Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1802/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 cavabdehlər Cavabdeh3-yə, X5, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 vəkili X8 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1, 5-ci blok, 10-cu mərtəbə 319 saylı, 3 otaqdan ibarət mənzillə bağlıdır. Həmin mənzilin payçı X6 verilməsinə dair “xxxx”MMCilə 21 yanvar 2016-cı il tarixli müqavilə bağlanmış və mənzilin dəyərinin x tərəfindən tam ödənilməsinə dair MMC tərəfindən kassa mədaxil orderinin qəbzi verilmişdir. 2. 30.05.2017-ci ildə xin mənzilin X3 adına keçirilməsinə etiraz etməməsi barədə ərizəsi alınmış və həmin tarixdə bağlanmış 156 saylı müqavilə əsasında mənzil “xxxx”MMC tərəfindən X1.
3. İddiaçılar, xin sözügedən mənzilin M.İsmayılovun adına keçirilməsi barədə ərizə verərkən anlaqlı olmadığını bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, X2 və İddiaçı3 cavabdehlər Cavabdeh3-yə, X5, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X2 razılığı olmadan 30 may 2017-ci il tarixdə “xxxx” MMC ilə X3 adına rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əliyev Ayturan Əlimurad oğlunun adına 21 yanvar 2016-cı il tarixli müqaviləni bərpa edilməsini, iddiaçılara vurulmuş 78449 manat məbləğində maddi zərərin ödənilməsini xahiş etmişlər.
5. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, Cavabdeh2 uzun illərdir ki, ruhi xəstəlikdən əziyyət çəkən iddiaçı xi 15 noyabr 2017-ci il tarixdə aldatma yolu ilə Xırdalandakı ofisinə aparmış və ona mənzilin atası mərhum xlə qardaşı H ürü Əliyev tərəfindən satılmışdır. Buna görə də onun təcili polisə gedərək mənzilin onun razılığı ilə satıldığı barədə ərizə verməli olduğunu bildirmişdir. Əks təqdirdə atasının adının pisə çıxacağını, qardaşı Hürü Əliyevin isə həbs olunacağını bildirərək psixi durumu yerində olmayan iddiaçı xi şantaj və təhdidlərlə əvvəlcədən hazırladıqları ərizəyə qol çəkdirmiş, sonra isə onu müstəntiqin yanına apararaq özlərini qane edən ərizəni müstəntiqə təqdim etmişlər. İddiaçı x bu barədə bildirdikdə İddiaçı1 dərhal onun xəstəliyini təsdiq edən bütün sənədləri götürərək birlikdə müstəntiqin yanına getmiş, Ələkbər və Cavabdeh1 qardaşlarının törətdikləri dələduzluq cinayəti barədə ətraflı izahat vermişlər və dələduz qardaşların nə üçün iddiaçı xin atası xin və qardaşı Hürü Əliyevin adlarını bəhanə ola raq hallandırdıqlarını, eləcə də onların bu işlə bağlı heç bir əlaqələrinin olmadığını və bütün bu oyunlar dələduz qardaşların düşünülmüş şəkildə mənimsədikləri əmlaklarını geri qaytarmamaq üçün qurduqları hiylə olduğu barədə müstəntiqə təfərrüatı ilə məlumat vermişlər. İddiaçı1 iştirakı ilə izahat verən x onu necə aldadaraq əvvəlcədən hazırladıqları ərizəyə qol çəkdirdiklərini, sonra isə nə mənzili, nə də pulunu vermədiklərini bildirərək, onlara aid mənzilin özlərinə qaytarılmasını tələb etmişdir. Bu hiylələri baş tutmadıqdan sonra Fəxrəddin və Cavabdeh2 qardaşları olara aid mənzilin sənədlərini saxtalaşdırmışdır. Belə ki, aldatma yolu ilə 15 noyabr 2017-ci il tarixdə xə imzalatdıqları razılıq ərizəsini, 8 ay əvvəl tərtib etdikləri 30 may 2017-ci il tarixli alqi-satqı müqaviləsinə əlavə e dərək açıq aşkar sənədlərin saxtalaşdırılması cinayətini törətmişlər. Əlavə olaraq 09 oktyabr 2016-ci il tarixdə onların xəbəri və razılığı olmadan xin adına saxta bir müqavilə tərtib etmişlər. 30 may 2017-ci il tarixdə isə yenə də onların xəbəri və razılığı olmadan həmin müqaviləni ləğv etmişlər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən mülkiyyət hüququ istifadə, sahiblik və sərəncam olmaqla bu anlayışları özündə ehtiva edir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Belə ki, onların istifadəsində və sahibliyində olan əmlaka dair qanunsuz olaraq sərəncam verilmişdir. Nəticədə onların mülkiyyət toxunulmazlıq hüququ pozulmuşdur.
6. Cavabdeh Cavabdeh3 MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil müqavilə tərəfi olan iddiaçı X14 ilə Mehman İsmayılovun adına rəsmiləşdirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.
7. Cavabdeh Mehman Hüseynov birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xin qardaşı xin ona pul borcu olmuş, bunun qarşılığında xvə atası ilə danışıqlar aparılmış, sonra onlar hazırkı mənzili borcun qarşılığında və üstündə əlavə pul ödəmək şərti ilə ona təklif etmişlər. Sonra onlar cavabdehin ofisinə gəlmişlər, xdə ora gəlmiş, mənzili onun adına rəsmiləşdirmişlər, mənzilə görə əlavə pulu da hissə-hissə olmaqla xə və onun atası Əlimurad Əliyevə verilmişdir.
8. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 25 iyul 2018-ci il tarixli, 2(012)-3157/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” MMC ilə X10 arasında bağlanan x saylı, 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, “xxxx” MMCdən 20 (iyirmi) manat məbləğində pulun tutulub İddiaçı1 verilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “xxxx” MMC ilə, “xxxxA” MMC ayrı-ayrı hüquqi şəxslərdir. Həmin hüquqi şəxslərin birinin digərinin hüquq varisi olması barədə məhkəməyə hər hansı rəsmi sənəd təqdim edilməmişdir. “xxxx”MMC ilə X10 arasında bağlanan 30 may 2017-ci il tarixli, 156 saylı, mənzil tikintisi haqqında müqavilə icraçı tərəfindən buna subyektiv hüququ olmayan şəxs tərəfindən bağlanmışdır. Digər tərəfdən, “xxxx” MMC ilə X11 arasında b ağlanan 21 yanvar 2016-cı il tarixli mənzil-tikintisi haqqında müqavilə ləğv olunmamışdır, həmin müqavilə hal-hazırda qüvvədədir. Cavabdeh tərəfindən təqdim edilən xin 30 may 2017-ci il tarixli, qardaşı xin iştirakı ilə yazmış olduğu mübahisəli mənzilin satılmasına etiraz etməməsi barədə ərizəsi onun özünün və digər iddiaçıların izahatları, eləcə də, cavabdeh Mehman İsmayılovun izahatından göründüyü kimi özünün sərbəst iradə ifadəsi ilə yazılmamışdır. Belə ki, əslində x özünə məxsus mənzili satmaq fikrində olmamışdır. Müqavilə tərəflərinin izahatlarından göründüyü kimi cavabdeh Mehman İsmayılov iddiaçı xə həmin mənzilə dair hər hansı məbləğdə pul ödəməmişdir. Ona görə də Mehman İsmayılovun həmin mənzilə görə pul ödədiyi xin qardaşı Hürü Əliyevə qarşı pul tələbinə dair iddia qaldırmaq hüquq u vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) 29 sentyabr 2020-ci il tarixli, 2(105)-61/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 25 iyul 2018ci il tarixli qətnaməsi Cavabdeh3-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia ərizəsinin aidiyyət qaydalarına əməl edilməməsi səbəbindən geri qayt arılması və ya mülki işin aidiyyəti məhkəməyə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bu işə Abşeron Rayon Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində baxıla bilməzdi. Belə ki, cavabdeh kimi işə cəlb edilmiş şəxslərin heç birinin hüquqi ünvanlan Abşeron rayonu deyil, iş üzrə cavabdeh kimi cəlb edilmiş şəxslərdən Cavabdeh2 və Cavabdeh1 hüquqi ünvanları x-dür, Cavabdeh3-nin hüquqi ünvanı X, cavabdeh X3 hüquqi ünvanı ünvan 4aran-A» MMC-nin hüquqi ünvanı Səbail rayonudur. İddiaçıların cavabdeh qismində cəlb etdikləri “xxxx” MMC indiki Cavabdeh3 kimi fəaliyyət göstərir və bununla bağlı məhkəməyə şirkət tərəfindən rəsmi sənəd təqdim edilib. İddiaçiların tələb etdiyi mübahisəli mənzilə gəldikdə, Bakı şəhəri İcra Hakimiyyəti xin atası mərhum Əlmurad Əliyevin adına 0.08 ha (8 sot) torpaq sahəsi ayrılır. 2003-cü ildə Əlmurad Əliyev bu torpaq sahəsinin satışı üçün İddiaçı3 həvalə edir. İddiaçı3 0.08 ha (8 sot) torpaq sahəsinin 0.06 ha (6 sot) hissəsini Dağlar MTK-ya, digər qalan 0.02 ha (2 sot) hissəsini isə Nər-gün MTK-ya satır. Hal-hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı3 xin atası Əlmurad Əliyevə məxsus torpaq sahəsi üçün hər iki tikinti şirkətinin verdiyi ümumilkdə 400.000 (dörd yüz min) manat məbləğində olan pulları, həm nəğd pul şəklində, həm də əmlak əldə etməklə mənimsəyir. Əlmurad Əliyevə isə şirkət rəhbərləri tərəfindən pulların ödənilməməsini bildirir. İddiaçı3 bucurə hərəkətlərindən xəbər tutan xin atası Əlmurad Əliyev “xxxx” MMC- nin direktoru Cavabdeh1 ilə görüşür və Əlmurad Əliyevə İddiaçı3 ona çatacaq pulları mənim sədiyinə görə şikayət edəcəyini bildirir. İddiaçı3 sahibkarları şantaj etməklə və hədə- qorxu gələrək, şirkət rəhbərlərindən külli miqdarda pulları mənimsəməyə nail olur. Hazırkı iddia tələbi üzrə şirkət rəhbərlərinin xə satılan mənzillə bağlı 20.000 (iyirmi min) manat pulun ödənilməməsini hansı sənədə əsaslanır. Cavabdeh olaraq, şirkət rəhbərliyi, nə də şirkət xə məxsus mənzilə aid heç bir saxta yolla mənzilini satmayıb. Belə ki, X14 və iştirakı ilə ona məxsus Xırdalan şəhəri, 319 saylı, dəyəri 78.449 manat olan 3 otaqlı mənzil X3 adına rəsmiləşdirilib. Məhkəmə verdiyi qərarda guya mübahisə predmeti olduğu şirkətin varisi olması barədə hər hansı bir sənəd təqdim etmədiyinə görə xə məxsus mənzilə dair müqavilənin, hüquqi olmayan şəxs bağladığı üçün ləğv edilməsi üçün əsas gətirib. Şirkət tərəfindən məhkəməyə şirkətin varisi olması və bu şirkətə aid hər hansı əməliyyatların aparılmasını sübut edən bütün lazımi sənədlər təqdim edilib. Şahid kimi, hər yerdə adı çəkilən xin qardaşı Hürü Əliyevin iştirak etməsi ilə bağlı vəsatət versə də, təmin edilməmişdir və məhkəmə tərəfindən vəsatətin təmin edilib-edilməməsi ilə bağlı məlumat verilməmişdir. Şirkət tərəfindən xin adına bağlanan müqavilələr xin iştirakı, razılığı və ərizəsi ilə olmuşdur. Məhkəmə iddiaçı olan İddiaçı3 bu iddia ilə bağlı hansı səlahiyyət daşımasını, iddia tələbində iddiaçı kimi hansı sübutlara əsaslanmağına hüquqi qiymət verməyib. Sadəcə məhkəmə müəyyən etdiyi qətnaməni xin, İddiaçı3 prosesdə dediyi ehtimallara əsaslanıb qərar verib. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, guya xin psixi xəstə olmasından istifadə edib, onu aldadıb müqaviləyə imza atmağa məcbur etmək tələbini isə müqavilənin ləğvi” üçün əsas kimi qəbul etmir. x ona məxsus olan mənzillə bağlı aparılan bütün əməliyyatlarda tək olmadığını, onun icazəsi və rəsmi razılığı olmasını təsdiq edən, şirkət rəhbərliyi tərəfindən sənəd təqdim edilib. Bir neçə prosesdə ziddiyyət xarakterli izahatlarına məhkəmə hüquqi qiymət verməyib. X15 İddiaçı3 tərəfindən idarə olunaraq, izahatlarına müdaxilə etməsinə hansı səbəbdən hüquqi qiymət verməməsi çox maraqlıdır. Cavabdehlər tərəfindən iddiaçılara guya 78.449 (yetmiş səkkiz min dört yüz qırx doqquz) min manat ziyan dəyməsi ilə bağlı tələbləri isə heç bir mötəbər sübuta əsaslanmayıb, ümumiyyətlə iddiaçıların tələbi heç bir sübut və fakta əsaslanmasa da məhkəmə bunlara hüquqi qiymət verməyərək, iddia təl əbini qismən təmin etmişdir. x müqavilə bağlanarkən psixi vəziyyəti normal olmuşdur. İşdə olan Nəsimi Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli qətnaməsi ilə isə müəyyən olunur ki, o hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Əslində məhkəmə bu işə baxarkən əlavə ekspertiza təyin etməklə xin müqavilə bağlanarkən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olub-olmasını aydınlaşdırmalı idi. Lakin, məhkəmə bunu etməməklə müqaviləni etibarsız saymışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Tural Məmmədov kassasiya şikayətinə etiraz edər ək onun rədd olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 337.1.maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.2.maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildir ilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
19. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi:
21. Maddə 39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətində qətnam ə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
28. Abşeron rayon Pİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 dekabr 2017-ci il tarixli qərarından müəyyən edilir ki, izahatları alınmış Cavabdeh2 və Cavabdeh1 izahatlarında X4 məxsus mənzili Mehman İsmayılova satmaq istədiyini demiş, bundan sonra x mənzili satmaq barədə ərizə vermiş, “xxxx”MMC-nin adından mənzilə dair Mehman İsmayılovla müqavilə bağlanmışdır. 29. “xxxx”MMC ilə X11 aras ında bağlanan 21 yanvar 2016-cı il tarixli mənzil-tikintisi haqqında müqavilədən müəyyən edilir ki, həmin müqaviləyə əsasən X otaqdan ibarət mənzili icraçı payçıya verir. İcraçı tərəfindən müqaviləni MMC- nin direktoru X12 imzalamışdır. 30. “xxxx”MMC ilə X11 arasında bağlanan 09 oktyabr 2016-cı il tarixli, 124 saylı mənzil-tikintisi haqqında müqavilədən müəyyən edilir ki, həmin müqaviləyə əsasən X otaqdan ibarət mənzili icraçı payçıya verir. İcraçı tərəfindən müqaviləni MMC-nin direktoru Cavabdeh1 imzalamışdır. 31. “xxxx”MMC ilə X10 arasında bağlanan 30 may 2017-ci il tarixli, 156 saylı, mənzil tikintisi haqqında müqavilədən müəyyən edilir ki, həmin müqaviləyə əsasən X otaqdan ibarət mənzili icraçı payçıya verir.İcraçı tərəfindən müqaviləni MMC-nin direktoru Cavabdeh1 imzalamışdır.
32. İşə baxan məhkəmələr hesab edilmişlər ki, “xxxx”MMC ilə, “xxxx” MMC ayrı-ayrı hüquqi şəxslərdir. Həmin hüquqi şəxslərin birinin digərinin hüquq varisi olması barədə məhkəməyə hər hansı rəsmi sənəd təqdim edilməmişdir. “xxxx”MMC ilə X10 arasında bağlanan 30 may 2017-ci il tarixli, 156 saylı, mənzil tikintisi haqqında müqavilə icraçı tərəfindən buna subyektiv hüququ olmayan şəxs tərəfindən bağlanmışdır. Digər tərəfdən, “xxxx” MMC ilə X11 arasında bağlanan 21 yanvar 2016-cı il tarixli mənzil-tikintisi haqqında müqavilə ləğv olunmamışdır, həmin müqavilə hal-hazırda qüvvədədir.
33. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edilərək qeyd etmişdir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur.
34. Belə ki, işə baxan məhkəmələr müəyyən etmişlər ki, cavabdeh tərəfi ndən təqdim edilən, X7 mübahisəli mənzilin satılmasına etiraz etməməsi barədə 30 may 2017-ci il tarixli ərizəsi özünün sərbəst iradə ifadəsi ilə yazılmamışdır.
35. Belə ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli, X saylı məktubundan görünür ki, ərizəçi İddiaçı1 maraqlı şəxslərX X9 qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə Nəsimi Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(006)1476/2019 saylı qətnaməsi ilə ərizəçinin tələbi təmin edilmişdir. Qətnamə 14 avqust 2019cu il tarixdə qanuni qüvvəsini almış və 22 avqust 2019-cu il tarixdə icra olunması üçün Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı1 X qızı, X2 qəyyumu təyin edilmişdir.
36. Nəsimi Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(006)1476/2019 saylı qə tnaməsindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 13.05.2019-cu il tarixli rəyindən görünür ki, X6 şizofreniya paranoid forma, natamam remissiya diaqnozu qoyulmuşdur. O, öz psixi vəziyyətinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
37. Apellyasiya baxışında keçirilmiş məhkəmə-psixatrik ekspertizasının 15.07.2020-ci il tarixli, 1308 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, x mübahisəli mənzilin M.İsmayılovun adına dəyişilməsi barədə 30.05.2017-ci il tarixli razılıq ərizələrini imzalayarkən fəaliyyət qabiliyyətli olmamışdır. Belə ki, 2002-ci ildən başlayaraq xdə müəyyən edilmiş “Şizofreniya paranoi d forma” diaqnozlu xəstəlik fasiləsiz gedişli olmuş, uzun müddət davam edən xroniki ruhi xəstəlik onda psixi qüsur halının yaranmasına səbəb olmuş və buna görə də o, yuxarıda göstərilən tarixlərdə ərizələri imzalayarkən fəaliyyət qabiliyyətli olmamışdır.
38. Bu səbəbdən də apellyasiya kollegiyası hesab etmişdir ki, X2 30 may 2017-ci il tarixli, mübahisəli mənzilin satılmasına etiraz etməməsi barədə ərizəsini özünün sərbəst iradə ifadəsi ilə yazılmaması barədə qənaət əsaslıdır.
39. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə ki, əvvəla, iddiada mənzilə dair əqdin etibarsız sayılması tələbi irəli sürülmüşdür və müqavilənin etibarsızlığının nəticəsi müb ahisəli mənzil üzərindəki pozulmuş hüquqların bərpasını təmin edir. Bu baxımdan kassasiya şikayətinin ərazi aidiyyəti ilə bağlı dəlili əsaslı deyil. Çünki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir (§ 21). İş üzrə mübahisəli mənzil də Abşeron rayonu ərazisində yerləşir.
41. Bundan əlavə, cavabdeh hüquqi şəxsin mübahisəli mənzili M.İsmayılova satması üçün əsas götürdüyü, xin 30.05.2017-ci il tarixli ərizələrinin etibarlı olmaması, yəni X həmin ərizələri imzalayar kən fəaliyyət qabiliyyətsiz olması məhkəmə-psixatrik ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda apellyasiya məhkəməsinin M.İsmayılovla bağlanmış müqaviləni etibarsız əqd saymaqla onun heç bir hüquqi nəticə yaratmaması barədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur.
42. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini