Məhkəmə qərarları › İş №2(102)-1816/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1816/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1816/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin «Qəbələ» filialı ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli ***/*** saylı kredit müqaviləsinə əsasən 247.558 manat 50 qəpik əsas, 9881 manat 84 qəpik faiz borcu və 30 manat dövlət rüsumunun Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipotekaya qoyulmuş Cavabdeh6 məxsus Qəbələ rayonu, *********** kəndində yerləşən fərdi yaşayış evi, Cavabdeh3 məxsus Qəbələ şəhəri, ************* küçəsində yerləşən 0.06 ha to rpaq sahəsi ilə birlikdə **** saylı fərdi yaşayış evi, Cavabdeh2 və Cavabdeh6 məxsus Qəbələ şəhəri,******* küçəsində yerləşən 0.042 ha torpaq sahəsi ilə birlikdə 86 saylı qeyri-yaşayış binası Cavabdeh4 məxsus Sumqayıt şəhəri,********* ünvanında yerləşən 0.095 ha torpaq sahəsi, Cavabdeh5 məxsus Bakı şəhəri, ****** küçəsində yerləşən **** saylı evin **** saylı mənzilinə yönəldilməsi, qeyd olunan daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması, əmlakların açıq hərracda satılması və satıldıqdan sonra 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin «Qəbələ» filialı ilə cavabdeh Cavabdeh6 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli ****/ **** saylı kredit müqaviləsinə əsasən 247.558 manat 50 qəpik əsas, 83.592 manat 49 qəpik faiz borcu və 30 manat dövlət rüsumunun Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipotekaya qoyulmuş Cavabdeh6 məxsus Qəbələ rayonu, ***** kəndində yerləşən fərdi yaşayış evi, Cavabdeh3 məxsus Qəbələ şəhəri, ******** küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə **** saylı fərdi yaşayış evi, Cavabdeh2 və Cavabdeh6 məxsus Qəbələ şəhəri, ******küçəsində yerləşən 0.042 ha torpaq sahəsi ilə birlikdə 86 saylı qeyri-yaşayış binası Cavabdeh4 məxsus Sumqayıt şəhəri, **********ünvanında yerləşən 0.095 ha torpaq sahəsi, Cavabdeh5 məxsus Bakı şəhəri, ********* küçəsində yerləşən **** saylı evin ** saylı mənzilinə yönəldilməsi, qeyd olunan da şınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması, əmlakların açıq hərracda satılması və satıldıqdan sonra 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin «Qəbələ» filialı ilə cavabdeh B.Cavabdeh6 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli ***/**** saylı kredit müqaviləsinə əsasən 32 ay müddətinə illik 19% dərəcəsi ilə 252.321,04 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında həmin tarixli, həmin saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla yanaşı kreditin təminatı kimi Cavabdeh6 ilə xx xxxxx 2016-cı il tarixli sonrakı ipoteka m üqaviləsi, Cavabdeh4 ilə xx xxxxx 2016cı il tarixli ipoteka müqaviləsi, Cavabdeh5 xx xxxxx 2016-cı il tarixli ***/**** saylı sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqavilələrinə əsasən Cavabdeh6 məxsus Qəbələ rayonu, ***** kəndində yerləşən fərdi yaşayış evi, Cavabdeh3 məxsus Qəbələ şəhəri, ******** küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə *** saylı fərdi yaşayış evi, Cavabdeh2 və Cavabdeh6 məxsus Qəbələ şəhəri, ******küçəsində yerləşən 0.042 ha torpaq sahəsi ilə birlikdə *** saylı qeyri-yaşayış binası Cavabdeh4 məxsus Sumqayıt şəhəri, **********ünvanında yerləşən 0.095 ha torpaq sahəsi, Cavabdeh5 məxsus Bakı şəhəri, ********* küçəsində yerləşən **** saylı evin **** saylı mənzili banka ipotekaya qoyulmuşdur. Qeyd olunan zaminlik müqaviləsinə əsasən bank qarşısında öhdəliklərin yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Borcalan qeyd olunan kredit müqaviləsi üzrə hər ay ödəniş etməli olduğu halda, öhdəliyini normal və vaxtında yerinə yetirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2018-ci il tarixli 2(060)-****/2018 nömrəli qərardadı ilə (hakim İlyas Mahmudov) məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “S-X4 Mərkəzi” MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən Qəbələ rayonu, ***** kəndində istifadədə olan 0.01 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m yaşayış, 24.67 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 35000 manat, Qəbələ şəhəri, ******* küçəsi 0.06 ha torpaq sa həsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.7 kv.m yaşayış, 36 kv.m köməkçi sahədən ibarət *** nömrəli fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 80000 manat, ünvan2 ünvanında yerləşən ümumi sahəsi 47.79 kv.m olan *** saylı mənzilin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 60000 manat, ünvan3 ünvanında yerləşən, ümumi sahəsi 475.7 kv.m olan, 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixinə bazar dəyəri 550000 manat, Sumqayıt şəhəri, **********ünvanında yerləşən 0.095 ha torpaq sahəsinin bazar dəyəri 50000 manat müəyyən edilmişdir. Birinci instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-*****/2018 saylı qətnaməsi ilə (İlyas Mahmudov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 247558,5 manat əsas borc, 9881,84 manat faiz borcu, cəmi 257.440.34 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması, borcun ipoteka predmetlərinə yönəldilməsi, Cavabdeh6 məxsus Qəbələ rayonu, ***** kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 35000 manat, Cavabdeh3 məxsus Qəbələ şəhəri, ******** küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə *** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 80000 manat, Cavabdeh2 və Cavabdeh1 məxsus Qəbələ şəhəri, ******küçəsində yerləşən 0.042 ha torpaq sahəsi ilə birlikdə **** saylı, 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 550000 manat, Cavabdeh4 məxsus Sumqayıt şəhəri, **********ünvanında yerləşən 0.095 ha torpaq sahəsinin ilkin satış qiymətinin 50000 mana t, Cavabdeh5 məxsus ünvan4 ünvanında sahəsi 47.9 rn olan **** saylı mənzilin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi məbləğ 257.440.34 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun iddiaçı «xxxx» ASC-yə ödənilməsi, 800 manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq “S-X4 Mərkəzi MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh1 kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə kreditorun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona görə də, məhkəmə hesab ed ir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 01/**** saylı kredit müqaviləsi üzrə ödəməli olduqları məbləğ «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ipoteka predmetinə yönəldilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi faizlə bağlı hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı əvvəlcə 9881 manat 84 qəpik fazi borcu tələb etmiş, sonradan isə birdən birə bu faizi 83592 manat 49 qəpik faiz borcu hesablamqla tələb etmiş, lakin bu barədə məhkəməyə konkret olaraq heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin fazilə bağlı hissəsində 83592 manat 49 qəpik deyil, 9881 manat 84 qəpik hesablanmalıdır. İş materialları araşdırılarkən həmçinin müəyyən edi ldi ki, xx.xx.2016-cı il tarixli, 01/******* saylı kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh1nun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 01/**** saylı zaminlik müqaviləsinə əsasən, «xxxx» ASC qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh Cavabdeh2 həmin zaminlik müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixli, 01/**** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün «xxxx» ASC qarşısında cavabdeh Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və cavabdeh Cavabdeh1 bütün öhdəilklərini icra etməlidir. Ona görə də iddia tələbinin zaminlərə qarşı hissəsi də əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetlərinə yönəldilməli və ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiyməti “S-X4 Mərkəzinin” xx.xx.2018-ci il tar ixli rəyi nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması” hissəsi ilə belə qərara gəlir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə'və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu t ərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 151.2, 319.1, 385.1, 445.2.1, 448.1, 449.1, 449.4, 472.1, 472.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.3, 33, 34.1.1, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217, 218.3, və 222.2-ci maddələri ilə əsasla ndırmışdır. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh Cavabdeh1 apelyasiya şikayəti vermişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Telman Quliyev, Elman Rəhimov) xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Məhkəmə Ekspertizası Mərkəzinə və X6 İctimai Birliyinə həvalə edilməsi qərara edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, №********** saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, borcalan B.Cavabdeh6 tərəfindən İddiaçı ASC alınmış kredit vəsaiti üzrə xx xxxxxx 20 18-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 325.039,18 manat məbləğində müəyyən edilir, əsas kredit borcu üzrə 249.682.19 manat, faiz borcu üzrə 75.356,99 manatdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Telman Quliyev, Məhəmmədəli Rzayev) xx.xx.2020-ci il tarixli, 2(105)-****/2020 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. X6 İctimai Birliyinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Qəbələ şəhəri, ******küçəsində yerləşən 0.042 ha torpaq sahəsi ilə birlikdə 86 saylı qeyri-yaşayış binası real bazar qiyməti 340000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza sı Mərkəzinin xx xxxx 2020-ci il tarixli, №***** saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, borcalan Cavabdeh6 tərəfindən İddiaçı ASC alınmış kredit vəsaiti üzrə xx xxxxxx 2018-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 325.039,18 manat məbləğində müəyyən edilir, əsas kredit borcu üzrə 249.682.19 manat, faiz borcu üzrə 75.356,99 manatdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx.xx.2020-ci il tarixli, 2(105)-****/2020 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2018-ci il tarixli 2(060)2231/2018 saylı qətnaməsinin qismən ləğv edilməsi, cavabde hlər Cavabdeh1 və Cavabdeh2 247.558, 50 manat əsas borc, 75.356,99 manat faiz borcu, cəmi 322.915,49 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması, borcun ipoteka predmetlərinə yönəldilməsi, Cavabdeh6 məxsus Qəbələ rayonu, ***** kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 manat, Cavabdeh3 məxsus Qəbələ şəhəri, ******** küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə *** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 80.000 manat, Cavabdeh2 və Cavabdeh1 məxsus Qəbələ şəhəri, ******küçəsində yerləşən 0.042 ha torpaq sahəsi qeyri-yaşayış binasının ilkin satış qiymətinin 340.000 manat, Cavabdeh4 məxsus Sumqayıt şəhəri, **** X1 məxsus ünvan5 ünvanında yerləşən ümumi sahəsi 47,79 kv.m olan *** saylı mənzilin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, bir ay müddətinə boşaldılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi məbləği 322.915,49 manatın və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun iddiaçı «xxxx» ASC-ə ödənilməsi, 800 manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq “S-X4 Mərkəzi” MMC-nin hesabına ödənilməsi, cavabdeh Cavabdeh1 ekspertiza xərci 305 manatın tutulub “X6” İctimai Birliyinə köçülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» ASC tərəfindən dəfələrlə cavabdeh Cavabdeh6 xx xxxxx 2016-cı il tarixli 01\***** saylı kredit müqaviləsi üz rə öhdəliyin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh B.Cavabdeh6 iddiaçının xəbərdarlığına baxmayaraq «xxxx» ASC-nə olan borclarını ödəməmiş, həmçinin zamin Cavabdeh2 da öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh6 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçı 9881 manat 84 qəpik faizi borcu tələb etmiş, sonradan isə iddia tələbinin dəyişdirilməsi ilə əlaqədar olaraq, faizi 83.592 manat 49 qəpik faiz borcu hesablamaqla tələb etmiş, lakin bu barədə məhkəməyə konkret olaraq heç bir sübut təqdim etmədiyi üçün faiz hissəsində iddianı təmin etməmişdir. İş materiallarından görünür k i, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2016-cı il tarixli 01/***** saylı müqavilə 32 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin vaxtı xx xxxxxx 2018-ci il tarixdə bitir. İddiaçı məhkəməyə xx xxxxxxxx 2017-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmiş və xx xxxxxx 2018-ci il tarixdə, yəni kredit müqaviləsinin müddəti bitdiyi müddətə bir ay qalaraq iş üzrə cavabdehdən ödənilməmiş faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaya dəyişiklik edilməsi barədə tələb edilmiş faizi təmin etmədikdə haqlı olmamışdır. İddia ərizəsində dəyişiklik edilməsi barədə iddiaçının cavabdehlərdən tələb etdiyi əsas borc 247.758 manat 50 qəpik, faiz borcu isə 83.592 manat 49 qəpik olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasın ın xx xxxx 2020-ci il tarixli ***** saylı rəyindən görünür ki, borcalan Cavabdeh6 tərəfindən İddiaçı ASC alınmış kredit vəsaiti üzrə xx xxxxxx 2018-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 325.039,18 manat məbləğində müəyyən edilir, əsas kredit borcu üzrə 249.682.19 manat, faiz borcu üzrə 75.356,99 manatdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının iş üzrə faiz borcunun birinci instansiya məhkəməsi tərəfindən düzgün hesablanmaması barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, tərəflərin bu dəlili qismən qəbul edilməlidir. Məhkəmə hesab edir ki, zamin Cavabdeh2 borclu Cavabdeh6 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə kredit təşkilatı qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərində n görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 2016-cı il tarixdə yarandığından hazırkı mübahisəyə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı həmin vaxt qüvvədə olan normativ hüquqi aktların müddəaları tətbiq olunmalıdır. Belə ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini tərk etmələri üçün yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması və ya ipoteka qoyanla birlikdə yaşayan yetk inlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təstiq edilmiş öhdəlik götürmüş olmasını şərt olaraq müəyyən edilir. Buna görə də qanunun bu tələbinə görə iki şərtdən hər hansı birinin olması nəticəsində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində tərk etməlidirlər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh1 (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya Məhkəməsi və apelyasiya instansiya məhkəmələri tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları nəticələrində ciddi uyğunsuzluq olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi tərəfindən mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının yenidən keçirilməsi barədə vəsatət verilməsinə baxmayaraq həmin vəsatət təmin olunmamışdır. Həmçinin məhkəmə baxışı zamanı məhkəməyə teleqram vuraraq üzrlü səbəbdən məhkəmə baxışında iştirak edə bilmədiyinə görə məhkəmə prosesinin təxirə salınması, növbəti məhkəmə prosesində yeni sübutlar təqdim edəcəklərini bildirsələr də, həmin teleqram da apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi işi obyektiv və ədalətli araşdırmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq etirazında göstərilmişdir ki, cavabdeh əmlakların bazar dəyərinin artıq olmasına dair heç bir mötəbər sübut təqdim etmir və bunu əsaslandırmır. Buna baxmayaraq, apelyasiya instansiya məhkəməsində məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin edilmişdir və ekspertizanın aparılması “X6” İctimai Birliyinə həvalə edilmişdir və ekspert tərəfindən Qəbələ şəhəri, ******küçəsində yerləşən 0,042 ha torpaq sahəsi ilə birlikdə *** Salı qeyri-yaşayış binası 340 000 manat dəyərində qiymətləndirilmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası rəylərinin mötəbərliyinə şübhə ilə yanaşmağa hər hansı əsas ol mamışdır. Cavabdehin narazı olduğu digər məsələ faiz borcu ilə bağlıdır ki, bununla da bağlı məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, həmçinin birinci instansiya məhkəməsində iddiaçı tərəfindən müqavilə müddətinə hesablanmış faiz borcu barədə arayış təqdim edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli rəyinə əsasən faiz borcu 75 356,99 manat müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin verdiyi kassasiya şikayəti formal mülahizələrə əsaslanır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdeh Cavabdeh1, vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və g əlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digə r şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipotek a saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır “İpoteka Haqqında ”Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. Məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə borcun və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktı yalnız h əmin hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası cavabdehin kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təkrar keçirilməsi barədə vəsatət versə də, vəsatətinin təmin olunmad ığını göstərsə də, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, apelyasiya kollegiyası tərəfindən işə baxılarkən iş üzrə iki dəfə məhkəm-mhasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəylərinin eyniliyi nəzərə alınmaqla və rəylərin qeyri-mötəbərliyi barədə sübut olmadığından ekspert rəyinə uyğun olaraq borc məbləği müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı cavabdehin dəlili üzrə də qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin də qeyrimötəbərliyi barədə hər hansı sübut müəyyən edilməmişdir. Cavabdehin sübutlar təqdim edə bilməsi üçün teleqram vurub məhkəmə iclasının təxirə salınması barədə vəsatətinin təmin edilməməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, apelyasiya kollegiyası cavabdehin üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməməsi ilə əlaqədar sübut təqdim edə bilməməsi əsası ilə işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməsində hər hansı prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qeyd edilən hissələri üzrə ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(107)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar