Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1825/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, apellyasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tər kibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)1846/2020 nömrəli qətnaməsindən cavabdeh xxx tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 01 avqust 2008-ci il tarixli 2008-8/125028-157 saylı kredit müqaviləsi ilə İddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə illik 16 faiz ödəmək şərti ilə 49000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə 02 aprel 2015-ci il tarixli əlavə ilə kreditin faiz dərəcəsi 12 faiz dərəcəsinə endirilmişdir. Kreditin təminatı olaraq 01 avqust 2008-ci il tarixli 2008-8/125028-157 nömrəli ipoteka müqaviləsi ilə Cavabd eh1 mülkiyyətində olan ünvan 1 küçəsində yerləşən 03 otaqdan ibarət 33A saylı fərdi yaşayış evini İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 1.4-cü bəndində əsasən tərəflərin razılığı əsasında ipoteka predmeti 49000 ABŞ dolları qiymətləndirilmişdir. Cavabdeh2 01 avqust 2008-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə verərək, həyat yoldaşı Cavabdeh1 məxsus olan ünvan 1 küçəsində yerləşən 33 A saylı fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etmədiyini göstərmişdir. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 12 iyul 2016-cı il tarixli rəyinə əsasən ünvan 1 ünvanda 0,0376 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, 54,4 kv.m yaşayış, 27,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin hazırda bazar qiyməti 40000 manat təşkil edi r. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 19643,01 ABŞ dolları kredit borcu, 1222,97 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 245,28 ABŞ dolları penya olmaqla, cəmi 21111,26 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla), həmçinin 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81,6 kv.m, yaşayış sahəsi 54,4 kv.m, yardımçı sahəsi 27,2 kv.m olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdehin İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, cavabdehə məxsus olan ünvan 2 ünvanında fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra, onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsi ilə (hakim E.C.Babayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmı ş 01 avqust 2008-ci il tarixli 2008-8/125028-157 saylı kredit müqaviləsinə xitam verilməsi, 19643,01 ABŞ dolları əsas, 1222,97 ABŞ dolları faiz, 245,28 ABŞ dolları penya (cərimə), cəmi 21111,26 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınıb İddiaçı-nin xeyrinə verilməsi, tələb üzrə tutmanın ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81,6 kv.m, yaşayış sahəsi 54,4 kv.m, yardımçı sahəsi 27,2 kv.m olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı-yə olan borc unun ödənilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81,6 kv.m, yaşayış sahəsi 54,4 kv.m, yardımçı sahəsi 27,2 kv.m olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay müddətində fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2017-ci il tarixli, 2(107)402/2017 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər V.K.Qasımovdan və M.A.Əsədlidən ib arət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh xxx apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsinin ləğv olunması və iddia qismən – ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın açıq hərracda satıldıqdan sonra 1 ay müddətində boşaldılması hissəsi üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab olunması, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdi r. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(107)-1846/2020 nömrəli qərardadı ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və A.A.Mahmudovdan ibarət tərkibdə) Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən cavabdeh xxx qızının verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, xxx qızına izah edilmişdir ki, iş üzrə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2017-ci il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsindən təqdimat vermək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə şikayət verə bilər, şikayət vəkil tərəfindən tərtib edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh xxx X1 Rayon Məhkəməsi nin 23 avqust 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti deyil, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2017-ci il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən edilmiş müddətdə və qaydada kassasiya şikayəti verməli idi. xxx qızının cavabdeh olduğu iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və qanuni qüvvəsini almışdır. İş üzrə Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2017-cı il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsi ilə təmin edilmədiyindən və Göyçay Rayon Məhkəmə sinin 23 avqust 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıldığından, həmin qətnamə qanuni qüvvəsini aldığından iş üzrə cavabdeh olan xxxiş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 31 mart 2017-cı il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin məhkəmənin Mülki Kollegiyasının qərarlarından təqdimat vermək hüququna malikdir. d) Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh xxx kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(107)-1846/2020 nömrəli qərardadının ləğv edilməsi və mülki işin apellyasiya şikay ətinə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(102)-3194/2020 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və İ.K.Xəlilovdan ibarət tərkibdə) cavabdeh xxxtərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(107)-672/2020 nömrəli qərardadı ləğv edilmiş və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh xxx X1 Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli, 2(046)-1570/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti deyil, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2017-ci il tarixli, 2(107)-402/2017 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən edilmiş müddətdə və qaydada kassasiya şikayəti verməli idi. xxx qızının cavabdeh olduğu iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, apellyasiya kollegiyası apellyasiya şikayəti verilən məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsinə istinad edərək, cavabdehin təqdimat verməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə şikayət verməli olduğunu göstə rmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. İş materiallarından da göründüyü kimi, xxxiş üzrə cavabdeh şəxsdir və onun Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada müraciət etmək hüququ yoxdur. e) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2020-ci il tarixli, 2(107)-1846/2020 nömrəli qətnaməsi ilə (hakim G.Q.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və E.Ş.Hüseynovdan ibarət tərkibdə) cavabdeh xxx tərəfindən ve rilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(046)-1570/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh xxx kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)-1846/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, apellyasiya şikayətində istinad etdiyi dəlillərlə bağlı məhkəmə-mühasibatlıq e kspertizası təyin edilməmiş, ipoteka predmeti olan ev yerindən qiymətləndirilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən süb ut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini n tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyas ı məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkəmə aktının apellyasiya qaydasında yoxlanıldığı halda, digər tərəfin şikayəti üzrə təkrarən yoxlanılmasının mümkünlüyü ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. Bu səbəbdən kassasiya şikayətinin dəlillərində asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv olunmalı və iş materialları apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlərdən Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və iddiaçının, habelə iş üzrə digər Cavabdeh2 biri nci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədikləri halda, apellyasiya məhkəməsi tərəfindən birinci icraatda Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında irəli sürülmüş mövqeyə zidd olaraq apellyasiya baxışının hədlərini müəyyən edilməmiş, rayon məhkəməsinin qətnaməsi tam yoxlanılaraq, onun dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə aid hissədə də hüquqi qiymət verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri i lə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadının 41-ci bəndində qeyd olunmuşdur ki,... məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan mövqedən çıxış edərək, cavabdeh xxx qızının apellyasiya şikayətini 04 fevral 2020-ci il tarixli qərardadla qeyri-mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkə məsi isə 04 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qeyd olunan qərardadını ləğv edərkən faktiki olaraq qeyd olunanlarıni əksinə mövqe bildirməmiş, ləğvetmənin əsası kimi apellyasiya instansiyası məhkəməsinin cavabdehə MPM-in 403.2-ci maddəsinə uyğun təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etməli olmasının izah etməsi olmuşdur. Halbuki, xxxişdə cavabdeh olmaqla, MPM-in 403.2-ci maddəsinə uyğun Ali Məhkəmənin sədrinə müraciət etmək hüququna deyil, apellyasiya instansiyası məhkəməsinin birinci qətnaməsindən kassasiya şikayəti vermək (qanunla müəyyən olunan prosessual tələblərə riayət etməklə) hüququna malikdir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları yuxarıda qeyd olunan Qərardadın 44-cü bəndində göstərmişdir ki, apelly asiya instansiyası məhkəməsi qeyrimümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunl a müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Lakin apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin qərarının əsaslandırılmasını nəzərə almadan cavabdeh xxx qızının apellyasiya şikayətinin mümkünlüyünü təkrarən yoxlamadan, bilavasitə məhkəmə baxışına təyin etmiş və şikayətə mahiyyəti üzrə baxaraq mübahisələndirilən qətnaməni qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən prosessual qanunvericiliyinin qeyd olunan normalarını pozduğundan həmin qətnamə ləğv edilməli və iş mat erialları yeni apellyasiya baxışına qaytarılmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyü məsələsi yenidən araşdırılmaqla, sonrakı prosessual hərəkətlər görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxtərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(107)-1846/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1825/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1825/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver