Məhkəmə qərarları › İş №2(102)-182/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-182/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-182/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1634/2019 saylı işi üzrə 13.05.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "b orc" tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 130000 (yüz otuz min) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(103)-10034/2019 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi) Z.Əliyev və R.Eyvazov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1634/2019 saylı işi üzrə 13.05.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yasamal Ray on Məhəməsinə müraciət edərək, iddianın təmin edilməsini, borclu Cavabdeh İddiaçı xeyrinə 130000 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses gedişatında Cavabdeh İddiaçı qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-1124 reyestr nömrəsi ilə qeydə alınmış 14 dekabr 2015-ci il tarixli "kredit müqaviləsinin etibarsız hesab edilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZ AHATLARİ: Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, işə baxılarkən maddi hüquq normalarının tətbiq və təvsirində səhvə yol verilmiş və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi bar ədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlar ına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə MM-nin 337.1, 337.4, 340, 385.1, 442, 739.1, 739.2, MPM-nin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinad edərək ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməli olduğu qənaətinə gəlmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, ilkin iddia ərizəsi üzrə iddiaçı verdiyi krediti geri tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İd diaçı qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsini araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış müqavilənin etibarlılığını şübhə altına. alan belə bir hal müəyyən edilməmişdir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən, kredit müqaviləsi tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilə etibarsız hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh kredit müqav iləsi əsasında İddiaçı borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini ona qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını (MM-nin 337, 340, 385, 442, 739; MPM-in 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə əsasən) mübahisələndirilən hissədə araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci ins tansiya məhkəməsinin qətnaməsinin şikayətə münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya əsassız olduğundan onun verilməsi ilə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə tələblərin təkzib edilməsi cavabdehin üzərinə düşməklə bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təkzib edilməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, işə baxılarkən maddi hüquq normalarının tətbiq və təvsirində səhvə yol verilmiş və bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üszrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət vermişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar