Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1830/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)3047/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlax rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.M.Əliyev, iş № 2(039)-327/2019) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 6.000 manat tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ( hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yevlax rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı faktiki istifadəsində Binəqədi qəsəbəsi, mədən 3, korpus 108, ev 41 ünvanında yerləşən 2 otaqlı özbaşına tikili olmuş və onun tərəfindən həmin evin Cavabdeh 15.000 manata satılması barədə onların arasında razılaşma olmuş və sonuncu tərəfindən həmin məbləğin 9000 manatı ödənilmiş, qalan 6000 manat isə ödənilməmiş qalmışdır. 2018-ci ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh evin ödənişinin qalmış hissəsini təşkil edən 6000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamə ləri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416- cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə satılmış fərdi yaşayış evi müvafiq icazələr alınmadan inşa edilməklə özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (180.1) Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, dig ər əqdlər bağlamaq ixtiyarı yoxdur. (180.2) Göstərilən vəziyyətdə həmin ev qanunda müəyyən olunmuş qaydada evin alqısatqısı üçün əsas verməmişdir. Lakin həmin ev iddiaçıya məxsus tikinti materialları və onun vəsaiti hesabına inşa edildiyindən və tərəflərin ümumi razılığı əsasında ev cavabdehin faktiki istifadəsinə verilməklə buna görə cavabdeh 15.000 manat ödəmək barədə üzərinə öhdəlik götürməklə öhdəliyini qismən icra etdiyindən, kollegiya hesab edir ki, iddianın təmin olunması Mülki Məcəllənin 385.1, 442-ci maddələrinin tələbləri baxımından əsaslı olmuşdur. Tərəflərin münasibətinin rəsmiləşdirilməsi mümkün olmasa da, işdən göründüyü kimi, cavabdeh evin razılaşdırılmış dəyərini təşkil edən 15.000 manatdan iddiaçıya yalnız 9000 manat ödəməsini etiraf etmişdir. Göstərilənlərlə əlaqədar koll egiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1830/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1830/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver