Məhkəmə qərarları › İş №2(102)-1817/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1817/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1817/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 09 iyun 2020-ci il iş № 2(102)-1817/20 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) iddia tələbi qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxxxx 2014-cü il tarixli Müqavilə üzrə 8845,89 (səkkiz min səkkiz yüz qırx beş dollar 89 sent) ABŞ dolları məbləğində əsas borc, 4329,51 (dörd min üç yüz iyirmi doqquz dollar 51 sent) ABŞ dolları məbləğində faiz borcu və 50 (əlli) ABŞ dolları məbləğində cərimə olmaqla - ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 13225,40 (on üç min iki yüz iyirmi beş dollar 40 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləği ndə pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qətedilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən, məruzəçi), T.Quliyev və E.Rəhimov, 2(107)-3705/2019 saylı mülki iş) hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2019-cu il tarixli 2(012)784/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərCavabdeh1, Cavabdeh2 və Cavabdeh3müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxxx 2 014-cü il tarixli kredit müqaviləsi üzrə 8845,89 ABŞ dolları əsas borc, 4329,51 ABŞ dolları faiz borcu və 623,18 ABŞ dolları cərimə olmaqla, cəmi 13798,58 ABŞ dollar məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh bildiriri ki, ondan tələb olunan borc məbləği Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşdüyündən bank onun borcunu restrukturizasiya etməli və güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməli idi. Prosessual məsələlər və tərəflə rin izahatları: Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İddiaçının vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə işt irak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallar ında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Kassatorun yeganə dəlili ondan ibarətdir ki, ondan tələb olunan borc məbləği Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşür. Əvvəla, qeyd olunmalıdır ki, cavabdeh bu dəlili apellyasiya şikayəti verərkən irəli sürməmiş, hazırkı dəlili ancaq kassasiya instansiyasında irəli sürmüşdür. Ona görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq MPM-nin 372.6 maddəsinə əsasən həmin dəlillə bağlı qiymətləndirmə apamamışdır. Çünki həmin məhkəmə yuxarıda qeyd olunan normaya görə işə apelyasiya şikayətində ifadə olunmuş dəlillər əsasında baxır. Bundan başqa, cavabdeh onun kredit borcunun Fərmanın təsiri dairəsinə düşməsinə ehtimal edən heç bir sübutu apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Çünki işdə olan hesabdan çıxarışdan (səh.70-71) görünür ki, borclu xx.xx.2018-ci il tarixədək mütəmadi ödənişlər etmiş, cəmi iki aydan sonra iddiaçı bank xx.xx.2019-cu il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin istinad etdiyi Fərmanın 8.6. bəndində deyilir ki, “vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar” nəzərdə tutulur. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar