Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1818/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kasasiya şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(107)855/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ET DİM: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-618/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000003094 saylı kredit razılaşması üzrə 20169,93 ABŞ dolları əsas kredit borcu, 9129,4 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu, ümumilikdə 29319,33 ABŞ dolları borcun ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və hazırki iddianın qaldırılması üçün ödənilmiş 21,05 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(107)-855/2020 nömrəli qətna məsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-618/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(107)-855/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kasasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kasasiya şikayəti verməyə hüququ olmamış, eyni zamanda kasasiya şikayətinin məzmunu Azərbayca n Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Məcəllənin 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 407.1.4-cü m addəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosess ual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. İlk olaraq iş materiallarından müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-618/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, apelyasiya şikayətini yalnız iddiaçı vermiş, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Apelyasiya məhkəməsi isə işə iddiaçının şikayəti əsasında baxaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Hazırda isə Cavabdeh1 apelyasiya şikayəti vermədiyi halda, apelyasiya məhkəməsinin qətnaməsindən kasasiya şikayət vermişdir. Digər tərəfdən kasasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh işin faktiki halların a istinad etmiş və Azərbaycan Respublikası Konstitusiyasının 26, 71-ci maddələrini, Mülki Prosessual Məcəlləsinin 416, 418-ci maddələrini sadalamaqla, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Lakin kasator qeyd olunan hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisədə necə tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6 -cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apelyasiya instansiya məhkəməsi kasasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, cavabdehin apelyasiya şikayəti verməməsi, habelə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğunu göstərilməməsi səbəbi ilə kasasiya şikayəti icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(107)-855/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə qayt
Məhkəmə qərarları › İş №2(102)-1818/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-1818/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver