Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1814/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 və digərlərinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülki prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6159/2023 nömrəli, 27 mart 2023-ci il tarixli qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi kassasiya şikayəti üzrə işə 21 may 2024-cü-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 məhkəmədə cavabdeh "xxxx" ASC-yə qarşı iddia qaldıraraq əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş müavinət məbləğinin tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 ödənilməsi, qətnamə elan olunduğu tarixdən hər ay əlillik dərəcəsindən asılı olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 hesablanmış müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsinin "xxxx" ASC-yə həvalə edilməsi qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2(103)6159/2023 saylı qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Kamran Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
5. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(102)-1397/2024 saylı qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6159/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şi kayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2023-cü il tarixli, 2(103)6159/2023 saylı qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6159/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Bundan sonra cavabdeh ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edib və ərizəsini onunla əsaslandırıb ki, mülki prosessul müddəti üzrlü səbəblərdən ötürdüyü üçün buraxılmış müddət bərpa edilməlidir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 mart 2024-cü il t arixli, 2(103)6159/2023 saylı qərardadı ilə cavabdeh "xxxx" ASC-nin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsi barədə ərizəsində müddətin ötürülmə səbəbi kimi hər hansı hala istinad etməmişdir. Nəzərə alınsa ki, cavabdeh tərəf hüquqi şəxsdir və peşəkar vəkillə təmsil olunmuşdur, belə olan halda prosessual qanunvericiliyin tələblərinə əməl edilməməsi, yəni etibarnamənin düzgün tərtib edilməməsi əsası ilə şikayət vermə müddət inin ötürülməsi hüquqi şəxsə münasibətdə üzrlü hesab edilə bilməz. Ona görə də prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir.
11. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əlilliklə bağlı zəruri ödənişlərin verilməsini tələb edən iddiaçılar həssas əhali qrupuna daxil olan şəxslər hesab olunurlar və mülki işdən də göründüyü kimi məhkəmə çəkişməsi artıq uzun müddətdir ki, davam edir və yuxarıda qeyd edilən hallar (kassasiya şikayətinin qanunvercilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməməsi səbəbindən geri qaytarılması və s. kimi hallar) qətnamənin icra olunmasını lüzumsuz yerə yubadır.
12. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini X1 130.1, 133.1, 133.3, 133.4, 133.5-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. d)Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-6159/2023 nömrəli qərardadının ləğv edilməsi, qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə yeni qərardad qəbul edilməsi xahiş olunmuşdur.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qərardad qanunsuz və əsassızdır. Belə ki qərardad Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə ziddir. Cavabdeh tərəfindən qətnamədən müəyyən olunmuş müddətdə kassasiya şikayəti verilmiş və apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 409-cu maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
15. Kassasiya şikayəti əlavə olaraq iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə təqdim olunan sübutlara qərəzli, eyni zamanda obyektiv yanaşmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur..
18. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
20. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
21. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa,kassasiya şikayəti geri qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
26. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. Cavabdeh kassasi ya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
28. Belə ki apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdeh kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsi barədə ərizəsində müddətin ötürülmə səbəbi kimi hər hansı hala istinad etməmişdir. Nəzərə alınsa ki, cavabdeh tərəf hüquqi şəxsdir və peşəkar vəkillə təmsil olunmuşdur, belə olan halda prosessual qanunvericiliyin tələblərinə əməl edil məməsi, yəni etibarnamənin düzgün tərtib edilməməsi əsası ilə şikayət vermə müddətinin ötürülməsi hüquqi şəxsə münasibətdə üzrlü hesab edilə bilməz. Ona görə də prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin hallarını nəzərə alıb qeyd etmişdir ki, əlilliklə bağlı zəruri ödənişlərin verilməsini tələb edən iddiaçılar həssas əhali qrupuna daxil olan şəxslər hesab olunurlar və mülki işdən də göründüyü kimi məhkəmə çəkişməsi artıq uzun müddətdir ki, davam edir və yuxarıda qeyd edilən hallar (kassasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməməsi səbəbindən geri qaytarılması və s. kimi hallar) qətnamənin icra olunmasını lüzumsuz yerə yubadır.
30. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, c avabdehin kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 27 mart 2024-cü il tarixli, 2(103)-6159/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.