Məhkəmə qərarları › İş №2(102)-1809/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1809/2021

03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1809/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı xxx cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1809/20 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı şəhəri, 03 may 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili X5 oğlunun, cavabdeh Cavabdeh və onun nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(105)-2666/2020 nömrəli qətna məsindən İddiaçı və Cavabdeh verilmiş kassasiya şikayətləri üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı ilə Cavabdeh xxx üzbəüz qonşusudur.

2. Cavabdeh 17.02.2018-ci il tarixdə küçədə olan kanalizasiya quyusunun qapağını qaldırıb təmizliyini yoxlayarkən, quyunun qapağı aşıb iddiaçının övladı 21.01.2011-ci il təvəllüdlü X1 ayağının üzərinə düşüb. Nəticədə uşaq sol ayağının İ və İİ barmaqlarını əsas falanqa səviyyəsində itirib.

3. Xaçmaz RPŞ-nin 16.03.2018-ci il tarixli qərarı ilə Cavabdeh barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, uşağı n müalicəsi üçün çəkdiyi 7000 manat müalicə xərcinin, məhkəmə xərcinin, həmçinin 30000 manat mənəvi zərərin əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh küçədə olan kanalizasiya quyusunun qapağını qaldırıb, ehtiyatsızlıq edib və bunu nəticəsində quyunun qapağı həmin vaxt iddiaçının küçədə oynayan övladının ayağının üzərərinə düşüb. Uşaq xəsarət alıb, uşağın sol ayağının İ və İİ barmaqları əsas falanqa səviyyəsində amputasiya edilib.

6. Cinayət hadisəsi aşkar olunmadığından cavabdeh cinayət işinin başlanması edilmişdir.

7. İddiaçı şikayət etdiyi ilk günlərdə cavabdeh iddiaçıya 200 manat pul verərək, iddiaçıdan şikayət etməməsini xahiş etmiş və uşağın müalicə xərclərini tam şəkildə ödəyəcəyini bild irmişdir. Lakin iddiaçı və uşaq cavabdehin vəziyyətini yüngülləşdirən izahatlar verdikdən sonra, iddiaçı xərci uşağın müalicəsinə pul verməyəcəyini bildirmişdir.

8. Cavabdehin əməli nəticəsində iddiaçının oğlu Ramil az ağır dərəcəli bədən xəsarəti almışdır. Uşağın müalicəsinə 7000 manatdan artıq pul xərclənib və hələ də xərclənməkdədir.

9. Cavabdeh etdiyi əmələ görə peşmançılıq keçirmək əvəzinə, qarşılaşdıqları zaman “gördün şikayətin sonu necə oldu, get kimə istəyirsən yenə şikayət et” kimi ifadələrlə ona və övladına mənəvi əzab verən sözlər deyir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1118.1 və 1120.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq bildirib ki, cavabdehin baş vermiş hadisədə təqsiri yoxdur. Belə ki, cavabdehin təqsirinin sübuta yetirilməsi üçün hüquqazidd əməl, o cümlədən delikt mövcud olmalı, həmin əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Hadisənin cavabdehin təqsiri üzündən baş verməsi sübuta yetirilmir, buna görə də istintaq orqanı tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir.

12. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehdən həm iddia ərizəsində göstərilən 37000 manat məbləğində pulun, həm də uşağın gələcəkdə müalicə olunması üçün tərəfindən çəkiləcək xərclərin əvəzi olaraq 20000 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir.

13. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1786/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası, 19 dekabr 2019-cu il tarixli qərardadı ilə məhkəmə-psixoloj i ekspertizası təyin edilmişdir.

14. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 10.11.2019-cu il tarixli, T 370/2019 saylı rəyinə əsasən hadisədən uzun müddət keçdiyinə görə hazırda R.Feyzullayevin sol ayağında amoutasiya olunmuş İ-İİ barmaqların cərrahi əməliyyat yolu ilə rekonstruksiyası Azərbaycan Respublikasının tibb müəssisələrində mümkün deyildir.

15. Məhkəmə-Ekspertizası Mərkəzinin 28.03.2020-ci il tarixli 1369 saylı ekspert rəyinə əsasən Cavabdeh 17.02.2018-ci il tarixdə Xaçmaz şəhəri Ayəddin Babayev küçəsində kanalzasiysa quyusunun qapağını azyaşlı 21.01.2011-ci il təvəllüdlü X1 ayağı üzərinə düşürməsi və uşağın sol ayağının İ və İİ barmaqlarının əsas falanqa səviyyəsində itirməsi nəticəsində İddiaçı kəskin emosional gərginlik halını keçirmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla o, hadisədən sonrakı dövrdə psixoloji sarsıntı keçirmişdir.

16. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, 25 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 1000 (min) manat məbləğində mənəvi ziyanın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh tutularaq Eksprertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim İlkin Xəlilov)

17. Birinci instansiya məhkəməsi iddia tələbinin 7000 (yeddi min) manat müalicə xərclərinin, həmçinin, uşağın gələcəkdə müalicəsi üçün zəruri olan 20.000 (iyirmi min) manat məbləğində xərclərin tutulmasına dair hissəsi barədə qeyd edib ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından həmin xərclərin çəkilməsini təsdiq edən mötəbər sübutlar məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Lakin iddiaçı qeyd edilən hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

18. Birinci instansiya məhkəməsi sübut edilməməsi əsası ilə iddia tələbini 7.000 (yeddi min) manat çəkilmiş və 20000 (iyirmi min) manat gələcəkdə çəkiləcək müalicə xərclərinin tutulması hissəsində təmin etməmişdir.

19. Bununla belə, birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən iddiaçının mənəvi zərərə məruz qalmasını, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqənin olmasını müəyyən edərək, hesab etmişdir ki, iddiaçıya mənəvi zərər yetirilib.

20. Məbləğə gəldikdə, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini 1000 müəyyən etmişdir.

21. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 21.2, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətində dəlilləri ondan ibarət olub ki, cavabdehin hadisədən sonra uşağın müalicəsinə köməklik göstərməsi barədə vədi nə inanaraq uşağın müalicəsi ilə bağlı çəkdiyi xərclərə dair heç bir rəsmi sənədi (dərmanlara dair aptek çekləri, özəl xəstəxanalara etdiyi ödənişlər və s.) özündə saxlamamışdır. Buda o demək deyildir ki, uşağın müalicəsi pulsuz başa gəlmişdir. Qaldı ki, uşağın gələcəkdə müalicəsi ilə bağlı xərclərə, bir ana olaraq uşağın amputasiya olunmuş barmaqların əməliyyat yolu ilə bərpasına çalışacaqdır.

24. Həmçinin məhkəmənin mənəvi zərərin əvəzi kimi təyin etdiyi 1000 manat pul iddiaçının keçirdiyi psixoloji sarsıntılarla uzlaşmır.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2666/2020 saylı, 13 oktyabr 2020ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, 25 iyun 2020-ci il tarixli qətnaməsi Cavabdeh 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək, mənəvi ziyan görə Cavabdeh tutulacaq məbləğ 3000 (üç min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.(hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi) Gülnarə Tağızadə, Telman Quliyev )

29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 7000 manat çəkilmiş müalicə xərclərinin və 20000 manat məbləğində gələcəkdə çəkiləcək müalicə xərcinin tutulması hissəsində iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Çünki iddiaçı müalicə xərcləri ilə əlaqədar 7000 manat xərc çəkməsini, eləcə də gələcəkdə zəruri müalicə üçün 20000 manat məbləğində pulun tələb olunmasını göstərsə də, çəkilmiş xərclərə, eləcə də çəkiləcək xərclərə dair hə r hansı sübut təqdim etməmiş, yalnız şifahi olaraq qeyd edilən məbləğdə xərc çəkdiyini və daha sonra da müalicə üçün müəyyən məbləğin zəruri olduğunu göstərmişdir.

30. Apellyasiya məhkəməsi də maddi zərərə aid hissədə iddianın sübut edilməməsinə istinad etmiş və bu səbəbdən də qətnamənin həmin hissələrdə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir.

31. Bununla belə, apellyasiya məhkəməsi qeyd edib ki, iddiaçının qeyd edilən hadisə ilə əlaqədar mənəvi ziyan çəkməsi sübuta yetirildiyindən, mənəvi zərərin əvəzinin 1000 manat müəyyən edilməsi ağlabatan hesab edilə bilməz.

32. Apellyasiya məhkəməsi iddiaçının çəkdiyi mənəvi zərərin əvəzinin 3000 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edərək, qətnaməni həmin məbləğ hissəsində dəyişdirmişdir. Kassasiya şikayətinin və ona etira zın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (vəkili X2) qətnamədən kassasiya şikayəti verib.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən 3000 manat məbləğində mənəvi zərərin iddiaçının keçirdiyi psixoloji sarsıntılarla uzlaşmadığı göstərilib.

35. Cavabdeh (vəkili Vəkil) qətnamədən kassasiya şikayəti verib.

36. Cavabdehin kassasiya şikayəti mənəvi zərərin 3000 manat müəyyən edilməsinin əsassız olması barədədir. b) Kassasiya şikayətinə qarşı tərəin etirazının dəlilləri

37. Kassasiya şikayətlərinə qarşı tərəflərin etirazları daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında iddiaçı Fey zullayeva (Məmmədəliyeva) Günel Eldar qızı və onun vəkili X2 təqdim etdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.

39. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil təqdim etdikləri kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçının kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üç ün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə öd ənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hüququn tətbiqi ilə bağlı ali məhkəmə orqanlarının istinad edilən qərarları “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətlərində qətnamə iş üzrə iddiaçı tərəfindən tam, cavabdeh tərəfindən isə mənəvi zərərin məbləği hissəsində mübahisələndirildiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin aktını iddiaçının şikayəti üzrə tam, cavabdehin şikayəti üzrə isə mən əvi zərə2in məbləği hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

44. İddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. İddiaçı həmin öhdəlikdən irəli gələn maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.

45. Yaranma əsaslarından asılı olmayaraq, maddi zərərlə bağlı tələblərin təmin edilməsi bununla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsindən, başqa sözlə, həmin tələblərin sübuta yetirilməsindən asılıdır.

46. İddiaçının qanuna zidd hərəkətləri nəticəsində iddiaçının övladının sağlamlığına zərər dəyməsi işin mübahisələndirilməyən halı olsa da, maddi zərərin məbləği mütləq şəkildə sübut edilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə odur ki, 7000 manat çəkilmiş müalicə xərclərinin və 20000 manat məbləğində gələcəkdə çəkiləcək müalicə xərclərinə dair iddiaçı hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları iddiaçı sübut etməli idi.

47. Buna görə də maddi zərərlə bağlı iddi açının kassasiya şikayətinin dəlilləri əsassızdır. Maddi zərərlə bağlı iddianın rədd edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

48. Həmçinin mənəvi zərərin əvəzi kimi 3000 manatın keçirdiyi psixoloji sarsıntı ilə uzlaşmaması barədə də iddiaçının kassasiya şikayətinin dəlilləri əsasızdır.

49. İşdən görünür ki, apellyasiya məhkəməsi iddiaçının həmin hissədə apellyasiya şikayətini qismən təmin etmiş və birinci instansiya məhkəməsinin müəyyən etdiyi 1000 manat mənəvi zərər lə razılaşmayaraq, həmin məbləği 3000 manata qaldırmışdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarın da (22ci bənd) qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

51. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzinin 3000 manat məbləğində müəyyən edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında şərh edilən hallara uyğun hesab edir.

52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi cəza xarakteri daşımır. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır.

53. Cavabdehin kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası iddiaçının həmin hissədə kassasiya şikayəti üzrə yuxarıda qeyd etdiklərinə əsaslanaraq şikayəti əsasız sayır.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2(105)-2666/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar