Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1811/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakı ilə, Cavabdeh1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)2302/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Azər İsmayılov) xx xxxxxx 2019-cu il tarixli, 2(060)-07/2019 saylı qətnaməsi ilə iddia tələb i qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 42/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, xx.xx.2014-cü il tarixli, 42-1/14SU saylı əlavə kredit müqaviləsinə görə 50508,32 ABŞ dolları əsas kredit borcu, 19016,12 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 70024,44 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, xx.xx.2014-cü il tarixli, 32mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə görə 3552,31 manat əsas kredit borcu, 1117,10 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 4769,41 manat məbləğində kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzilinin ilkin satış qiymətinin 105000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət xəzinadarlığı agentliyinin hesabına ödənilməsi qət edilmişdir. Sum qayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2(060)-07/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” KB ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 42/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 42-1/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 50508,32 ABŞ dolları, faiz borcu üzrə 19016,12 ABŞ dolları, cərimə borcu üzrə 77083,76 ABŞ dolları, cəmi 146608,20 ABŞ dolları kredit borcunun, xx.xx.2014-cü il tarixli, 32mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə görə əsas kredit borcu üzrə 3991,22 manat, faiz borcu üzrə 2216,39 manat və cərimə borcuna görə 1117,10 manat olmaqla,cəmi 7324,71 manat məbləğində kredit borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın müştərək qaydada tutulması, tələbin ipoteka predmei olan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin borcunun ödənilməsi, ipoteka predmeti olan Sumqayıt ş əhəri, 40cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzilinin ilkin satış qiymətinin 95000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblə rini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. H üquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kasasiya şikayəti verdiyindən qətnamə yalnız onun kasasiya şikayətinə əsasən ona münasibətdə kasasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi, Cavabdeh1 kasasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 42/14SU saylı əsas kredit müqa viləsinin çərçivəsində xx.xx.2014-cü il tarixli, 42-1/14SU saylı əlavə kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcluya 36 ay müddətinə, xx.xx.2020-ci il tarixədək, illik 20% ödəmək şərtilə 63000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 32mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə xx.xx.2016-cı il tarixədək illik 28% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü iltarixli, 42Sİ/14SU saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B say lı evin, 45 nömrəli mənzili «xxxx» Kommersiya Bankına ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, notarial qaydada təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icraetmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Lakin borclu müqavilə şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə kredit alanın banka hər iki kredit müqaviləsinə əsasən borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşy alar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır İşdən göründüyü kimi,Cavabdeh1 iddiaçıya kredit müqavilələrindəki öhdəlikləri yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Borcun olmasını bank öz maliyyə arayışı ilə təsdiq etmişdir. Həmçinin işdən görünür ki, borcun məbləğini dəqiqləşdirmək məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 23591 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 42/14SU saylıəsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, xx.xx.2014-cü il tarixli, 42-1/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borc u üzrə 54854.53 ABŞ dolları, faiz borcu üzrə 27152,99 ABŞ dolları xx.xx.2014-cü il tarixli, 32mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə görə əsas kredit borcu üzrə 3552,31 manat və faiz borcu üzrə 1762,74 manat hesablanılmışdır. Hər iki kredit müqaviləsi üzrə isə məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinəistinad edilməklə dəbbə pulu borcu müvafiq olaraq 500 ABŞ dolları və 100 manat müəyyən edilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun ekspertizadakı rəyə uyğun tutulması əsaslıdır və işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxl ayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinəəsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdı r. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəssinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. İşdən görünür ki, Cavabdeh1 kreditor qarşısında kredit müqavilələrindən irəligələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. Məhkəmə yuxarıda qeyd olunan normaların tələbinə əsasən hesab etmişdir ki, tələb ipotekaya qoyulmuş ona məxsus Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzilinə yönəldilməli və həmin əmlak açıq hərracda satılmalıdır “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindənmüəyyən edilir. İşdən görünür ki, məhkəmə ipoteka predmetini müstəqil qiymətləndirici tərəfindən dəyərlən dirilməsini təmin edmişdir və “xxxx” MMC tərəfindən Ç-1394 nömrəli,xx.xx.2018-ci il tarixli hesabatla Sumqayıt şəhəri, 40-cı məhəllə, 21B saylı evin, 45 nömrəli mənzilinin ilkin satış qiyməti 105000 manat məbləğində qiymətləndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 "xxxx" KB ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri "xxxx" KB ASC-yə qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, müqavilə öhdəliklərini icra etməyərək, "xxxx" KB ASC qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi i lə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı "xxxx" KB ASC-nin iddia tələbi əsaslıdır. İşdən həmçinin görünür ki, "xxxx" KB ASC mübahisəli mənzil açıq hərracda satıldıqdansonra onun ən gec 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını da xahiş etmişdir. Məhkəmə iddianı bu hissədə təmin edərkən “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə istinad etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh Asif Kamil oğlu öz etirazının əsası kimi istinad etdiyi və apellyasiy a şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya və kasasiya şikayətində məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsi barədə vəsatətlətinin əsassız olaraq rədd edildiyini qeyd etsə də, işdən görünür ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və o cümələdən ipoteka predmetinin qiymət i müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmışdır. Ona görə də, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərini formal mülahizələr hesab edir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kasasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2302/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kasasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1811/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1811/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver