Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1802/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)3844/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Aynur Behbudova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh adına hesablanmış və “xxxx” ASC-nin hesabında saxlanılan 5454,58 manat və 40 manat ödənilmiş dövlət rüsumu, cəmi 5494,58 manat məbləğində pulun İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Səyyad Qafari sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Fuad Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh adına hesablanmış və “xxxx” ASC-nin hesabında saxlanılan 5454,58 manat və 40 manat ödənilmiş dövlət rüsumu, cəmi 5494,58 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin fevral ayında ona şəxsi problemləri ilə əlaqədar pul lazım olmuş və o kredit almaq üçün «xxxx» ASC-nin Sumqayıt filialına müraciət etmiş, ona bildirmişlər ki, kredit götürmək üçün girov əmlak lazımdır. Həmin vaxt onun adına heç bir daşınmaz əmlak olmadığı üçün anası Cavabdeh müraciət etmiş, anası razılaşaraq adına olan Sumqayıt şəhəri, 1-ci məhəllə, 100 saylı evin 41 saylı mənzilini banka girov qoymaqla xx xxxxxx 2015-ci il tarixdə kredit və ipoteka müqaviləsi bağlanmış və bankdan 7650 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin krediti müəyyən edilmiş vaxtda və məbləğdə tam ödəmiş, mənzili girovdan azad etmişdir. 2019-cu ildə Respublikas Prezidentinin məlum sərəncamına əsasən dollarla götürülmüş və yeni kursla ödənilmiş kredit məbləğ ləri yenidən hesablanmış və vətəndaşların 0,78 manatdan artıq ödədikləri məbləğlərin qaytarılması prosesi başlanmış, aparılmış hesablamalar nəticəsində bankın ona kompensasiya şəklində 5454,58 manat qaytarması barədə qərar qəbul edilmiş və rəsmi saytda həmin məbləğ dərc edilmişdir. Bundan sonra o anasına bildirmişdir ki, həmin pulu bankdan almaq üçün etibarnamə versin və o faktiki olaraq özünə məxsus olan həmin məbləği götürsün. Lakin bunu eşidən anası ona etibarnamə verməkdən və ya alacağı pulu ona veməkdən imtina etmişdir. Bütün bunlara baxmayaraq, anası pulun ona verilməsinə etiraz etmişdir. Həmin pul vəsaiti üzərində hüquqi olaraq anasının hüququ olsa da, faktiki olaraq həmin pulun sahibi odur, həmin vəsaitlər banka onun tərəfindən ödənilmişdir. Kredit anasının adına götürülüb, mənzi li girov qoyulmasına baxmayaraq, bütün kredit məbləğini o götürmüş və ödəmişdir. Ona görə də hesablanmış kompensasiyaya yalnız onun haqqı və hüququ çatır, həmin pul ona verilməlidir. 2015-ci ilin fevral ayında «xxxx» ASC-nin Sumqayıt filialından Cavabdeh mənzilini banka girov qoymaqla 7650 ABŞ dolları məbləğində kredit götürmüş, dolların kursu qalxdığı üçün, tanışlarının köməkliyi ilə başqa banklardan manatla kredit götürüb xx xxxxxx 2019-cu il tarixdə 4700 ABŞ dolları cavabdehin adına götürdüyü dollarla olan krediti ödəmişdir. Qalan krediti 8 ay hissəhissə ödəmiş, sonuncu dəfə 800 ABŞ dolları ödəyib borcu bağlamışdır. Cavabdehin adına krediti o, götürmüş və bütün kreditləri öz vəsaiti hesabına ödəmişdir. Cavabdeh bir dəfə pulu götürəndə bankda olmuşdur. O, cavabdehin adına götürüb ödədiyi kreditə görə indiyədək başqa banka kredit ödəyir. Ödənişlər onun tərəfindən həyata keçirildiyindən kompensasiya məbləği ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyası öz qətnaməsini onunla əsaslandırmışdır ki, Prezidentin Fərmanına əsasən kompensasiya məbləği kredit müqaviləsi bağlayan şəxsə verildiyindən, iddiaçı həmin məbləğin ona verilməsi barədə cavabdehdən tələb etməkdə haqlı olm amışdır. Bu nəticəyə gəlmiş məhkəmə kollegiyası öz nəticəsini heç bir maddi norma ilə əsaslandırmamışdır. Məhkəmə tərəfindən işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, həmin kredit müqaviləsi cavabdehin adına rəsmiləşdirilsə də, həmin pulu bankdan o almış və istifadə etmiş və o, öz vəsaiti hesabına ödəmişdir. Belə olan halda kreditə görə hesablanmış kompensasiyanı almaq hüququ da yalnız ona məxsusdur. Lakin buna baxmayaraq məhkəmə kollegiyası işin araşdırılan və müəyyən edilən halları üzrə düzgün olmayan nəticəyə gəlmiş və onun sübyektiv hüququnu qəbul etməyərək mülkiyyət hüququnu pozan qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrini n səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, «xxxx» ASC-nin «Sumqayıt» filialı ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli, 5143SF №-li kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh mənzil təmiri üçün illik 18 faiz ödəmək şərti ilə 36 ay müddətinə 7650 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci məhəllə, 100 saylı evin 41 saylı mənzili «xxxx» ASCnin «Sumqayıt» filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Qeyd olunan Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış v ətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Bu hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdc əsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Həmçinin banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Qeyd olunmalıdır ki, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarıl ması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh adına 5454,58 manat məbləğində kompensasiya hesablanmış və iddiaçı həmin məbləğin alınaraq ona verilməsini xahiş etmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il ta rixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərd ə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, «Azər baycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya məbləği kredit müqaviləsini bağlayan şəxsə verildiyindən, iddiaçı həmin məbləğin ona verilməsi barədə cavabdehdən həmin pulu tələb etməkdə haqlı olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin də lilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər iddia tələbinin məzmunu ilə eyni olmaqla apelyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə tam, hərtərəfli və hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3844/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1802/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1802/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver