Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1817/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçı“xxxx” ASC-nin vəkili X1 və nümayəndəsi RSnun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı“xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Y.Ruvinov, iş 2(060)-6661/20 18) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair iddiası qismən təmin olunmuş, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1arasında bağlanmış 03.11.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 18086,22 manat əsas, 5612,05 manat faiz borcu olmaqla ümumilikdə 23698,27 manat məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manatməbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir)manatdövlət rüsumu, kredit və ipoteka müqaviləsinin, eləcə də mülki yyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 23 (iyirmi üç) manatrüsumun tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka predmetinə yönəldiməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan 23698,27 manat məbləğində kredit borcunun iddiaçı “xxxx” ASC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun ümumi qaydada Cavabdeh1 tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 noyabr 2018-ci il tarixli, 2(105)3686/2018 saylı qətnaməsi ilə (Ş.R.Abasov (sədrlik edən və məruzəçi), hakiml ər A.Ə.Abbasov və T.Q.Məmmədov) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6661/2018 saylı, 16 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin ilkin satış qiymətinin 26.000 (iyirmi altı min) manat məbləğində müəyyən edilməsi qət edilmiş,qətnamə qalan hissədə- iddiaçı “xxxx” ASC ilə Cavabdeh1arasında bağlanmış 03.11.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 18086,22 manat əsas, 5612,05 manat faiz borcu olmaqla ümumilikdə 23698,27 manat məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manatməbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) mana tdövlət rüsumu, kredit və ipoteka müqaviləsinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 23 (iyirmi üç) manatrüsumun tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka predmetinə yönəldiməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan 23698,27 manat məbləğində kredit borcunun iddiaçı “xxxx” ASC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait hesabına borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun ümumi qaydada Cavabdeh1 tutulması, iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin hallar ı İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.11.2016-cı il tarixli, 239/2SF saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh1 18086,22 manat əsas, 5612,05 manat faiz borcu olmaqla ümumilikdə 23698,27 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manatməbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manatdövlət rüsumunun, kredit və ipoteka müqaviləsinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 23 (iyirmi üç) manatrüsumunun tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in MH seriyalı, ******* №-li, **********29-05101-093003 reyestr №-li, ********* qeydiyyat №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “xxxx” ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ipoteka predmetindən əşyaları ilə birlikdə 1 (bir) ay müddətinə çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi ü çün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı“xxxx” ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı“xxxx” ASC-nin vəkili X1 və nümayəndəsi RS kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında o lan “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.11.2016cı il tarixli, 239/2SF saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçıdan 48 ay müddətinə, illik 18 faiz hesablanmaqla 18350 manat kredit almışdır. İşdə olan “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.11.2016-cı il tarixli ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil 03.11.2016-cı il tarixli, 239/2SF saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi iddiaçı bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 26.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 21.05.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil 03.11.2016-cı il tarixdən 48 ay müddətinə 03.11.2016-cı il tarixli, 239/2SF saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 03.02.2017-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan bildirişlərdən görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İşdə olan “xxxx” ASC-nin 08.05.2018 -ci il tarixli, SMF 10-00189 saylı məktubundan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması barədə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 48 ay müddətinə, illik 18 faiz hesablanmaqla 18350 manat məbləğində kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıda n kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçı bankın ipotekaya qoyulmuş mənzilin məcburi qaydada boşaldılması barədə tələbini rədd etmiş, iddiaçı isə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə istinad edərək bu qərarı qanunsuz hesab etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsinin və boşaldılmasının xüsusi normal arını müəyyən edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: - 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. -59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. -59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o s atıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. -59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarıəsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzindəipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarıəsasında məcburi qaydada çıxarıla bilərlər. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İ nsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki halda iddia tələbinin ipoteka predmeti olan mənzilin satıldıqdan bir ay sonra boşaldılması hissəsində qeyrimüəyyən zaman və şərt altında təmin edil məsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, artıq satılmış əmlak barəsində hüquq münasibətləri yeni müstəviyə keçməklə, ipotekasaxlayanla ipotekaqoyan arasında deyil, köhnə və yeni mülkiyyətçi arasında yaranan münasibətləri tənzimlədiyindən hazırki mərhələdə bu sahədə heç bir mübahisə olmadığı halda iddia tələbi mənzilin boşaldılması hissəsində təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işüzrə bu hala düzgün qiymət vermiş, hazırkı mərhələdə heç bir əsas olmadan mənzilin boşaldılması barədə tələbi rədd etməklə əsaslı nəticəyə gəlmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış q iyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi zərurət təşkil etdiyindən və bu hal aradan qaldırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflər arasında mübahisə doğurmadığından, bu məbləğ 03.11.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən tərəflərin razılıqları əsasında müəyyən edilmiş 26.000 məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı“xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1817/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1817/2019
22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver