Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1815/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ****/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 694.700 manat, faiz borcu üzrə 329,513.42 manat, cərimə borcu üzrə 216,805.35 manat, cəmi 1,241.018.77 manatın, ******/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsa s borc üzrə 96,005.93 USD, faiz borcu üzrə 110,441 USD, cərimə borcu üzrə 11,563.57 USD, cəmi 218,010.50 USD və dövlət büdcəsinə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştərilərə Xidmət Depatamenti ilə cavabdeh arasında bağlanmış ****/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15 faizlə, 12 ay müddətinə 700.000 manat, ******/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 32 faizlə, 36 ay müddətinə 100,000 USD məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kred it müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəriyə təqim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. İddiaçı ASC-nin Müştərilərə Xidmət Depatamenti ilə cavabdeh arasında bağlanmış ****/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 694,700.00 manat, faiz borcu üzrə 329,513.42 manat, cərimə borcu üzrə 216,805.35 manat, cəmi 1,241.018.77 manat, ******/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 96,005.93 USD, faiz bo rcu üzrə 110,441.00 USD, cərimə borcu üzrə 11,563.57 USD, cəmi 218,010.50 USD borcu yaranmışdır. Ucar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2016-cı il tarixli, 2(063)-****/2016 saylı qərardadı ilə (hakim Çingiz İsgəndərov) məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, **** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş xx xxxx 2013-cü il tarixli, ****/13 nömrəli təminatsız bərpaolunan kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və xx xxxxxx 2012-ci il tarixli, ******/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “Borcalan” qrafasındakı imzaCavabdeh tərəfindən icra olunmuşdur. Birinci inst ansiya məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(063)-****/2017 saylı və xx xxxx 2018-ci il tarixli, 2(063)-***/2018 saylı qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx xxxxxx 2018-ci il tarixli, **** nömrəli və xx xxxxxx 2019-cu il tarixli, *** nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxx 2012-ci il tarixli, ******/12 nöməli kredit müqaviləsinin şərtlərini əsas götürməklə cavabdehin xx xxxxxxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 181798.11 USD məbləğində müəyyən olunur, o cümlədən xx xxxxxxxx 2016-cı il tarixə əsas borc üzrə 96005.93 USD, faiz borcu üzrə 85792.18 USD. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxx 2013-cü il tarixli, ****/13 nömrəli kredit müqaviləsinin şərtlərini əsas götürməklə cavabdehin xx xxxxxxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 1021851.71 manat məbləğində müəyyən olunur, o cümlədən xx xxxxxxxx 2016-cı il tarixə əsas borc üzrə 694700.00 manat, faiz borcu üzrə 327151.71 manat. xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək cavabdeh tərəfindən banka 280.00 manat məbləğində ödəniş edilmiş, amma bu ödənişlər sualda göstərilən tarixdən sonra baş verdiyi üçün cədvəldə nəzərə alınmadı. İş materiallarında olan cavabdehlə iddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, ******/12 və xx xxxx 2013-cü il tarixli, ****/13 nömrəli kredit müqaviləsi üzrə cərimə pulu bəndi n əzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla cavabdehə cərimə hesablanmır. Birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(063)-***/2019 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia tələbi təmin edilməyərək, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 295 manat məbləğində pulun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(063)-***/2019 saylı xüsusi qərardadı ilə (hakim Hilal Xəlilov) ləğv prosesində olan İddiaçı ASC-nin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində 313-cü maddəsində və 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin aşkar olması barədə Azərbaycan Respublikası Baş Prokuroruna məlumat verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında hazırkı iş üzrə cavabdehin iddiaçı qarşısında iddia ərizəsində göstərilən öhdəlikləri müəyyən edilməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, iddiaçı məhkəmə iclasında öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehlə bağlanmış müqavilələri təqdim etsə də pul vəsaitlərinin verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymə tləndirərək hesab edir ki, xx xxxx 2013-cü il tarixli, ****/13 nömrəli təminatsız bərpaolunan kredit müqaviləsində 'Borcalan” qrafasındakı imzalar və xx xxxxxx 2012-ci il tarixli, ******/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “Borcalan” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunsa da, həmin kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, xx xxxxx 2019-cu il tarixdə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna iddiaçı ləğv prosesində olan 'İddiaçı” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia ərizəsinə dair mülki iş üzrə ******/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli və ****/13 nömrəli, xx xxxx 2013-cü il tarixli xə tti müqavilələri əsasında Cavabdeh pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, məhkəmənin məktubuna əsasən cavabdehə tələbdə göstərilən müqavilələr üzrə pul vəsaitlərinin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün bankın arxivinə sorğu verilsə də, araşdırma zamanı həmin sənədlər arxivdə aşkar olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilələrdən yaranmış borcun ödənilməsinə dair iddiaçının iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 462.1, 462.3, 463.1, 467, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 107 və 119.1-ci maddələri ilə əsa slandırmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qeyd edilən qətnamədən apelyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov- sədrlik edən və məruzəçi, İnşallah Quliyev, Mahir Əsədli) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-****/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Ucar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin apelyasiya şikaəytinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyаsiyа şikаyətinin dəlili bundаn ibаrətdir ki,cavabdeh kredit müqavilələrinə imza etmişdir, əgər pulu almamış olsaydı müraciə t edərdi, müraciət etmədiyinə ğörə pulu almışdır. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçı tərəf sübut etməlidir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş məbləği almışdır. Ancaq iddiaçı tərəf bununla bağlı məhkəməyə hec bir sübut təqdim etməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən kasasiya şikayəti vermişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Sənan Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(102)****/2020 saylı qərarı ilə kasasiya şikayəti təmin o lunaraq, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan ekspert rəylərinə sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki araşdırılmış halları baxımından düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı mövcud və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsin də dəyərləndirilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəflər arasında göstərilən müqavilənin bağlanmasını qeyd etsə də, kredit müqaviləsində nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi və onun tərəfindən həmin məbləğin qəbul edilməsinin təsdiq olunmamasına dair qənaətini mötəbər və tutarlı sübutlarla əsaslandırmamışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin müqavilədə nəzərdə tutulmuş məbləği almasını iddiaçı tərəfin sübut etməməsinə dair nəticəsi işin hallarına uyğun olmamışdır. Belə ki, işin materiallarından görünür ki, ekspert rəyində də adı çəkilən kredit müqavilələrinin Cavabdeh tərəfindən imzalanması təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin ekspert rəyinin hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməməl i olmamasına qiymət verməmişdir. Halbuki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, eləcə də cavabdeh tərəfin bu rəylə bağlı mövqeyi öyrənilmədən həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməli olmaması işə baxan məhkəmələr tərəfindən əsaslandırılmalı idi. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin xx xxxxxx 2017-ci il tarixli, **** nömrəli ekspert rəy i məhkəməyə daxil olduqdan sonra onun iştirakı ilə keçirilmiş xx xxxx 2017-ci il tarixli məhkəmə iclasında cavabdehin sözügedən rəylə bağlı mövqeyini öyrənmədən, həmçinin cavabdehin fikrini belə soruşmadan iddiaçının izahatı ilə kifayətlənib məhkəmə mühasibatlıq ekspertizasını təyin etməsinə, ümumiyyətlə cavabdehin işə mahiyyəti baxılmasına iştirakının təmin edilməməsinə diqqət yetirməmiş, özü tərəfindən də onun apellyasiya şikayətinə münasibəti öyrənilmədən iştirakını təmin etmədən işə baxılmışdır. Həmçinin işin materiallarından görünür ki, müqavilə bağlanandan sonra müqavilə üzrə iki dəfə ödəniş həyata keçirilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin həmin ödənişlərin kimin adından və kimin tərəfindən ödənilməsini araşdırmamış, müəyyən edilmiş hallara isə hüquqi qiymət verməmiş dir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə xüsusi qərardad çıxarılmasına baxmayaraq onun əsasında aparılan araşdırmanın nəticələrinin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi halda araşdırmağa cəhd etməmişdir. Beləliklə də kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Mirbah əddin Hüseynov, Gündüz Abbasov) xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Ucar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli, 2(063)***/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh ****/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 694.700 manat əsas borc, 327.151,71 manat faiz borcu, 50000 manat cərimə borcu olmaqla, cəmi 1071851,71 manat və ******/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 96,005.93 USD əsas borc, 85792.18 USD faiz borcu, 2000 USD cərimə borcu olmaqla, cəmi 173798.11 USD və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iş üz rə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 295 manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ASCnin Müştərilərə Xidmət Depatamenti ilə cavabdeh arasında bağlanmış ****/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15 faizlə, 12 ay müddətinə 700.000 manat, ******/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 32 faizlə, 36 ay müddətinə 100,000 USD məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəri yə təqim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. İddiaçı ASC-nin Müştərilərə Xidmət Depatamenti ilə cavabdeh arasında bağlanmış ****/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 694700 manat, faiz borcu üzrə 327151,71 manat, cərimə borcu üzrə 216805,35 manat, cəmi 1.238657,06 manat, ******/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 96005.93 USD, faiz borcu üzrə 85792.18 USD, cərimə borcu üzrə 11,563.57 USD, cəmi ****361.68 USD borcu yaranmışdır. Hazırkı işin apelyasiya baxışı dəfələrlə təxirə salınsa da, cavabdeh tərəfin məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsi və cavabdehin ekspert rəyləri ilə bağlı mövqeyinin öyrənilməsi mümkün olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında yuxarıda sözü gedən ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən, iddiаçının bоrcаlаnа qаrşı əsаs bоrcun və fаiz bоrcunun ödənilməsi tələbi qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Belə ki, Cavabdeh kredit müqa vilələri üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçı tərəfindən C****/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə cərimə məbləğinin 216805,35 manat, ******/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə isə 11,563.57 USD məbləğində hesablanması tərəflərin əmlak mənafelərinə uyğun olmamaqla reallığı əks etdirmir. Məhkəmə kollegiyаsı, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alar aq hesab edir ki, bank tərəfindən C****/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış cərimə azaldılaraq 50000 manat, ******/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə isə 2000 USD müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız şikayət verilən hissədə ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar və ya iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayə ti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehin iddiaçı qarşısında borc məbləği müəyyən edilərkən ekspert rəyi rəhbər tutulmuş, lakin bank tərəfindən təqdim edilən maliyyə arayışları nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedi cisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və m üqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101.3 və 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, işə təkrarən baxan apelyasiya kollegiyası tə rəfindən işə baxmış kasasiya kollegiyasının göstərişlərinə tam əməl edilmişdir. Kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı bank özünün məhkəməyə təqdim etdiyi maliyyə arayışlarını əsas hesab etməklə ekspert rəyinin qeyrimötəbərliyinə istinad etsə də, kassasiya kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı bankın istinad etdiyi məhkəməyə təqdim etmiş olduğu maliyyə arayışları bankın özü tərəfindən tərtib edildiyindən və bankın mənafeyinə xidmət etdiyindən, həmin sənədlər üzrə müəyyən edilmiş borcun ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğindən daha düzgün olması qənaətinə gəlməyə əsas verə bilməz. Borc məbləğinin hesablanması xüsusi bilik tələb edən sahəyə aid olduğundan məhkəmənin bununla bağlı ekspertiza təyin edib əldə etdiyi ekspert rəyinə istinad etməsi prosessual qanunvericiliyin tələblərinin pozuntusu hesab edilə bilməz. Hazırki halda iddiaçı ekspert rəyi ilə razılaşmasa da, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.