Məhkəmə qərarları › İş №2(102)-1821/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1821/2021

03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1821/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2(012)-342/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbayc an Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ndə yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakin dövlət reyestrində 02 oktyabr 2006-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh 22 fevral 2011-ci il tarixli etibarnamə ilə ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinə dair arayış almağı, sərəncam verməyi, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə yazmağı və digər hərəkətləri etməyi 50 il müddətinə X3 etibar etmişdir. 08 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsini X1. İş üzrə qəbu l edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Daşınmaz Əmlakin Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçının mülkiyyətinə qaytarılması, iddianın qaldırılması ilə əlaqədar vəkilə ödənilmiş 110 manat xidmət haqqının, 31 manat dövlət rüsumunun, 13 manat etibarnamənin alınması üçün ödənilmiş rüsumun, cəmi 154 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə, eyni zamanda Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə t utulmuş cinayətin əlamətləri olduğundan bu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-2007-ci illərdə ünvan 1ndə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq istəsə də, həmin kəndin bələdiyyəsi tərəfindən ona 6 sot torpaq sahəsi almağa icazə verilmədiyindən etibarlı bir şəxsin adına torpaq sahəsi almaq qərarına gəlmişdir. İddiaçı Cavabdeh ilə tanış olduqdan sonra sonuncu ilə ünvan 1 bələdiyyəsi arasında müqavilə bağlanmış və torpaq sahəsinə dair ödəniş iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. 02 oktyabr 2006-cı il tarixdə ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətində olması barədə Daşınmaz Əmlakin Dövlət Reyestrindən Çıxarış verilmişdir. Rəsmiləşdirmə dövründə İddiaçı ölkədə olmadığından, Cava bdeh tərəfindən 22 fevral 2011-ci il tarixində İddiaçı qohumu X3 50 illik etibarnamə verilmişdir. ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinin İddiaçı vəsaiti hesabına alınmasını göstərən hallardan biri də, sonuncunun yaxınları tərəfindən kredit götürülməsi üçün həmin torpağın girov qoymaq məqsədi ilə banka müraciət edilməsidir. Belə ki, X2 şəriki ünvan 1 adlı şəxsin adına bankdan kredit götürmək üçün Cavabdeh arvadı həmin torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə notarial qaydada razılıq ərizəsi vermişdir. ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Belə ki, İddiaçı və Cavabdeh arasındakı razılığa əsasən ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi X3 etibarnamə ilə verildikdən sonra İddiaçı adına keçirilməli olsa da, Cavabdeh sonradan bu razılaşmadan imtina etm işdir. xxx X5 rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsini öz mülkiyyətində saxlamaqla İddiaçı 40000 manat ziyan vurmuşdur. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulan ziyana görə 36000 manatın, iddianın qaldırılması ilə əlaqədar vəkilə ödənilmiş 110 manat xidmət haqqının, 31 manat dövlət rüsumunun, 13 manat etibarnamənin alınması üçün ödənilmiş rüsumun, cəmi 154 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə, həmçinin Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan bu barədə xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2 (012)-342/2020 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin həqiqətən də iddiaçıya məxsus olması barədə iddiaçının dəlilləri mötəbər sübutlarla təsdiq olunmadığından, habelə iddiaçının dəlilləri işin müəyyən edilən faktiki halları ilə ziddiyyət təşkil etdiyindən iddia tələbi maddi ziyan olaraq pul tələbi və bundan törəyən digər tələbləri üzrə əsassız hesab edilməklə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2020ci il tarixli, 2(012)-342/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni q ərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2(105)-1834/2020 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevın sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(012)-342/2020 nömrəli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair başqa mötəbər sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kasassiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2(105)-1834/2020 nömrəli qətnaməsinin ləğv edilərək, mülki işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutl ar düzgün qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Nümayəndə kasassiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunması nı xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əl də edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın a və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən ş əxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların tə qdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələblərinin əsası göstərilən hallar MPM-in 81-ci maddəsinə əsasən yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada bağlanmış alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla sübut oluna bilər. İddiaçı isə bununla bağlı, yəni mübahisələndirilən torpaq sahəsinin ona məxsus olmasını, onun tərəfindən alınmasını təsdiq edən mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda isə torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaqla iddiaçıya hər hansı zərərin vurulmasının müəyyən edilməsi qeyri-mümkündür. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 a vqust 2020-ci il tarixli, 2(105)-1834/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar