Məhkəmə qərarları › İş №2(102)-1830/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1830/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1830/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO “xxxx” ASC-in cavabdeh X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2530/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kreditdən istifadəyə görə illik 6 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 15.000 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. 31 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 aprel 2014cü il tarixli 68362101 saylı kredit müqaviləsi üzrə 7.291,72 manat əsas borc, 1.296,27 manat faiz borcu, 8.782,54 manat cərimə borcu, 31 yanvar 2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 1.035,25 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı Yardımlı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7.291,72 manat əsas borc, 1.296,27 manat faiz borcu, 8.782,54 manat cərimə borcu, 31 yanvar 2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 1.035,25 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kreditdən istifadəyə görə illik 6 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilməsi barədə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 11 aprel 2014-cü il tarixli 68362101 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti həmin kredit müqaviləsində göstərilən məbləği Cavabdeh verməklə üzərinə düşən öhd əliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişlər və bunun nəticəsində cavabdehin qeyd olunmuş müqavilə üzrə 7.291,72 manat əsas borcu, 1.296,27 manat faiz borcu yaranmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dəfələrlə yazılı və şifahi xəbərdarlıq etməsinə baxmayaraq Cavabdeh qeyd olunan müqavilənin şərtlərini yerinə yetirməyərək öhdəliklərini lazımınca icra etməmişdir. Yardımlı Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Həsənquliyev, iş № 2(038)-173/2020) iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh kredit müqaviləsi üzrə 7.291,72 manat əsas borc, 1.296,27 manat faiz borcu, 50 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 8.667,99 (səkkiz min altı yüz altmış yeddi manat doxsan doqquz qəpik) manatın tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 11 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlanarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev, iş № 2(106)-2530/2020) apelyasiya şikayəti təmin edilməmiş qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış dır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş 11 aprel 2014-cü il tarixli kredit müqaviləsini əsas götürməklə, Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmaması, iddia tələbinin 8.782,54 manat cərimə borcunun azaldılması, 31 yanvar 2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 1.035,25 manat məbləğində borca dair hissədə təmin etməmək barədə qənaətinə gəlməkdə haqlı olmuşdur. Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh Zülfüqar Süleymanovdan verilmiş kredit məbləğinə görə 8.782,54 manat cərimə borcu və 31 yanvar 2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 1.035,25 manat məbləğində borc t ələb olunsa da, birinci instansiya məhkəməsi tərəfindən 11 aprel 2014-cü il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə uyğun olaraq 50 manat məbləğində cərimənin cavabdehdən tutulması, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 1.035,25 manatın isə tutulmaması qanuni və əsaslıdır. İddiaçının cavabdehdən əsas məbləğdən yüksək məbləğdə cərimə borcu tələb etməsi, həmçinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 1.035,25 manat pul tələb etməsi bankın əsassız varlanmaq mövqeyində olması kimi dəyərləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2530/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, şikayət verilən hissədə ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, bank fizik və hüquqi şəxslərdən depozilərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyəti həyata keçirməsinə mane olur və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranır. Lakin mə hkəmə iddiaçının bu hüququnu əsassız olaraq təmin etməyərək, onun mənafeyini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı iddianın təmin olunmayan hissəsindən kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətində mübahisələndirilən hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (b orclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozu lması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytar mağı öz öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsinin əsası kimi iddia tələbinin müqavilə müddətinin bitməsindən sonra 5% tutulm ası hissəsində iddianın rədd olunmasının qanuna uyğun olmaması ilə bağlıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış fayda) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kre ditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kredit digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüquqa malikdir. Qeyd edilməlidir ki, iddiaçı bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirir. Cavabdehin öhdəliyi vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olur və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehlərdən 5 % məbləği tələb etmək hüququ yaranmışdır. Lakin apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia nı rədd edərkən iddiaçının əldən çıxmış faydanın, yəni Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə tələb etmək hüququnun olmasını nəzərə almayaraq, əsassız olaraq gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 1035,25 manat məbləğində pulun tələb edilməsini bankın əsassız varlanmasına səbəb olacağı nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kredit digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüquqa malikdir. Bu baxımdan apellyasiya instan siya məhkəməsinin həmin məbləğin tələb edilməsi ilə bağlı bankın hüququnun olmaması və əsassız varlanmasına səbəb olacağına dair mövqeyi əsassız olmaqla istinad olunan normanın tələbinə uyğun deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO “xxxx” ASC kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2530/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 1035,25 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv olunsun. Həmin hissədə iddia təmin olunsun. Cavabdeh 1035,25 manat ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qərar qətidir və qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar