Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1819/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)1414/2019 nömrəli iş üzrə 24 dekbar 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Ceyhun Məmmədov) 2(060)-9330/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Abşeron rayonu 1 saylı notariat kontoruna qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Şəmsəddin Abbasov - sədrlik edən və məruzəçi, Telman Məmmədov, Aqil Abbasov) 2(105)-1414/2019 saylı, 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 2(060)-9330/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin olunması, İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2018-ci il tarixli Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 4Ə/1546 reyestr nömrəsi ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hes ab olunması və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abbasov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Səyyad Qafari) 13 noyabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1414/2019 saylı, 26 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Aqil Abbasov) 24 dekabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1414/2019 saylı, 26 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayti verilmə si üçün buraxılmış müddətin bərpa edilməsinə dair Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizəsi rədd edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 08 iyun 2018-ci il tarixli Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 4Ə/1546 reyestr nömrəsi ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 dekbar 2019-cu il tarixli qərardadının ləğv ed ilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual normaların pozulması ilə çıxarılmışdır. Məhkəmə müddətin bərpasə barədə ərizəni rədd edərək onun məhkəmə müdafiəsi hüququ pozmuşdur. Tərəflərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh n ümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1414/2019 saylı, 26 aprel 2019-cu il tarixli qətnaməsi 02 may 2019-cu il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmiş, Cavabdeh 08 may 2019-cu il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə qətnaməni rəsmi qaydada almışdır. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə görə məhkəmə birinci i nstansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinin tələbinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Yuxarıda sadalanan normalardan göründüyü kimi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qanunverciliyin müəyyən etdiyi müddət çərçivəsində tərtib edilərək iş üzrə tərəflərə rəsmi qaydada verilmiş, başqa sözlə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasə n qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Hazırki halda cavabdeh qətnaməni 08 may 2019-cu il tarixdə qəbul etdiyi üçün onun tərəfindən kassasiya şikayəti verməsi üçün müddət axımı da həmin tarixdən başlayıb 08.07.2019-cu il tarixdə bitmişdir. İşdən görünür ki, cavabdeh kassasiya şikayətinin verilmə müddəti keçdikdən təxminən 4 ay sonra qətnamədən kassasiya şikayəti vermiş və şikayətə müddətin bərpasına dair ərizə əlavə etmədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 noyabr 2019cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərp a edilməsinə dair vəsatət verilməmişsə kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hər əkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPMnin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli, 2(105)-1414/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsini təmsil etdiyi şəxsin qətnaməni alsa da, hüquqi savadsızlığı üzündən həmin qətnamədən 2 ay ərzində şikay ət verməli olduğunu bilməməsi, bu barədə ona məlumat verməməsi və özünün qətnaməni rəsmi qaydada almaması ilə əsaslandırmışdır. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1414/2019 saylı, 26 aprel 2019-cu il tarixli qətnaməsinin surəti poçt vasitəsi ilə Cavabdeh göndərilmiş və 08 may 2019-cu il tarixdə Cavabdeh atası X1 poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə qətnamənin surətini almışdır və buna görə də prosessual qanunvericiliyin tələbinə əsasən qətnamə cavabdehə rəsmi qaydada verilmiş hesab edilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MPMnin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi q aydada verməlidir. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli, 2(105)-1414/2019 saylı qətnaməsi işdə iştirak edən şəxs kimi Cavabdeh rəsmi qaydada verilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə aktl arının rəsmi qaydada nümayəndə və vəkilə verilməsi Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmamışdır və Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli, 2(105)-1414/2019 saylı qətnaməsinin rəsmi qaydada verilməməsi qətnamədən kassasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas ola bilməz. İşdən həmçinin görünür ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qətnaməsindən 03 oktyabr 2019-cu il tarixdə də kassasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Cavabdeh n ümayəndəsi və vəkili Vəkil qətnamədən kassasiya şikayəti verilməsi müddətini üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sənədi və mötəbər sübutu ərizəsinə əlavə etməmişdir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizəsində göstərdiyi dəlillər qətnamədən kassasiya şikayəti verilməsi müddətinin üzrlü sayılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qayta rılır. Həmin Məcəllənin 408.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 408.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Şərh olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin nümayəndəsi və vəkilinin qətnamədən kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə ərizəsi təmin edilməməli, kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qə rardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Müddətin bərpa edilməməsi nəticəsində cavabdehin məhkəmə müdafiəsi hüququnun pozulması ilə Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunve ricilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 dekbar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şi kayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1414/2019 nömrəli iş üzrə 24 dekbar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1819/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1819/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver