Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1813/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: müqavilənin etibarsızlığı, borc tələbi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Sumqayıt Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 3M-**** saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı kredit müqaviləsinə əsasən bo rcu qaytarmaq öhdəliyini yerinə yetirmədiyinə görə 56020 manatın, gecikdirilmiş vaxt üçün illik beş faiz 3965 manatın, mənəvi zərərə görə 10000 manatın və sağlamlığın bərpa edilməsi üçün çəkdiyi 9446.09 manatın, cəmi 79431.09 manatın və məhkəməyə ödədiyi 30 manat rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edərək ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında xx.xx.2018-ci il tarixdə, 3M**** reyestr nömrəli kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinə görə borcverən in borcalana 65.000 manat məbləğində pulun borc verilməsi nəzərdə tutulmuşdur. Əslində tərəflər arasında borc müqaviləsi bağlansa da ona həmin müqavilə üzrə borc pul verilməmiş, həmin müqavilə Cavabdeh və X2 tərəfindən ona edilmiş dələduzluq nəticəsində yaranmış 75.000 manat vurulmuş ziyana görə bağlanmışdır. Belə ki, X4 oglu həmin pulun müqabilində Cavabdehlə ona qızıl-zinət əşyası verməli idilər. Həmin 75.000 manat məbləğində pul Cavabdeh məxsus olmuş, pul onun vasitəsi ilə Z1 verilmişdir. 75.000 manat pul onun vasitəsilə verildiyinə görə 10.000 manat məbləğində pulu nağd olaraq o, Cavabdeh qaytarmışdır. 65.000 manat dəymiş ziyanı əvəzləşdirmək üçün onun mübahisələndirdiyi borc müqaviləsini bağlamışdır. Hazırda onun cavabdehə heç bir borcu qalmamışdır. Bütün bu hallar Z1 Azərbaycan Respu blikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə məhkum olunmasına dir cinayət işinin materialları ilə sübuta yetirilir. İddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı zərgər və qızılzinət əşyalarının alveri ilə məşğul olan şəxs kimi tanımışdır. 2018-ci ilin fevral ayının əvvəllərində onunla görüşərkən hazırda lombardda işlədiyini və müdiri Z1 adlı şəxsdə batmış qızıllar olduğunu, onunla aşağı qiymətlə qızıllar çıxarıb xeyli pul qazandıqlarını bildirərək, 75.000 manat ona borc pul tapmağını xahiş etmişdir. 2018-ci ilin fevral ayının 13-də o, İddiaçı ilə görüşüb sonuncuya 75.000 manat borc pul vermiş, söhbət əsnasında İddiaçı ona bildirmişdir ki, X2 onu aldadaraq vəd verdiyi qızılları verməmişdir. Bir neçə gün sonra İddiaçı borcundan ona 10.000 manat vermiş, bor cun qalan hissəsini isə qısa vaxt ərzində qaytaracağına söz vermişdir. 2018-ci ilin mart ayının 08 də onunla notariat kontoruna gedib borcun qalan 65.000 manatı barədə kredit müqaviləsi bağlamışlar. Göründüyü kimi şifahi şəkildə bağladıqları kredit müqaviləsini daha sonra yazılı formada notariat orqanında təsdiq etdirmişlər. İddiaçı 2018-ci ilin aprel ayının 10-da ona borcundan daha 5000 manat pul qaytarmış, bu hal kredit müqaviləsinin 6-cı bəndinin tələbinə uyğun arxasında aparılmış qeydlə və hər ikisinin imzası ilə təsdiq olunur. Həmin ilin may ayında isə İddiaçı ona borcundan daha 4000 manat pul qaytarmış, kredit müqaviləsinin 2-ci bəndində şərtləşdikləri kimi o, borcunu hər ay 16.250 manat olmaqla xx.xx.2018-ci il tarixədək, dörd ay müddətində qaytarmalı idi. Lakin cavabdehin qalan bor cunu müxtəlif bəhanələrlə ödəmədiyini görüb 2019-cu ilin iyul ayında 56.000 manat borc öhdəliyini yerinə yetirməsi üçün ona SMS vasitəsilə əlaqə nömrəsinə (***-***-**-**) bildiriş göndərmişdir. Borcunu ödəmədiyi üçün bu ilin avqust ayının 23-də borc məbləği barədə notarius icra qeydi aparmışdır. İddiaçı ona olan borcunu ödəməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(060)****/2019 saylı qərarı ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi cavabdeh borc öhdəliyini yerinə yetirmək istəmir və hazırkı əsassız iddia ilə məhkəməyə müraciət etməsi bu fikrini təsdiq edir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tar ixli, 2(060)-****/2020 saylı qətnaməsi ilə (hakim Azər İsmayılov) ilk iddia tələbinin təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Sumqayıt şəhər 3 saylı notariat kontorunda 3M-**** nömrəli reyestrdə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 3M-**** saylı kredit müqaviləsi və İddiaçı və X3 mülkiyyətlərində olan Sumqayıt şəhəri, Ünvan1 ünvanında yerləşən 0.06 ha və **** ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə dair alqı-satqı, sərəncam hüquqlarını n X1 verilməsi barədə etibarnamə eyni gündə verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı o, da müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il bağlanmış 3M-**** saylı kredit müqaviləsi bağlanarkən Cavabdeh tərəfindən İddiaçı nəğd şəkildə 65.000 manat borc pul verilməmiş və bu hal məhkəmə iclasında mübahisələndirilməmişdir. Odur ki, İddiaçı kredit müqaviləsinin etibarsızlığı barədə gətirdiyi dəlillər xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. Qarşılıqlı iddia tələbinə gəldikdə isə, qarşılıqlı iddia üzrə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il bağlanmış 3M-**** saylı kredit müqaviləsi etibarsız hesab edildiyindən təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 339.3, 340.1, 739.1, 739.2-ci maddələri ilə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2004-cü il tarixli qərarı ilə əsaslandırmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsini və onun qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)****/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsi nin 2(060)-****/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 56020 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi onların azad iradəsi əsasında bağlanmışdır. Bununla yanaşı işin həqiqi halları ilə müəyyən olur ki, 2018-ci ilin fevral ayının 13-də Cavabdeh İddiaçı ilə görüşüb sonuncuya 75.000 manat borc pul vermiş və bir neçə gün sonra İddiaçı borcundan ona 10.000 manat hissəsini qaytarmış, borcun qalan hissəsini isə qısa vaxt ərzində qaytaracağına söz verdiyi üçün 2018-ci ilin mart ayının 08-də onunla notariat k ontoruna gedib, borcun ödənilməmiş 65.000 manat hissəsi barədə kredit müqaviləsi bağlamışlar. İddiaçı 2018-ci ilin aprel ayının 10-da ona borcundan daha 5000 manat və may ayında isə 4000 manat pul qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, qanuni əsaslarla bağlanmış kredit müqaviləsinin etibarsızlığı üçün qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd edilmiş əsaslardan heç biri mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İlk iddia üzrə iddiaçının kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 56020 manat borcu yaranmışdır. Qarşılıqlı iddia ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 3M-**** reyestr nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz 3965 manat mənəvi zərərə görə 10000 manat və sağlamlığının bərpa edilməsi üçün çəkdiyi 9446.09 manat pul tələb etmişdir, iddianın qeyd olunan hissələrinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd olunan hissələrdə tələbini əsaslan dıra bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ilk iddia ərizəsi təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk idia hissəsində işin yeni apelyasiya baxışına qaytarılması, qarşılıqlı iddia hissəsində isə iddia tələbinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişd ir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməyərək nəticədə qanunvericiliyin tələbinə uyğun olmayan qətnamə qət etmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməməkdə haqlı olmamış, işi obyektiv araşdırmadığından həmin hissədə qətnamə ləğv edilməli və yeni apellyasiya baxışma qaytarılmalıdır. Qarşılıqlı iddia hissəsində də qətnamə ləğv edilməli həmin hissədə icraata xitam verilməklə ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməlidir. İş materiallarına nəzər salarkən məlum olur ki, Sumqayıt şəhər 3 saylı Notariat kontorunda bağlanmış 3M-**** reyestr nömrəli kredit müqaviləsinə əsasən borclu İddiaçı tələbkar Cavabdeh ödəmədiyi 56.000 borcla bağlı xx.xx.2019-cu il tarixində Sumqayıt şəhər İcra şöbəsinə icra qeydi göndərilmişdir. Həmin icra qeydi ilə əlaqədar Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Orxan Məmmədov icra üzrə icraata başlanmışdır. Həmçinin onun barəsində icra məmuru tərəfindən icra qeydinin icra olunmaması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-****/19 saylı xx.xx.2019-cu il tarixli qərarı (hakim P.Hacıyev) ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- *****/20196 saylı qərarı ilə Sumqayıt şəhər məhkəməsinin 3 (060)-****/19 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməsi, onun barəsində Azərb aycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda Sumqayıt şəhər 3 saylı notarial kontoru tərəfindən onun Cavabdeh borclu olduğu 56.000 manatla əlaqədar icra qeydinə əsasən icraata başlandığından, həmin icra işi ilə bağlı tədbir görülməmiş və bununla da məhkəmədən kənar həll edildiyindən qarşılıqlı iddiaya məhkəmə qaydasında baxılmalı deyildi. Lakin apellyasiya məhkəməsi sadalanan halları nəzərə almayaraq qarşılıqlı iddianın icraatına xitam vermək əvəzinə iddia tələbini təmin etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq, etirazında göstərmişdir ki, İddiaçı kasasiya şika yətindən görünür ki, mübahisələndirdiyi qətnamənin ləğv edilməsini və ilkin iddia hissəsində işin yeni apelyasiya baxışma qaytarılmasını tələb etsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlilərini göstərməmiş, yalnız qarşılıqlı iddia tələbinə münasibət bildirmişdir. Göründüyü kimi o, kasasiya şikayətinin məzmununa dair tələblərini pozmuş, qətnamənin ilk iddia hissəsindən nə üçün narazı qalması bu səbəbdən aydın deyil. İddiaçı kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, Sumqayıt şəhər 3 saylı notariat kontorunun icra qeydinə əsasən icra üzrə icraata başlandığından, həmin icra işi ilə bağlı tədbirlər görülməmiş və bununla da məhkəmədən kənar həll edildiyindən qarşılıqlı iddiaya məhk əmədə baxılmalı deyildi. İddiaçı icra qeydinə əsasən kredit müqaviləsi üzrə borc öhdəliyini yerinə yetirməkdən imtina etmiş və həmin müqavilənin etibarsız hesab edilməsi tələbin dair iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə o, məcbur olub AR MPM-nin 155.1. və 156.1.-ci maddələrinin ona verdiyi hüquqdan istifadə edib iddiaçıya qarşı borcun qaytarılması barədə qarşılıqlı iddia vermişdir. İşin məhkəmədə baxılmalı olmaması işin, ümumiyyətlə, məhkəməyə aid olmadığını və ya iş məhkəməyə aid olsa da, tərəflər arasında mübahisənin olmadığını nəzərdə tutur. Göründüyü kimi iddiaçı AR MPM-nin 261.0.1-ci maddəsinin məzmun və mahiyyətini düzgün başa düşməmişdir. Kasasiya şikayətinin dəlili əsassız olduğuna görə təmin edilməməli, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkil i Vəkil2 kasasiya şikayətinə etiraz edərək, məhkəməyə təqdim edilmiş kasasiya şikayətinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1, 324.2, 324.4, 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təf siri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Maddə 337.1 və
339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməl i, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq ilk iddiaçının iş üzrə ilkin iddia tələbinə dair kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin bu hissədə dəlilləri əsassızdır. Belə ki, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, kredit müqaviləsi tərəflərin azad iradəsi əsasında bağlanmış və hazırki iş üzrə ilk iddiaçı həmin müqaviləni etibarlı əqd olaraq qəbul edib müqavilə üzrə öhdəliyinin bir qismini icra etmişdir. Belə ki, işdən görünür ki, 2018-ci ilin mart ayının 08-də tərəflər notariat kontoruna gedib, 65.000 manat pulla bağlı kredit müqaviləsi bağlamışlar. İddiaçı 2018-ci ilin aprel ayının 10-da borcundan 5000 manat və may ayında isə 4000 manat pul qaytarmışdır. Nəticədə qalıq borc məbləği 56000 manat təşkil etmişdir. Kasasiya şikayətinin qarşılıqlı iddia tələbinə dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, həqiqətən də iş materiallarından görünür ki, Sumqayıt şəhər 3 saylı Notariat kontorunda bağlanmış 3M-**** reyestr nömrəli kredit müqaviləsinə əsasən borclu İddiaçı tələbkar Cavabdeh ödəmədiyi 56.000 borcla bağlı xx.xx.2019-cu il tarixdə icra qeydi verilmiş, həmin tarixdə icra qeydi icra edilməsi üçün Sumqayıt şəhər İcra şöbəsinə göndərilmişdir. İcra qeydinin icrası ilə əlaqədar həyata keçirilmiş icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən icra qeydinin icra olunmaması ilə əlaqədar İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-****/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-****/20196 saylı qərarı ilə İddiaçı protokolun verilməsinə əsas olmuş kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi, həmin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi səbəbi ilə Sumqayıt şəhər məhkəməsinin 3(060)****/19 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icr aatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənion 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin q üvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. İddia tələbi də həmin sənədin verilməsinə əsas olmuş borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan mövcud vəziyyətdə iddiaçının qeyd olunmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilməz olmuşdur. Göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş, qeyd edilən iddia tələbini icraata qəbul edərək, iddia tələbinə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmiş, apelyasiya instansiyası məhkəməsin isə həmin tələbin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata k eçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.