Məhkəmə qərarları › İş №2(102)-1803/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1803/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1803/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit mübahisəsi ) 30.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2432/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə i şə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 128117-CNS-6487 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 25 (iyirmi beş) faiz hesablanmaqla 51.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan Sumqayıt şəhəri, XX ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m 2 ümumi, 68,82 m 2 yaşayış, 53,28 m 2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daha sonra cavabdehin borcu konvertasiya edilmiş, cavabdeh 55.636,75 manat borcu ayda 28 faiz olmaqla 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh k redit vasitəsindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən hazırkı iddia ərizəsi ilə iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli Razılaşmaya əsasən xx.xx.2018-ci il tarixinə olan 55.636,75 manat məbləğində əsas borcun, 11.639,81 manat məbləğində faizin, gecikdirməyə görə 255,20 manat cərimənin, cəmi 67.531,76 manat pul məbləğinin, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsum unun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, XX ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m ümumi, 68,82 m yaşayış, 53,28 m yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərrac vasitəsilə satılması, mənzil satıldıqdan sonra Cavabdeh yaşayış yerini tərk etmədikdə mənzildən məcburi çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 128117-CNS-6487 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 25 (iyirmi beş) faiz hesablanmaqla 51.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsu s olan Sumqayıt şəhəri, XX ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m 2 ümumi, 68,82 m 2 yaşayış, 53,28 m 2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daha sonra cavabdehin borcu konvertasiya edilmiş, cavabdeh 55.636,75 manat borcu ayda 28 faiz olmaqla 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit vasitəsindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borc üzrə 55.636,75 manat, faiz borcu üzrə 11.639,81 manat, gecikdirməyə görə 10 manat cərimə, ümumilikdə 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 28 (iyirmi səkkiz) manatın alınaraq iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, XX ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində puldan 28 (iyirmi səkkiz) manatın “xxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan his sədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 739.1-ci maddələrinə, o cümlədən müqavilə, zaminlik, ipoteka və öhdəliyin pozulmasına görə məsuliyyəti nizama salan maddi hüquq normalarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Abasov (sərlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov ) xxxx” ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-139/2019 saylı qətnaməsinin Sumqayıt şəhəri, XX ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 5 3,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, evin ilkin satış qiymətinin 160.000 manat müəyyən edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)139/2019 saylı qətnaməsi ilə Cavabdeh əsas borc üzrə 55.636,75 manat, faiz borcu üzrə 11.639,81 manat, gecikdirməyə görə 10 manat cərimə, ümumilikdə 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 28 (iyirmi səkkiz) manatın alınaraq iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, XX ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı f ərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində puldan 28 (iyirmi səkkiz) manatın “xxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmas qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür.

7. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini “İpoteka haqqında” AR Qanununun 39.3.3, 59.3, 59.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya insiyasiyasında İ icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli 2(102)3138/20 saylı qərarı ilə (sədrlik edə n hakimlər İ.V.Həsənov, Ə.Əhmədov və İ.Dəmirov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddiaçı «xxxx» ASC-nin kassasiya şikayətinə münasibətdə, yəni cavabdehin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, fərdi yaşayış evinin boşaldılması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsi, mülki işin həmin hissələr üzrə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

9. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, işdə ipoteka predmetinin dəyəri ilə bağlı müxtəlif qiymətlərin olması və apelyasiya məhkəməsinin hansı səbəbdən məhz sonuncu rəydə göstərilən qiymti əsaslı olaraq qəbul etməsini və ilikin satış qiyməti kimi həmin qiyməti müəyyən etməsini əsaslandırmamış, ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdehlərin evdən çıxarılmaları ilə bağlı hissədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində İİ icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- G.Tağızadə (sərlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli 2(060)-139/2019 saylı qətnaməsi qismən ləğv edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, ipoteka ilə yüklü edilmiş evin ilkin satış qiyməti 140.000 manat olmaqla Cavabdeh tutulmalı olan məbləğ Bank qar şısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, XX ünvanda 0,18 ha torpaq sahəsində yerləşən, 122,10 kv.m ümumi, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ev açıq hərracdan satılması və satışdan əldə edilən vəsait İddiaçı ASC-nə ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun evdən məcburi qaydada çıxarılması və evin boşaldılması qət edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448, 739-cu maddələri və İpoteka haqqında Qanunun müddəaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçı larının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: birinci apellyasiya baxışı zamanı ipoteka predmeti olan mənzilin real bazar qiymətinə uyğun qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilmiş və həmin rəyə əsasən ipoteka predmetinin bazar qiyməti 160 min manat müəyyən olunmuşdur. İpoteka predmetinin qiyməti ilə bağlı rəyin olmasına baxmayaraq apelyasiya məhkəməsi yetərincə mötəbər dəlil və sübutun olmasına baxmayaraq evin 140 min manata hərraca çıxarılmasına qərar vermiş və bunu qətnamədə əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.

16. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandı r. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 18. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

19. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı icraatda ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti və onun boşaldılması ilə bağlı mübahisəyə baxılır. Qətnamə iddia tələbinin qalan hissəsində qanuni qüvvəsini almışdır. 25. x xxxxxxxx 2018-ci il tarixli, G-09/18-384 saylı “xxxx” MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Sumqayıt şəhəri, XX ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m 2 ümumi, 68,82 m 2 yaşayış, 53,28 m 2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin dəyəri 140.000 manat təşkil edir.

26. Cavabdeh həmin qiymətlə razılaşmır və evin ilkin satış qiymətinin daha artıq olmasına istinad edir. Bununla bağlı qeyd olunur ki, işdə iki ekspert rəyi var. Birində ipoteka il ə yüklü edilmiş evin qiymətinin 160.000 manat, digərində isə 140.000 manat olması göstərilmişdir. Apelyasiya Məhkəməsi 2-ci qiyməti ilkin satış qiyməti kimi göstərmişdir. Cavabdeh isə hansı səbəblərdən 1-ci qiymətləndirmə rəyinin əsas götürülmədiyinə etiraz edir.

27. Əvvəla, nəzərə alınmalıdır ki, 1-ci kassasiya icraatının qərarı ilə məhz həmin ekspert rəyi (160.000) əsas götürüldüyü üçün apelyasya icraatının qətnaməsi ləğv edilmişdi. Bundan başqa, hər iki rəydə əmlakın ilkin satış qiməti kimi onun hazırkı bazar qiyməti əsas götürülmüşdür. Hansıki ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti deyəndə likvid qiymət nəzərdə tutulur. Belə qiymətləndirmə aparılsaydı, bu vəziyyət cavabdehin mənafeyinə daha da uyğun olmaya bilərdi. Nəzərə alınsa ki, likvid qiyməti əmlakın bazar qiymətind ən təqribən 10-20% daha aşağı qiymət deməkdir, onda təyin edilən ilkin satış qiyməti hər bir halda cavabdehin mənafeyinə uyğundur.

28. Qərarın 19-cu bəndində qeyd olunan normaın tələbindən göründüyü kimi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

29. İpoteka qoyan əşya üzərində hüquqlarını ipoteka saxlayan qarşısında məhdudlaşdırmışdır. Öhdəlik icra olumadığı təqdirdə ipoteka saxlayan həmin hüquqlardan istifadə etməkdə haqlıdır. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyan ın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

30. Bazar iqtisadiyyatı ilə inkişaf etmiş ölkələrdə maliyyə-kredit münasibətlərinin inkişaf etdirilməsi ölkənin inkişafını şərtləndirən əsas istiqamətlərdən hesab olunur. Təsadüfi deyil ki, bir sıra ölkələrdə ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsi ilə bağlı məsələlərin həllində hətta məhkəmə qərarının olması zəruri şərt deyil. Mübahisələr həmin mərhələyə gəlib çıxmır. Çünki öhdəlik icra edilmədiyi təqdirdə ipoteka ilə yüklü edilmiş əmlaka məhkəmə qərarı olmadan tutma yönəldilir. Belə yanaşma ölkənin kerdit siyasətinin daha effektli inkişafını şərtləndirir. İptoekaya tutmanın yönəldilməsi ilə bağlı məhkəmə mübahisəsi açmaq, həmin mübahis ə bitdikdən sonra daha bir mübahisə açaraq yüklü əmlakın boşaldılması ilə bağlı uzun sürən mübahisələr aparmaq kreditin təminatını heçə endirir. Hansıki, əmlakı ipotekaya qoyarkən şəxs (şəxslər) onun hüquqi nəticələrini bilmiş və buna razılıq vermişlər. Ölkəmizdə bərqərar olan işgüzar təcrübəyə görə yüklü olan əmlakın (məsələn evdə insanlar yaşayırsa) satın alınmasına demək olar ki, heç kim təşəbbüs göstərmir. Çünki onun gələcəkdə uzun sürən məhkəmə mübahisələrindən yan keçmək zəmanəti yoxdur. İpoteka ilə yüklü edilmiş mənzildə insanlar yaşadığı təqdirdə həmin insanların çıxarılması barədə məhkəmə qərarı olmadığı halda mənzilin satılma ehtimalı sıfıra bərabərdir. Bu ancaq mənzilin dəyərindən xeyli aşağı satılması halında mümkün ola bilər ki, buda hərracın keçirilməsi qaydaları ilə uzlaşmır.

31. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2432/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar