Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1828/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəbbə pulunun azadılması, müqavilə müddəti bitəndən sonrakı dövr üçün tələb edilən illik 5 faiz ziyanın tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1939/2020 nömrəli iş üzrə xx xxxxx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1911/15 saylı, 13.04.215-ci il tarixli kredit müqaviləsinə əsasən, X4 “xxxx”ASC tərəfindən şəxsi məqsədlər üçün 30 ay müddətinə, istifadə etdiyi məbləğə illik 15 faiz dərəcəsi hesablanmaqla 29900 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək, cavabdeh X2 əsas borc üzrə 29900 manat, faiz borcu üzrə 7196,36 manat, cərimə borcu üzrə 6798,01 manat, müqavilənin bitdiyi tarixdən 27.09.219-cu il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla 2921,97 manat borcun, ümumillikdə 46815,97 manatın, habelə məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx”ASC -nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh artıq uzun müddətdir ki, aldığı pulu və ona hesablanmış faizi ödəməkdən boyun qaçırır. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda cavabdehin banka əsas borc üzrə 29900 manat, faiz borcu üzrə 7196,36 m anat, cərimə borcu üzrə 6798,01 manat, müqavilənin bitdiyi tarixdən 27.09.219-cu il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla 2921,97 manat borcun, ümumillikdə 46815,97 manat borcu vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, X3 banka əsas borc üzrə 29900 manat, faiz borcu üzrə 7196,36 manat, cərimə borcu üzrə 6798,01 manat, müqavilənin bitdiyi tarixdən 27.09.219-cu il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla 2921,97 manat borcun, ümumillikdə 46815,97 manat borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim C.Məmmədov) 2(060)-8968/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh X2 29900 manat əsas borc, 7196,36 manat faiz borcu və 1000 manat cərimə borcunun, ümumilikdə 38096,36 manat borcun, habelə ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 10 manat hissəsinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddianın həmin hissələrdə də təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən cavabdehdən tələb edilən 6798,01 manat cərimə borcu kredit müqaviləsində nəzərdə tutulmuş müddəaya əsasən hesablanmışdır. Kredit müqaviləsinin bitdiyi tarixdən 27.09.219-cu il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 2921,97 manat bo rc isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən yaranmışdır. Göründüyü kimi, bank tərəfindən tələb edilmiş cərimə borcu və gecikdirilmiş borc üçün illik 5 faiz borc tam qanuni əsaslarla hesablanmışdır, lakin məhkəmə iddianı bu hissədə tam təmin etməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abbasov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Məmmədov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələnirilən hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hall arını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırki işdə bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 6798,01 manat məbləğində cərimə borcu hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə işin hallarını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun kreditorun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 1000 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa, iddiaçı cavabdehdən kredit müqaviləsinin müddəti bitdikdən sonra xx.xx.2019-cu ilədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış məbləğin (2921,97 manat) də tutulmasını xahiş etmiş və həmin tələb təmin olunmamışdır. Bank cavabdehdən həmin məbləği tələb edərkən Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı bankın cavabdehin təqsirli hərəkəti nəticəsində ona ziyan vurulması iddiası əsaslı dəlillərlə öz təsdiqini tapmır. Azə rbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, kredit müqaviləsi üzrə cərimə borcunun qeyd edilən məbləğdə tutulması, kredit müqaviləsinin müddəti bitdikdən sonra xx.xx.2019-cu ilədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış məbləğin isə tutulmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin cərimə bo rcunun tutulması və gecikdirilmiş günlər üçün 5% hissədə ləğv edilməsini həmin hissələrdə iddia tələbinin tam təmi edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı apellyasiya şikayəti verərək qətnaməni iddia tələbinin rədd edilən hissəsini mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməni iddiaçının şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzr ə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1939/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd