Məhkəmə qərarları › İş №2(102)-1806/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1806/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1806/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ xx xxxx 2020-ci il şəhəri İŞ№ 2(102) 1806 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X3, Cavabdeh və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mal-qara və ya pul" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayo n Məhkəməsinin (hakim B.Cəfərov) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11 ədəd iribuynuzlu heyvana görə 13900 (on üç min doqquz yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 33%-i, yəni 9,90 (doqquz manat 90 qəpik) manatının tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən L.Məmmədova, hakimlər S.Qafari və F.Məmmədov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət ed ərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı "mal-qara və ya pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 ədəd iri buynuzlu malların alınaraq cavabdehə verilməsi, bu mümkün olmadığı təqdirdə həmin mal-qaranın bazar dəyəri 25000 (iyirmi beş min) manat pulun, adi mülki dövriyyə şəraitində mal-qaranı satacağı pulla əldə edəcəyi və cavabdehin təqsiri ucbatından məhrum olduğu 17000 manat məbləğində dəymiş zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı cavabdehə iribuynuzlu malqara təhvil vermiş, cavabdeh isə malları qəbul edərək müəyyən haqq müqabilində yaylağa apararaq yay mövsümündə onlara baxmağı öhdəsinə götürmüşdür. Belə ki, notarial qaydada təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı Cavabdeh mal-qara sürüsünü, yəni, 28 ədəd erkək dana, 47 ədəd dişi düyə, 5 ədəd balalı inək, 3 ədəd buzov və 5 ədəd 400-500 kiloqramlıq buğa təhvil vermiş, qarşılığında Cavabdeh razılaşdırılmış məbləğdə zəhmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə öz növbəsində mal-qara sürüsünü, yəni, 28 ədəd erkək dana, 47 ədəd dişi düyə, 5 ədəd balalı inək, 3 ədəd buzov və 5 ədəd 400-500 kiloqramlıq buğanı təhvil almış və yaylaqdan sağ-salamat geri qaytaracağını öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Siyəzən X9 Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 36 saylı məktubundan görünür ki, qeyd olunan iri buynuzlu heyvanlara mütəxəssislər tərəfindən baxış keçirilmədiyindən hansı cinsə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Simmental cinsli heyvanlar adətən sarı-ala və ya qırmızı-ala olur. Mal-qara bazarında aparılmış m üşahidələrə əsaslanaraq 250 kq diri çəkisi olan erkək heyvanlar orta köklükdə ət hesabı ilə qiyməti 1100-1200 manat, dişi heyvan isə 1300-1500 manat civarında dəyişir. İddiaçı bildirir ki, 2018-ci ilin mart ayında Ukrayna Respublikasından ölkə ərazisinə orta hesabla 250 kq diri çəkisi olan, Ukrayna cinsi, ağ-qara rəngli, simmental, 91 baş iribuynuzlu mal-qara gətirmişdir. Mal-qaranı saxlamaq və ondan xeyir götürmək məqsədilə, 3-4 il əvvəlcədən tanıdığı Siyəzən şəhər sakini Cavabdehlə hər ay sonuncuya 300-400 manat zəhmət haqqı ödənilməsi şərti ilə yaylağa aparıb orada saxlaması üçün razılaşmışlar. xx xxxx 2018-ci il tarixdə cavabdehlə Şabran Rayon Dövlət Notariat Kontorunda təhvil-təslim aktını təsdiqlətməklə, 91 baş mal-qaranı ona vermişdir. Lakin, mal-qara həmin gün deyil, təxminən aktın imzalanmasından 5-6 gün sonra cavabdehə təhvil verilmiş, yaylağa aparılmışdır. Mal-qara təhvil verilən zaman o, yox, atası və sürücüsü iştirak etmişdir. Cavabdeh malqaranı oktyabr ayınadək yaylaqda bəsləməli, daha sonra ona təhvil verməli idi. Malqaranın saxlanmasına sərf olunan xərcləri o, ödəməli idi, bu xərclər çıxıldıqdan sonra qalan pulu isə cavabdehlə aralarında bölməli idilər. Lakin, cavabdeh üzərinə düşən öhdəliyin tələblərinə riayət etməmiş və xx xxxx 2018-ci il tarixdə 11 baş mal-qara, o cümlədən, onlardan 9 baş dişi düyə, 2 baş erkək dana əskik olmaqla, ona təhvil vermişdir. Əvvəlcə mal-qaradan 12 baş erkək əskik olsa da, sonradan 1 baş dana tapılıb təhvil verilmiş, mal-qaranın itməsinə görə cavabdeh məsuliyyət daşısa da, Cavabdeh onların axtarılması üçün tədbir görməyərək, pul unu da qaytarmaqdan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh bildirir ki, 2018-ci ilin aprel ayında 3-4 il əvvəlcədən tanıdığı İddiaçı ilə hər ay ona 300-400 manat zəhmət haqqı ödənilməsi şərti ilə, iddiaçıya məxsus mal-qaranı yaylağa aparıb orada saxlamaq barədə razılaşmışlar. Razılaşmaya görə, o, mal-qaranı 2018-ci ilin oktyabr ayınadək yaylaqda saxlamalı, gündəlik qidalanması üçün yem məhsullarını, eləcə də vaksinləri iddiaçı təmin etməli, həmin ilin oktyabr ayında malqaranın satışından əldə etdikləri vəsaiti isə onların bəslənməsinə xərclənən vəsait çıxıldıqdan sonra aralarında bölməli idilər. xx xxxx 2018-ci il tarixdə Şabran Rayon Dövlət Notariat Kontorunda təsdiqlənmiş təhvil-təslim aktında iddiaçının on a 91 baş mal-qara təhvil verməsi göstərilsə də, xx.xx.2018-ci il tarixdə saat 5 radələrində təhvil-təslim aktını tərtib edərək 78 (yetmiş səkkiz) iri buynuzlu heyvanı qəbul edib Şabran rayonu, Zöhrəbkənd kəndinə getmişdir. Notariat qaydasında göstərilən 91 baş iri buynuzlu heyvandan 78 başını çoban X6 yaylağa aparmışdır. Qalan 13 baş iri buynuzlu heyvan xəstə olduğuna görə iddiaçının fermasında işləyən adamlar həmin xəstə heyvanları çobanı Məlikov Kamrana verməmişlər. Ona görə də aktda 91 baş heyvanın yerinə 78 baş malqara göstərilmişdir. Zöhrabkənd kəndinə çatanda 3 baş heyvan tələf olmuşdur. Bu fakt iddiaçının adamlarının gözü qarşısında olmuşdur. O, heç bir heyvanı itirməmiş və mənimsəməmişdir. Onun çobanları 78 baş iri buynuzlu mal-qaranı təhvil almış, xx.xx.2018-ci il tarixdə 75 (ye tmiş beş) baş heyvanı geri, iddiaçının Siyəzən kəndində yerləşən fermasına qaytarmışlar. İddiaçının fermasına 75 baş iri buynuzlu mal-qaranın təhvil verilməsi barədə akt tərtib olunmuşdur. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Belə ki, iş materiallarında olan təvvil-təslim aktı iddiaçının qeyd edilən heyvanları cavabdehə verməsini təstiq edir. Lakin cavabdeh bunun əksini sübut edə biləcək hər-hansı mötəbər sübutu və dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Siyəzən X9 Mərkəzinin xx xxxx 2019-cu il tarixli məktubu ilə 11 baş iri buynuzlu heyvanların (9 baş dişi düyə, 2 baş erkək dana olmaqla) real bazar qiymətinin cəmi 13900 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehə 91 baş mal-qara verdiyini iddia edir və iddiasının əsası kimi tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarxli təhv il-təslim aktını göstərir. Apelyasiya instansiyası məhkəməsi də qətnamə qəbul edərkən məhz həmin aktı əsas götürməklə iddianı qismən təmin etmiş birinci instanisya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla bağlı cavabdehin kasasiya şikayətinin dəlili ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi onun təqdim etdiyi şahidləri dindirməmiş və iddiaçı tərəfindən təqdim olunmuş şahidlər P.Abdullayev və Q.Cahangirov isə öz ifadələrində cavabdehə 78 baş mal-qara təhvil verdiklərini göstərmişlər. Bundan başqa cavabdehin kasasiya şikayətinə əlavə etdiyi aktdan görünür ki, cavabdehin xx xxxx 2018-ci il tarixində 78 baş mal-qara təhvil almış və xx xxxx 2018-ci il tarixində 75 baş diri, üç baş ölü mal-qaranı təhvil vermişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi q ərar qəbul edərkən yuxarıda qeyd olunmuş şahid ifadələrinə və xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktına hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instanisyası məhkəməsi qeyd edilən şahid ifadələrinə və xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktına hüquqi qiymət verməklə mübahisənin düzgün həllinə nail olmalıdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasd ır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar