Məhkəmə qərarları › İş №2(102)-1823/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1823/2025

02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1823/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı işi üzrə iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr; təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi; sübutetmə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6434/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2025-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir.

2. Sonradan, müxtəlif vaxtlarda iddiaçının əməkdaşları tərəfindən cavabdeh barəsində təbii qazdan qeyri-qanuni yolla istifadə olunması əsası ilə müxtəlif aktlar tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 9804,7 manat məbləğində əsas borc, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən 300 manat xərc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 10134,70 manat borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə tərəflər arasında bağlanmış müqavilə ilə cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir.Lakin cavabdeh müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018–ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 16200 kub metr dəyəri, 1620 manat, 31.01.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 8532 kub metr dəyəri, 853,20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri, 142,20 manat, xx.xx.2019–cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri, 142,20 manat, xx.xx.2019–cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri, 142,20 manat, xx.xx.2019–cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri, 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri, 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri, 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqd arı 324 kub metr dəyəri, 32,40 manat,xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri, 32,40 manat olmaqla cəmi:3061,80 manat borc hesablanmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixə qədər tərtib edilmiş müvafiq aktlara əsasən Birliyə cəmi 9515,70 manat ziyan dəymişdir. Yaranmış borcun könüllü olaraq ödənilməsi barədə cavabdehə pretenziya ünvanlansa da cavabdeh həmin borcu ödəməmiş və ümumiyyətlə pretenziyaya heç bir münasibət bildirməmişdir.

5. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3423/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 873 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 903 manatın ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş dir (hakim Emin Məmmədli).

6. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən cavabdehin yaşadığı ünvanda sayğacdan kənar qaz xəttindən istifadəyə görə ümumilikdə 9515,70 manat borc hesablamışdır.

7. O da müəyyən edilmişdir ki, sözügedən aktlar cavabdehin adına deyil (cavabdehin özünün məhkəmə hazırlıq iclasında bildirməsinə görə atası dünyasını dəyişmişdir) atası X1 adına tərtib edilmişdir. Məhkəmə bununla bağlı hesab etmişdir ki, qeyd olunan aktlar cavabdehin atasının adına yazılsa da əvvəki məhkəmə iclasında iştirak edən cavabdeh sayğacın eyni ünvana məxsus olmasını və atasının vəfat etdiyi günədək onunla eyni ünvanda yaşamasını təsdiq emişdir.

8. Eyni zamanda müəyyən edilmişdir ki, X2 məxsus **********00020 sayla qeydiyyata alınmış ünvan üzrə Birlik tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 3240,0 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, 00228523 saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 32,40 manat məbləğində dəymiş ziyan dəydiyi görünür.

9. Məhkəmə qeyd etmişdir ki, abonentə 2013-2019-cu il aralığında ayrı-ayrı aylar üzrə aktlar əsasında ümumilikdə 9515,70 manat sayğacdan kənar qaz xəttinə görə cərimə yazılsa da, iddiaçı iddia ərizəsində xx.xx.2018-ci il tarixli, ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu-il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, 00228523 saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı aktlara istinad etmiş və iddia ərizəsinə həmin aktları əlavə etmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən aktlardan başqa onlardan başqa akların mövcud olmadığını bildirmişdir. Lakin abonent saldosunda “qalıq və aktlar” bölməsində 2013-cü yanvar ayına 151,20 manat, 2015-ci ilin oktyabr ayına 64,80 manat, 2015-ci ilin noyabr ayına 83 manat, 2016-cı ilin fevral ayına 249,20 manat, 2017-ci ilin mart ayına 2400 manat, 2017-ci ilin aprel ayına 399,60 manat, 2017-ci ilin noyabr ayına 324 manat, 2018-c i ilin yanvar ayına 294,60 manat, 2018-ci ilin aprel ayına 255,80 manat, 2018-ci ilin may ayına 367,80 manat, 2019-cu ilin avqust ayına 32,40 manat, 2019-ci ilin noyabr ayına 142,20 manat və 2019-cu ilin dekabr ayına 295,20 manat olmaqla ümumilikdə 4985,1 manat zərər hesablansada həmin dövrdə zərərin hesablanmasına əsas olunmuş aktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edə bilməmişdir.

10. Məhkəmə cavabdehin mübahisəli evdə qaz sayğacından kənar qaz xəttindən istifadə etməməsi dəlillərinə tənqidi yanaşaraq hesab etmişdir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Belə ki, abonent saldosuna baxış keçirilən zaman cavabdehin ümumiyyətə təbii qazdan istifadəyə görə sayğac göstəriciləri olmamışdır. Həmçinin “Gasrep”ə baxış keçirilən zaman abonent tərəfindən 2013-cü il ta rixdən 2020-ci il tarixədək təbii qazdan istifadəyə görə cəmi 86 manat ödəniş edilməsi müəyyən olunur.

11. Lakin, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, xx.xx.2018-ci il tarixli, ******* saylı akt və xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablama aparılarkən aktlar üzrə orta günlük iş rejimi fərqli götürülməklə ziyan hesablanmışdır. Aktların əksər hissəsindən görünür ki, cavabdehə ziyan hesablanarkən yaz-yay aylarına görə 32,40 manat, qış aylarına görə 142,2 manat ziyan hesablanmışdır. Məhkəmə yay aylarına görə 32,40 manat, yaz aylarına görə 142,2 manat zərərin hesablanmasını ədalətli və ağlabatan hesab etmişdir.

12. Məhkəmə iddianın xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 14 2,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, 00228523 saylı akt əsasında 32,40 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı aka əsasında 32,40 manat məbləğində dəymiş ziyan hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir.

13. Qeyd olunanlara əsasən, araşdırılan qış, yaz və yay ayları üçün tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, 00 228523 saylı,xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə cavabdehə hesablanmış borc ədalətli və ağlabatandır.

14. Odur ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh 588,6 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə iddianın xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 3240,0 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat zərəri hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir.

16. Belə ki, cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı təbii-qazdan istifa də nəticəsində məhz aktlarda qeyd olunan məbləğdə ziyan vurulması sübut olunmamışdır. Belə olan halda xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 3240,0 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz.

17. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, həmin aktlara ayrı-ayrılıqda hesablama aparılarkən xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı aktlar üzrə orta günlük iş rejimi fərqli götürülməklə ziyan hesablanmışdır. Lakin iş materiallarında olan aktlardan görünür ki, cavabdehə ziyan hesablanarkən yaz-yay aylarına görə 32,40 manat, qış aylarına görə 142,2 manat ziyan hesablanmışdır.

18. Məhkə mə bildirmişdir ki, cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən İddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin aktlar üzrə zərərin məbləğini daxil etmişdir.

19. Odur ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 3240,0 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat hesablanmış borc ədalətli və ağlabatan deyildir. Həmin 2 akt qış aylarına görə hesablandığından xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 142,2 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 142,2 manat borc hesablanmalıdır.

20. Bu səbəbdən də, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 284,4 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. 2

1. Məhkəmə 2013-cü yanvar ayına 151,20 manat, 2015-ci ilin oktyabr ayına 64,80 manat, 2015-ci ilin noyabr ayına 83 manat, 2016-cı ilin fevral ayına 249,20 manat, 2017- ci ilin mart ayına 2400 manat, 2017-ci ilin aprel ayına 399,60 manat, 2017-ci ilin noyabr ayına 324 manat, 2018-ci ilin yanvar ayına 294,60 manat, 2018-ci ilin aprel ayına 255,80 manat, 2018-ci ilin may ayına 367,80 manat, 2019-cu ilin avqust ayına 32,40 manat, 2019ci ilin noyabr ayına 142,20 manat və 2019-cu ilin dekabr ayına 295,20 manat olmaqla ümumilikdə 4985,1 manat ziyan hesablanması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddiasının əsası kimi istinad həmin tarixlərə dair ziyanın hesablanmasına əsas olmuş aktları məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə icl asında işin hər hansı bir halı ilə təsdiq edilmədiyindən, iddia təmin hissədə əsassızdır və təmin edilməməlidir.

22. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 300 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, ilk iddia tələbi bu hissədə əsassızdır. Belə ki hüquqi xidmətlə bağlı 300 manat məbləğində pul vəsait ilə bağlı hər hansı bir müqavilənin bağlanmasını və ya ödəniş qəbzini təsdiq edən sübut təqdim edilmədiyindən, iddia bu hissədə əsassızdır.

23. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 10 96.1, 1096.2, 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə və Mülki-Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunsuz qoşulmaya dair kifayət qədər sübutlar təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə qanunsuz nəticəyə gəlmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1482/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fuad Talışınski sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Azad İmanov).

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, təqdim edilmiş saldo və fotoşəkillərdən cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi aydın görünsə də işə baxan apellyasiya məhkəməsi həmin sənədlərə Mülki Prosessual Məcəlləsinin 77 və 88-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.

31. Kassator onu da əlavə etmişdir ki, keçirilən yerində müayinə zamanı cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi halı aşkar görünsə də, məhkəmələr işin bu faktiki halına da düzgün qiymət verməmişlər.

32. Kassasiya şikayətinin digər dəlilinə görə iddia tələbini cavabdehin etiraf etdiyi məbləğdə təmin edən məhkəmələr, dəymiş zərərin həcmini müəyyən etmək üçün ekspertiza təyin etməli olduqları halda bunu etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 97-ci tələbindən yayınmışlar.

33. Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə faktı aşkar olunduqdan sonra, aidiyyəti addımlar atılmış, tərtib edilmiş aktla rın bir nüsxəsi cavabdehə təqdim edilmiş, qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Qeyd edilənlərlə bağlı, o cümlədən zərərin vurulması faktının mövcudluğu, zərər vuran şəxsin təqsirli olması, zərərin ödənilməsinə əsas verən halları təsdiq edən sübutlar iş materiallarına əlavə edilsə də, apellyasiya məhkəməsi tərəfindən onlara düzgün hüquqi qiymət verilməmişdir.

34. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan v ə ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

41. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltm ək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

42. Maddə 13, 8-ci bənd. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiya).

43. Maddə 13, 8-1-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanun suz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı

44. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4

5. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyasının mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

49. Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416.1-ci maddəyə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. İddiaçının kassasiya şikayətinin sübutlara düzgün qiymət verilməməsi ilə bağlı dəlilləri kassasiya baxışının predmeti olmadığından həmin dəlillərə baxılmır.

51. Kassasiya şikayətində məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilməməsi prosessual hüquq pozuntusu olaraq qeyd edilmişdir. MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığı halda məhkəmə yazılı qaydada verilən əsaslandırılmış vəsatət əsasında və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kollegiya hesab edir ki, hazırkı mülki iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılarkən izahı xüsusi bilik tələb edən məsələlər olmadığından iş üzrə ekspertiza təyin edilməsinə zərurət olmamışdır. İddiaçını kassasiya şikayətində də məhz hansı xüsusi bilik tələb edilən məsələ ilə bağlı ekspertiza keçirilməli olduğu qeyd edilməmişdir.

52. İşə baxmış məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətində qeyd edilmiş, qətnamənin ləğvinə əsas olan proses sual pozuntulara yol verilməmişdir.

53. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6434/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6434/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar