Məhkəmə qərarları › İş №2(102)-1811/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1811/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1811/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" MTK qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzilin təhvil verilməsi barədə) 26.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)8629/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK kassasiya şikayəti üzrə işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin halla rına görə, İddiaçı məhkəmədə "xxxx" MTK qarşı iddia qaldıraraq, sonuncu tərəfindən 05 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən 2 otaqlı, sahəsi 62.60 kv.metr olan təmirli yaşayış sahəsinin onun mülkiyyətinə verilməklə "xxxx" MTK vurulmuş maddi ziyana görə 1.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş dövlət rüsumuna görə 31 manat olmaqla, cəmi 11.031 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. "xxxx" MTK isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, onlar arasında İddiaçı mülkiyyətində olan xxx küçəsi, 1 saylı evin, 64 saylı mənzilinin əvəzinə xx və xxx küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən sahəsi 133.1 kv.metr olan təmirli mənzil və xxx küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 62.60 kv.metr olan təmirli mənzilin verilməsinə dair 05 sentyabr 2018-ci il tarixli müqavilənin xxx küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 62.60 kv.metr olan təmirli mənzilin verilməsi hissəsinə münasibətdə etibarsız hesab edilməsi və İddiaçı "xxxx" MTK işgüzar nüfuzuna vurulmuş zərərə görə 10.000 manat pulun tutulub "xxxx" MTK ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, "xxxx" MT K tərəfindən 05 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən 2 otaqlı, sahəsi 62,60 kv.metr olan təmirli mənzilin İddiaçı mülkiyyətinə verilməklə maddi ziyana görə 1.000 manat pulun tutulub İddiaçı ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında 31 avqust 2017-ci il, 06 mart 2018-ci il, 07 avqust 2018-ci il və 05 sentyabr 2018-ci il tarixli müqavilələr bağlanıb və həmin müqavilələrin şərtlərinə görə, “X ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, sahəsi 69.78 kv.metr olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla xxx və xxxt küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 133.1 kv.metr olan təmirli mənzili və xxx küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbədə yerləşən 2 otaqlı, sahəsi 62.60 kv.metr olan təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə söküləcək mənzili "xxxx" MTK sahibliyinə, istifadəsinə verməyi öhdəsinə götürüb. Razılaşmaya görə kirayə pulu İddiaçı xxx və xxxt küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 133.1 kv.metr olan mənzilin təmir edilib köçənədə k veriləcəyi nəzərdə tutulub. Hazırda mübahisəli ünvanda "xxxx" MTK tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası başa çatdırılıb. Göründüyü kimi İddiaçı 05 sentyabr 2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq 2 otaqlı, sahəsi 62.60 kv.metr olan təmirli mənzilin "xxxx" MTK tərəfindən ona təhvil verilməsini iddia edir. Mülki Məcəllənin 385.1, 442, 445.1-ci maddələrinin tələbləri baxımdan ilk iddia qismən əsaslıdır. Belə ki, "xxxx" MTK yazılı müqavilə ilə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq xxx küçəsi, 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 62.60 kv.metr olan təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməyərək onu pozub. "xxxx" MTK qarşılıqlı iddiası isə əsassızdır və onun təmin edilməsi üçün əsaslar yoxdur. Ona görə də, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 112, 113-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. "xxxx" MTK apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Ə.İbayev sədrlik edən və məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 339, 385.1, 442, 445.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslındırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri "xxxx" MTK kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 178.8-ci maddəsinə (mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan redaksiyasına) əsasən, mənzil, ba ğ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Həmin Məcəllənin 112-ci maddəsinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şika yətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instans iyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. "xxxx" MTK kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunan və qarşılıqlı iddianın rədd olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. "xxxx" MTK kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın bütövlükdə rədd, qarşılıqlı iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında 31 avqust 2017-ci il, 06 mart 2018-ci il, 07 avqust 2018-ci il və 05 sentyabr 2018-ci il tarixli müqavilələr bağlanıb və həmin müqavilələrin şərtlərinə görə, “X ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə ha rmoniyasını itirmiş vəziyyətdə olan binalarda İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, sahəsi 69.78 kv.metr olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 faiz olmaqla xxx və xxx küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 133.1 kv.metr olan təmirli mənzili və xxx küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbədə yerləşən 2 otaqlı, sahəsi 62.60 kv.metr olan təmirli mənzili 2 il müddətində İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə söküləcək mənzili "xxxx" MTK sahibliyinə, istifadəsinə verməyi öhdəsinə götürüb. Razılaşmaya görə kirayə pulu İddiaçı Xxxx və xxx küçələrinin kəsişməsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın D girişində 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 133.1 kv.metr olan mənzilin təmir edilib köçənədək veriləcəyi nəzərdə tutulub. Hazırda mübahisəli ünvanda "xxxx" MTK tərəfindən hündürmərtəbəli yaşayış binasının inşası başa çatdırılıb. Mülki Məcəllənin 178.8-ci maddəsinə (mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan redaksiyasına) əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilir ki, kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvləri arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqularının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Habelə Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən "xxxx" MTK kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlib. Belə ki, İddiaçı mülkiyyətində olan mənzilin sökülüb onun yerində hündür mərtəbəli yaşayış binasının tikintisi üçün "xxxx" MTK təhvil verdiyi halda, sonuncu həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Akademik Topçubaşov küçəsi, 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 3-cü mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 62.60 kv.metr olan təmirli mənz ili müqavilədə razılaşdırılmış müddətdə İddiaçı mülkiyyətinə verməməklə öhdəliyini pozub və işdə, bunun əksini təsdiq edən başqa sübut yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, "xxxx" MTK üzvü olmaqla İddiaçı sözügedən mənzilin pay haqqını tam məbləğdə ödəməklə həmin mənzilə mülkiyyət hüququ əldə etdiyindən, "xxxx" MTK onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və sözügedən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi şəkildə icra etməməklə İddiaçı dəymiş zərəri ödəməyə borcludur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə d üzgün tətbiq edib. "xxxx" MTK qarşılıqlı iddia ərizəsində, habelə kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində sözügedən müqavilənin bağlanması məqsədilə aldadıldığını və həmin müqavilənin kooperativin iradəsini ifadə etmədiyini və sair göstərsə də, onun bu dəlilləri də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayıb. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəy yənləşdirilir. Həmçinin əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). “Ə.Ə.İbrahimovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 12 aprel 2004-ci il tarixli qərarında göstərmişdir ki, aldatma digər tərəfı əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdi n etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfın iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. "xxxx" MTK kassasiya şikayətində sözügedən əqdi İddiaçı aldatma təsiri altında bağladığını və həmin əqdin bağlanmasında Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrində nəzərdə tutulan əlamətlərin olduğunu və sair göstərsə də tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bundan əlavə, "xxxx" MTK qarşılıqlı iddia ərizəsində İddiaçı işgüzar nüfuzuna vurulmuş zərərə görə 10.000 manat pulun tutulub ona ödənilməsin i iddia edir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, izt irab verir. Hazırki halda İddiaçı təqsirli hərəkətləri nəticəsində "xxxx" MTK işgüzar nüfuzuna 10.000 manat məbləğində zərər dəyməsi mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, "xxxx" MTK onun işgüzar nüfüzuna zərər vurulması ilə bağlı sübutetmə yükünü həyata keçirə bilməyib. Belə ki, "xxxx" MTK İddiaçı müxtəlif qurumlara ərizələrlə müraciət etdiyini və ərizələrində kooperativin işgüzar nüfüzuna xələl gətirəcək məlumatlar yazdığını iddia etsə də, həmin ərizələrdə yazılanlar kooperativin işgüzar nüfuzuna xələl yetirmir. Çünki, İddiaçı qeyd olunan ərizələrində məhz pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində gəldiyi nəticə il ə də razılaşır və kassasiya şikayətinin dəlillərini tam əsassız hesab edir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, "xxxx" MTK kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" MTK kassasiya şikayəti təmin edilməsin. İş üz rə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-8629/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar