Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1814/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X1 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili x oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin vəkili x oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı rayon məhkəməsinin (hakim V.Y.Ruvinov) x nömrəli, 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin e dilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 31.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11263,67 ABŞ dolları əsas borc, 5068,65 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə, cəmi 16382,33 ABŞ dollarının və ödənilmiş 30 manat rüsumun əvəzinin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) xnömrəli, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Qubadlı rayon məhkəməsinin 20 iyun 2019-cu il tarixli, x saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraci ət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 31.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 27 faiz hesablanmaqla 13000 ABŞ dolları kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı kimi bank ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun 23 aprel 2018-ci il tarixinədək 12490,07 ABŞ dolları əsas borc, 6380,9 ABŞ dolları faiz borcu, 1249,23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20120,2 ABŞ dolları məbləğində borcu yaranmışdır. Göstərilənlərə əasən, onlardan İddiaçı İKB ASC-nin xeyrinə 31.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranm ış 12490,07 ABŞ dolları əsas borc, 6380,9 ABŞ dolları faiz borcu, 1249,23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20120,2 ABŞ dollarının, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” ASC-nin vəkili x oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili x oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyndən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş material larını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, Qubadlı rayon məhkəməsinin 20 iyun 2019-cu il tarixli, x saylı qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 31.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 16382,33 ABŞ dollarının və ödənilmiş 30 manat rüsumun əvəzinin tutulması qət edilmişdir. İş materiallarında olan: İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank borcalana istehlak məqsədilə 24 ay müddətinə, illik 27 faizlə 13000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə kreditdən müqavilədə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Bu müqavilə üzrə Cavabdeh2 bank qarşısında kreditə görə zamin kimi öhdəlik götürmüşdür. İddiaçı İKB ASC-nin cavabdehlərə ünvanlanan xəbərdarlıq məktublarının surətindən görünür ki, onlar borcun qaytarılmasına dair xəbərdar edilmişlər. İddiaçı İKB ASC tərəfindən verilmiş 23.04.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12490,07 ABŞ dolları əsas borc, 6380,9 ABŞ dolları faiz borcu, 1249,23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20120,2 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 20.05.2019-cu il tarixli, 18247 saylı rəyindən görünür ki, Cavabdeh1 31.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 31.07.2017-ci ilədək 11263,67 ABŞ dolları əsas borc, 5068,65 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16332,33 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2015-ci il tarixli “kredit müqaviləsi” mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri il ə birlikdə 31.07.2017-ci il tarixindən gec olmayaraq ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin və ona hesablanmış faiz borclarının cavabdehlərdən tələb edilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etm əlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəl iyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adıçəkilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı kimi, digər Cavabdeh2 zamin durmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Mə cəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yaranmış borcun daha dəqiq hesablanması məqsədilə birinci instansiyası məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və tədqiqat aparılaraq bu borcun cəmi 16332,33 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Yaranmış borcun bundan daha çox və ya az o lması barədə tərəflər apellyasiya instansiyası məhkəməsinə hər hansı sanballı sübut təqdim edə bilmədiklərindən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tutulacaq əsas və faiz borcu cəmi 16332,33 ABŞ dolları məbləğindədir. Cərimə borcuna gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq Mülki Məcəllənin 467-ci maddəsinə istinad etmiş və əsas borca adekvat olmayan 1249,23 ABŞ dolları cəriməni 50 ABŞ dollarına endirmişdir. Apellyasiya instansiyası məhkəməsi hemçinin qeyd etmişdir ki, Cavabdeh1 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır və yuxarıda qeyd olunan normaların tələbinə əsasən bu borc hər iki cavabdehdən birgə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunm uş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda ş ərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Ap ellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı “xxxx” ASC-nin vəkili x oğlunun kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1814/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1814/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver