Məhkəmə qərarları › İş №2(102)-183/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-183/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-183/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə çəkilmiş təmirin əvəzinin ödənilməsi tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(103)5965/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən 105,3 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətində olmuş və 03 mart 2020-ci il tarixli müqavilə ilə aylıq icarə haqqı 6395,35 manat olmaqla 5 il müddətinə BOKT "xxxx" ASC-yə icarəyə verilmişdir.

2. Cavabdeh həmin qeyri-yaşayış sahəsini 04 mart 2021-ci il tarixdə X2, sonuncu isə 02 iyul 2021-ci il tarixdə X1.

3. İddiaçı BOKT "xxxx" ASC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahəsinin icarəsinə dair icarə müqaviləsinin eyni şərtlərlə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş 164325,56 manat zərərin alınıb iddiaçıya ödənilməsini xahiş etmişdir. Həmin icraatda iddiaçı X5 qarşılıqlı iddia verər ək, 03 mart 2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" QSCnin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 55352,50 manat məbləğində maddi və 6000 manat mənəvi zərər olmaqla, ümumilikdə 61325,50 manat məbləğində pulun BOKT "xxxx" QSC-dən tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, X3 iddiası qismən təmin edilərək, dəymiş zərərin əvəzi 44767,45 manat pul vəsaitinin "xxxx" ASC-dən alınıb X4 ödənilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ünvan 2 ünvandakı binanın birinci mərtəbəsində yerləşən 105,3 kv.m qeyri-yaşayış sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün aparılmış təmir işlərinə çəkilmiş 19450 manatın, 01 iyun 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr ərzində Cavabdeh hesablanmış “Ödəmə mənbəyində tutulan vergi” üzrə dövlət büdcəsinə ödənilmiş 42786,15 manat gəlirin məbləği üzrə hesablanmış 6267,45 manat vergi məbləğinin, cavabdehin icarə obyektini iddiaçıya məlumat vermədən əldən çıxardığı dövr üzrə icarə müqaviləsi əsasında cavab dehə köçürmə yolu ilə ödənilmiş 5500 manat maddi zərərin və 184 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən qeyri-yaşayış sahəsini uzun müddətli (5 il müddətinə) icarə müqaviləsi əsasında istifadəyə qəbul edildiyi üçün, biznes planı üzrə orada aparılacaq iş fəaliyyətinə uyğun olaraq istifadəyə yararlı hala salınması üçün cavabdehin şifahi razılığı əsasında mühüm yenidənqurma işləri aparmışdır. Aparılmış təmir işlərinə 19450 manat xərc çəkilmişdir ki, sonradan qeyriyaşayış sahəsindən istifadə hüququndan məhrum qalmış iddiaçı bu hissədə zərərə uğramışdır. Cavabdeh aparılmış təmir işlərindən sonra dəyəri olduqca artmış qeyriyaşayış sahəsini iddiaçıya heç bir məlumat vermədən, icarə müqaviləsinin 8-ci maddəsinin tələblərini pozmaqla satmış, iddiaçının çəkdiyi xərclər sayəsində haqsız gəlir əldə edərək əsassız varlanmışdır. Təmir işlərinə çəkilmiş xərcin məbləği "xxxx" MMC-nin 25 may 2022ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 fevral 2023-ci il tarixli arayışına əsasən Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC (VÖEN: **********) tərəfindən 01 iyun 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr ərzində Cavabdeh hesablanmış “Ödəmə mənbəyində tutulan vergi” üzrə dövlət büdcəsinə 42786,15 manat gəlirin məbləği üzrə vəsait ödənilmişdir ki, bu gəlirdən hesablanmış vergi məbləği 6267,45 m anat təşkil etmişdir. Həmçinin, sonradan da cavabdehə 5500 manat köçürmə yolu ilə icarə haqqı ödənmişdir ki, həmin tarixdə cavabdeh məlumat vermədən artıq icarə obyektini əlindən çıxarmışdır. Beləliklə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində "xxxx" ASC-yə ümumilikdə 31215,45 manat maddi zərər dəymişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(008)3041/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə cavabdehin icarə obyektini iddiaçıya məlumat vermədən əldən çıxardığı dövr üzrə icarə müqaviləsi əsasında cavabdehə köçürmə yolu ilə ödənilmiş 5500 manat maddi zərərin və ödənilmiş 75 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə rədd edilm əsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, artıq mülkiyyətçi olmayan cavabdeh buna hüququ olmadığı halda iddiaçıdan 2021-ci ilin iyul ayı üçün 5500 manat icarə haqqını qəbul etmiş və bununla da, əsassız varlanmışdır. Eyni zamanda, iddiaçı həmin məbləği təkrarən X4 ödəmiş və bununla ziyana düşmüşdür.

8. Təmir işlərinə çəkilmiş 19450 manat tələbi üzrə məhkəmə qeyd etmişdir ki, iddiaçı bu tələb üzrə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia 01 iyun 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr ərzində 6267,45 manat vergi məbləğinin tutulması hissəsində də rədd edilməlidir. Belə ki, əvvəla iyun ayı üçün ödənilmiş vergi məbləği iki dəfə ödənilməmiş, iddiaçı həmin ay üçün icarə haqqını da ödədiy inə görə vergi məbləğini də ödəməli idi. Lakin 6 ay ərzində, yəni iyul-dekabr ayları üzrə, iddiaçı 895,35 manat vergi məbləğini iki dəfə – könüllü vergi orqanına və qətnamə əsasında Mirvari Kazımovaya ödəmişdir. Ödəmə mənbəyindən tutulan vergi əldə edilmiş gəlirə görə ödənilir. İşin hallarından göründüyü kimi, cavabdeh həmin dövr üçün gəlir əldə etməmiş, icarə münasibətləri iddiaçı ilə cavabdehin arasında formal mövcud olsa da, faktiki olmamış, cavabdeh yazılı xəbərdarlıq etmədən obyekti satmaqla müqavilə şərtlərini pozmuş, lakin iddiaçı artıq obyektin satıldığını bilmiş, icarə haqqının ödənilməsini dayandırmış, könüllü olaraq icarə obyektini tərk etməmiş və faktiki mövcud olmayan icarə müqaviləsi üzrə vergi məbləğini ödəməyə davam etmişdir. İddiaçı icarə obyektini tərk etməməklə icarə mün asibətlərini faktiki olaraq davam etdirmiş və belə olan halda vergini də ödəməyə davam etməli idi. Bundan başqa, iddiaçı X4 qarşı iddia verərək, icarə müqaviləsini eyni şərtlərlə onunla bağlamaq istəmişdir. Həmin müqavilənin şərtlərindən biri verginin "xxxx" ASC tərəfindən ödənilməsidir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, həmin məbləğin cavabdehdən tutulması barədə iddia tələbinin hüquqi əsas mövcud deyil.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ödədiyi vergi məbləğinin onun tərəfindən ödənilməməli olduğu qənaətinə gələrsə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edə bilər.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Vergi Məcəlləsinin 8 5.4, 124.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(008)-3041/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(103)-5965/2023 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(008)-3041/2023 nömr əli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırılması ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, iddiaçı tərəfindən icarə obyektində təmir işlərinin nə vaxt və kim tərəfindən aparıldığı, təmir işlərinə xərcin çəkilməsi və mülkiyyətçinin (cavabdehin) buna razılığının olması barədə sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçı hüquqi şəxsdir və vergitutma məqsədləri üçün onun gəlir və xərclərinin uçotu mühasibatlıq sənədlərində öz əksini tapmalıdır. Belə ki, hüquqi şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq bununla bağlı vergi orqanlarına müvafiq hesabatlar təqdim edirlər. Bundan başqa, tərəflər arasında bağlanmış icarə müqaviləsin in 9-cu bəndinə əsasən iddiaçı cavabdehin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməzdi.

15. Məhkəmə kollegiyası iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən vergi daxil 6395,35 manat məbləğində icarə haqqını icarəçiyə ödəməlidir. Vergi qanunvericiliyin tələblərinə əsasən icarəyə verənin VÖEN-i olmadığı üçün həmin məbləğdən vergini tutmaq və dövlət büdcəsinə ödəmək hüquqi şəxs olan icarəçinin vəzifəsidir.

16. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının sorğusu əsasında verilmiş 07 mart 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı icarə obyektindən icarə müqaviləsi üzrə faktiki istifadə etdiyi üçün 01 iyun 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr ərzində iddia ərizəsində tələb edilən 6267,45 manat məbləğində deyil, 5372,1 manat məbləğində dövlət büdcəsinə vergi ödəmişdir. Halbuki, 2021-ci ilin iyul ayında artıq mülkiyyətçinin X5 olduğunu bilmiş, lakin icarə obyektini tərk etməmişdir.

17. Sonradan isə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəsini almış 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə 2021-ci ilin iyul – 2022-ci ilin yanvar ayları üçün icarə müqaviləsində göstərilən məbləği vergi daxil olmaqla (6395,35 manat x 7 ay) yeni mülkiyyətçiyə ödəməli olmuşdur.

18. Beləliklə də, 2021-ci ilin iyun ayı üçün iddiaçı tərəfindən iki dəfə vergi məbləğinin ödənilməsi iş üzrə müəyyən edilmir. Digər aylar üzrə isə iddiaçı vergi orqanlarına müraciət etməklə 2021-ci ilin iyul – dekabr ayları üçün X4 məhkəmə qətnaməsi əsasında tutulmuş icarə haqqında da vergi məbləğinin olduğunu əsas gətirməklə artıq ödənilmiş verginin geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququndan istifadə edə bilər. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin hər hansı təqsirli, hüquqazidd əməlinin olması müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(103)5965/2023 nömrəli qətnaməsinin qismən – təmir işlərinə çəkilmiş 19450 manatın tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 1096-cı, Mülki Prosessual Məcəllənin 77.1, 217.1, 387.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı mübahisəli qeyriyaşayış sahəsinə çəkilmiş xərclərə dair sübutları məhkəməyə təqdim etmişdir. Təmir işlərinə çəkilmiş xərcin məbləği "xxxx" MMC-nin 25 may 2022-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir. Eyni zamanda, apellyasiya instansiyasında məhkəmə gedişində iddiaçının sifarişi ilə qeyd olunan qeyri-yaşayış sahəsində 2020-ci ilin mart-aprel aylarında olan təmir işlərinin aparılmasında usta kimi iştirak etmiş X6 notari al qaydada təsdiq edilmiş izahatı təqdim edilmişdir. Məhkəmə, hazırki dövrdə inşaat mallarının satışı zamanı ticarət mərkəzlərində hesablaşmaların nağd şəkildə aparılmasını nəzərə almamışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçı qeyri-yaşayış sahəsindən 10 mart 2020-ci ildən 2022-ci ilin fevral ayınadək iddiaçının istifadəsində olmuşdur. Belə olan halda, iddiaçı tərəfindən müştərilərə keyfiyyətli xidmətin göstərilməsi və qeyri-yaşayış sahəsinin təmir etməsi birbaşa fəaliyyət sahəsinin tələbindən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, formal olaraq iddiaçının hüquqi şəxs olduğu üçün təmir xərclərinin mühasibatlıq sənədlərində öz əksini tapmalı olduğunu göstərmişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1 -ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərin ə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən yalnız təmirə görə xərclərin tutulmasının rədd edilməsi hissəsində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düz gün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbi iş materialları ilə sübut olunmamışdır.

28. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir.

30. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın g örünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişikli k edilmədən saxlanılmalıdır.

32. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(103)-5965/2023 nömrəli qətnaməsi təmir işlərinə çəkilmiş 19450 manatın tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar