Məhkəmə qərarları › İş №2(102)-1827/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1827/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1827/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh3 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, X5qızı,X5 qızı və X5 qızına qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyət iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 İddiaçı-nin xeyrinə 2006-cı il 15 avqust tarixli 5767 saylı kredit müqaviləsi (kredit xətti müqaviləsinə 01 nömrəli 08.09.2008-ci il tarixli əlavə saziş, 03 nömrəli 04.05.2010-cu il tarixli əlavə saziş, 04 nömrəli 29.07.2011-ci il tarixli əlavə saziş) üzrə banka 33971,5 ABŞ dolları əsas, 17838,1 ABŞ dolları faiz, 4187,38 ABŞ dolları cərimə, cəmi 55996,98 ABŞ dolları milli manat ekvivalentində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, habelə 14 noyabr 2013-cü il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün milli manat ekvivalentində 22,65 ABŞ dolları məbləğində gündəlik faizin və 22,65 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, borcun əvəzinin X5 y erləşən Cavabdeh3 ½ hissə paylı mülkiyyətindəki 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, X5qızı,X5 qızı və X5 qızı mənzili könüllü tərk etmədikdə, onların 1 ay müddətində həmin mənzildən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli X5 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, X5qızı,X5 qızı və X5 qızına qarşı borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh3 İddiaçı-in xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 33971,5 ABŞ dolları əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcu olmaqla cəmi 51800,26 (əlli bir min səkkiz yüz dollar 26 sent) ABŞ dolları kredit borcunun tutulması, X5 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət olan 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinə tutma yönəldilərək bu əmlakın ilkin satış qiyməti 50000 manat olmaqla hərraca çıxarılaraq hərracda satılması və onun açıq hərracdan satılması hesabına cəmi 51800,26 (əlli bir min səkkiz yüz dollar 26 sent) ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı-in hesabına ödənilməsi, iddianın 14 noyabr 2013-cü il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün milli manat ekvivalentində 22,65 ABŞ dolları məbləğində gündəlik faizin və 22,65 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsinə, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, X5qızı,X5 qızı və X5 qızı mənzili könüllü tərk etmədikdə 1 ay müddətində həmin mənzildən çıxarılmalarına, 17838,1 ABŞ dolları faiz borcu tələbinin 9,34 ABŞ dollarına və 4187,38 ABŞ dolları cərimə tələbinə dair hissələrinin təmin edilməməsi, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının o nun özünə aid edilməsi, 20 manat dövlət rüsumunun isə Cavabdeh3 tutularaq İddiaçı-in hesabına ödənilməsi, 80 manat ekspertiza xərcinin Cavabdeh3 alınıb Dövlət büdcəsinə-Az.MEM, VÖİN**********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SWİFTBİK CTREAZ 22, AZ34CTRE ******************** hesaba köçürülməsi, Cavabdeh3 Əmlak Ekspert Mərkəzi və Sərraf-N MMC-in hər birinin xeyrinə ayrıayrılıqda 150 manat xidmət haqqının tutulması qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev, Mübariz Hüseynov) 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 qızı, X5qızı,X5 qızı və X5 qızı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli X5 nömrəli qətnаməsi “Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 33971,5 ABŞ dolları əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcu olmaqla cəmi 51800,26 ABŞ dolları kredit borcunun tutulması, X5 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m. yaşayış, 108,6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinə tutma yönəldilərək bu əmlakın ilkin satış qiyməti 50000 manatla hərraca çıxarılaraq hərracda satılması və onun açıq hərracdan satılması hesabına cəmi 51800,26 ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra edi ldiyi günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı-nin hesabına ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 20.500,00 (iyirmi min beş yüz) ABŞ dolları məbləğində kredit borcunun tutulması, X5 0,0538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 54 kv.metr yaşayış, 108,6 kv.metr köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətindəki ½ hissəsinə tutma yönəldilərək bu əmlak ilkin satış qiyməti 50000 (əlli min) manat olmaqla hərraca çıxarılaraq açıq hərracda satılması və onun açıq hərracdan satılması hesabına cəmi 20.500,00 (iyirmi min beş yüz) ABŞ dolları məbləğində borc məhkəmə qətnaməsinin icra edildiy i günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tаrixli X5 nömrəli qətnаməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2019-cu il tarixli 30401 nömrəli əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində məhkəmə xərcinin Cavabdeh3 tutulması qət edilmişdir. İddiaçı və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlil ləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətini qismən təmin edərkən ekspert rəyini əsas götürmüşdür. Ekspert rəyində kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Məhkəmə həmin ziddiyyətli ekspert rəyi ilə iddianı qismən təmin edərkən bankın mənafeyinə zərər vurmuş və borclunun məsuliyyətdən yayınmasına səbəb olmuşdur. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının v axtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara v ə hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətinin dəlilləri kredit üzrə tutulmuş borcun məbləği ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər əsasında qətnamənin qanuniliyini yoxlayır. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarına əsasən: 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə əsasında «xxxx» ASC tərəfindən Cavabdeh3 1 il müddətinə 30.000 ABŞ dolları məbləğində kredit limiti ayrılmış, banka məxsus karta köçürülmüş kredit məbləğindən istifadəyə görə həmin vaxtdan banka illik 25 % həcmində faiz ödənilir. Həmin müqavilənin 2.5.2-ci bəndinə əsasən vaxtı keçmiş borcların əmələ gəlməsindən faktiki olaraq ödənilmə müddə tinə qədər faiz tarifinin 2 qatı miqdarında faiz ödənilir. 15 avqust 2006-ci il tarixli 5767 saylı kredit xətti müqaviləsinə 15 avqust 2007-ci il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh3 verilmiş kreditin qaytarılma müddəti 15 avqust 2008-ci il tarixədək uzadılmış və ona ayrılmış kredit limiti artırılaraq 50000 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. 15 avqust 2007-ci il tarixli kredit müqaviləsinə 08 sentyabr 2008-ci il tarixli əlavə sazişdən görünür ki, Cavabdeh3 verilmiş kreditin qaytarılma müddəti plastik kartın etibarlılıq müddəti ilə eyniləşdirilmişdir. 04 may 2010-cu il tarixli, 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsinə 3 saylı əlavə sazişdən görünür ki, Cavabdeh3 verilmiş 50.000 ABŞ dolları kredit xəttinin qalığının kreditə çevrilmiş və onun qaytarılm a müddəti 24 ay uzadılmışdır. Həmin sazişin 3.2-ci bəndinə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 24 faiz ödəyir. Həmin sazişin 2.4-cü bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 48 faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən 50.000 ABŞ dolları əsas, 18.571 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılıb. 15 avqust 2006-ci il tarixli, 5767 saylı kredit xətti müqaviləsinə 29 iyul 2011-ci il tarixli 04 saylı əlavə sazişdən görünür ki, Kredit Komitəsinin restruktirizasiya ilə bağlı 26.07.2011-ci il tarixli protokoluna əsasən Cavabdeh3 verilmiş kreditin qaytarılma müddəti 12 iyul 2013-cü il tarixədək uzadılmış və borcverənin borcalana verdiyi 51500 ABŞ dolları kreditin qalıq məbləği 43524,8 ABŞ dolları təşkil etmişdir. 29.08.2011-ci il tarixdən 12.07.2013-cü il tarixədək borcalan tərəfindən faizlərlə birlikdə 58.577 ABŞ dolları vəsaitin qaytarılması barədə ödəniş qrafiki tərtib edilərək imzalanmışdır.( bax 1-ci cild iş v 50-51) Borcun məbləğinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 oktyabr 2016-cı il tarixdə verilmiş 7116 saylı təkrar komisyon məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 15 avqust 2006-cı il tarixli, 5767 saylı kredit xətti müqaviləsi, ona edilmiş 30 iyun 2010-cu il tarixli və 29 iyul 2011-ci il tarixli əlavə sazişlərin şərtləri nəzərə alınmaqla 14 noyabr 2013-cü il tarixə Cavabdeh3 İddiaçı-yə 33971,5 ABŞ doll arı əsas kredit borcu, 17828,76 ABŞ dolları faiz borcunun olması müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş əlavə komisyon məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2019-cu il tarixli 30401 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 767 saylı 15 avqust 2006-ci il tarixli Kredit Xətti Müqaviləsi, 15.08.2007-ci il tarixli 01 saylı əlavə saziş, 08.09.2008-ci il tarixli 01 saylı əlavə saziş üzrə ödənilmiş 94.100,00 ABŞ dolları və bank tərəfindən 14.07.2010-cu il tarixdə Cavabdeh3 hesabına köçürülmüş 51.500.00 ABŞ dollarının 51.102,00 ABŞ dolları məbləğində pulun həmin müqavilə üzrə silinməsini və sonradan ödənilən kredit məbləğlərinin 14.07.2010-cu il tarixli hesabına köçürülmüş 51.500,00 ABŞ dollarına silinməsi nəzərə alınmaqla 767 saylı 15 avqust 2006-ci il tarixli Kredit Xətti Müqaviləsi üzrə kredit borcu tam ödənilmişdir. 14.07.2010-cu il tarixdə Cavabdeh3 hesabına bank tərəfindən köçürülmüş 51.500,00 ABŞ dolları məbləğində pul vəsaiti üzrə 14.11.2013-cü il tarixədək 31.000,00 ABŞ dolları məbləğində ödəniş edilmişdir ki, hesaba köçürülmüş 51.500,00 ABŞ dollarından ödənilmiş 31.000,00 ABŞ dolları çıxıldıqda Cavabdeh3 banka olan borcu 20.500,00 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ekspert gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 14.07.2010-cu il tarixdə Cavabdeh3 hesabına 51.500,00 ABŞ dolları məbləğində bank tərəfindən pul vəsaiti köçürülmüş, həmin məbləğin 398,00 ABŞ dolları kredit verilməsinin xidmət haqqı kimi tutu lmuş və qalan 51.102,00 ABŞ dolları isə 15.08.2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsi və 04.05.2010-cu il tarixədək olan sazişlər üzrə borca silinmişdir. Lakin iş materiallarında 14.07.2010-cu il tarixli kredit müqaviləsi mövcud deyildir. Kredit müqaviləsi təqdim edilmədiyinə görə 14.07.2010-cu il tarixdə Cavabdeh3 hesabına köçürülmüş və digər kreditə silinmiş 51.500.00 ABŞ dolları məbləğində pul vəsaitinin kredit olub-olmamasını müəyyən etmək mümkün deyil. Tərəflər arasında bağlanmış 29.07.2011-ci il tarixli 04 saylı əlavə sazişdə nəzərdə tutulan şərtlərə əsasən 767 saylı 15 avqust 2006-ci il tarixli Kredit Xətti Müqaviləsi üzrə verilmiş 51.500,00 ABŞ dolları məbləğin qalığı 43.524,80 ABŞ dollarının müddəti 12.07.2013-cü il tarixədək uzadılmış və ödəniş cədvəli tərtib edilmi şdir. Lakin yuxarıda göstərilənlərə əsasən Cavabdeh3 hesabına köçürülmüş 51 500.00 ABŞ dolları məbləğində pul vəsaitinin kredit olmasını təsdiq edən kredit müqaviləsi təqdim edilməmişdir. Apellyasiya məhkəməsi məhkəmə sorğusuna baxmayaraq İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 14.07.2010-cu il tarixli kredit müqaviləsinin məhkəmə kollegiyasına təqdim edilməməsini nəzərə alaraq 03 oktyabr 2019-cu il tarixli 30401 nömrəli əlavə komissyon məhkəmə mühasibatlıq ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmiş və Cavabdeh3 iddiaçı banka olan borcunun müəyyən edilməsi məqsədi ilə həmin rəyə istinad edilməsini qanuni və əsaslı hesab edərək, bankın borc tələbini yalnız 20.500 ABŞ dolları həddində təmin etmişdir. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kolle giya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtı nda icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəflər arasında bağlanmış 04 may 2010-cu il tarixli, 15 avqust 2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsinə 3 saylı əlavə sazişi, 15 avqust 2006-ci il tarixli, 5767 saylı kredit xətti müqaviləsinə 29 iyul 2011-ci il tarixli 04 saylı əlavə sazişi, həmçinin həmin sazişlərə dair hər iki tərəfin imzaladığı ödəniş qrafiklərini sübut kimi ətraflı araşdırmamış, borc öhdəl iyini həcminin müəyyənləşdirilməsi zamanı ekspert tərəfindən onların nəzərə alınmamasına diqqət yetirməmişdir. Belə ki, ekspert rəyinin özündə də göstərilir ki, 14.07.2010-cu il tarixdə Cavabdeh3 hesabına 51.500,00 ABŞ dolları məbləğində bank tərəfindən pul vəsaiti köçürülmüş, həmin məbləğin 398,00 ABŞ dolları kredit verilməsinin xidmət haqqı kimi tutulmuş və qalan 51.102,00 ABŞ dolları isə 15.08.2006-cı il tarixli 5767 saylı kredit xətti müqaviləsi və 04.05.2010-cu il tarixədək olan sazişlər üzrə borca silinmişdir və bununla da 767 saylı 15 avqust 2006-ci il tarixli Kredit Xətti Müqaviləsi üzrə kredit borcu tam ödənilmişdir. Ekspert tərəflər arasında 51500 ABŞ dolları kredit verilməsinə dair məhz pulun köçürüldüyü tarixdə, 14.07.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi olmadığını əs as götürərək həmin vəsaitə faiz hesablamamışdır. Lakin ekspert həmin məbləğin köçürüldüyü tarixdən 2 ay əvvəl bağlanmış 04.05.2010-cu il tarixli saziş və ona əlavə edilmiş ödəniş qrafiki üzrə ayrılmış 50.000 ABŞ dolları vəsait olub-olmadığını, həmçinin 15 avqust 2006-ci il tarixli, 5767 saylı kredit xətti müqaviləsinə 29 iyul 2011-ci il tarixli 04 saylı əlavə saziş və ödəniş qrafiki üzrə borclunun 51500 ABŞ dolları məbləğin qalığı kimi 43.524,80 ABŞ dollarının 12.07.2013-cü il tarixədək qaytarmağı öhdəsinə götürdüyünü və işin 1-ci cildinin 50-51-ci vərəqində olan ödəniş qrafikinə əsasən cəmi 58.577 ABŞ dolları vəsaitin qaytarılması barədə öhdəlik götürdüyünü nəzərə almamış və bu sənədlər üzrə öhdəliyin həcmini müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlər hər iki t ərəfin iradə ifadəsini əks etdirməklə, tərəflər arasına öhdəliyin əmələ gəlməsinə əsas verən sübutlardır və həmin sübutun işin faktiki hallarının müəyyən edilməsində əhəmiyyətli olub-olmamasını qiymətləndirmək hüquqi məsələ olmaqla, məhkəmələrin səlahiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini işdə olan digər sübutlarla birgə qiymətləndirməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar