Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1804/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Bəgülov Rasim Ayaz oğlunun iştirakları ilə, İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qərardadından kassasiya şikay əti verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pulun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 22 iyul 2019-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qoşqarlı, iş 2(060)-5155/19) iddia təmin edilmiş, Cavabdeh 9000 (doqquz min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 22 iyul 2019-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Məhərrəmov Elməddin Ələsgər oğlutərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Məmmədova və S.Qafari, iş № 2(105)-4292/2019) Cavabdeh nümayəndəsi və vəkili Məhərrəmov Elməddin Ələsgər oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5155/2019 saylı 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X1 Cavabdeh qarşı borc müqaviləsi üzrə pulun tutulması tələbinə dair 2(105)-4292/2019 saylı mülki iş üzrə icraata xitam verilmiş, iddiaçı X3 aidiyyəti üzrə müvafiq icra və probasiya şöbəsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Bəgülov Rasim Ayaz oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş edir. Hüquqi m əsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pulun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 22 iyul 2019-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 9000 (doqquz min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 22 iyul 2019-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Məhərrəmov Elməddin Ələsgər oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Apely asiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 07.12.2015-ci il tarixli kredit müqaviləsinə görə, İddiaçı Cavabdeh 20000 manat məbləğində borc pul vermişdir. Müqavilənini 2-ci bəndinə əsasən, Cavabdeh krediti 6 ay müddətinə yəni 07.06.2016-cı il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. 25.06.2016-cı il tarixli icra qeydinə görə, İddiaçı xeyrinə Cavabdeh 07.06.2016-cı il tarixədək alınmış və vaxtında ödənilməmiş 20000 manat tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariat orqanlarının icra qeydləri icra sənədi s ayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin Qanunun 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və iş üzrə icraata xitam verə bilər. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv edilməsinin əsası kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normalarının pozulduğuna istinad edərək, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tari xli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1804/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1804/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver