Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1811/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh4, X2, X1 və X3 qarşı iş üzrə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, QƏRARİ (Açar sözlər: borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X7 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1572/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərə findən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 aprel 2014-cü il tarixli **********94314 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 48 ay müddətinə 19 faizlə 20000 manat məbləğində kredit verilmişdir. «xxxx» ASC ilə Cavabdeh3 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 16 aprel 2014-cü il tarixli **********94314/ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində təyin edilərək alınmış 03 avqust 2018-ci il tarixli 5001 saylı ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan, hesabdan çıxarış məlumatları və 15 aprel 2014-cü il tarixli **********94314 kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 03 fevral 2017-ci il tarixinə (iddia ərizəsində borcun hesablandığı tarixə) «xxxx» ASC-yə olan borcu 22224.11 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 16668.01 manat, faiz borcu üzrə 5556.10 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X2, X1 və X3 qarşı «15.04.2014-cü il tarixli, **********94314 N:li Kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 aprel 2014-cü il tarixli **********94314/ip N:li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və 15 aprel 2014-cü il tarixli, **********94314 N:li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı «xxxx» ASC qarşısında 16664 manat məbləğində əsas borc, 6083.85 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 03 fevral 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1106.62 manat məbləğində penya, cəmi 23854.47 manat və 03 fevral 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetini n dəyərindən iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Şəhmərdan qızı, Cavabdeh4, X5, X4 və X6, onların ailə üzvüləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 40 000 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC məhkəməyə iddia həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraci ət edərək, 16 aprel 2014-cü il tarixli **********94314/ip N:li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və 15 aprel 2014-cü il tarixli, **********94314 N:li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı «xxxx» ASC qarşısında 16664 manat məbləğində əsas borc, 9874.44 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 14 aprel 2018-ci il tarixdən 25 sentyabr 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləği nə illik 20 % dərəcəsi ilə hesablanmış 1490.50 manat məbləğində əldən çıxmış faydanın əvəzi, 25 sentyabr 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4641.36 manat məbləğində penya, cəmi 32670.30 manat və 25 sentyabr 2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxx» ASC-nin xeyrinə tut ulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Şəhmərdan qızı, Cavabdeh4, X5, X4 və X6, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5ci bəndində qeyd olunmuş likvid dəyəri 40 000 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 2(014)-23/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 15 aprel 2014-cü il ta rixli, **********94314 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 «xxxx» ASC-nin xeyrinə 16664 manat məbləğində əsas borc, 9874.44 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 14 aprel 2018-ci il tarixdən 25 sentyabr 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış 1490.50 manat məbləğində əldən çıxmış faydanın əvəzi, 25 sentyabr 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 200 manat məbləğində penya, cəmi 28228.94 manat məbləğində borcun tutulması, Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinə tutmanın yönləndirilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Şəhmərdan qızı, Cavabdeh4, X5, X4 və X6, onların ailə üzvüləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə ç əkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi və «xxxx» ASC-dən 145 manat təkrar ekspertizanın xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Birinci instans iya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini və tələbin əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti verərək Ağdaş rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edərək iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2020-ci qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov, iş № 2(107)1572/2020) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Ağdaş Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 2(014)-23/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, 15 aprel 2014cü il tarixli, **********94314 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 «xxxx» ASC-nin xeyrinə 16664 manat məbləğində əsas borc, 9874.44 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 14 aprel 2018-ci il tarixdən 25 sentyab r 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış 1490.50 manat məbləğində əldən çıxmış faydanın əvəzi, 25 sentyabr 2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 200 manat məbləğində penya, cəmi 28228.94 manat məbləğində borcun tutulması, Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus olan Ağdaş şəhəri, Babək küçəsində yerləşən 0,06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 60 kv.m., yardımçı sahəsi 60,7 kv.m., ümumi sahəsi 120.7 kv.m təşkil edən 10 nömrəli fərdi yaşayış evinə tutma yönləndirilmsəi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlə rin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxx» ASCnin xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Şəhmərdan qızı, Cavabdeh4, X5, X4 və X6, onların ailə üzvüləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, sun. ipoteka predmetinin likvidit dəyəri 40000 (qırx min) manat məbləğində müəyyən edilmsəi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq D övlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilmsəi, «xxxx» ASCdən 145 manat təkrar ekspertizanın xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir., Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddianın tam rədd edilməsi üçün deyil, qətnamənin ləğv olunması üçün əsasdır. Belə ki, 25 sentyabr 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına fakti ki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya hissəsi iddiaçı tərəfindən həmin tələbi əsaslandıran və təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1572/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gö ndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X12 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1572/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəiyşdirilmədən saxlanmasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş lər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə m übahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin cavabdehin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddə sinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəs inə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Qanunun 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədənotariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud o lduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi m əhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədə n saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin ona göndərilməməsinə istinad etmişdir. Kassasiya şikayətinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin cavabdehə göndərilməməsinə dair dəlilə münasibətdə qeyd edilməlidir ki, həmin dəlilə faktiki olaraq apellyasiya şikayətində istinad edilməmişdir. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin irəli sürülməmiş dəlillərə qiymət verməli olması kimi bir vəzifəsi mövcud deyildir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1572/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1811/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1811/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver