Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1816/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)8806/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı
1. İddiaçı və Cavabdeh məcburi köçkün olmaqla Bakı şəhəri Xəzər rayonu ünvanında yerləşən «Dalğa» düşərgəsində ayrı-ayrı yaşayış otaqlarında məskunlaşmışlar. İddiaçı müvəqqəti olaraq övladları ilə yaşadığı vaxtı Cavabdeh onun məskunlaşdığı otağın qapısının qıfılını sındıraraq oraya köçmüç, iddiaçıya məxsus olan, həmin otaqda yerləşən əşyalarını başqa otağa yerləşdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi «Dalğa» düşərgəsində yerləşən, ona məxsus otağın boşaldılması, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3350 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia təl əbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “«Dalğa»” düşərgəsində yerləşən, ona məxsus otağın boşaldılması, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3350 manat pulun alınıb ona verilməsi, həmçinin əşyalarının qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1994-cü ilin aprel ayından Buzovna qəsəbəsi «Dalğa»düşərgəsində yaşadığı, ona məxsus olan otağa Cavabdeh və qardaşı Ərşad qıfılı sındıraraq girmiş və orada olan əşyaları köhnə otağa küçürmüşdür. 2021-ci ilin fevral ayının 14-də Ərşad Əsədov köhnə açarlarını iddiaçıya verib bildirmişdir ki, Eminin köhnə evində yaşayacaq. İddiaçı buna etiraz etmişdir. Cavabdeh belə qanunsuz icazəni iş üzrə 3-cü şəxs Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzrə sektorun müdiri Şəhla Xələfova vermişdir. Nəticədə ona məxsus əmlakın bir hissəsi zay olub sıradan çıxmış, digər qismi isə təyinatı üzrə xarakterik xüsusiyyətlərini itirmişdir. Cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd götürülərək köhnə otağa yığılmış əşyalar bunlardır: 2 ədəd işlək “Orsk” markalı soyuducu, 1 ədəd 200 manat dəyərində “Samsunq” markalı televizor, 1 ədəd krosna antena, 1.20x20 döşək, 2 ədəd 2 kq x 1.8 x 2 yorğan, 1 ədəd 1.8x30 palaz, 2 ədəd 1.2x1.2 yastıq, 2 ədəd 1.80x2.0 örtük, 2 ədəd 1.80x2.0 prostina, 2 ədəd 1.80x2.0 çarpayı örtüyü, 3 ədəd çarpayı toru, 3 ədəd tumboçka, 3 ədəd böyük stol, 3 ədəd ayağı dəmir yemək stolu, 6 ədəd oturacaq stol, 2 ədəd içində müxtəlif sənədlər olan çemodan, 1 ədəd nərdtaxta, 1 ədəd domino, 1 dəst kostyum, 3 ədəd pencək, 1 təzə 1 köhnə 3 ədəd şalvar, 3 ədəd qısaqol köynək, 3 ədəd geyinilmiş, 1 ədəd təzə kurtka, 2 ədəd üz dəsmalı, 1 ədəd can dəsmalı, 1 cüt ayaqqabı, 1 cüt tərlik, 1 ədəd dabankeş, 1 qazan, 1 qalavoş, lopatka, 1 təzə 3 ədəd süpürgə, 1 ədəd dəmir lan, 1 şotka, 2 ədəd şvabra, 2 ədəd böyük qazan, 2 ədəd çaynik, 4 ədəd kiçik, 2 ədəd böyük boşqab, 1 ədəd termos, 4 çəngəl, 4 qaşıq, 3 balaca qaşıq, 1 ədəd dəmir vanna, 1 ədəd kapron vanna, 1 ədəd elektrik sobası, 1 ədəd 300 manat dəyərində elektrik qaynaq aparatı 200V, 1 ədəd 500 manat dəyərində dülgər dəzgahı, 1 ədəd 50 manat dəyərində dülgər dəzgahı, 2 ədəd perforator direl, 3 ədəd direl, 2 ədəd böyük laqonda, 1 ədəd əl mişarı, 2 ədəd məngənə, 1 ədəd əl baltası, 3 ədəd mismar çəkən, 1 ədəd çəkic, 3 dəmir kəsən mişar, 2 ədəd qaz açarı, 2 ədəd 4 təkərli araba, 1 ədəd təzə araba.
4. Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, onun evi qəza vəziyyətində olduğundan, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmiş, həmin komitə ona mübahisəli otaqda qalmağa icazə vermişdir. O, həmin otaqda qanuni şəkildə yerləşib. Otağı qonşuların iştirakı ilə çəkiliş edərək açıb. Həmin videogörüntünü məhkəməyə təqdim edəcək. İddiaçı 8 il əvvəl o otaqda yaşayıb, sonra özünə ev tikdirib çıxıb gedib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Nicat İsakov uzun müddətdir ki, həmin ünvanda yaşamır, cavabdeh isə orada daimi yaşayır. Emin Komitəyə otağının təmir edilməsi üçün məktubla müraciət etmiş, lakin vəsait olmadığına görə imtina edilmişdir. Lakin bildirilmişdir ki, yaşanmayan 3-4 otaq var, gedib ora köçə bilər. Komitə tərəfindən Eminin məhz İddiaçı qaldığı otağa köçürülməsinə razılıq verilməmişdir, ümumi olaraq hansı otaq boşdur ora köçməsi bildirilmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(003)1795/2021 saylı qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbi qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, «Dalğa» düşərgəsi ünvanında yerləşən, İddiaçı məskunlaşdığı otaqdan çıxarılaraq, həmin yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Xəzər rayonu, «Dalğa» düşərgəsi ünvanında yerləşən 2 ədəd işlək Or sk soyuducu, 1 ədəd 200 manat dəyərində Samsunq televizor, 1 ədəd krosna antena, 1.20x20 döşək, 2 ədəd 2 kq x 1.8 x 2 yorğan, 1 ədəd 1.8x30 palaz, 2 ədəd 1.2x1.20 yastıq, 2 ədəd 1.80x2.0 örtük, 2 ədəd 1.80x2.0 prostina, 2 ədəd 1.80x2.0 çarpayı örtüyü, 3 ədəd çarpayı setqası, 3 ədəd tumboçka, 3 ədəd böyük stol, 3 ədəd ayağı dəmir yemək stolu, 6 ədəd oturacaq stol, 2 ədəd içində müxtəlif sənədlər olan çemodan, 1 ədəd nərdtaxta, 1 ədəd domino, 1 dəst kostyum, 3 ədəd pencək, 1 təzə 1 köhnə 3 ədəd şalvar, 3 ədəd qısaqol köynək, 3 ədəd geyinilmiş, 1 ədəd təzə kurtka, 2 ədəd üz dəsmalı, 1 ədəd can dəsmalı, 1 cüt ayaqqabı, 1 cüt tərlik, 1 ədəd dabankeş, 1 qazan, 1 qalavoş, lopatka, 1 təzə 3 ədəd süpürgə, 1 ədəd dəmir lan, 1 şotka, 2 ədəd şvabra, 2 ədəd böyük qazan, 1 ədəd balaca, 1 ədəd tavaçok, 2 ədəd çaynik, 4 ədəd kiçik, 2 ədəd böyük boşqab, 1 ədəd termos, 4 çəngəl 4 qaşıq 3 balaca qaşıq, 1 ədəd dəmir vanna, 1 ədəd kapron vanna, 1 ədəd elektrik sobası, 1 ədəd 300 manat dəyərində elektrik qaynaq aparatı 200V, 1 ədəd 500 manat dəyərində plotinik stanoku, 1 ədəd 50 manat dəyərində dülgər dəzgahı, 2 ədəd perforator direl, 3 ədəd direl, 2 ədəd böyük laqonda, 1 ədəd əl mişarı, 2 ədəd məngənə, 1 ədəd əl baltası, 3 ədəd mirmar çəkən, 1 ədəd çəkic 3 dəmir kəsən mişar, 2 ədəd qaz açarı, 2 ədəd 4 təkərli araba 1 ədəd təzə arabadan ibarət əşyaların, onlar olmadıqda dəyərinin Cavabdeh alınaraq İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iddiaçının illərdir mübahisəli ünvanda yaş amadığını əsas gətirmiş, ona görə də həmin ünvana köçdüyünü bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli otağa daxil olarkən qeydə aldığı videogörüntüdə olan bəzi nüanslar, soyuducuda ərzaqların olması və s. iddiaçının qeyd olunduğu kimi 10 ildir həmin ünvanda yaşamadığı faktını təkzib edir. Həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzrə Sektoru tərəfindən verilmiş 15.02.2021-ci il tarixli arayışdan da görünür ki, İddiaçı «Dalğa» düşərgəsində müvəqqəti qeydiyyata alınmaqla orada məskunlaşmışdır. İddiaçının həmin evdən daimi köçməsi və ya çıxarılmasına dair səlahiyyətli orqan tərəfindən hər hansı akt tərtib olunmamışdır. Məhkəmə iclasına təqdim olunan və qonşular tərəfindən tərtib olunan aktın isə nə vaxt tərtib edild iyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən, iddiaçının yaşayış yerini müvəqqəti tərk etdiyinə dair cavabdehin dəlilini ağlabatan hesab etmir. Həmçinin, cavabdehin maraq və mənafeyinə uyğun verilmiş, işin halları ilə uyğunlaşmayan şahid ifadələri inandırıcı hesab edilmir.
8. Məhkəmə bildirmişdir ki, İddiaçı müvəqqəti qeydiyyata düşdüyü və məskunlaşdığı «Dalğa» düşərgəsində olan otağa dair mülkiyyət hüququ (sərəncam vermək hüququ) olmasa da, həmin otağa dair istifadə və sahiblik hüququ mövcuddur. Belə ki, işdən görünür ki, İddiaçı müvəqqəti qeydiyyata düşməklə mübahisəli otaqda məskunlaşaraq orada yaşamış, onun həmin otağı tərk edib getməyi ilə bağlı səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırma aparılmamış, ona ayrılmış otağa başqa şəxsin köçürülməsi barəd ə heç bir məlumat verilməmişdir. İddiaçı əşyaları otaqdan çıxarılmış, otağın açarı isə dəyişdirilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının xəbəri olmadan otağına başqa şəxsin daxil olması onun sahiblik və istifadə hüququnu pozmuşdur.
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvana dair cavabdehin hüququ yoxdur, onun həmin evdən istifadəsi iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdeh həmin evdən çıxarılmalıdır.
10. Məhkəmə, iddiaçının ona məxsus olduğunu iddia etdiyi əşyaların icra məmurları tərəfindən siyahıya alınaraq saxlanc üçün verilmiş əşyalardan ibarət olduğu qənaətinə gələrək hesab etmişdir ki, həmin əşyalar cavabdehin qanunsuz sahibliyindən alınaraq, iddiaçıya təhvil verilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbayca n Respublikası Mülki Məcəlləsinin 152, 157,158-ci maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən narazı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.10.2021-ci il tarixli, 2(103)8806/2021 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(003)1795/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəli lləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənzil hüququnu geçəkləşdirmək üçün heç bir xüsusi tədbirlər görməmiş, iddiaçının əsassız varlanmaq istəyinə hüquqi qiymət verməmiş, bərabərlik prinsipini, cavabdehin mənzil toxunulmazlığı hüququnu pozmuş, mülki iş üzrə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməmiş, cavabdehin sübutları əsaslı olsa da qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər
18. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
19. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sah ib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə b ilər. Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassatorun onun mənzil hüququnu geçəkləşdirmək üçün məhkəmənin heç bir xüsusi tədbir görməməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar.
28. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
29. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir.
30. Cavabdehin iddiaçının məskunlaşdığı mənzilə köçməsi üçün hər hansı hüquqi əsas olmamışdır. Məhkəmələr “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun müddəalarına əsaslanaraq və Mülki Məcəllənin 158.4-cü maddəsinə istinadən iddiaçının məskunlaşdığı yaşayış sahəsinə hüququnun pozulmasının qanunsuz olması barədə düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.10.2021-ci il tarixli, 2(103)8806/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.