Məhkəmə qərarları › İş №2(102)-1819/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1819/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1819/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxxxnın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı, (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-39/2024 nömrəli 30 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış 23 may 2013-cü il tarixli **********96613 saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə 48 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla 30000 manat məbləğində kredit verilmişdir.

2. İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(037)-2017 saylı qətnaməsinə əsasən, iddiaçı ASC “Xalq” Bankının iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli kredit və ipoteka müqavilələri üzrə 8045,26 manat əsas borcun, 394,69 manat faiz borcunun, 20 manat cərimənin, 29 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə ödənilmiş 14 manat olmaqla, cəmi 8532,95 manat məbləğin Cavabdeh alınaraq ASC “Xalq” Bankına ödənilməsi, 8532,95 manat məbləğin tutulmasının ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa uyğun olaraq İsmayıllı şəhəri M.Əsədov küçəsində mülkiyyətdə olan 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mülkiyyət hüququ ilə Cavabdeh məxsus daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində, **********99-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı ildə qeydə alınmış 143.1 kv.metr ümumi sahəsi, 71.6 kv.metr yaşayış sahəsi və 71.5 kv.metr yardımçı sahəsi olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə açıq hərracda satılmaqla yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən məcburi qaydada çıxarılmaları, ödənilmiş dövlət rüsumunun 01 manatının iddiaçı ASC “Xalq” Bankına aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 2349/2017 saylı, 7.11.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon Məhkəməsinin 17.7.2017-ci il tarixli 2(037)-364/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 5 aprel 2018-ci il tarixli 2(102)-2214/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, 7.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı xxxx (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021- ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat məbləğində penya, cəmi 6408.74 (altı min dörd yüz səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 84.09 (səksən dörd manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qətnamə qəbul edildikdən sonra Cavabdeh tərəfindən ümumilikdə 8474.64 manat məbləğində ödəniş həyata keçirilmiş və qeyd edilən ödənişlər hesabına qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Buna baxmayaraq cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu qalmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi 23.5.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı 1.10.2021-ci il ta rixinə bu məbləğ 3130.06 manat təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun” 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədi ilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmi ş arayışdan göründüyü kimi, AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin xx.xx.2019-cu il tarixə illik faiz dərəcəsi 24% təşkil edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi 23.5.2017-ci il tarixdən 30.6.2019-cu il tarixə qədər əldən çıxmış faydanın illik 5% dərəcəsi ilə, 30.6.2019cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2021-ci il tarixə kimi isə 19% ilə hesablanmalı olduğunun qənaətindədir və müvafiq hesablama aparıldıqdan sonra qeyd olunan dövrlər üzrə bu məbləğ 2688.83 manat təşkil edir.

7. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi restruktruzasiya olunmuş kreditlər siyahısına daxil olunsa da, cavabdeh onun kredit borcunu restruktruzasiya etməmişdir. O, bununla bağlı bir neçə dəfə Mərkəzi Banka rəsmi müraciət etmişdir. Onun kredit borcunun restruktruzasiya olunması ilə bağlı Mərkəzi Bankla cavabdeh arasında yazışmalar olmuş və Mərkəzi Bank ASC “Xalq” Bankına onun kredit borcunun restruktruzasiya olunmasını təklif etsə də, cavabdeh onun kredit borcunu restruktruzasiya etməmişdir. Kredit borcu bank tərəfindən restruktruzasiya olunmadığından məcbur qalaraq İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 saylı qətnaməsi üzrə banka olan borcunu tam ödəyərək fərdi yaşayış evini ipoteka ilə yüklülükdən aza d etmişdir. Buna baxmayaraq cavabdeh yenidən ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onun hazırda xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə ASC “Xalq” Bankına borcu qalmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 dekabr 2022-ci il tarixli №9/7832 nömrəli ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 23 may 2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsinin şərtləri və ekspert qarşısında qoyulmuş sualda göstərilənlər nəzərə alınmaqla Cavabdeh iddiaçı ASC “Xalq” Bankına olan əsas kredit borcu 0.00 manat, adi faiz borcu (19%) 589.86 manat və faiz borcu (əldən çıxmış fayda 5% +19%) 2.688,83 manat təşkil etdiyi və tərəflər arasında bağlanmış kredit müqaviləsində 19% dərəcəsilə hesablanmalı olan əldən çıxmış fayda nəzərdə tutulmadığı qeyd edilmişdir.

9. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 8.2.2023-cü il tarixli, e-2(037)-10/2023 nömrəli qətnaməsi ilə (hakim İ.V.Hüseynov) iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qətnamə üzrə banka olan borcunu tam ödəyərək ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini yüklülükdən azad etmişdir. Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən i ddiaçıya tam ödənilməsinə, həmçinin ipoteka predmeti olan əmlakın yüklülükdən azad edilməsinə, həmçinin cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, iddiaçı bank 23.5.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc, 23.5.2017-ci il tarixdən 30.6.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, 30.6.2019-cu il tarixdən 1.10.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda) və 1.10.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 3130.06 manat məbləğində penya hesablamışdır.

12. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilməsinə, ipoteka predmeti olan əmlakın yüklülükdən azad edilməsinə, həmçinin cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən 23.5.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda) və xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 3130.06 manat məbləğində penya hesablaması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar su rətdə ziddiyyət təşkil edir.

13. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.

14. Məhkəmə həmçinin bildirmişdir ki, tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş, yəni cavabdeh qətnamə üzrə iddiaçıya olan borcunu tam şəkildə ödəyərək ipoteka predmeti olan əmlakını yüklülükdən azad etmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona görə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Eləcə də digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Çünki cavabdeh tərəf kreditin təminatı olaraq fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit borcunu ödəmədiyi üçün tələb məhkəmə qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilmiş, cavabdeh məhkəmə qətnaməsini mübahisələndirsə də qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra borc cavabdeh tərəfindən iddiaçıya tam ödənilmişdir. Bu da onu deməyə əsas verir ki, qətnamə üzrə borcun ödənilməsinin gecikməsi nəticəsində iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Yəni cavabdeh qanunla nəzərdə tutulmuş hüququndan istifadə edərək məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayətləri vermiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə borcunu tam ödəyərək ipoteka predmeti olan əmlakını yüklülükdən azad etmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 399.3, 560.1, 560.2-ci, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən bildirmişdir ki, “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaç ı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.”. Hesab etmişdir ki, məhkəmənin “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, işə məhkəmə iclasında baxılarkən məhkəmənin nəzərinə çatdırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 17.7.2017-ci il tarixli 2(037)-364/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan Kredit müqaviləsi üzrə 8045.26 manat məbləğində əsas borcdan, 394.69 manat məbləğində adi faizlər üzrə borcdan, 20 məbləğində penyadan ibarət olan cəmi 8459.95 manat məbləğində borcun ödənilməsi, Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə Bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2017-ci il tarixinədək (həmin mülki iş üzrə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək) hesablanmış borc məbləğindən ibarət olmuşdur.

18. Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddətinin bitdiyi 23.5.2017-ci il tarixinədək hesablanmış adi faiz borcunun, kreditləşmə müddətinin bitdiyi 23.5.2017-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi 1.10.2021-ci il tarixinədək hesablanmış əldən çıxmış faydanın və penyanın Cavabdeh tutulması ilə bağlıdır.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/6181 nömrəli ekspert rəyinə əsasən, 23 may 2017-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğ 684,76 AZN təşkil edir. 30 iyun 2019-cu il tarixdən 1 oktyabr 2021ci il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış (əldən çıxmış fayda) məbləğ 1.988,62 AZN təşkil edir.

20. Şəki Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-39/2024 nömrəli 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiası qismən təmin edilmiş, Cavabdeh 23.5.2017-ci il tarixdən 30.6.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, 30.6.2019-cu il tarixdən 1.10.2021-ci il tarixinə qəd ər də illik 5% dərəcəsi ilə hesablanmış cəmi 1208,09 manat məbləğində zərər (əldən çıxmış fayda) və 30,08 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı ASC “Xalq” Bankının hesabına ödənilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 42,05 manat dövlət rüsumunun 21 manatı Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması qət esdilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı tam rədd etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəy yənləşdirə bilməmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bankın 23.5.2017-ci il tarixədək hesablanmış 589.86 manat məbləğində adi faiz borcunu tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etməmiş və iddianın 23.5.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə 23.5.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc məbləğinin cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsi əsassızdır.

23. Belə ki, işdə olan İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(037)2017 saylı qətnaməsinə əsasən, iddiaçı tərəfindən kredit götürən və ipoteka qoyan qismində çıxış edən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 30 senty abr 2016-cı il tarixli, 468 saylı bildiriş göndərilmiş, kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ipoteka predmetinin 30 gün müddətində satılması tələb edilmiş, əks təqdirdə iddiaçının məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəyi barədə ipoteka qoyan Cavabdeh xəbərdarlıq edilmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı bankın nümayəndəsi cavabdehdən tələb edilən 589.86 manat məbləğində illik 19 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun iddiaçı bankın kredit borcunun ödənilməsi məqsədi ilə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair əvvəlki iddia ərizəsinın birinci instansiya məhkəməsinə təqdim edilməsindən sonra hesablanan faiz məbləği olduğunu göstərmişdir.

25. Məhkəmə kollegiy ası qeyd etmişdir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-i n 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir.

27. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüq uqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələ n öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bankın kreditləşmə müddətinin bitdi yi 23.5.2017-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi 1.10.2021-ci il tarixinədək hesablanmış 3130.06 manat məbləğində penyanı tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat məbləğində penyanın tutulması hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir.

53. Belə ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər.

29. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış 23 may 2013-cü il tarixli **********96613 saylı kredit müqaviləsinin müddəti 23 may 2017-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonra ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat təşkil edən cərimə faizlərini tələb edir ki, bunda da haqlı deyildir.

30. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 20 manat cərimə borcunun cavabdehdən tutulmasını qət etmişdir.

31. Məhkəmə şərh olunanlara əsasən qeyd etmişdir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyinin əsassız olmasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılmasına dair mövqeyi əsassızdır.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

34. İddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2013-cü il tarixli **********96613 saylı kredit müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, bu Müqaviləyə borc alan tərəfindən əsas borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu tarixdən xitam verilir.

35. Məhkəmə kollegiyası bu baxımdan apellyasiya şikayətinin kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi 1.10.2021ci il tarixinədək hesablanmış 2688.83 manat məbləğində əldən çıxmış faydanı tələb etməkdə haqlı olmasına dair dəlili ilə qismən razılaşaraq qeyd etmişdir ki, yuxarıda şərh edilən normaların tələblərindən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələblərini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini diqqətə almayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarını səhv təfsir edərək cavabdehin banka heç bir borcunun olmaması nəticəsinə gəlmişdir.

36. Kollegiya qeyd etmişdir ki, iş materiallarından müəyyən edildiyi kimi İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(037)-2017 saylı qətnaməsində tutulması qət edilmiş 23 may 2013-cü il tarixli **********96613 saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək, yəni 1 oktyabr 2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı bankın hesabına ödənilmişdir. İddiaçı bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icr a etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir.

37. Kollegiya həmçinin qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi (həmin Qanunun 36-cı maddəsi) ilə başlayır və məntiqi ardıcıllıqla davam edərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməmə si və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə (həmin Qanunun 47-ci maddəsi) başa çatır.

38. Bu baxımdan, borcverən bankla borcalan şəxs arasında mövcud olmuş kredit münasibətləri üzrə yaranmış əvvəlki məhkəmə mübahisəsinə qanuni qüvvəyə minmiş qətnamə ilə son qoyulsa da, əvvəlki mübahisə üzrə iddiaçının əsas borc, faiz borcu, cərimə borcu tam və ya qismən təmin olunsa da və borclu tərəfindən borc məbləği tələbin ipoteka predmetinin satışınadək ödənilsə də, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək, yəni məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borcun ödənildiyi dövrədək əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməkdə haqlıdır.

39. Bu baxımdan iddia tələbinin xx.xx.2019-cu il tarixdən 1.10.2021-ci il tarixinə qədər illik 19 % dərəcəsi ilə hesablanmış zərər (əldən çıxmış fayda) hissəsində iddia tələbi ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün əldən çıxmış faydanın tutulması barədə tələbini əsaslandıran halları, yəni məhz cavabdeh tərəfindən vaxtında qaytarılmamış kredit vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

40. Bu baxımdan iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği təl əb etməkdə haqlıdır.

41. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9.7.2009-cu il tarixli Qərarındakı mövqeyi səhv təfsir etməklə yanlış mövqedən çıxış etmişdir.

42. Kollegiya qeyd etmişdir ki, məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/6181 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.

43. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə m alik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim etməmişdir.

44. Məhkəmə kollegiyası belə olan halda qeyd etmişdir ki, cavabdehin iddiaçı bank qarşısında 23 may 2017-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək banka ödəməli olduğu illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin müəyyən edilməsində Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/6181 nömrəli ekspert rəyində göstərilən illik 5 faiz dərəcəsi ilə müəyyən olunmuş məbləğ əsas götürülməlidir.

45. Məhkəmə kollegiyası məhkəmə xərcləri hissəsində qeyd etmişdir ki, iddiaçının iddia tələbi 23 may 2017-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1.208,09 manata dair hissədə əsaslı və təmin edilməli olduğundan cavabdehdən iddiaçı bankın xeyrinə tələbin təmin ediləcək hissəsinə mütənasib olan məbləğdə, yəni 30,08 manat məbləğində dövlət rüsumu, apellyasiya şikayətinin və iddianın qismən təmin edilməsi nəzərə alınaraq iddiaçı tərəfindən apellyasiya şikayəti üçün ödənilmiş 42,05 manat dövlət rüsumunun 21 manatı cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatlarının dəyəri isə tərəflər arasında bölünməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini adi fazi borcu və cə rimə borcuna aid hissədə rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra adi faiz borcunun və cərimə borcunun hesablanması doğru yanaşma sayıla bilməz. Məhkəmənin həmin mövqeyi əsassızdır. İşə məhkəmə iclasında baxılarkən məhkəmənin nəzərinə çatdırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 17.7.2017-ci il tarixli 2(037)- 364/2017 №-li qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan borc məbləği 2.2.2017-ci il tarixinədək (həmin mülki iş üzrə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək) he sablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddətinin bitdiyi 23.5.2017-ci il tarixinədək hesablanmış adi faiz borcunun, əsas borcun tam olaraq ödənildiyi 1.10.2021-ci il tarixinədək hesablanmış penyanın cavabdehdən tutulması ilə bağlıdır. Lakin, Məhkəmə Bankın iddiasını həmin hissədə rədd etməklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 66.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müq avilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

50. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

51. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

52. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

53. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

54. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

55. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya l azımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

56. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

57. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

58. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

59. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

60. Maddə 445.2.2. icra müddəti çatanadək kredi torun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

61. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

62. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

63. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

64. Maddə

449. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır.

65. Maddə 462.1. Cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

66. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

67. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandı rılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı

68. Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kr edit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.

75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

81. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nət icələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

82. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-39/2024 nömrəli 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar