Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1823/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5943/23 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti ü zrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 4.6.2019-cu il tarixli 1(002)-81/2019 nömrəli hökmünə əsasən, Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olmaqla İddiaçı məxsus ümumi dəyəri 47125 manat təşkil edən əmlakın dələduzluq yolu mənimsənilməsi öz təsdiqini tapmamaqla ittihamın həmin hissəsi əsaslandırılmamış ittiham kimi qəbul edilmiş və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən Cavabdeh1 qarşı irəli sürülmüş ittihamdan çıxarılmışdır. (hökmün 10-cu vərəqinin 6-cı abzası). Hökmə əsasən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olmaqla İddiaçı məxsus ümumi dəyəri 47125 manat təşkil edən əmlakın dələduzluq yolu mənimsənilməsi sübuta yetirilməmişdir (hökmün 9-cu vərəqinin 3-cü abzası). Cavabdeh1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir;
3. Zərərçəkmiş İddiaçı tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinın Cinayət kollegiyasının 30.8.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 4.6.2019-cu il tarixli 1(002)-81/2019 nömrəli hökmü dəyişdirilmiş, Cavabdeh1 tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olmaqla zərərçəkmiş İddiaçı məxsus ümumi dəyəri 47125 manat təşkil edən əmlakını dələduzluq yolu ilə ələ keçirib hər hansı formada mənimsəməsi hadisəsi sübuta yetirilmədiyindən, eyni zamanda təqsirləndirilən şəxs Cavabdeh1 tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olmaqla digər zərərçəkmiş şəxs X1 münasibətdə tək rarən dələduzluq etməsi hadisəsi üzrə 46500 manat deyil, 8000 manat məbləğində pulun mənimsənilməsi hissəsində sübut edildiyindən, irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır;
4. Zərərçəkmiş İddiaçı tərəfindən həmin qərardan kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.2.2020-ci il tarixli 1(102)-247/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh1 barəsində apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi qərara alınmışdır;
5. Bakı Apellyasiya Məhkəməsinin 22.9.2020-ci il tarixli 1(103)-566/ 2020 nömrəli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 4.6.2019-cu il tarixli 1(002)81/2019 nömrəli hökmündən zərərçəkmiş şəxs İddiaçı vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi ilə iş üzrə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş və qərar qanuni qüvvəyə minmişdir;
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10.9.2021-ci il tarixli 2(004)-1718/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 9008 manat borc pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehl ərdən törətdikləri cinayət əsasında ona dəymiş maddi ziyan şəklində 47125 manat, əldə çıxmış fayda kimi 96000 manat, cəmi 143125 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Yasamal RPİ-yə ərizə ilə müraciət edərək bir neçə şəxs tərəfindən ona məxsus olan külli miqdar dəyərində olan “kariyer avadanlıqları”nın dələduzluq yolu ilə keçirilməsi barədə məlumat vermişdir. Cavabdehlər barəsində cinayət işi başlanmış, Cavabdeh1 məsuliyyətə cəlb edilərək barəsində olan cinayət işi məhkəməyə göndərilmiş, nəticə ittiham hökmü çıxarılmış, digər Cavabdeh2 isə uzun müddət axtarışda olmuş, sonda barəsində isə cinayət işinə Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan, yəni müddətin keçməsinə görə xitam verilmişdir. İstintaq vaxtı müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən iddiaçı barəsində dələduzluq cinayəti törədilmiş, ona məxsus daş karxanasında istifadə olunan müəyyən avadanlıqlar ələ keçirilmiş, nəticədə ona 47125 manat maddi ziyan vurulmuşdur. Ziyanın məbləği ilə bağlı ekspertiza rəyi də mövcuddur. Bununla yanaşı, ona əldə çıxmış fayda kimi 96000 manat ziyan da dəymişdir. Çünki, o həmin avadanlıqları digər şəxslərə icarəyə verirdi və keçən müddət ərzində gəlirlərindən də məhrum olmuşdur. Cavabdehlərin ona qarşı hüquqazidd hərəkətləri cinayət təqibi zamanı tam sübuta yetirilmiş, lakin ona dəymiş ziyan tam ödənilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1523/2023 nömrəli 12 may 2023-cü il tarixli qərardadı ilə mülki işin icraatına İddiaçı Cavabdeh1 qarşı iddia tələbi üzrə hissədə xitam verilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.5.2023-cü il tarixli 2(004)1523/2023 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) İddiaçı Cavabdeh2 qarşı iddiası təmin olunmamışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, real zərər və əldən çıxmış fayda başa düşülür.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır:
1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır.
2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.
3. Təqsirli əməl lə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə ki, hər 3 (üç) dispozitiv şərt mülki iş üzrə öz təsdiqini tapır. Hazırkı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı əsas götürülməklə 3 (üç) dispozitiv şərtin heç biri ödənilmir.
14. Bundan əlavə, iddia tələbinin tərkib hissəsini təşkil edən əldən çıxmış fayda kimi 96000 manat pul vəsaitinin ödənilməsinə dair İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli İcarə müqaviləsinə münasibətdə iddiaçı izahatında qeyd etmişdir ki, həmin müqavilə 2023-cü ilin aprel ayının əvvəlində tərtib edilərək imzalanmışdır. Buna səbəb, müqavilənin ilkin versiyası mövcud olmamasıdır. Beləliklə, təqdim olunmuş xx.xx.2012-ci il tarixli İcarə müqaviləsinin mötəbər sübut qismi ndə qiymətləndirilməsi qanuni və əsaslı ola bilməz. Sözügedən müqavilənin vizaul müşahidəsi zamanı aşkar formada görünür ki, vərəqlərin, imzaların və möhürün keyfiyyəti, rəngi və digər xüsusatlar nəzərə alınmaqla 2012-ci il tarixə aid olan müqavilə ola bilməz, məhkəməyə təqdim edilməmişdən bir neçə gün əvvəl hazırlanmışdır. Həmin xüsusatlar izahat formasında iddiaçı tərəfindən etiraf edilərək məhkəməyə bildirilmişdir. Bu səbəbdən, xx.xx.2012-ci il tarixli İcarə müqaviləsinin məhkəmə tərəfindən mötəbər sübut qismində qiymətləndirilmir.
15. Birinci instansiya məhkəməsi bundan əlavə qeyd etmişdir ki, iddia tələbinə dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.
16. Məhkəmə işdə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsassızdır, iddiaçı t ərəfindən əsaslı sübutlarla sübuta yetirilməmişdir və təmin edilməməlidir.
17. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.5.2023-cü il tarixli 2(004)1523/2023 nömrəli qərardadından şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 4.7.2023-cü il tarixli 2(103)-4344/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.5.2023-cü il tarixli 2(004)-1523/2023 nömrəli qərardadı ləğv edilərək mülki iş üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tarixli 2(004)1523/2023 saylı əlavə qətnaməsi ilə (hakim F.A.Əlizadə) İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzi olaraq 47.125 (qırx yeddi min yüz iyirmi beş) manat və ə ldən çıxmış fayda kimi 96.000 (doxsan altı min) manat olmaqla, ümumilikdə 143.125 (yüz qırx üç min yüz iyirmi beş) manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1, 1096.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” 3.11.2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(004)1523/2023 nömrəli 2 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır və qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehlərin qanunsuz və cinayət əməlləri nəticəsində ona ziyan vurulması, cinayət təqibi üzrə qəbul edilmiş preyudisial əhəmiyyətə malik olan qərarların nəzərə alınmaması, sübutlara hüquqi qiymət verilməməsi, iş üzrə tam və ətraflı araşdırmanın aparılmaması, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilməsi, Cavabdeh1 cinayət məsuliyyətinə cəlb еdilərək barəsində ittiham hökmünün qəbul edi lməsi, cinayət işinin digər fiqurantı olan Cavabdeh2 barəsində isə ********* saylı cinayət işinin ayrılması, o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində aхtarış еlan olunması, 13 noyabr 2019-cu ildə tutularaq istintaqa təhvil vеrilməsi, ona CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham еlan еdilməsi, barəsində həbs qətimkan tədbirinin sеçilməsi, 13 aprеl 2020-ci il tariхdə COVİD-19 pandеmiyası ilə əlaqədar sonuncunun həbsdə saхlanması məqsədə müvafiq olmamış və o, həbsdən azad еdilərək, barəsində polisin nəzarəti altına vеrilməsi qətimkan tədbiri sеçilməsi, daha sonra iş üzrə icraatın dəfələrlə əsassız olaraq dayandırılması, şikayətləri əsasında iş üzrə icraatın təzələnməsi, sonda cinayət işinə bəraətvеrici əsaslar olmadan, yəni müddətin keçməsi əsası ilə Azərbaycan Rеspubl ikası CPM-nin 39.1.3-cü maddəsi ilə хitam vеrilməsi, beləliklə onun təqsirliliyinin sübuta yetirilməsi və s. göstərilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5943/2023 nömrəli mülki iş üzrə 1 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov - sədrlik edən və məruzəçi, C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə 27500 (iyirmi yeddi min beş yüz) manat pul vəsaitinin tutulması qət edilmiş, iddia həmin cavabdehə qarşı qalan hissədə təmin olunmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəld iyi nəticə və əsaslandırma ilə razılaşmamış və qeyd etmişdir ki, cinayət təqibi orqanların qərarları ilə - Cavabdeh2 İddiaçı qarşı dələduzluq cinayət əməlini törətməsi, nəticədə sonuncunun əmlaklarını ələ keçirməsi faktına görə ona 47125 manat dəyərində maddi ziyan dəyməsi açıq-aşkar öz təsdiqi tapmışdır.
24. Bu hal digər sübutlarla (izahatlar və s.) yanaşı, cinayət təqibinin başa çatması ilə bağlı qəbul edilmiş Qaradağ rayon Pİ-nin İstintaq Şöbəsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə birmənalı təsdiq olunmuşdur.
25. Belə olan halda birinci instansiya məhkəməsinin cavabdehin iddiaçıya münasibətdə qanunsuz, hüquqazidd hərəkətinin olmaması, ona ziyan vurulmaması barədə mövqeyi anlaşılmaz olmaqla, ümumiyyətlə, əsaslandırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
26. Kollegiya qeyd etmişdir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir.
27. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehin hərəkətləri qanuni əsaslara söykənməmiş, aldatma yolu ilə iddiaçının əmlakları mülkiyyətində çıxmış, nəticədə ona ziyan vurulmuşdur. Cavabdehin barəsində olan cinayət işinin icraatına xitam verilməsi yalnız cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olmuşdur, çünki sonuncu özü bu barədə müvafiq ərizə ilə istintaq orqanına müraciət etmişdir.
28. Cavabdehin iddiaçıya qarşı hərəkətlərində həmçinin mülki hüquqi məsuliyyətin yaranması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri şərtlər mövcuddur.
29. Belə olan halda, cavabdeh iddiaçıya vurulmuş zərərə görə mülki hüquqi məsuliyyət daşımaqla, onu ödəmək vəzifəsini həyata keçirməlidir.
30. Cavabdehin qanunsuz, hüquqazidd əməlləri nəticəsində iddiaçıya dəymiş maddi zərər məbləği (47125 manat) də ibtidai araşdırma zamanı müvafiq sübutlarla (ekspertiza rəyi və s.) müəyyən olunmuş, cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
31. Halbuki MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə verərək, zərərin bir h issəsinin ödənilməsi ilə bağlı digər Cavabdeh1la razılaşdığını, bu səbəbdən də Cavabdeh2 dəymiş zərərin qalan 27500 manat hissəsini tələb etdiyini bildirmişdir.
33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehlərin iddiaçı qarşısında öhdəliyi bilavasitə cinayət hüquqi xarakterli zərərvurmadan yaranmışdır.
34. Yuxarıda da qeyd edildiyi kimi, öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurmadır (Mülki Məcəllənin 386.1-ci maddəsi).
35. Belə olan halda iddiaçı qarşısında mülki hüquqi anlamda dəymiş zərərin ödənilməsi öhdəliyi yaranmış olur və təqsirkar şəxslər birgə borclu kimi çıxış edirlər.
36. Kollegiya qeyd etmişdir ki, iddiaçının Cavabdeh1 ilə zərərin bir hissəsi barədə razılığa gəlməsi, zərərin qalan hissəsinin digər Cavabdeh2 tələb etmək hüququnu aradan qald ırmır.
37. Həmçinin, iddiaçının ona dəymiş zərəri cavabdehlərdən fərqli məbləğlərdə tələb etməsi də vəziyyəti dəyişdirmir (yuxarıda da qeyd edildiyi kimi - kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər).
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia dəymiş maddi zərərin cavabdehdən tutulması ilə bağlı 27500 manat hissədə təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1, 1096.1, 1 096.2-ci, MPM-in 4.1, 8, 9, 14.1, 77.1, 88, 217 və 218.1-ci maddələri pozulmuşdur. Cavabdeh iddiaçıya 2.500 manat məbləğində vurduğu maddi ziyanı etiraf etmiş və ibtidai istintaq zamanı borcunu ödəmişdir. Beləliklə, iddiaçı qarşısında olan öhdəliyini icra etmişdir. Bununla da iddiaçı qarşısında icra olunmalı hər-hansı bir öhdəliyi qalmamışdır. Hazırkı iş üzrə cavabdehin sübutları nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla apellyasiya şikayəti əsassız olaraq qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün fak tiki hallar aydınlaşdırılmamış, iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmiş, yalnız qərarlara istinad etmişdir. Qərarlar isə işin faktiki hallarını, əsl həqiqəti əks etdirmir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara, aldatma və yaxud da hazırki cavabdehin hüquqi savadsızlığı ucbatından hər nə deyilibsə onunla razılaşaraq xitam verilməsinə razılıq bildirməsi hələ onun həmin pul məbləğində məsuliyyət daşıması anlamına gəlmir. Yəni cavabdeh hüquqi savadsızdır, ona bildirilmişdir ki, “burada müddət keçmişdir onsuz da sizin heç bir məsuliyyətiniz yoxdur, izahat müstəntiq tərəfindən yazılacaqdır məsələyə də xitam veriləcəkdir”. Cavabdeh də bu təkliflə razılaşmış və mülki hüquqi məsuliyyətin sonrakı aqibətini dərk etməmişdir. İddiaçı işə xitam verilməsindən sonra mü lki qaydada iddia qaldırmaqla cavabdehi çıxılmaz vəziyyətə salmışdır. Bundan başqa, iddiaçı eyni tələblə hər ikicavabdehə qarşı iddia qaldırmışdır. Bu isə prosessual qaydalara riayət edilməməsi deməkdir. Belə çıxır ki, hər iki iddia təmin ediləcəyi təqdirdə iddiaçı əsassız varlanmış olacaqdır. Bütün bunlara əsasən, mülki icraatda iddiaçı bütün işin faktiki hallarını sübut etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulm asın.
43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
45. Maddə
501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissəhissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.
46. Maddə
505. Birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir.
47. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
48. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
49. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən iddianın qismən təmin edilən hi ssəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Cavabdeh2 iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi nəti cəsində maddi zərər vurması istintaq orqanının qərarı ilə öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının Cavabdeh2 tələb etdiyi 27.500 manat zərərin əvəzinin delikt normaları çərçivəsində tutulması qanuni və əsaslıdır.
59. Belə ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 48-49).
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş ü zrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnaməni n ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5943/23 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.