Məhkəmə qərarları › İş №2(102)-1828/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1828/2025

15.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1828/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Balababa oğlunun cavabdehlər Cavabdeh3nə, X10 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr, öhdəliyin icra edilməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Balababa oğlunun cavabdehlər "xxxx" MTK, X10 və Cavabdeh2 qarşı "qeyriyaşayış sahəsinə yönələn maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsin in təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1349/2025 nömrəli iş üzrə, 5 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı İsgəndərov İsa Hafis oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh3 MTK ilə İddiaçı Balababa oğlu arasında bağlanılmış 16 sentyabr 2017ci il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 120,0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı İddiaçı Balababa oğlu isə 130.000 manat məbləğində pulu Cavabdeh2 ödəmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(004)-5944/17 nöm rəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh3 MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh3 MTKnın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən 120 kv.metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə iddiası təmin edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)- 1344/2019 nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2(102)-1036/22 nömrəli qərarı ilə X10nun kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)3391/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 Cavabdeh3 MTK-ya qarşı qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldır ılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(102)2971/2023 saylı qərardadı ilə İddiaçı Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsi rədd edilmişdir.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən tə yin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddəsi ilə cəza təyin edilməmişdir; X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən X3 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsu l və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə cəza təyin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər "xxxx" MTK, X10 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı Balababa oğlunun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadəyə yönəldilən maneələrə son qoyulması, cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinin təmin olunmasına dair qətnamə qəbul edilmə sini xahiş etmişdir.

9. İddia tələbini onunla əsaslandırmışdır ki, o tanışı X4 məsləhəti ilə "Yeni Yasamal” MTK tərəfindən tikilən qeyri-yaşayış sahəsinin təcili, bazar qiymətindən aşağı satışda olduğunu bildirmiş və ofisdə özünü MTK-nın rəhbəri kimi təqdim edən X7 ilə görüşüblər. "xxxx" MTK-nın ofisində özünü MTK-nın rəhbəri kimi təqdim edən X7 ilə 2017-cİ tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin qeyri-yaşayış sahəsini uzun müddət Abbasquliyev Rasim baş etibarnamə ilə gözəllik salonu kimi istifadə etmişdir. Yasamal Rayon İcra məmurunun telefon zəngindən sonra isə o şirkət barədə araşdırma apardıqda məlum olmuşdur ki, MTK-nın rəhbəri olmuş Cahangir Alışov onun kimi bir mənzili bir neçə nəfərə sataraq, insanları aldadaraq vəsaitlərini mənimsəməsi səbəbiylə barəsində cinayət işi aç ılmış və məsuliyyətə cəlb olunmuşdur. Hal-hazırda isə oğlu Alışov Sadiq onun yolunu davam etdirərək, özünə Yasamal ərazisində yerləşən ofisində insanları aldadaraq köhnə tarixə müqavilə imzalamaqla, qeyri-yaşayış sahəsini bir neçə şəxsə satmağa davam etməklə növbəti cinayəti törətməyə davam edir. Bütün baş verənlərə görə, yuxarıda adları çəkilən şəxslərlə görüş zamanı bildirdilər ki, qısa zamanda qeyri-yaşayış sahəsinə İddiaçı tərəfindən ödənilən 135000 manatı ona geri qaytaracaqlar. Belə ki, X5 qeyri-yaşayış sahəsində İddiaçı da mülkiyyət hüququ var ki, həmin şəxsin müqaviləsi saxta tarixə bağlanmışdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarə ünvanladıqları sorğuya aid etdikləri cavabda qeyd olunur ki, Cavabdeh3 və digər tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfində n saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə istintaqı aparıldığı zaman, həmin cinayət İşində adı keçən mübahisəli 120 kv.m qeyriyaşayış sahəsinin MTK-nın rəhbərliyi tərəfindən İddiaçı Balababa oğluna satılması müəyyən edilmişdir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinin ilkin sahibi olaraq İddiaçı üstün mülkiyyət hüquqları tanınmış və Vüqar Abıyevin "xxxx" MTK-ya hər hansı ödəniş edilməsi müəyyən edilməmişdir. Bununla bağlı Hüquq mühafizə orqanlarına şikayət ərizələrini ünvanlayıblar. Lakin 2023-cü ilin noyabr ayının sonundan etibarə n Abıyev Vüqar və onun icarəçisi Rafael adlı şəxs İcra məmurunun təşəbbüsü ilə qeyri-yaşayış sahəsinə daxil olaraq oranı anbar kimi istifadə etməyə başlamışdılar. Hal-hazırda o öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə daxil olub istifadə etməsi ilə bağlı maneələrlə üzləşmişdir. Tanımadığı insanlar qeyri-yaşayış sahəsinə daxil olaraq, oranı anbar kimi istifadə etməklə İddiaçı mülkiyyət hüququnu pozmuşdular.

10. Cavabdeh X10 iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, iddiaçının tələbi uydurma və heç bir əsası olmayan, qeyri-müəyyən mülahizələrlə əsaslandırılmış, işin həqiqi halları, qanuni qüvvəyə minmiş məhkəmə qərarları sirr kimi gizlədilməklə ədalət mühakiməsini yanıltmağa cəhd edilmişdir. İddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmiş, idd iaçının cavabdeh qismində göstərdiklərinə qarşı konkret tələbinin nədən ibarət olması anlaşılmır. Nəzərə almaq lazımdır ki, adları sadalanan şəxslərin maraqları ziddiyyət təşkil edir və onlar arasında ədavət vardır. Belə olan halda, toplu şəkildə göstərilən cavabdehlərin hansının və hansı dərəcədə iddiaçının hüququnu pozması başa düşülmür. Habelə, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı uzun illərdir davam edən məhkəmə mübahisələri və qəbul edilmiş qərarlarla sübuta yetirilmiş mühüm faktlar nəzərə alınmalıdır. Belə ki, 2017-ci ilin dekabr ayında həmin sahə MTK-nın əşyalarından boşaldılıb cavabdeh Vüqar Abıyevə təhvil verilsə də, bir neçə həftədən sonra məlum olmuşdur ki, MTK vəzifəli şəxsləri həbs olunmuşlar. Bundan bir neçə gün sonra isə naməlum şəxslər Cavabdeh1 verilmiş sahənin giri ş qapısını sındırmış və qıfılı dəyişmişlər. Kooperativ tərəfindən bu barədə ona heç bir məlumat verilməmişdir. Cavabdeh1 dəfələrlə kooperativə müraciət edərək, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etsə də, kooperativin rəhbərliyi və təmsilçiləri kobudluqla qarşılamış və həmin sahənin təhvil verilməsi heç bir əsas olmadan ləngidilmişdir. Cavabdeh1 məxsus əşyalar və sənədlər sahədə qalmış, onların çıxarılması belə mümkün olmamışdır. Sonradan məlum olmuşdur ki, 2017-ci ildə Cavabdeh2 adlı şəxs MTK-nın rəhbərliyi ilə qanunsuz sövdələşərək məhkəmədə iddia qaldırmış və qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 Cavabdeh3 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh3 MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(103)-3391/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmişdir. Məhkəmə texniki ekspertizasının 30 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X8 ilə Cavabdeh3 MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin yuxarı sağ tərəfindəki tarix hissəsində olan “2009” rəqəmlərində ikinci "0" rəqəminin yerində "1" rəqəmi, "cu" hərflərdəki "u" hərfinin yerində "i" hərfi olmuş, sonradan qələm vasitəsilə əlavə cizgi artırılmaqla indiki rəqəm və hərf yazılmışdır. "2 009" rəqəmlərində olan "9" rəqəmi həmin rəqəmlərin qarşısına sonradan yazılmışdır, yəni "2009-cu il tarix göstəricisinin yerində "xxxx" çap mətni olmuşdur. Cavabdeh2 ilə MTK arasında bağlanmış 16 mart 2009-cu il tarixli müqavilənin ikinci sətirində olan "Əli Bayramlı" sözündəki "B" hərfinin yerində kiçik "b" hərfi olmuş, sonradan üzərindən indiki hərf yazılmışdır. Müqavilədə "sədi" qrafasındakı imzası əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur. Müqavilənin mətni əvvəl çap edilmiş, sonra isə möhür əksi vurulmuşdur, yəni mətn əvvəl çap edilmiş, sonra "sədri" qrafasındakı imza icra edilmiş, daha sonra isə möhür əksi vurulmuşdur. Yəni keçirilmiş ekspertiza nəticəsində mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı X8 arasında bağlanmış müqavilənin saxta olması öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)- 3391/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin olunmamışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş, qanuni qüvvəyə minməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3391/2022 saylı qərardadı ilə qətnamənin icrasında dönüş edilərək qərara alınmışdır: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iddiaçı Cavabdeh2 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş “Yeni Yasamal’' MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kv.metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tan ınması və həmin sahədən istifadəsinə maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə 2(004)-5944/2017 saylı, 26 iyul 2017-ci il tarixli qətnaməsinin icrasında geri dönüş edilmişdir. Bundan sonra, İddiaçı Balababa oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 saylı qətnaməsindən maraqlı şəxs qismində kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(102)-2971/2023 saylı qərardadı ilə İddiaçı Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsi rədd edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəsi gedən mənzili Cavabdeh2 aldığını və mənzilin pulunu məhz həmin şəxsə ödədiyini göstərir. Cavabdeh2 mübahisəsi gedən mənzilin ona təhvil verilməsinə dair iddiası ona məxsus sənədlərin etibarlılıq şərtlərinə cavab vermədiyi üçün tərəflər arasında öhdəliyin yaranma əsas kimi qəbul edilməmişdir. Göstərilən fakt ərizəçinin istinad etdiyi məhkəmə aktı ilə müəyyən olunmuşdur. Məhz göstərilənlərə əsaslanan işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi Cavabdeh2 iddianın rədd olunması nəticəsinə gəlmişdir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, ərizəçinin mübahisələndirdiyi məhkəmə aktında onun hüquq və mənafelərinə uyğun olmayan məsələ həll edilməmişdir. Göründüyü kimi, İddiaçı Balababa oğlu öz şikayətində mübahisəli sahəni Cavabdeh2 aldığını göstərsə də, Kərimovla bağlanmış müqavilə etibarlılıq şərtlərinə cavab vermədiyindən və 2009-cu il tarixinə aid olmadığından ərizəçi Məmmədovun müqaviləsinin etibarlılığını da ciddi şübhə altına aldığından, ərizəçi hazırkı işdə mühüm faktiki halları məhkəmədən gizlətmişdir. Məmmədovun müqaviləsinin etibarlılığı ilə faktlara artıq kassasiya instansiyası tərəfindən qiymət verilmişdir və həmin qərar preyudisial əhəmiyyət kəsb edir. İddiaçı adlı şəxs heç bir zaman həmin sahəyə sahiblik, idarə, ondan istifadə etməmiş, Cavabdeh2lə Abıyev Vüqar arasında məhkəmə mübahisəsi başa çatdıqdan sonra qəflətən ortaya çıxaraq sahədən istifadəyə maneçilik törətməyə başlamışdır. Görünən odur ki, adı çəkilən şəxslər Kooperativlə əlbir olaraq sahənin Abıyevdən qanunsuz ələ keçirilməsi üçün yeni üsullara əl atmaqdan və bunun üçün ədalət mühakiməsini yanıltmaqdan belə çəkinmirlər. Habelə, İddiaçı Balababa oğlu tərəfindən mübahisəli sahədən istifadəyə maneələr törədildiyindən Cavabdeh1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 22 noyabr 2023-cü il tarixli, 16(004)- 463/2023 saylı qərardadına əsasən ərizə qismən təmin edilərək, ərizəçi Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsində yerləşən 135 kv.m qeyri-yaşayış sahəsinin sahibi kimi daxil olmasına və həmin sahədən istifadə etməsinə cavabdehlər Cavabdeh3 MTK və İddiaçı Balababa oğlu tərəfindən maneələr yaradılması və Cavabdeh1 və onun nümayəndələrindən başqa digər şəxslərin həmin sahəyə daxil olma sının qadağan edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh İddiaçı Balababa oğlu tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 16(103)-1/2024 saylı qərardadı ilə təmin edilməmişdir. İddiaçının heç bir hüquqi qüvvəyə malik olmayan istintaq orqanının cavab məktubuna istinadı da anlaşılan deyil. Həmin məktub qanuni qüvvəyə minmiş məhkəmə aktı qüvvəsinə malik deyil və Abiyevlə Kərimov arasında olan məhkəmə mübahisələri zamanı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmış faktların təkzib edilməsinə yol verilə bilməz. Beləliklə, iddiaçının mülkiyyət hüququnun əldə edilməsi üçün istinad etdiyi əqd etibarsız əqd olunduğundan iddiaçı tərəfindən irəli sürülən iddianın hüquqi və faktiki əsası yoxdur və iddia tələbinin təmin olunmaması haqqında qətnamə çıxarılmalıdır.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda 3 saylı Gəncə ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarında Göygöl rayonu R.Nəsibov məhəlləsi, Göygöl-Hacıkənd yolunun sol tərəfində "xxxx" MTK-nin inşa etdiyi 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 176 KVM olan 4 otaqlı mənzil “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsində qeydiyyata alınmadığının müəyyən olunduğu göstərilmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3212/2024 nömrəli, xx.xx.2024 -cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbi təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 adına olan müqavilənin saxta olması, mübahisəli qeyri-yaşayış sahəsinə dair subyektiv hüququnun olmaması müəyyən edildiyindən bu hal məhkəmə tərəfindən mübahisələndirilmir.

14. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2(102)-2971/2023 saylı qərardadı ilə İddiaçı Balababa oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmasına dair ərizəsi rədd edilmişdir. Həmin qərardadda “...İddiaçı mübahisəsi gedən mənzili Cavabdeh2 aldığını və mənzilin pulunu mə hz həmin şəxsə ödədiyini göstərir. Cavabdeh2 mübahisəsi gedən mənzilin ona təhvil verilməsinə dair iddiası ona məxsus sənədlərin etibarlılıq şərtlərinə cavab vermədiyi üçün tərəflər arasında öhdəliyin yaranma əsası kimi qəbul edilməmişdir. Göstərilən fakt ərizəçinin istinad etdiyi məhkəmə aktı ilə müəyyən olunmuşdur...”

15. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 adına olan müqavilə etibarsız olduğundan, onunla İddiaçı arasında öhdəlik hüquqları yaranmadığından, habelə hazırkı iddianın əsasını saxtalığı qanuni qüvvəyə minmiş qətnamə ilə sübut edilmiş müqavilə (hüquq müəyyənedici digər sənədlər) təşkil etdiyindən, iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 337.1 və 386.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, digər məhkəmə mübahisəsi zamanı Şakirin müqaviləsinin etibarsız olması barədə ekspertiza keçirilsə də, həmin prosesdə Abıyev Vüqarın müqaviləsinə münasibət bildirilməmişdir. Onlar tərəf olaraq Abıyev Vüqarın müqaviləsinin saxta olmasını və iş materiallarına müqavilənin əslinin əlavə olunmamasını bildirərək Abıyev Vüqarın müqaviləsinin ekspertizadan keçməsi barədə verdikləri vəsatət təmin olunmamışdır. Məhkəmə isə qə tnamədə buna münasibət belə bildirməmişdir. İddiaçı müqaviləsi Cavabdeh2lə deyil, Yeni Yasamal MTK ilə bağlanmışdır. Şakirin müqaviləsinin saxta olması heç bir halda İddiaçı MTK ilə bağladığı müqaviləyə kölgə salmamalı və buna belə qiymət verilməsi isə mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuş məhkəmə qərarının çıxması ilə nəticələnmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1349/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3212/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşar aq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 ilə bağlanmış müqavilənin özünün saxta və etibarsız olması faktı öz təsdiqini tapmışdır və hazırda bu hal yenidən mübahisələndirilə bilməz.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh2 özünə məxsus olmayan əmlak barəsində sərəncam verməsi də qanunsuz olduğundan, hazırkı iş üzrə iddiaçı ilə aralarında bu cür öhdəlik münasibətlərinin yaranması mümkünsüzdür. Bütün bunlar da onu deməyə əsas verir ki, hazırda iddia ərizəsinin təmin olunması üçün hansısa qanuni və ya hüquqi əsaslar mövcud deyildir.

22. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının onun tərəfindən ödənilmiş pul vəsaitinin əsassız varlanma qaydasında bununla bağlı məsul olan şəxsdən zəruri sübutlar təqdim edilməklə tələb etmək hüququ istisna olunmur. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh 2 adına olan müqavilənin saxta olması, mübahisəli qeyri-yaşayış sahəsinə dair subyektiv hüququnun olmaması müəyyən edildiyindən, bu hal məhkəmə tərəfindən mübahisələndirilmir. Lakin məhkəmə nəzərə almamışdır ki, digər məhkəmə mübahisəsi zamanı Şakirin müqaviləsinin etibarsız olması barədə ekspertiza keçirilsə də, həmin prosesdə Abıyev Vüqarın müqaviləsinə münasibət bildirilməmişdir. Abıyev Vüqarın müqaviləsinin saxta olmasını və iş materiallarına müqavilənin əslinin əlavə olunmamasına dair həmin müqavilənin ekspertizadan keçməsi barədə iddiaçı tərəfindən verilmiş vəsatət təmin olunmamışdır və qətnamədə buna münasibət belə bildirilməmişdir. Məhkəmə bu yanlış qərara gəlməklə İddiaçı mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün fakt iki hallar aydınlaşdırılmamış, verilmiş vəsatət təmin olunmamış və yekunda İddiaçı Balababa oğlunun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur.

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilm iş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

29. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Maddə

442. Öh dəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

35. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhd əlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçı İsgəndərov İsa Hafis oğlunun kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində, məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Kassasiy a şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1349/2025 nömrəli iş üzrə, 5 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar