Məhkəmə qərarları › İş №2(102)-1822/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1822/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1822/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə yükü 13.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-858/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı

1. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, 26 saylı notariat ofisində bağlanmış 08 aprel 2021-ci il tarixdə kredit müqaviləsinə əsasən iddiaçı 13000 manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 08 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 13000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında kredit müqaviləsi bağlanılmış, həmin müqavilə notarial qaydada təsdiq e dilmişdir. Lakin, qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir.

4. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaçının onu işə götürməsi üçün müqaviləyə imza etdirdiyini, sonra isə pul tələb etdiyini bildirmişdir. Həmçinin iddiaçının bir neçə nəfərə qarşı da bu cür iddia verdiyini qeyd etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(010)-4006/2023 nömrəli iş üzrə 6 noyabr 2023-cü il t arixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəflər arasında notariat ofisində 08 aprel 2021-ci il tarixdə kredit müqaviləsi bağlandığını qeyd etsə də bunla bağlı müqaviləni məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclaslarında iddiaçı iştirak etməyərək, tələbini müdafiə etməyə calışmamışdır. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaçının işə götürməsi üçün müqaviləyə imza çəkdirdiyini, indi də pul tələb etdiyi bildirmişdir. Həmçinin bir neçə insanları da bu cür məhkəməyə verdiyini qeyd etmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üz ərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanan müqaviləni subut edəcək hər hansi bir sənəd mövcüd dey il. İddiaçı müqavilənin bağlanılması barədə hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 442, 739.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-858/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçı tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində cavabdehlə aralarında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlandığını və həmin müqaviləyə əsasən 13.000 manat məbləğində pulu cavabdehə borc olaraq verdiyini, lakin uzun müddət keçməsinə baxmayaraq borcun qaytarılmadığını bildirsə də, bu faktla bağlı sözügedən kredit müqaviləsini nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, nə də birinci instansiya məhkəməsində işin gedişatının heç bir mərhələsində təqdim etməmiş, hətta heç bir məhkəmə iclasında iştirak etməyərək iddiasının müdafiəsi və əsaslandırılması ilə bağlı zəruri addımları atmamışdır. Bu zaman da məhkəmə qarşısında haqlı olaraq qeyd olunan kredit müqaviləsinin reallığına şübhə yaranmışdır. Daha sonra iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən sözügedən müqavilə şikayətə əlavə olunmuşdur.

13. Bununla bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı nə apellyasiya şikayətində, nə də apellyasiya baxışında iştirak edərək iddiasının əsasını təşkil edən kredit müqaviləsini birinci instansiya məhkəməsinə təqdim edə bilməsinin ondan asılı olmayan səbəblərdən qeyri-mümkün olduğunu əsaslandırmamışdır.

14. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməyən sübutlara istinad olunmasına yol verilmədiyini qeyd esə də, işin bütün hallarına qiymət verilməsi ilə bağlı bəzi məqamları qeyd etməyi zəruri hesab etmişdir.

15. Belə ki, iddiaçının özü tərəfindən ilkin olaraq öhdəliyin, həqiqətən, yerinə yetirilməsi, 13.000 manat məbləğində borcun, həqiqətən də, hansısa formada (nağd və ya nağdsız, notarius depozitinə qoyulma vasitəsilə və s.) borcalana verilməsini təsdiq edən hər hansı sübut, o cümlədən tərəflər arasında bağlanılan xx.xx.2021-ci il tarixli kredit müqaviləsində borcverənin borcalana borc verdiyi pulun hansı formada borcverənə təqdim olunacağı barədə müddəa öz əksini tapmamışdır.

16. Məhkəmə kollegiyasnın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun, ümumiyyətlə, mövcudluğuna, cavabdehin isə ona məxsus həmin pulu götürmüş və qaytarmalı olduğuna dair heç bir sübut təqdim etməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərba ycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 329.1, 329.2, 331.1, 334.1. 334.2, 385.1, 386.1, 389.1, 442, 443.7, 446.1, 446.4, 739.1, 739.2, 739.3, 741.2,743.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

20. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 14, 88, 254.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tə rəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun t ələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kollegiya bildirir ki, kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və o nların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2024-cü il tarixli 2(103)858/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar