Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-182/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-263/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Torpağın Mülkiyyət Hüququna dair JN 236, KOD 61013078 nömrəli Dövlət Aktına əsasən, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 20 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı, X4, X5, X6, X8 və X1 təsərrürfatı məhsulları istehsalı üçün Bərdə rayonu Hacallı kəndi ərazisində yerləşən 3,31 ha torpaq sahəsi verilmişdir.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 29 aprel 2022-ci il tarixli, **********15 nömrəli mütəxəssis rəyinə əsasən, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Akt ı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,31 ha torpaq sahəsindən iddiaçı yalnız 1,13 ha hissəsindən istifadə edir, qalan 2,18 ha hissəsi isə hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz 20 il istifadə etdiyi torpağa görə vurulmuş 158300 manat maddi və 25000 manat mənəvi ziyan, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, eləcədə zəbt edilmiş 2,18 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş dir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 20 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı, X4, X5, X6, X8 və X2 mülkiyyətinə kənd təsərrürfatı məhsulları istehsalı üçün Bərdə rayonu Hacallı kəndində yerləşən 3,31 ha torpaq sahəsi verilmiş və mülkiyyət hüququ Torpağın Mülkiyyət Hüququna dair JN 236, KOD 61013078 nömrəli Dövlət Aktı ilə dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq mülkiyyətlərində olan torpağın 2,18 ha hissəsini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi 2001-ci ilin yanvar ayından bu günə kimi qeyri qanuni istifadə edir və heç bir kompensasiya ödəmir. 20 ildə ona 158300 manat ziyan vurulmuşdur. Belə ki, həmin torpaq sahəsində 20 ildə taxıl və yaxud yonca əksəydi daha çox gəlir əldə etmiş olardı. Həmçinin qanu nsuz hərəkətlərlə onun hissləri ilə oynamışlar. Ərizəsinə cavab olaraq Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi bildirmişdir ki, Müdafiə Nazirliyinin istifadəsində olan əraziyə guya onun aidiyyatı yoxdur. Halbuki, X7 Komitəsi və digər strukturlar əraziyə baxış keçirtmiş və akt tərtib edilərək ona məxsus torpağın 2,18 hektarı Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Bununla da ona 158300 manat maddi və 25000 manat mənəvi ziyan vurulmuşdur. Mütəxəssis rəyində ona vurulmuş maddi ziyan aşağıdakı kimi qiymətləndirilmişdir: 2,18 ha torpaq sahəsi 1 ildə dörd dəfə biçilməklə 2250 yonca kipi əldə edilir. 1 kip yonca otunun qiyməti 3 manat 50 qəpikdir. 20 ildə 2,18 ha torpaq sahəsindən cəmi 45 min yonca kipi əldə edilir. (45000 yonca kipi x 350 = 157500 manat.) Öhdəsində qalan 1,13 ha torpaq sahəsində kələm, kök və yonca əkilmişdir (2001-ci ildə) yuxarıda qeyd edilən məhsullardan isə 1 ildə 800 manat ziyan dəymişdir. Ümumi ziyanın məbləği 158300 manat təşkil edir.
5. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir.
6. Bərdə Rayon Məhkəməsinin 2(021)-1259/2021 saylı 18 may 2021-ci il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir.
7. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli, **********15 nömrəli müxtəsis rəyində göstərilmişdir ki, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə İddiaçı və ai lə üzvlərinin mülkiyyətinə verilmiş 3,31 ha torpaq sahəsindən yalnız iddiaçı 1,13 ha hissəsindən istifadə edir, qalan 2,18 ha hissəsindən isə hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən istifadə edilir.
8. Mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-906/2022 saylı 10 may 2022-ci il tarixli qərardadı ilə komissiyon məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
9. Lakin, mülki iş materialları 25 avqust 2022-ci il tarixdə rəy verilmədən məhkəməyə qaytarılmışdır.
10. Bərdə Rayon Məhkəməsinin 2(021)-906/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəməyə təqdim edilən rəy mötəbər sübut kimi qəbul edilə bilməz və qeyd edilmişdir ki, torpaq islahatı zamanı id diaçı və onun ailə üzvlərinə verilmiş torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilməmiş, həmin koordinatlar dəqiqliklə göstərilməmişdir. Məhz bu səbəbdən məhkəmə tərəfindən komisiyon məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən zəruri hesab edilən məlumatlar, yəni mübahisəli torpaq sahəsinin texniki göstəriciləri ekspertizaya təqdim edilməmişdir.
12. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli, **********15 nömrəli müxtəsis rəyində mübahisəli torpaq sahəsinin dəqiq koordinatları qeyd olunmamış, iddiaçı və onun ailə üzvlərinə verilən torpaq sahəsi ilə Müdafiə Nazirliyi tərəfindən istifadə olunan torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilməmişdir.
13. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir.
14. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsini n qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmamış, təqdim olunmuş subutlara qiymət verməmişdir. Torpaq sahəsinin zəbt edilməsi barədə mütəxəssis rəyi olmasına baxmayaraq, əsassız olaraq bu rəyi nəzərə alınmamışdır.
17. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmumuna uyğun izahat verərək, əlavə olaraq onu bildirmişdir ki, N saylı hərbi hissə 2001-ci ildə onun özünün razılığı əsasında N il müddətinə mübahisəli ərazidə yerləşmişdir. Həmin müddət başa çatsa da, hərbi hissə halhazıra kimi torpaqdan çıxmamışdır. Əgər mülkiyyətklərində olan torpaq sahəsi dövlət ehtiyacları üçün lazımdırsa, onda bunun müqabilində kompensasiya və y a başqa torpaq sahəsi verilməlidir. Buna baxmayaraq nə kompensasiya, nədə başqa ərazidən torpaq verilməmişdir.
18. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, izahatında göstərmişdir ki, Müdafiə Nazirliyinin tapşırığı ilə 2001-ci ilin yanvar ayından N saylı hərbi hissə (X10 və Hərbi Hava Qüvvələrinin Bölmələri) mübahisəli torpaq sahəsində yerləşir, həmin sahənin iddiaçıya aidiyyatı yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-263/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş ape llyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin 2(021)-906/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası qismən təmin edilmiş,Torpağa Mülkiyyət Hüququna dair JN 236, KOD 61013078 nömrəli Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən 3,31 ha torpaq sahəsinin 2,18 ha hissəsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çıxarılması, mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hesabın a ödənilmiş 118 manat, ödənilmiş 30 manat dövlət rüsumunun və ekspertiza tədqiqatının dəyəri olan 50 manatın əvəzinin cavabdeh Müdafiə Nazirliyindən alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmamışdır.
21. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən 29 aprel 2022-ci il tarixli, **********15 nömrəli mütəxəssis rəyi alınmış və həmin rəydə qeyd olunmuşdur ki, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,31 ha torpaq sahəsindən id diaçı yalnız 1,13 ha hissəsindən istifadə edir, qalan 2,18 ha hissəsindən isə hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən istifadə edilir. Buna baxmayaraq birinci instansiya məhkəməsi alınmış mütəxəssis rəyi əsasında ekspertiza təyin etmədən iddia tələbini təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq islahatı zamanı iddiaçı və onun ailə üzvlərinə verilmiş torpaq sahəsinin dəqiq kortinatları müəyyən edilməmiş, həmin koordinatlar dəqiqliklə göstərilməmişdir.
22. Birinci instansiya məhkəməsi belə bir nəticəyə gəlsə də, nəzərə almamışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli, **********15 nömrəli rəy məhz torpaq sahəsinin mövcud koordinatları nəzərə alınmaqla verilmişdir.
23. Apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki və torpaqşünaslıq yerquruluşu ekspertizaları təyin edilmişdir. Ekspertizaların aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin zəruri biliyə malik olan mütəxəssisinin iştirakı təmin olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli 10/2708 nömrəli ekspert rəyi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, torpağa mülkiyyət hüququna dair JN-236 nömrəli Dövlət aktı ilə idiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,31 ha torpaq sahəsinin 2,18 ha hissəsindən hal-hazırda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən istifadə edilir. Eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən istifadə edilən 2,18 ha torpaq sahəsi üzərində dəmir konstruksiyadan ibarət kamplar, talvar, beton plitələr, tökmə torpaq və mişar daşından inşa edilmiş iki ədəd kiçik ölçülü köməkçi tikililər mövcuddur.
25. Göründüyü kimi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,31 ha torpaq sahəsinin 2,18 ha hissəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən istifadə olunduğu sübut olunur.
26. Apellyasiya instansiyası məhkəməsi tələbin bu hissəsinə mülkiyyət toxunulmazlığı konteksindən yanaşaraq hesab etmişdir ki, Torpağın Mülkiyyət Hüququna dair JN 236, KOD 61013078 nömrəli Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən 3,31 ha torpaq sahəsinin zəbt olunmuş 2,18 ha hissəsindən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi çıxarılmalıdır.
27. İddia tələbinin 158300 manat maddi və 25000 manat mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, apellyasiya icraatı zamanı İddiaçı izahatında göstərmişdir ki, mülkiyyətlərinə verilmi ş torpaq sahəsinin 2,18 ha hissəsində Müdafiə Nazırliyinin N saylı hərbi hissəsinin N il müddətə yerləşməsinə icazə vermişdir.
28. Qeyd olunan müddət başa çatdıqdan sonra N saylı hərbi hissə torpaq sahəsindən çıxmasa da, iddiaçı (və ya digər mülkiyyətçilər) cavabdehə qarşı məhkəmədə iddia qaldırmamış, torpaq sahəsinin boşaldılmasını tələb etməmişdir. Yəni sonuncunun N il müddət keçdikdən sonra cavabdeh tərəfin hərəkətlərinə münasibəti sadəcə susmaqla kifayətlənmişdir. Ona görə də məhkəmə iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissədə əsassız saymışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil-Vəkil) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2023-cü il tarixli, 2(104 )-263/2023 sayl qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam təmin olunması üçün işin yeni apellyasiya instansiyası məhkəməsinə qaytarlmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bir sıra maddi və prosessul hüquq normaları pozulmuşdur.
31. Torpaq sahəsindən 20 il müddətində məhrum olması ilə ona 158300 manat ziyan dəyməsi aşkardır. Belə ki, həmin torpaq sahəsində 20 ildə taxıl və yaxud yonca əksəydi daha çox gəlir əldə etmiş olardı. Həmçinin cavabdeh tərəf qanunsuz hərəkətlərlə onun hissləri ilə oynamışdır. Ərizəsinə cavab olaraq Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi bildirmişdir ki, Müdafiə Nazirliyinin istifadəsində olan əraziyə guya aidiyyatı yoxdur. Halbuki, X7 Komitəsi və digər struktu rlar əraziyə baxış keçirtmiş və akt tərtib edilərək ona məxsus torpağın 2,18 hektarı Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Bununla da ona 158300 manat maddi və 25000 manat mənəvi ziyan vurulmuşdur. İşə baxan məhkəmələr göstərilən halları nəzərə almamışdır. b)
32. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan 33. istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdi r. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlmə si, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
37. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilə n hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
40. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
41. Maddə
49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-to rpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
42. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
43. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 4.1. Bütün fizik i və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qi smən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Apellyasiya məhkəməsinin qətnaməsi malddi və mənəvi zərər tələbinin rədd olunması hissədə mübahisələn dirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, qətnamədən kassasiya şikayəti verilməsi hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Maddi və mənəvi zərərin tutulmasının rədd olunması barədə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhk əməsi həmin məsələnin həllində düzgün nəticəyə gəlmiş, cavabdeh tərəfindən torpaq sahəsindən N il müddətinə istifadənin iddiaçının özünün razılığı ilə olması, sonradan isə iddiaçının torpaq sahəsinin boşaldılmasını tələb etməməsi, buna vaxtında təşəbbüs göstərməməsi, uzun müddət susmaqla kifayətlənməsi ilə əsaslanldırmışdır. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Həmin dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
54. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-263/2023 saylı iş üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.