müəyyən edilməsinə dair məhkəmə aktı mövcud olmadığından, iddiaçının istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 nömrəli, 21 iyul 2015-ci il tarixli məktubunu, eyni zamanda Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra sənədinə xitam verilməsini təsdiq edən mək tubunu məcburi hüquqi qüvvəyə malik olan sənəd və ya mötəbər sübut kimi qəbul etməmişdir.
21. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Binəqədi rayon İcra şöbəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinə mülki iddia üzrə İddiaçı münasibətdə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamaqla tələbkarın hüquqlarını pozmaqla nəticələnmişdir.
22. Məhkəmə bütün qeyd olunanları nəzərə alaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçının icra sənədi üzrə borcun əvəzi olaraq tələbkara (hazırkı iş üzrə cavabdehə) təqdim edilmiş əmlakın dəyərindən artıq qalan 49.088 manat məbləğində pulu cavabdehdən tələb etmək üçün subyektiv hüququ olmamışdır.
23. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılm ış, əlavə olaraq qeyd olunmuşdur ki, iş materiallarına əsasən onun tərəfindən digər məhkumlarlın əvəzinə heç bir ödəniş edilməyib, onların borcu ilə əlaqədar zaminlik öhdəliyi yoxdur. Ona görə də ödənilmiş artıq məbləğ miqdarında digər məhkumlara yox, İstehsalat Birliyinə geriyə tələb (reqres) hüququ var. Bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 469-cu maddəsi ilə əsaslandırılmışdır. Əmlakı saxlayan kreditorun tələbləri girovla təmin edilmiş tələblərin ödənilməsi üçün nəzərdə tutulan həcmdə və qaydada əmlakın dəyərindən ödənilir. İddia tələbinin faktiki əsası kimi mənim tərəfimdən girov qoyulmuş əmlakın dəyərinin girovla təmin edilən borc məbləğindən 54 107 manat cox olması göstərılmışdır. Məhkəmə işi həll edərkən tətbiq edilməli olan Mülki Məcəllənin 469cu və 1114.2-ci maddələrini tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə cavab vermir. Məhkəmə gəldiyi nəticələr üçün əhəmiyyəti olan halları əsaslandırmamış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə baxan hakim qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü mülahizələr əsasında çıxarmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-6619/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından da m üəyyən edildiyi kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/2011 nömrəli, 07 aprel 2011-ci il tarixli icra sənədinə əsasən hazırki iş üzrə iş üzrə iddiaçı və digər şəxslər tərəfindən İstehsalat Birliyinə müştərək qaydada ödənilən maddi ziyanın iddiaçının payına düşən 120.892,73 manata münasibətdə 169.981 manat dəyərində mənzil təqdim edildiyindən, iddiaçının hesabına görə artıq ödənilmiş 49.088 manat pulun iddiaçıya qaytarılması tələb olunur. Cavabdeh isə icra sənədinin tam icra edilmədiyini, buna görə də “artıq ödənilmiş məbləğ”-in olmadığını və bununla bağlı iddiaçıya hər hansı bir ziyan vurulmadığını bildirərək iddianın əsassız olduğu qənaətindədir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə aktına əsasən bir neçə cava bdehdən müştərək qaydada tutulan pul məbləğinin icrası zamanı “müştərək qaydada” tutulma anlayışı borcun borclular arasında bərabər şəkildə bölünərək icra edilməsi mənasını daşımır. Qeyd olunan halda məhkəmə belə (borcun borclular arasında bərabər şəkildə bölünməsi) qənaətə gələrsə bunu məhkəmə aktında xüsusi olaraq qeyd etməli, bu halın zərurəti sonradan məlum olduqda isə bununla bağlı məhkəmə aktına (hazırkı halda hökmə) izah verilməli idi. Məhkəmənin belə bir qərarı olmadığı halda isə öhdəliyin icrası qərar tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb edilə bilər. Buna baxmayaraq, hazırkı halda iddiaçı icra sənədi üzrə borcu qismən icra edərək ona aid hissəsini icra etdiyini bildirir.
29. Bununla bağlı kollegiya qeyd etmişdir ki, Azərbaycan Respub likasının Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsində iddiaçının və ya iddiaçıların tələbi üzrə cavabdehlərin müştərək məsuliyyəti nəzərdə tutulduğu halda iddiaçı və ya iddiaçılar qətnamə ilə müəyyən edilmiş və icra edilməli olan öhdəliyin icrasını qətnamə tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb etməyə haqlıdırlar. Birgə iştirakçıların olduğu işlərdə və ya icra müxtəlif yerlərdə yerinə yetirilməlidirsə, məhkəmə tələbkarın xahişi ilə bir neçə icra vərəqəsi verə bilər. Onlardan hər birində tutulmalı olan məbləğ və ya konkret əşyalar göstərilməlidir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırlarsa, hər biri icra vərəqəsində xüsusi qeyd edilir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırsa və məhkəmə qətnaməsində müştərək qaydada məsuliyyət daşıyan bu borcluların barəsində bir icra vərəqəsi verilməsi nəzərdə tutulmuş və verilmişdirsə, onda tərəflərin müraciəti əsasında işə baxan hakim, MPM-in 231.1-ci maddəsi qaydasında icraatın üsulu və ya qaydasının dəyişdirilməsi, hər bir borclu barədə ayrı icra vərəqəsi verilməsi barədə qərardad qəbul edə bilər. Bu icra vərəqələri üzrə icra şöbələrinin birində (icra vərəqəsini vermiş məhkəmənin yerləşdiyi ərazinin icra şöbəsində) ümumi icraat qaldırılmalıdır. Belə icra icraatına nəzarət isə icra xidmətinin rəhbəri tərəfindən həyata keçirilməli və ya bu nəzarəti öz müavinlərindən birinə və ya da yerli icra qurumunun rəhbərinə (böyük icra məmuruna) həvalə etməlidir. Hazırki iş üzrə iddiaçının istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 nömrəli, 07 aprel 2011-ci il tarixli icra sənədi üzrə borcun iddiaçı tərəfindən icra edilməli olan hissəsi müəyyən edilməmişdir.
30. Həmçinin, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, icra sənədi üzrə borcun iddiaçı tərəfindən icra edilməli olan hissəsinin müəyyən edilməsinə dair məhkəmə aktı mövcud olmadığından, iddiaçının istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/2011 nömrəli, xx.xx.2015-ci il tarixli məktubu, eyni zamanda Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra sənədinə xitam verilməsini təsd iq edən məktubu məcburi hüquqi qüvvəyə malik olan sənəd və ya mötəbər sübut kimi qəbul edilmir.
31. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, icra sənədinə əsasən bir neçə cavabdehdən müştərək qaydada tutulan pul məbləğinin icrası zamanı “müştərək qaydada” tutulma anlayışı borcun borclular arasında bərabər şəkildə bölünərək icra edilməsi mənasını daşımır. Qeyd olunan halda məhkəmə belə (borcun borclular arasında bərabər şəkildə bölünməsi) qənaətə gələrsə bunu məhkəmə aktında xüsusi olaraq qeyd etməli, bu halın zərurəti sonradan məlum olduqda isə bununla bağlı məhkəmə aktına (hazırkı halda hökmə) izah verilməli idi. Məhkəmənin belə bir qərarı olmadığı halda isə öhdəliyin icrası qərar tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb edilə bilər.
32. Bun unla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
33. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 1114-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına, Mülki Prosessual Məc əllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
34. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla qeyd olunmuşdur ki, İddiaçı tutulmalı olan məbləğ 120.892,73 manat olmaqla icra sənədinin bu hissədə tam icra olunmasını nəzərə alaraq, Binəqədi rayon icra şöbəsi 28 noyabr 2011-ci il tarixli icra sənədini Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarmışdır, məhkəmənin buna etirazı olmamışdır. Binəqədi rayon icra şöbəsinin xx/xx3320-9 saylı, xx.xx.2016-cı tarixli, Teleradio İB-yə ünvanlanmış məktubu ilə “Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/11 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqinin İddiaçı aid olan hissədə icra edildiyi üçün məhkəməyə qaytarılması” barədə tələbkara rəsmi məlumat verilmişdir, X5 rayon İcra şöbəsinin bu hərəkətindən şikayət verməmişdir. İcra sənədi 2015-ci ildə onu vermiş məhkəməyə qaytarılandan sonra İddiaçı qarşı icra hərəkətləri dayandırılmış, ötən müddətdə “borclu olması barədə” heç bir tələb irəli sürülməmişdir. Ona görə də aşağı instansiya məhkəmələrinin işi həll edərkən “cavabdehlərin müştərək məsuliyyəti nəzərdə tutulduğu halda iddiaçı və ya iddiaçılar qətnamə ilə müəyyən edilmiş və icra edilməli olan öhdəliyin icrasını qət namə tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb etməyə haqlı olması” barədə irəli sürdükləri mülahizənin hüquqi əsası olmamışdır. Məhkəmələr tətbiq edilməli olmayan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarını səhv təfsir edərək işə tətbiq etmişdir.
36. Birgə vurulan zərərə görə məsuliyyətin cavabdehlərin üzərinə hissələr şəklində qoyulması zərərçəkmişin ərizəsi əsasında məhkəmənin qərarı ilə təqsirin dərəcəsinə uyğun müəyyən edilir, təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Bakı A ğır Cinayətlər Məhkəməsinin 1(101)-168/2011 nömrəli, 07 aprel 2011-ci il tarixli hökmü əsasında verilmiş 28 noyabr 2011-ci tarixli icra sənədində cavabdehlərin hər birinin üzərinə ayrılıqda düşən məbləğ qanunla müəyyənləşdirilmiş və icra sənədinə xüsusi olaraq izah verilməsinə ehtiyac olmamışdır. Bununla əlaqədar verilən sorğuya cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-168/2011 nömrəli, 21 iyul 2015-ci tarixli məktubunda da göstərilmişdir ki, hazırkı işdə “müştərək” dedikdə təmin edilən mülki iddianın cavabdehlər arasında tam bərabər bölünməsi nəzərdə tutulmuşdur. Aşağı instansiya məhkəmələri isə müvafiq hüquq normalarını tam əksinə təfsir edərək (məhkəmə borcun borclular arasında bərabər şəkildə bölünməsi qənaətinə gələrsə bunu məhkəmə aktında xüsusi olaraq qeyd etməlidir) id dianın qanuni əsaslarını düzgün müəyyən edə bilməmiş, tətbiq edilməli olan Mülki Məcəllənin 1114.2-ci maddəsini tətbiq etməmişdir.
37. Məhkəmələrin iddianın həllində gətirdikləri dəlillər də ziddiyyətli olmuşdur. Belə ki, məhkəmənin zərərin bölünməsi ilə bağlı Mülki Məcəllənin 1114.2-ci maddəsinə münasibətdə mövqeyi, yəni bu normanı tətbiq etməməsi, “iddiaçının artıq ödənilmiş pul məbləğini Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsaslanaraq reqres qaydada digər zərərvuranlardan tələb edilməli olması” barədə tövsiyəsinin mahiyyətinə zidd olmuşdur. Məhkəmələrin əsaslandırmasından belə görsənmişdir ki, guya hökmdə zərərin hansı hissəslərlə ödənilməsi nəzərdə tutulmamışdır, üstəlik zərər tam ödənilmədiyinə görə hazırda iddiaçının artıq ödənilmiş məbləğlə bağlı tələbinin qanuni əsası olmamışdır. Bu tamamilə yanlış və işin hallarına uyğun olmayan yanaşma olmuşdur. Əvvəla iddiaçının öhdəsinə düşən zərər hökmlə və ona qanun əsasında verilmiş izah məktubu ilə müəyyən edilmişdir. Girov qoyulan mənzilin dəyəri vurulan zərərdən artıq olmuşdur. Belə olan halda iddiaçının artıq ödənilmiş məbləğin geri tələb etməkdən ibarət hüququ yaranmışdır. Digər təqsirləndirilən şəxslər tərəfindən hər hansı məbləğdə zərər ödənilməmişdir. Artıq ödənilmiş pulun digər təqsirləndirilən şəxslərdən deyil, məhz artıq ödənişi qəbul etmiş cavabdehdən tələb edilməsi işin hallarının tələblərinə uyğun olmuşdur.
38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “girov qoyulmuş mənzilin təyinatı üzrə necə realizasiya olunmasını (nə vaxt, neçəyə satılması) təsdiq edən rəsmi mühasibatlıq sənədlərin cavabdeh tərəfindən təqdim olunması” ilə əlaqədar birinci instansiya məhkəməsində verdiyi vəsatətə baxmamış, iş üçün mühüm əhəmiyyəti olan halları araşdırmamış və gəldiyi nəticələr üçün əhəmiyyəti olan halları hüquqi cəhətdən düzgün əsaslandırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövr iyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı.
42. Məhkəmə qətnaməsində iddiaçının və ya iddiaçıların tələbi üzrə cavabdehlərin müştərək məsuliyyəti nəzərdə tutulduğu halda iddiaçı və ya iddiaçılar qətnamə ilə müəyyən edilmiş və icra edilməli olan öhdəliyin icrasını qətnamə tam icra olunana qədər cavabdehlərin birindən, bir neçəsindən və ya hamısından tələb etməyə haqlıdırlar.
43. Birgə iştirakçıların olduğu işlərdə və ya icra müxtəlif yerlərdə yerinə yetirilməlidirsə, məhkəmə tələbkarın xahişi ilə bir neçə icra vərəqəsi verə bilər. Onlardan hər birində tutulmalı olan məbləğ və ya konkret əşyalar göstərilməlidir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırlarsa, hər biri icra vərəqəsində xüsusi qeyd edilir. Əgər borclular müştərək (birgə) məsuliyyət daşıyırsa və məhkəmə qətnaməsində müştərək qaydada məsuliyyət daşıyan bu borcluların barəsində bir icra vərəqəsi verilməsi nəzərdə tutulmuş və verilmişdirsə, onda tərəflərin müraciəti əsasında işə baxan hakim, MPM-in 231.1-ci maddəsi qaydasında icraatın üsulu və ya qaydasının dəyişdirilməsi, hər bir borclu barədə ayrı icra vərəqəsi verilməsi barədə qərardad qəbul edə bilər. Bu icra vərəqələri üzrə icra şöbələrinin birində (icra vərəqəsini vermiş məhkəmənin yerləşdiyi ərazinin icra şöbəsində) ümumi icraat qaldırılmalıdır. Belə icra icraatına nəzarət isə icra xidmətinin rəhbəri tərəfindən həyata keçirilməli və ya bu nəzarəti öz müavinlərindən birinə və ya da yerli icra qurumunun rəhbərinə (böyük icra məmuruna) həvalə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəm ə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Maddə 418.3. Prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində apel lyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hə min əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab e dilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
62. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6619/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.