Məhkəmə qərarları › İş №2(102)-1803/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1803/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1803/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(105)827/2019 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(059)-542/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim B.R.Ələkbərov) iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 8.421,70 ABŞ dolları, faiz borcuna görə 5.000,65 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.029,70 ABŞ dolları olmaqla, cəmi 14.452,05 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(105)827/2019 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, F.Ə.Məmmədov və L.M.Məmmədova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. C avabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada əsas borca görə 8.421,70 ABŞ dolları, hesablanmış faiz borcuna görə 5.000,65 ABŞ dolları, cəriməyə görə 1.029,70 ABŞ dolları olmaqla, cəmi 14.452,05 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üz rə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Nəvazi Əzizli məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh1, vəkili Yəhya Nəzərov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Nəvazi Əzizlinin izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.2.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 16 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 12.000 ABŞ dolları kredit verilib. 19 mart 2015-ci il tarixdə kredit müqaviləsinə əlavə saziş bağlanılaraq 16 sentyabr 2014cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən kreditin qalıq məbləği 10.601,37 ABŞ dolları müəyyən edilib, kreditin müddəti isə 15 ay müddətinə uzadılaraq 19 noyabr 2018-ci il tarixədək təyin edilmişdir. Kredit müqaviləsi üzrə borcun təminatı olaraq digər Cavabdeh2la 16 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. İddiaçı təşkilatın 08 iyun 2018-ci il tarixli maliyyə arayışına görə 06 iyun 2018-ci il tarixə Cavabdeh1 iddiaçı təşkilata olan əsas borcu 8.421,70 ABŞ dolları, faiz borcu 5.000,65 ABŞ dolları, hesablanmı ş cərimə 1.029,70 ABŞ dolları olmaqla, cəmi 14.452,05 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-cimaddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başadüşülür. Həmin Məcəllənin 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1- ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2 maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməs i və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini m üzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, zaminlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsi, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün hesablanmamasını və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənatə gəlir ki,kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(105)-827/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar