Məhkəmə qərarları › İş №2(102)-181/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-181/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-181/2022 02.02.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, “Bank VTB (Azərbaycan)“ASC-nin nümayəndəsi və vəkili X3, Cavabdeh, eyni zamanda Cavabdeh3 nümayəndəsi Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.07.2021-ci il tarixli, 2(103)33/2021 nömrəli qətnaməsindən “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P. Hüseynov) 2(006)-51/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 adından imzalanmış 13 sentyabr 2013-cü il tarixli 115808- 7-4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 634 manat cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi; iddia digər hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim A.Tanrıverdiyev) 2(009)-108/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nin xeyrinə 115767-1-8082/2 saylı, 22.10.2013- cü il tarixli "Kommersiya müqaviləsi” üzrə 109969 (yüz doqquz min doqquz yüz altmış doqquz) ABŞ dolları 32 (otuz iki) sent məbləğində əsas borcun, 8997 (səkkiz min doqquz yüz doxsan yeddi) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləğində faizin, 50 (əlli) ABŞ dolları cərimə olmaqla cəmi 119.017 (yüz on doqquz min on yeddi.) ABŞ dolları 06 (altı) sent borc, 115767-1-8082/7 saylı, 25.11.2014-cü il tarixli “Bərpa olunmayan kredit Müqaviləsi” üzrə 42.806 (qırx iki min səkkiz yüz altı) ABŞ dolları 38 (otuz səkkiz) sent məbləğində əsas borcun, 4121 (dörd min yüz iyirmi bır) ABŞ dolları 79 (yetmiş doqquz) sent məbləğində faizin, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 47.128 (qırx yeddi min yüz iyirmi səkkiz) ABŞ dolları (17 on yeddi) sent və 115767-18082/8 saylı, 13.01.2015-ci ıl ta rixli “Kommersiya krediti müqaviləsi” üzrə 184.674. ( yüz səksən dörd min altı yüz yetmiş dörd) ABŞ dolları 43 (qırx üç) sent məbləğındə əsas borcun, 18149 (on səkkiz min yüz qırx doqquz) ABŞ dolları 39 (otuz doqquz) sent məbləğində faizin və 100 (yüz) ABŞ dolları cərimənin məbləği (ödəniş günü üçün Azərbaycan Respublıkası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rusumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 60.00 manat məbləğində dövlət rüsumlarının tutulması; tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan, ünvan 1 ünvanında yerləşən 150.00 kv.m ümumi, 80.60 kv.m. ya rdımçı və 69 40 yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilə ilkin satış qiyməti 550.000,0 manat məbləğində müəyyənləşdirməklə və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m“ yaşayış, 31.4 yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 saylı mənzilə-ilkin satış qiyməti 150.000,0 AZN məbləğində müəyyənləşdirılməklə yönəldilməsi, əmlaklar açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməsi; İpoteka predmetı sayılan mənzillər açıq hərracda satıldıqdan sonra satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nə olan borcu ödənilməsi; Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan məbləğlər ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2018-ci il tarixli 2(103)7840/2018 saylı qərardadı ilə ( hakimlər -V.Həsənov (sədrlik edən və məruzəçi), V.Baxışova və N.Cəfərov) İddiaçı Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və sair tələbi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə apellyasiya şikayətləri ilə, Cavabdeh3 cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi tələbi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə bir icraatda baxılması üçün həmin işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və E.Eyvazov) 28 iyul 2021-ci il tarixli, 2(103)-33/2021 nömrəli qətnaməsi ilə birinci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(009)-108/2018 saylı qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 apellyasiya şika yətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 115767-1-8082/2 saylı, 22.10.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 105.921,1 (yüz beş min doqquz yüz iyirmi bir) ABŞ dolları 1 (bir) sent məbləğində əsas borcun, 8997 (səkkiz min doqquz yüz doxsan yeddi) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləğində faizin, 150 (bir yüz əlli) ABŞ dolları cərimə olmaqla cəmi 115.068,84 (yüz on beş min altmış səkkiz) ABŞ dolları 84 (səksən dörd) sent borc, 115767-1-8082/7 saylı, 25.11.2014-cü ıl tarixli “Bərpa olunmayan kredit xətti Müqaviləsi” üzrə 42806 (qırx iki min səkkiz yüz altı) ABŞ dolları 38 (otuz səkkiz) sent məbləğində əsas borcun, 4121 (dörd min yüz iyirmi bir) ABŞ dolları 79 (yetm iş doqquz) sent məbləğində faizin, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi -47.128 (qırx yeddi min yüz iyirmi səkkiz) ABŞ dolları 17 on yeddi sent və 115767-1-8082/8 saylı, 13.01.2015-ci ıl tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 179.901, 73 ( yüz yetmiş doqquz min doqquz yüz bir) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində əsas borcun, 16.615,92 (on altı min altı yüz on beş) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində faizin və 1000 (bir min) ABŞ dolları cərimənin, cəmi 197.517,65 (bir yüz doxsan yeddi min beş yüz on yeddi) ABŞ dolları 65 (altmış beş) sent məbləğin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilm iş 30 (otuz) manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 60.00 (altmış) manat məbləğində dövlət rüsumlarının tutulması, həmçinin, qiymətləndirmə ekspertizasının dəyəri 400 dörd yüz) manatın 200 (iki yüz) manatı iddiaçıdan, 200 (iki yüz) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq “Əmlak Ekspert Mərkəzi” nin xeyrinə, mühasibatlıq ekspertizasının dəyəri 200 (iki yüz) manatın 100 (bir yüz) manatı iddiaçıdan, 100 (bir yüz) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 3 ünvanında yerləşən 150.00 kv.m ümumi, 80.60 kv.m. yardımçı və 69 40 kv.m. yaşayı ş sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilə- ilkin satış qiyməti 550.000,0 manat məbləğində müəyyənləşdirməklə və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 saylı mənzilə-ilkin satış qiyməti 150.000,0 AZN məbləğində müəyyənləşdırılməklə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh1, Cavabdeh2 İddiaçı-yə olan borcunun ödənilməsi, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan məbləğlər ödənildikdən sonra ipoteka predmetının hərracda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə və Cavabdeh3 münasibətdə rədd edilməsi, həmçinin birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(006)-51/2018 saylı qətnaməsindən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bununla belə, kassasiya baxışında “VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinin sədri İ.A.Okayev, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öz aralarında barışığa gəlmələri barədə sazişi təqdim edərək, bağladıqları 28.01.2022-ci il tarixli barışıq sazişinə əsasən, işin icraatına xitam veril məsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən görünür ki, tərəflər iş üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “1. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2018 saylı mülki işi üzrə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetlərinə yönəldilməsi və sair tələblərə dair” və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-51/2018 saylı mülki işi üzrə iddiaçı Cavabdeh3 cavabdehlər “İddiaçı və Cavabdeh1 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-33/2021 saylı mülki işi üzrə 28.07.2021-ci il tarixli qətnaməsindən “Bank VTB (Azərbaycan)” ASC tərəflərin verilmiş kassasiya şikayəti üzrə 2(102)181/2022 saylı mülki iş vardır.

2. «Bank» ilə “Borclu” arasında bağlanmış 115767-1-8082/2 saylı 22/10/2013-cü il tarixli, 115767-1-8082/7 saylı 25/11/2014-cü il tarixli, 115767-1-8082/8 saylı 13/01/2015-cü il tarixli “Kredit Müqaviləsi” üzrə “Borclu və “Zamin”lərin 18 Yanvar 2022-ci il tarixinə Banka müştərək qaydada olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: - 337,450.13 ABŞ dolları məbləğində əsas borc, 31,268.92 ABŞ dolları məbləğində faiz borcu və 15,862.50 ABŞ dolları məbləğində cərimə, cəmi 384,581.55 (Üç yüz səksən dörd min beş yüz səksən bir ABŞ dolları əlli beş sent) ABŞ dolları məbləğində borc.

3. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndində göstərilən cəmi borc, yəni – 384,581.55 (Üç yüz səksən dörd min beş yüz səksən bir ABŞ dolları əlli beş sent) ABŞ dolları məbləği, 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 653,788.64 (altı yüz əlli üç min yeddi yüz səksən səkkiz manat 64 qəpik) AZN məbləğində müəyyən olunur və bu məbləğin üzərinə heç bir faiz və digər əlavə məbləğ hesablanmır. Borclular müştərək qaydada 653,788.64 (altı yüz əlli üç min yeddi yüz səksən səkkiz manat 64 qəpik) AZN borcun 516,206.67 (beş yüz on altı min iki yüz altı manat 67 qəpik) AZN hissəsini ilkin 50000 (əlli min) AZN ödənilməsi şərtilə qalan hissəsi (Bu Saziş məhkəmə qaydasında qərardad ilə təsdiq edildikdən sonr a) 36 ay ərzində hər ay 12950.18 (on iki min doqquz yüz əlli manat 18 qəpik) AZN olmaqla hər ayın 5-dən gec olmayaraq ödəyəcəklər. 516,206.67 (beş yüz on altı min iki yüz altı manat 67 qəpik) AZN məbləği bu Sazişin şərtlərinə müvafiq olaraq ödənildikdən sonra Borcluların Bank qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və Bank Borclulara bu barədə arayış təqdim edəcək və ipoteka predmeti yüklülükdən azad olunacaq. 3.1.Qrafik 1 2 12950. 18 12950. 10 12950.18 11 12950.18 1 9 2 12950.18 28 12950.18 12950.18 29 12950.18 3 4 5 6 7 8 9 18 12950. 18 12950. 18 12950. 18 12950. 18 12950. 18 12950. 18 12950. 18 12 12950.18 13 12950.18 14 12950.18 15 12950.18 16 12950.18 17 12950.18 18 12950.18 0 2 1 2 2 2 3 2 4 2 5 2 6 2 7 12950.18 30 12950.18 12950.18 31 1295 0.18 12950.18 32 12950.18 12950.18 33 12950.18 12950.18 34 12950.18 12950.18 35 12950.18 12950.18 36 150532.3 4

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 60 (altmış) gündən artıq olmamalıdır. İstisna hal kimi bu Saziş qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Respublikada tətbiq oluna biləcək karantin rejimi dönəmində yenidən sərt karantin rejimi tətbiq edildiyi halda, gecikmələrin sayı bir dəfədən artıq olmamaq şərti ilə 90 (doxsan) gündən artıq olmamalıdır. Borclular və İpoteka qoyan bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. Borclulardan müştərək qaydada 653,788.64 (altı yüz əlli min yeddi yüz səksən səkkiz manat 64 qəpik ) AZN məbləğindəki borcun həmin (yəni öhdəliyin icra olunmadığı və ya lazımınca icra olunmadığı) günə olan qalıq məbləği Bankın xeyrinə tutulur. 4.2. İpoteka predmetinin ilkin satış qiyməti 150000 (yüz əlli min) manat müəyyən edilməklə, Borcluların borcu ünvan 4 ünvanında yerləşən, 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 nömrəli (yeni qaydalarla: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 65, M4, mənzil 1) və ilkin satış qiyməti 550000 (beş yüz əlli min) manat müəyyən edilməklə, ünvan 4 ünvanında yerləşən, 150.00 kv.m ümumi, 80.60 kv.m yardımçı və 69,40 kv.m yaşayış sahəsi olan 4 otaqlı 80 saylı mənzillərə yönəldili r, əmlaklar açıq hərracdan satılır və onlar məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait Banka ödənilir. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait Borclunun Banka olan bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcunun qalığının bağlanmasına, artıq qalan hissə isə İpoteka qoyan(lar)a qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ Borclulara məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikasının qanuna (bundan sonra mətndə “İcra haqqında” qanun) uyğun olaraq açıq hərracdan satılır və ya Banka təhvil verilir.

5. Borclular bu Sazişin 3-cü bəndində müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar Bank tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcəkdir.

6. Borclular öz öhdəliklərini bu sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” qanuna əsasən icra edilir. Yekun müddəalar

1. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.

2. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

3. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

4. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 5 (beş) nüsxədə tərtib edilmişdir.

5. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Bu Saziş qüvvəyə mindiyi anda 2(102)-181/2022 saylı məhkəmə işi üzrə icraata xitam verilir.” Məhkəmə iclasında iştirak edən “Bank VTB (Azərbaycan)“ASC-nin nümayəndəsi və vəkili X5, cavabdeh, eyni zamanda Cavabdeh3 nümayəndəsi Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X1 təsdiq edilməklə mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Beləliklə, tərəflər mübahisəni barışıqla yekunlaşdıraraq, bu barədə iradə ifadələrini yazılı formada tərtib etdikləri sazişdə məhkəməyə təqdim etmişlər, məhkəmə i clasında həmin sazişin təsdiq olunması və işin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhk əmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-nin 417.1.5-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxu d qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.07.2021-ci il tarixli, 2(103)-33/2021 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.07.2021-ci il tarixli, 2(103)33/2021 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə 28.01.2022-ci il tarixdə tərəflər arasında bağlanmış: “1. Azərbaycan R espublikası Ali Məhkəməsinin icraatında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2018 saylı mülki işi üzrə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetlərinə yönəldilməsi və sair tələblərə dair” və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-51/2018 saylı mülki işi üzrə iddiaçı Cavabdeh3 cavabdehlər “İddiaçı və Cavabdeh1 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-33/2021 saylı mülki işi üzrə 28.07.2021-ci il tarixli qətnaməsindən “Bank VTB (Azərbaycan)” ASC tərəflərin verilmiş kassasiya şikayəti üzrə 2(102)181/2022 saylı mülki iş vardır.

2. «Bank» ilə “Borclu” arasında bağlanmış 115767-1-8082/2 saylı 22/10/ 2013-cü il tarixli, 115767-1-8082/7 saylı 25/11/2014-cü il tarixli, 115767-1-8082/8 saylı 13/01/2015-cü il tarixli “Kredit Müqaviləsi” üzrə “Borclu və “Zamin”lərin 18 Yanvar 2022-ci il tarixinə Banka müştərək qaydada olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: - 337,450.13 ABŞ dolları məbləğində əsas borc, 31,268.92 ABŞ dolları məbləğində faiz borcu və 15,862.50 ABŞ dolları məbləğində cərimə, cəmi 384,581.55 (Üç yüz səksən dörd min beş yüz səksən bir ABŞ dolları əlli beş sent) ABŞ dolları məbləğində borc.

3. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Bu Sazişin 2-ci bəndində göstərilən cəmi borc, yəni – 384, 581.55 (Üç yüz səksən dörd min beş yüz səksən bir ABŞ dolları əlli beş sent) ABŞ dolları məbləği, 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 653,788.64 (altı yüz əlli üç min yeddi yüz səksən səkkiz manat 64 qəpik) AZN məbləğində müəyyən olunur və bu məbləğin üzərinə heç bir faiz və digər əlavə məbləğ hesablanmır. Borclular müştərək qaydada 653,788.64 (altı yüz əlli üç min yeddi yüz səksən səkkiz manat 64 qəpik) AZN borcun 516,206.67 (beş yüz on altı min iki yüz altı manat 67 qəpik) AZN hissəsini ilkin 50000 (əlli min) AZN ödənilməsi şərtilə qalan hissəsi (Bu Saziş məhkəmə qaydasında qərardad ilə təsdiq edildikdən sonra) 36 ay ərzində hər ay 12950.18 (on iki min doqquz yüz əlli manat 18 qəpik) AZN olmaqla hər ayın 5-dən gec olmayaraq ödəyəcəklər. 516,206.67 (beş yüz on altı min iki yüz altı manat 67 qəpik) AZN məbləği bu Sazişin şərtlərinə müvafiq olaraq ödənildikdən sonra Borcluların Bank qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və Bank Borclulara bu barədə arayış təqdim edəcək və ipoteka predmeti yüklülükdən azad olunacaq. 3.1.Qrafik 1 2 3 4 5 6 7 8 9 12950. 18 12950. 18 12950. 18 12950. 18 12950. 18 12950. 18 12950. 18 12950. 18 12950. 18 10 12950.18 11 12950.18 12 12950.18 13 12950.18 14 12950.18 15 12950.18 16 12950.18 17 12950.18 18 12950.18 1 9 2 0 2 1 2 2 2 3 2 4 2 5 2 6 2 7 12950.18 28 12950.18 12950.18 29 12950.18 12950.18 30 12950.18 12950.18 31 12950.18 12950.18 32 12950.18 12950.18 33 12950.18 12950.18 34 12950.18 12950.18 35 12950.18 12950.18 36 150532.3 4

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 60 (altmış) gündən artıq olmamalıdır. İstisna hal kimi bu Saziş qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Respublikada tətbiq oluna biləcək karantin rejimi dönəmində yenidən sərt karantin rejimi tətbiq edildiyi halda, gecikmələrin sayı bir dəfədən artıq olmamaq şərti ilə 90 (doxsan) gündən artıq olmamalıdır. Borclular və İpoteka qoyan bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırılmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. Borclulardan müştərək qaydada 653,788.64 (altı yüz əlli min yeddi yüz səksən səkkiz manat 64 qəpik ) AZN məbləğindəki borcun həmin (yəni öhd əliyin icra olunmadığı və ya lazımınca icra olunmadığı) günə olan qalıq məbləği Bankın xeyrinə tutulur. 4.2. İpoteka predmetinin ilkin satış qiyməti 150000 (yüz əlli min) manat müəyyən edilməklə, Borcluların borcu ünvan 4 ünvanında yerləşən, 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 nömrəli (yeni qaydalarla: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 65, M4, mənzil 1) və ilkin satış qiyməti 550000 (beş yüz əlli min) manat müəyyən edilməklə, ünvan 4 ünvanında yerləşən, 150.00 kv.m ümumi, 80.60 kv.m yardımçı və 69,40 kv.m yaşayış sahəsi olan 4 otaqlı 80 saylı mənzillərə yönəldilir, əmlaklar açıq hərracdan satılır və onlar məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait Banka ödənilir. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait Borclunun Banka olan bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcunun qalığının bağlanmasına, artıq qalan hissə isə İpoteka qoyan(lar)a qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ Borclulara məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikasının qanuna (bundan sonra mətndə “İcra haqqında” qanun) uyğun olaraq açıq hərracdan satılır və ya Banka təhvil verilir.

5. Borclular bu Sazişin 3-cü bəndində müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi qalmayacaq və bu sazişi n 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar Bank tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcəkdir.

6. Borclular öz öhdəliklərini bu sazişə uyğun icra etmədikdə, bu saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” qanuna əsasən icra edilir. Yekun müddəalar

1. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.

2. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

3. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

4. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 5 (beş) nüsxədə tərtib edilmişdir.

5. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Bu Saziş qüvvəyə mindiyi anda 2(102)-181/2022 saylı məhkəmə işi üzrə icraata xitam verilir.” məzmunundakı barışıq sazişi təsdiq edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar