Məhkəmə qərarları › İş №2(102)-183/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-183/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-183/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRAR (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçının vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2091/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı1 ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı1 ASC-nin xeyrinə 2008-ci il 09 iyun tarixli, 416-08 AYİB-AAF №-li kredit müqaviləsi üzrə 4271,35 ABŞ dolları əsas borc, 4560,48 ABŞ dolları faiz borcu və 3644,95 ABŞ dolları cərimə olmaqla, cəmi 12476,78 ABŞ dollarının milli manat ekvivalentində və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı1 açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qa rşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4271,35 ABŞ dolları əsas borc, 4560,48 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları gecikdirməyə görə cərimə növündə dəbbə pulu olmaqla, cəmi 9031,83 ABŞ dollarının tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 14,48 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, İddiaçı1 açıq səhmdar cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilmə sini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və digər sənədlər əlavə edilmədiyindən geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qərardaddan şikayət vermiş, həmçinin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və qətnamədən apellyasiya şikayət vermişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsinin surətini xx.xx.2019-cu il tarixli müraciətləri əsasında xx.xx.2019-cu il tarixdə Quba Rayon Məhkəməsində qəbzə imza etməklə qəbul etmişlər. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər Səyyad Qafari - sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) xx.xx.2020-ci il tarixli 2(105)-1431/20 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilmiş, apellyasiya şikayətinin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələlərinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə qəbul edilmiş məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti qətnamənin alındığı vaxtdan 1 ay müddətində verilə bilər. Göründüyü kimi qətnamənin surəti tərəflərə, o cümlədən cavabdehlərə ilkin olaraq xx.xx.2012-ci il tarixdə, sonradan Cavabdeh2 müraciəti əsasında xx.xx.2019-cu il tarixdə göndərilməsinə baxmayaraq təkrar müraciət edərək qətnaməni xx.xx.2019-cu il tarixdə alınması birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmadan əsassız olaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddətin ötürülməklə verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən məhkəmə aktının cavabdeh tərəfindən hansı vaxtdan alınmasını dəqiqləşdirmək üçün ilk növbədə icra işini tələb edib öyrənməli, Cavabdeh2 müraciəti əsasında xx.xx.2019-cu il tarixdə göndərilmiş qətnamənin sonuncunun alıb-almaması aydınlaşdırılmalıdır. Həmçinin qanunla müəyyən edilmiş prosessual müddət işdə iştirak edən hər bir şəxs üçün ayrılıqda hesablandığından, Cavabdeh1 münasibətdə mübahisələndirilən məhkəmə aktının hansı vaxtdan alınmasının zəruriliyi birinci instansiya mə hkəməsi tərəfindən ətraflı yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab etmişdi ki, qeyd edilən xüsusatlar aydınlaşdırılmadan cavabdehlər Cavabdeh2 və x 1 tərəfindən Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı müddətin ötürülməsi qənaətinə gəlinməsi və cavabdehlərin üzərinə prosessual müddətin bərpasına dair ərizə verilməsi vəzifəsinin qoyulması əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5, 135.1, 135.2, 135.3, 360-cı maddələrinin tələblərinə istinad edərək əsaslandırmışdır. Mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat Cavabdeh x 1 xx.xx.2020-ci il tarixli ərizə ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim İlqar Məmmədov) Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətindən imtina etməsi nəzərə alınmış, Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Quba Rayon Məhkəməsini n xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsini Cavabdeh1 almamış, iş üzrə digər Cavabdeh2 rəsmi qaydada müraciət edərək xx.xx.2019-cu il tarixdə almış və xx.xx.2019-cu il tarixdə həmin qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Buna görə də Cavabdeh2 tərəfindən məhkəməni həmin qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti buraxılmamış hesab edilməli və Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi nəzərə alınmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 360cı maddələrinin tələblərinə istinad edərək əsaslandırmışdır. Mülki iş baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İş üzrə Sumqayıt Apellyasiya Məhkə məsinin xx.xx.2020-ci il tarixli 2(105)-2091/20 nömrəli qərardadı ilə (hakimlər Telman Məmmədov - sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Səyyad Qafari) Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə iddianın qiyməti 500 manatdan çox olduğu halda, Cavabdeh2 iş üzrə məhkəmə qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə, yəni 15 manat deyil, 10 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4, 361.3, 363.1.2, 361, 364, 366.2, “Dövlət rüsumu haqqında” qanunun 8.1.1, 8.1.2, 8.4.1-ci maddələrinin tələblərinə istinad edərək əsaslandırmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2091/20 nömrəli qərardadının ləğv edilərək apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə teleqramla müraciət edərək həmin məbləği ödəməsi barədə məlumat vermişdir. Kassator xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tari xli, 2(027)-742/2012 saylı qətnaməsi ilə ondan tutulan məbləği tam ödədiyini və hətta 677,18 manat kompensasiya almışdır, lakin xx.xx.2019-cu il tarixdə rəsmi müraciət etməyinə baxmayaraq iddiaçı tərəfindən ona borcun olmaması barədə arayış verilməsindən imtina edilmişdir. Buna görə də, məcbur qalaraq həmin qətnamədən apellyasiya və kassasiya şikayəti vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərək, mübahisələndirilən kredit borcunun tam ödənilməsi barədə xitam qərarını Quba rayon İcra və Probasiya şöbəsinə rəsmi ərizə ilə müraciət etdiyini, hazırki tarixədək həmin qərarı almadığını, həmin qərarın surətinin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İşlə əlaqədar digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün və Cavabdeh1 teleqramında göstərilənlər iclasın təxirə salınması üçün üzürlü hal hesab edilmədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Dövlət rüsumu haqqında” qanun: Maddə 8.1.2 Məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu tutulur. Maddə 8.4.1 Apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müra ciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(027)-742/2012 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu nun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, apellyasiya mümkünlüyü məsələsinə baxılması üzrə məhkəmə iclası xx.xx.2020-ci il saat 14-05-ə təyin edilmiş, cavabdeh xx.xx.2020-ci il tarixdə saat 13-48-də məhkəməyə teleqram vurmuşdur. Vaxt baxımından işə baxılan vaxtda həmin teleqramın məhkəmə tərkibinə çatdırılması qeyri-mümkün olmuşdur. Həmçinin cavabdeh məhkəməyə teleqram deyil, dövlət rüsumunun tam ödənilməsi barədə sübutu təqdim etməmişdir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsini n qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2091/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar