Məhkəmə qərarları › İş №2(102)-1831/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1831/2025

23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1831/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı oğlunun Cavabdeh qarşı ("xxxx" Mənzil Tikinti Kooperativi və X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, öhdəlik münasibətləri, öhdəliyin icra edilməməsi, tapşırıq müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı oğlu Cavabdeh qarşı ("xxxx" Mənzil Tikinti Kooperativi və X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cə lb edilməklə) “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1235/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" MTK ilə X5 arasında bağlanan xx.xx.2008-ci il tarixli, 17 nömrəli Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" MTK, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında A Bloku, 4-cü mərtəbə 1-ci giriş 2 otaqlı ümumi sahəsi 104,84 kv.m. olan 17 (20) nömrəli mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işl əri görülmədən bilavasitə alıcının özünə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsi 956 kv.metr göstərilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən, mənzilin ümumi dəyəri 32.912 manat məbləğində müəyyən edilmişdir. 2. "xxxx" MTK-nın 8 iyul 2008-ci il tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Həmin binanın A Bloku, 4-cü mərtəbə 1-ci giriş 2 otaqlı ümumi sahəsi 104,84 kv.m. olan 17 (20) nömrəli mənzilin tam dəyəri 32.912 manat Mehriban Musayeva tərəfindən ödənilmişdir. 3. xx.xx.2012-ci il tarixli notariat qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, Mehriban X1, "xxxx" MTK-nın Yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixli 17 nömrəli müqaviləyə əs asən, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən binasında A Bloku, 4-cü mərtəbə 1-ci giriş 2 otaqlı ümumi sahəsi 104,84 kv.m. olan 17 nömrəli mənzilə dair, özəlləşməsinə lazım olan sənədləri toplamağı, DT və Kadastr planı almağı, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almağı, Forma 1, Forma 2 arayışları almağı, Sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 70 il müddətinə xx.xx.2083-cü il tarixədək etibar etmişdir. 4. xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, X10 Respublikasının vətəndaşı - X4, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, bina 1, m ənzil 20-də yerləşən mənzili idarə etməyi, özəlləşdirməyi, özəlləşdirdikdən sonra və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddət və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq hesab haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası, əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poç t, teleqraf, qiymətli və digər hər cür məktubları və bağlamaları, almağı, bütün dövlət və qeyri-dövlət idarələrində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRİX, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələbini bütünlüklə və ya qismən etiraf etmək, yaxud ondan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqini təqdim etmək hüququna malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 10 il müddətinə xx.xx.2024-cü il tarixədək etibar etmişdir.

5. İddiaçı oğlu ilə Cavabdeh arasında qohumluq münasibəti olduğuna görə, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MTK-a məxsus binanın A Bloku, 4-cü mərtəbə 1-ci giriş 2 otaqlı ümumi sahəsi 104,84 kv.m. olan mənzili alaraq təmir etdirməsi məqsədi ilə 2012-ci ildən başlayaraq Cavabdeh hissə-hissə ümumilikdə 75.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 58.920 manat) pul vermişdir.

6. İddiaçı, Mehriban və Ramiz adlı şəxslərin dələduzluq əməlləri barədə ərizəsi üzrə, Mehriban və Ramizin əməllərində cinayət tərkibinn olmaması, Saqibin əməlində isə dələduzluq niyətinin təsdiq edən kifayət həcmdə sübutların olmaması əsası ilə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində “cinayət işi başlanılmasının rədd edilməsi barədə” 30 iyul 2024-cü il tarixli qərar q əbul edilmişdir.

7. Həmin material üzrə Cavabdeh verdiyi izahatında bildirmişdir ki, o, uzun müddət Bakı şəhəri, Yasamal rayonunda yerləşən 22 nömrəli Mənzil İstismar Sahəsində müdir olaraq işləmişdir. Təxminən 2012-ci ildə qohumu İddiaçıla danışan zaman sonuncu ona ucuzvari qiymətə ev almaq istədiyini bildirmiş və kömək etməyini xahiş etmişdir. Elə həmin ərəfəİərdə tanışı X11 ilə danışan zaman tanıdığı Ramizə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MTK-da A blokunda yerləşən 17 (20) saylı mənzili satmaq istədiyini bildirmişdir. Onlar birlikdə həmin evə gedib baxmış və evə baxan zaman evin tamamilə təmirsiz olduğunu, ümumiyyətlə evdə hər hansı bir iş aparılmadığını görmüşdür. Bundan sonra o, dərhal İsrafılə 32.000 manat pul ödəmiş və evi almışdır. Həmi n vaxt evin çıxarışı olmasa da, müqavilə olmuşdur. Həmçinin o, İsrafildən evin ödənişinin tamamilə ödənilməsi ilə bağlı maliyyə arayışı almışdır. Bundan sonra evdə təmir işləri aparılması üçün evin mülkiyyətçisi olan Mehriban X2 13 oktyabr 2012-ci ildə etibarnamə vermişdir. Həmin vaxt o, evi Firidunə satacağını bildiyi üçün Mehribandan onun adına etibarnamə verməsini istəməmişdir. Bundan sonrakı müddətdə Firidun ona 45.000 ABŞ dolları pulu 3-4 dəfə olmaqla göndərmişdir. Firidun özü Qazaxıstan Respublikasının Aktau şəhərində yaşadığından həmin pulların bir hissəsini arvadı, bir hissəsini dostu Hümbət Əliyev vasitəsilə, bir hissəsini isə özü şəxsən əlbəəl olaraq ABŞ dolları formasında vermişdir. Daha sonra evin təmirinə başlanılmış və təmir üçün Firidun ona hissə-hissə olmaqla ümumilikdə 30. 000 ABŞ dolları pul vermişdir. Firidun və ailəsi Qazaxıstan Respublikasının Aktau şəhərində yaşasalar da, ara-sıra Azərbaycana gəldikdə həmin evdə yaşamışlar. 28 fevral 2014-cü ildə Mehriban Musayeva həmin evlə bağlı X4 baş etibarnamə vermişdir. Bundan sonrakı müddət ərzində o, Ramiz və İsrəfil dəfələrlə bir məclisdə olmşlar. Həmin vaxt onların aralarında evlə bağlı söhbətlər olmus və Ramiz İsrəfildən pulu almasını təsdiq etmişdir. Ramiz İsrəfildən evin ödənişini almasaydı, görüşlərdən birində və yaxud da bu günədək ona İsrəfilin pulu ödəməməsi ilə bağlı irad bildirərdi. Çünki ev alındıqdan sonra orada bir müddət Anaxanımın qohumları yaşamış, hətta ev kirayə verilmişdir. Həmin evdə kirayədə yasayan şəxslər də evin ödənişini Firidunun kürəkəni Elman vasitəsilə Firidunun özünə etmislər. O, t əxminən 8-9 il əvvəl Ramizə 5.000 manat borc vermişdir. Ramiz də uzun müddət onun borcunu qaytarmamrsdır. Təxminən 2023-cü ildə Ramizlə danışan zaman borcunu yenidən istəmişdir. Lakin Ramiz borcunun olmadığını, əksinə onun borcunun olduğunu demiş və zəngi sonlandırmışdır. Halbuki onun Ramizə borcu olmamışdır. X12 bütün bunların şahidi olsa da, o, vəfat etmişir.

8. Həmin material üzrə X13 verdiyi izahatında bildirmişdir ki, onun təxminən 2012-ci ildə Abşron rayonu, Xırdalan səhəri, H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MTK-da A blokunda yerləşən 17 (20) saylı mənzili var idi. Həmin ərəfələrdə o, yoldası Mehribanın dayısı İsrəfilə həmin evi satmasını bildirmişdi. Təxminən 2014-cü ilin əvvəllərində İsrəfil ona evi Saqib adlı tanışının yaxınına satacağını və buna görə də Saqibin tanışı Firidun un yoldaşı Anaxanım Həbibovaya etibarnamə verilməli olduğunu demisdir. O, İsrəfildən ödənişin nə vaxt ediləcəyini soruşduqda sonuncu ona qısa müddət ərzində pulu Saqibdən alıb verəcəyini, sonra evi rəsmiləşdirəcəyini bildirmişdir. O, da razılaşmış və yoldaşı Mehriban, Anaxanım Həbibovaya etibarnamə vermişdir. Həmin vaxt o. ilin böyük hissəsini Rusiya Federasiyasında olduğundan onun Azərbaycandakı işlərini İsrəfil görürmüş. Təxminən 2014-cü ilin ortalarında məlum olmuşdur ki, İsrəfil onun əmlaklarını ələ keçirmək istəyir. O, İsrəfillə danışan zaman sonuncudan evin pulunun ödənilib-ödənilməməsini sorusmusdur. İsrəfil də ona evin ödənişinin edilmədiyini demişdir. Həmin vaxt onunla İsrəfil arasında milyon manatların problemi yarandığından, sonralar İsrəfildən bu barədə heç bir şey soruşmamış dır. Həmçinin onun İsrəfillə arasına Yüksək məbləğdə pulun mübahisəsi gedirmiş və mənzilin pulu ona verilmədiyi üçün evin rəsmiləşdirilmədiyini düşünmüşdür. Təxminən 2015-ci ildə İsrəfil vəfat etmişdir. Lakin o həmin zaman evlə maraqlanmamışdır. Belə ki, o, düşünmüşdür ki, evin pulu ona verilmədiyi üçün evi alan şəxslər evi sənədləşdirməmişdir. Təxminən 2023-cü ildə həmin binanın komendantı onunla əlaqə saxlayaraq evin onun adına olduğunu və sənədləsdirmə prosesi üçün razılığın vacib olduğunu demişdir. Həmin vaxt o buna razılıq verməyərək evin ödənişinin edilmədiyni bildirmiş və evin İddiaçı qızının adına rəsmiləşdirilərək çıxarış alınmasından imtina etmişdir. Onun həmin evdə yaşayan olmasından, evin Saqib tərəfindən təmir edilməsindən və İsrəfilin Saqibdən evin ödənişini almasından xəbəri olmamışdır. Lakin daha böyük problemlərə görə həmin ev ilə maraqlanmamışdır. Onun yoldaşı Mehriban Musayevanın 13 oktyabr 2012-ci il tarixdə İsrəfil Məstəliyevə etibarnamə verməsindən xəbəri olmamışdır. İsrəfil yoldaşı Mehribanın dayısıdır. İsrəfil Mehribanı aldadaraq notariusa aparmış, Mehriban da dayısı olduğu üçün İsrəfilə güvənmiş və sözündən çıxmamışdır. İsrəfil həmin evə görə nə Mehribana, nə də ki, ona heç bir manat pul verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı oğlunun (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 127.500 manat (75.000 ABŞ dolları) məbləğində vəsaitin, 418 manat ödənilmiş dö vlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, dayısı oğlu olan cavabdeh ilə danışarkən hər dəfə cavabdeh ona Bakıda ev almağı təklif edirdi. İddiaçı isə maddi imkanıın olmadığını bildirmişdir. Lakin, sonra cavabdehin təklifi ilə razılaşıb Bakı şəhərində özümə ev almaq fikrinə düşmüşdür. İddiaçı özü Bakıda yaşamadığı, Bakı şəhərində demək olar ki, heç kimi tanımadığına görə cavabdeh iddiaçıya ev tapa biləcəyini bildirdi. Bir neçə gündən sonra cavabdeh iddiaçıya zəng edərək Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MTK-a məxsus Xırdalan şəhərində yerləşən 2 otaqlı ev satışa çıxdığını, qiymətinin 52.000 ABŞ dollarından 45.000 ABŞ dollarına endirdiyini və həmin evi almağı məsləhət gördüyü nü bildirmişdir. İddiaçı da həmin məbləği hissə-hissə verə biləcəyini bildirmişdir. Cavabdeh də bununla razılaşmışdır. Beləliklə, hissə-hissə olmaqla 45.000 ABŞ dolları məbləğində pulun bir hissəsini iddiaçı özü şəxsən əlbəəl, digər hissəsini həyat yoldaşı, bir hissəsini də dostu Hümbət Əliyev vasitəsilə Bakı şəhərində cavabdehə vermişdir. Cavabdeh də iddiaçıya evin alğı-satqısının baş tutduğunu və evin artıq iddiaçının olduğumu bildirmişdir. Bir müddət sonra isə iddiaçı yenə də hissə-hissə olmaqla evin təmiri üçün 30.000 ABŞ dolları miqdarında pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh də narahat olmamağı və evi də keyfiyyətli şəkildə təmir etdirəcəyini bildirdi. İddiaçı 4-5 ildir ki, evin təmirini tam şəkildə bitirərək həmin evi təmirli vəziyyətdə kirayə verməyə başlamışdır. Kirayəçilər isə kirayə pulunu iddiaçının kürəkəni Elman Əliyevə ödəmişlər. 2023-cü ilin oktyabr-noyabr aylarında iddiaçının kürəkəni Elman Bakı şəhərinə gələrək Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" MTK-a məxsus binanın A Bloku, 4-cü mərtəbə 1-ci giriş 2 otaqlı ümumi sahəsi 104,84 kv.m olan mənzilin çıxarışı düzəldib satmaq istəmişdir. MTK-nın nümayəndəsi evin sahibi Mehriban Musayevanın və həyat yoldaşının razılığı lazım olduğunu bildirdi. Elman həmin şəxslərlə əlaqə saxladıqda isə Mehriban Musayeva və həyat yoldaşı Ramiz adlı şəxs evi satmağa razılıq vermədiklərini, əlavə olaraq 55.000 manat pul tələb edərək evin sənədləşdirilməsi üçün lazımı sənədləri verməkdən imtina etdiyi, cavabdehin evin alınması üçün onlara heç bir ödəniş etmədiyini bildirmişlər. Bundan sonra Mehriban və Ramiz in dələduzluq etdiyini fikirləşib iddiaçı onlar barəsində Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi nəticəsində başlanılmış araşdırma nəticəsində bəlli olmuşdur ki, iddiaçının pulunu mənimsəyən şəxs cavabdeh dayısı oğludur. Lakin Abşeron Rayon Polis İdarəsi də öz qərarında Cavabdeh qarşı iddiaçıya dəymiş ziyanın ödəmilməsi üçün aidiyyatı məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişdir. Cinayət işi başlanılmasının rədd edilməsi barədə 30 iyul 2024-cü il tarixli qərardan da Cavabdeh hüquqazidd hərəkətləri və iddiaçıya məxsus 75.000 ABŞ dolları (127.500 manat ) məbləğində vəsaiti mənimsəməsi öz təsdiqini tapır. İddia tələbinin sübut edən dəlillər qismində Cinayət işi başlanılmasının rədd edilməsi barədə 30 iyul 2024-cü il tarixli qərar iş tirak etmişdir.

11. Məhkəmə tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi və X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

12. Məhkəmə iclasında cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək izahatında qeyd etmişdir ki, o, sözügedən mənzili bibisi oğlu olan iddiaçı üçün onun tapşırığı əsasında mənzilin ilkin sahibi Mehriban Musayevadan onun etibarnamə üzrə nümayəndəsi kimi çıxış etmiş X6 (vəfat etmişdir) vasitəsilə almışdır (maliyyə arayışı və etibarnamə iş materiallarına əlavə edilmişdir).

13. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X16 ifadəsində bildirmişdir ki, iddiaçı onun dostudur və uzun illərdir Qazaxıstan Respublikasında yaşayır. Mübahisə predmeti olan mənzilin alınmasından məlumatı vardır. Həmin mənzil təxminən 10 il dən uzun müddətdir ki, iddiaçı tərəfindən alınmış və iddiaçının ailəsi mənzili təmir etdirdikdən dərhal sonra həmin mənzildə yaşamışlar. Mənzil son 3-4 il ərzində isə kirayəyə verilmişdir. Həmin mənzilin əldə edilməsi ilə bağlı müvafiq pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə hissə-hissə göndərilməsi ona məlumdur.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(004)-4576/2024 tarixli, 28 noyabr 2024-cü il nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilməməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi ilk olaraq nəzərə aldığını qeyd etmişdir ki, iddiaçı və ailəsi sözügedən mənzildə tam təmir etdirdikdən sonra təxminən 10 ildən artıq həmin mənzildə yaşamışdır (mənzilin sahibi olmuşdur). Həmin mənzilin alınması ilə bağlı cavabde hin hüquqi roluna münasibətdə məhkəmə hesab edir ki, cavabdeh mənzilin alınması ilə bağlı iddiaçını nümayəndə qismində təmsil etmişdir (təmsilçi). Cavabdeh tərəfin arqumentlərinə əsasən o, həmin vaxt MKİS rəisi olduğundan mənzili bibisi oğlu olan iddiaçının tapşırığı (xahişi) ilə özünün vəsaiti hesabına iddiaçı üçün almış, daha sonra isə həmin pul (alğı-satqı və təmir xərci) iddiaçı tərəfindən bir neçə ay ərzində hissə-hissə ona göndərilmişdir (iddiaçı tərəf və şahid də bu xüsusatı məhkəmə qəbul edir).

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf isə Abşeron RPİ İŞ-nin cinayət işi başlanılmasının rədd edilməsi barədə 30 iyul 2024-cü il tarixli qərarından başqa hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Sözügedən qərara və həmin şikayət ərizəsi üzrə cavabdehin izahatına əsasən cavabdehin hazırkı iddia ərizəsində göstərilən xüsusatları etiraf etməsi xüsusatı müəyyən edilmir. Belə ki, həmin izahatda da o, qeyd etmişdir ki, mənzil alındıqdan sonra mənzilin pulu 3-4 dəfəyə iddiaçı tərəfindən ona göndərilmişdir. Bu hal, cavabdehi təmsilçi qismində deyil, müstəqil subyekt olaraq müqavilə tərəfi kimi çıxış etməsinə dəlalət etsə də, sözügedən hallar hüquqi məsələlərdir və mülki işin bilavasitə nəticəsinə ciddi təsir etmir.

17. Məhkəmə daha sonra qeyd etmişdir ki, sözügedən mənzilin digər mülkiyyətçisinin olması faktiki halı mövcud olsa da, buna görə hazırkı mülki iş üzrə cavabdehin öhdəliklə (təqsir) mükəlləf edilməsi sübuta yetirilmir. Yəni, cavabdehin sanki iddiaçıdan mənzilin pulunu alsa da mənimsəməsi xüsusatı ağlabatan hesab edilmir. Nəzərə alınmalıdır ki, iddiaçın ın ailəsi həmin mənzildə uzun illər (10 ildən çox) yaşamış, mənzili təmir etdirmiş, kirayə vermiş, mənzilə dair çıxarış əldə etmək niyyəti yarandıqdan sonra MTK tərəfindən ona bildirilmişdir ki, mənzilin sahibi başqasıdır.

18. Məhkəmə bundan başqa qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən müəyyən edilir ki, sözügedən mənzilə dair Mehriban Musayeva (mənzilin iddia olunan ilk mülkiyyətçisi, yəni, tərəflərin deməsinə görə mənzil ondan alınmışdır) tərəfindən İddiaçı arvadı X4 10 il müddətinə etibarnamə verilmişdir. Deməli, həmin mənzilə dair tərəflər arasında qeyri-rəsmi formada alğı-satqı münasibətləri olmuşdur. Yəni, cavabdeh tərəfindən iddiaçının pulunun mənimsənilməsi (əsassız varlanma, delikt, müqavilə öhdəliklərinə əməl edilməməsi və s.) xüs usatı sübuta yetirilmir. Bununla bağlı iddiaçı həmin mənzilə dair kifayət qədər araşdırma aparmaqla (faktiki vəziyyəti müəyyən etməklə) məhz mənzilin təhvil verilməsinə dair müvafiq iddia tələbi üzrə müvafiq cavabdehlərə (MTK və s.) qarşı iddia qaldıra bilər. Polis orqanında aparılan təhqiqat araşdırması çərçivəsində isə belə bir nəticə gəlmək tam dolğun olmaya bilər.

19. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, polis orqanının qərarında müvafiq hüquqi nəticə müəyyən edilmiş olsa belə, məhkəmə təhqiqat orqanının prosessual qərarından asılı deyildir. Polis orqanı məsələnin mülki-hüquqi mahiyyətinə deyil, cinayət əməli və ya cinayət faktına (əgər varsa) hüquqi qiymət verməlidir.

20. Sonda məhkəmə mübahisəyə yalnız iş üzrə təqdim edilmiş sübutlar əsasında baxaraq qərar qəbul etməyi əsaslı he sab etmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 779.1, 779.2, 779.2.1, 777.2, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1095, 1091-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətini iddia tələbinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir. Bu norma mülki hüququn təməl prinsiplərindən biridir və birinci instansiya məhkəməsinin də bu normanı bilməməsi istinasnadır. Əgər Cavabdeh iddiaçıdan 75.000 ABŞ dolları məbləğində pul vəsaitini alıbsa, deməli həmin məbləği evin alınması və təmiri üçün xərclədiyini, həmin pulu Mehriban Musayevaya verməsini sübuta yetirməlidir. Bu öhdəlik də iddiaçının yox, cavabdehin üzərindədir. Heç bir sübut və dəlil olmadan iddiaçı nə evi, nə üçüncü şəxsə - Saqibə Məmmədov ödədiyi pul vəsaitini mülkiyyətçidən tələb edə bilməz. Məhkəmənin mövqeyinin əksinə olaraq, üçüncü şəxsin məhkəməyə təqdim etdiyi ərizələrdən, həmçinin üçüncü şəxsin həyat yoldaşının Abşeron RPİ-də verdiyi izahatdan da görünür ki, cavabdeh üçüncü şəxsə heç bir vəsait ödəməyib.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apel lyasiya instansiyası məhkəməsi) 2(103)-1235/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, 75.000 ABŞ dolları məbləğində pulun ödəniləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 417,5 manatın, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 209 manatın, cəmi 626,5 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, cavabdeh Abşe ron RPİ-nin İstintaq Şöbəsində verdiyi izahatda etiraf edib ki, iddiaçı mənzil əldə edilməsi üçün ona 2012-ci ildən başlayaraq hissə-hissə 45.000 ABŞ dolları verib, daha sonra mənzilin təmiri üçün ona hissə-hissə 30.000 ABŞ dolları, cəmi 75.000 ABŞ dolları verib (iş v. 40). Göründüyü kimi, cavabdeh iddiaçıdan 75.000 ABŞ dolları aldığını etiraf etmişdir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmin pul mənzilin əldə edilməsinə və təmirinə görə alınıb, lakin cavabdeh iddiaçıya mənzilə dair hüquq müəyyənedici sənəd (müqavilə, reyestr çıxarışı və s.) və ya iddiaçının adından həmin pulu başqa şəxsə ödədiyini təsdiq edən sənəd (kassa mədaxil orderi və s.) təqdim etməmişdir.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh əsassız varlanmış şəxs hesab olunur. Ona görə də cavabdeh 7 5.000 ABŞ dollarını geri qaytarmalıdır. Pulun qaytarılması üçün AR Mülki Məcəlləsinin 1095-ci maddəsində müəyyən edilmiş iki illik müddət keçməyib, çünki pulu qaytarmaq hüququ iddiaçıya 2023-cü ildə məlum olub, 2024-cü ildə isə hazırkı iddia verilib.

28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1092.1, 1095-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

29. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiy a məhkəməsi, iddiaçının qanunsuz maraqlarını hər vasitə ilə müdafiə etməyə çalışmış, lakin bu yanaşma hüquq və qanunvericilik prinsiplərinə uyğun olmadığından nəticə verməmişdir. Məhkəmə, normativ əsasların mövcud olmadığı halda, hüquqi norma "uydurmağa" cəhd göstərmiş və qətnamə qəbul edərkən yalnız cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmiş, cavabdehin təqdim etdiyi sübutlara və əsaslı etirazlarına qiymət verməmişdir. Məhkəmə, tərəflər arasında pulun verilməsini mübahisəsiz hal kimi qəbul edərək, cavabdehin guya razılaşma şərtlərini pozduğunu əsas götürmüş, lakin həmin razılaşmanın - yəni tapşırıq müqaviləsinin – şərtlərinin ziddiyyətli olmasını və Mülki Məcəllənin 404-cü maddəsinə əsasən təfsir edilməli olduğunu nəzərə almamışdır.

31. A pellyasiya instansiyası məhkəməsi isə cavabdehin etirazlarının nədən ibarət olduğunu və onların niyə əsassız olduğunu əsaslandıra bilməmiş, eyni zamanda iddiaçının apellyasiya şikayətini hüquqi qiymətləndirmə aparmadan təmin etmişdir. İş materiallarına əsasən məlum olmuşdur ki, cavabdeh mənzili iddiaçının tapşırığı ilə onun üçün, ilkin sahibi Mehriban Musayevadan, etibarnamə ilə hərəkət edən Məstəliyev vasitəsilə əldə etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, mənzilin pulu ona 3-4 dəfə olmaqla iddiaçı tərəfindən göndərilmişdir. Bu fakt, cavabdehin təmsilçi kimi deyil, tərəf kimi çıxış etdiyini göstərsə də, bu hüquqi məsələ kimi qiymətləndirilməli və mülki işin nəticəsinə birbaşa təsir etməməli idi.

32. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının ailəsi mənzildə 10 ildən artıq müddət ya şamış, mənzili təmir etmiş və kirayə vermişdir. xx.xx.2014-cü il tarixli etibarnamə ilə müəyyən edilmişdir ki, mənzilin ilkin sahibi tərəfindən iddiaçının həyat yoldaşına 10 il müddətinə etibarnamə verilmişdir. Bu, tərəflər arasında qeyri-rəsmi alğı-satqı münasibətlərinin mövcud olduğunu təsdiq etmişdir. Nəticə olaraq, cavabdehin iddiaçının pulunu mənimsəməsi, müqavilə öhdəliklərini pozması və ya əsassız varlanma hallarına dair təqdim edilmiş sübutlar qeyri-kafi olmuş və bu iddialar sübuta yetirilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğuna görə şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

36. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

37. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş raz ılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

38. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyy ənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

46. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

47. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud eh tiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

48. Maddə 781.Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etm ək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini ya lnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədləri ndən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hal larının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

64. İddia tələbindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci ildə iddiaçı tərəfindən ona mənzil alınması və mənzilin təmir edilməsi üçün hissə-hissə cavabdehə 75.000 manat məbləğində pul ödədiyini qeyd etmiş, cavabdehdən 127.500 manat (75.000 ABŞ dolları) məbləğində vəsaitin, 418 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

65. Məhkəmələrin müəyyən etdiyi işin hallarından görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən binasında A Bloku, 4-cü mərtəbə 1-ci giriş 2 otaqlı ümumi sahəsi 104,84 kv.m. olan 17 nömrəli mənzil Mehriban Musayevaya məxsus olmuşdur. Mehriban Musayeva həmin mənzili "xxxx" MTK-dan 8 iyul 2008-ci il tarixdə 32.912 manat məbləğinə almışdır. İddiaçı ilə Cavabdeh arasında qohumluq münasibəti olduğuna görə, iddiaçı Mehriban Musayevaya məxsus Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən binasında A Bloku, 4-cü mərtəbə 1-ci giriş 2 otaqlı, 17 nömrəli mənzili alaraq təmir etdirməsi məqsədi ilə 2012-ci ildən başlayaraq Cavabdeh hissə-hissə ümumilikdə 75.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 58.920 manat) pul vermişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə mənzilin sahibi Mehriban Musayeva öz dayısı X7, qeyd olunan mənzilə dair 70 il müddətinə xx.xx.2083-cü il tarixədək sərəncam vermək də daxil olmaqla bütün hüquqları etibar etməsi ilə bağlı notariat qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Daha sonra isə xx.xx.2019-cu il tarixdə mənzilin sahibi Mehriban Musayeva iddiaçının arvadı, Qazaxstan Respublikasının vətəndaşı - X4, həmin mənzilə dair 10 il müddətinə xx.xx.2024-cü il tarixədək sərəncam vermək də daxil olmaqla bütün hüquqları etibar etməsi ilə bağlı notariat qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Mənzili təmirli vəziyyətdə qəbul etdikdən sonra iddiaçı mənzili kənar şəxslərə kirayə verməyə başlamış, kirayəçilər isə kirayə pulunu iddiaçının kürəkəni Elman Əliyevə ödəmişlər. 2023-cü ilin oktyabr-noyabr aylarında iddiaçı mənzilin çıxarışını əldə edib satmaq istəmiş, MTK-nın nümayəndəsi bunun üçün mənzilin sahibi Mehriban Musayevanın və həyat yoldaşının razılığı lazım olduğunu bildirmiş, Mehriban Musayeva və həyat yoldaşı Ramiz adlı şəxs evi satmağa razılıq verməyərək əlavə olaraq iddiaçıdan 55.000 manat pul tələb edərək, mənzilin sənədləşdirilməsi üçün lazımı sənədləri verməkdən imtina etmiş, cavabdehin evin alınması üçün onlara heç bir ödəniş etmədiyini bildirmişlər. Bundan sonra iddiaçı Mehriban Musayeva və həyat yoldaşı Ramiz Musayevin qanunsuz əməlləri barədə ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin ərizə üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində “cinayət işi başlanılmasının rədd edilməsi barədə” 30 iyul 2024-cü il tarixli qərar qəbul edilmişdir. Daha sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

66. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, iddiaçı və ailəsinin sözügedən mənzildə tam təmir etdirdikdən sonra təxminən 10 ildə n artıq yaşamalarını (mənzilin sahibi olmalarını), cavabdehin mənzilin alınması ilə bağlı iddiaçını nümayəndə qismində təmsil (təmsilçi) etməsini, cavabdeh tərəfin arqumentlərinə əsasən onun həmin vaxt MKİS rəisi olduğundan mənzili bibisi oğlu olan iddiaçının tapşırığı (xahişi) ilə özünün vəsaiti hesabına iddiaçı üçün almasını, daha sonra isə həmin pulun (alğı-satqı və təmir xərci) iddiaçı tərəfindən bir neçə ay ərzində hissə-hissə ona göndərilməsini, iddiaçı tərəfin isə Abşeron RPİ İŞ-nin cinayət işi başlanılmasının rədd edilməsi barədə 30 iyul 2024-cü il tarixli qərarından başqa hər hansı mötəbər sübut təqdim edə bilmədiyini, sözügedən qərara və həmin şikayət ərizəsi üzrə cavabdehin izahatına əsasən cavabdehin hazırkı iddia ərizəsində göstərilən xüsusatları etiraf etməsi xüsusatının müəy yən edilməsi, yəni həmin izahatda da cavabdehin mənzil alındıqdan sonra mənzilin pulunun 3-4 dəfəyə iddiaçı tərəfindən ona göndərilməsini bildirməsi, sözügedən mənzilin digər mülkiyyətçisinin olmasının faktiki halı mövcud olsa da, buna görə hazırkı mülki iş üzrə cavabdehin öhdəliklə (təqsir) mükəlləf edilməsinin sübuta yetirilmədiyini, yəni cavabdehin sanki iddiaçıdan mənzilin pulunu alsa da mənimsəməsi xüsusatının ağlabatan hesab edilmədiyini, iddiaçının ailəsinin həmin mənzildə uzun illər (10 ildən çox) yaşaması, mənzili təmir etdirməsi, kirayə verməsi, mənzilə dair çıxarış əldə etmək niyyəti yarandıqdan sonra MTK tərəfindən ona mənzilin sahibinin başqası olmasının bildirilməsinin nəzərə alınmalı olmasını, xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən sözügedən mənzilə dair Mehriban Musay eva tərəfindən iddiaçının arvadı Anaxanım Həbibovaya 10 il müddətinə etibarnamə verilməsini, bununla da həmin mənzilə dair tərəflər arasında qeyri-rəsmi formada alğı-satqı münasibətlərinin olması, yəni, cavabdeh tərəfindən iddiaçının pulunun mənimsənilməsi (əsassız varlanma, delikt, müqavilə öhdəliklərinə əməl edilməməsi və s.) xüsusatının sübuta yetirilməməsi, polis orqanının qərarında müvafiq hüquqi nəticə müəyyən edilmiş olsa belə, məhkəmənin təhqiqat orqanının prosessual qərarından asılı olmamasını, polis orqanının məsələnin mülki-hüquqi mahiyyətinə deyil, cinayət əməli və ya cinayət faktına (əgər varsa) hüquqi qiymət verməli olduğunu qeyd etmiş, bununla bağlı iddiaçının həmin mənzilə dair kifayət qədər araşdırma aparmaqla (faktiki vəziyyəti müəyyən etməklə) məhz mənzilin təhvil verilm əsinə dair iddia tələbi üzrə müvafiq cavabdehlərə (MTK və s.) qarşı iddia qaldıra bilməsini, polis orqanında aparılan təhqiqat araşdırması çərçivəsində isə belə bir nəticə gəlməyin tam dolğun olmaya bildiyini göstərməklə həmin nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin vəkalət alanın məsuliyyətini nəzərdə tutan 779-cu maddəsinə əsaslanmışdır.

67. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, cavabdeh Abşeron RPİ-nin İstintaq Şöbəsində verdiyi izahatda etiraf edib ki, iddiaçı mənzil əldə edilməsi üçün ona 2012-ci ildən başlayaraq hissə-hissə 45.000 ABŞ dolları verib, daha sonra mənzilin təmiri üçün ona his sə-hissə 30.000 ABŞ dolları, cəmi 75.000 ABŞ dolları verib. Göründüyü kimi, cavabdeh iddiaçıdan 75.000 ABŞ dolları aldığını etiraf etmişdir. Həmin pul mənzilin əldə edilməsinə və təmirinə görə alınıb, lakin cavabdeh iddiaçıya mənzilə dair hüquq müəyyənedici sənəd (müqavilə, reyestr çıxarışı və s.) və ya iddiaçının adından həmin pulu başqa şəxsə ödədiyini təsdiq edən sənəd (kassa mədaxil orderi və s.) təqdim etməmişdir. Bu hald cavabdeh əsassız varlanmış şəxs hesab olunur. Ona görə də cavabdeh 75.000 ABŞ dollarını geri qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin əsassız varlanmanı tənzimləyən 1092.1, 1095-ci maddələrinə əsaslanmışdır.

68. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, apellyasiya instansi yası məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən, tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iş materiallarında olan və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutların mötəbər olub-olmamasını araşdırmamış, həmin halların araşdırılması ilə bağlı tərəflərin fikirlərini nəzərə almamış və qiymət verməmişdir.

69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mənzilin alınması ilə bağlı iddiaçını nümayəndə qismində təmsil etməsini düzgün qiymətləndirməmiş, Mülki Məcəllənin tapşırıq müqaviləsini və vəkalət alanın məsuliyyətini nəzərdə tutan 777 və 779-cu maddələrinin tələbləri baxımından cavabdehin vəkalətə əsasən tapşırığın icra sı zamanı iddiaçıya zərər vurub-vurmaması ilə bağlı işin halları üzrə dəyərləndirmə aparmamışdır.

70. Həmçinin bununla bağlı apellyasiya məhkəməsi, cavabdehin iddiaçıdan aldığı pulu mənzilin əldə edilməsinə və təmirinə görə aldığını, lakin iddiaçıya mənzilə dair hüquq müəyyənedici sənəd (müqavilə, reyestr çıxarışı və s.) və ya iddiaçının adından həmin pulu başqa şəxsə ödədiyini təsdiq edən sənəd (kassa mədaxil orderi və s.) təqdim etməməsi barədə nəticəyə gələrkən, mənzilin 10 ildən çox müddət ərzində iddiaçının faktiki sahibliyində və istifadəsində olmasını, həmin müddət ərzində iddiaçının cavabdehə hər hansı etiraz bildirməməsini, eyni zamanda mənzilin müqavilə üzrə sahibi Mehriban Musayevanın iddiaçının arvadına etibarnamə verdikdən keçən müddət ərzində iddiaçıya etirazını bildirib mənz ili geri tələb etməməsini nəzərə almamış, işin faktiki hallarına Mülki Məcəllənin bəyənməni (sonradan verilən razılıq) tənzimləyən 357-ci maddəsi baxımından qiymət verməmişdir. Qeyd edilən hallar, keçən müddət ərzində iddiaçının cavabdehə tapşırığın icrası ilə bağlı etiraz etməməsinə əsasən, tapşırığa əsasən cavabdehin gördüyü işin nəticəsini bəyənməsini, habelə əqd bağlanan zaman mənzilin müqavilə üzrə sahibi Mehriban Musayevanın iddiaçının arvadı, Anaxanım Həbibovaya, həmin mənzilə dair 10 il müddətinə xx.xx.2024-cü il tarixədək sərəncam vermək də daxil olmaqla bütün hüquqları etibar etməsi ilə bağlı etibarnamə verməsi ilə əqdin bəyənilməsini nizama salan müvafiq qanunvericiliyin tətbiqini zəruri edir.

71. Belə ki, mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tuta n Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

72. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən isə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

73. Məhkəmə kollegiyası eyni zamanda hazırkı işin halları baxımından Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarın diqqət yetirilməsini məqsədəuyğun sayırş

74. Adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan v erilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etira z etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”.

75. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra o lunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Buna görə də əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hallarını tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət vermədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına gətirib çıxarır.

76. Hazırkı işdə isə apellyasiya instansiya sı məhkəməsi qeyd edilən istiqamətdə hər hansı araşdırma aparmadan, iddianı cavabdehin öhdəliklə (təqsir) mükəlləf edilməsinin sübuta yetirilmədiyini, yəni cavabdehin sanki iddiaçıdan mənzilin pulunu alsa da mənimsəməsi xüsusatının ağlabatan hesab edilmədiyini, iddiaçının ailəsinin həmin mənzildə 10 ildən çox yaşaması, mənzili təmir etdirməsi, kirayə verməsi, mənzilə dair çıxarış əldə etmək niyyəti yarandıqdan sonra MTK tərəfindən ona mənzilin sahibinin başqası olmasının bildirilməsinin nəzərə alınmalı olmasını, xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən sözügedən mənzilə dair Mehriban Musayeva tərəfindən iddiaçının arvadı Anaxanım Həbibovaya 10 il müddətinə etibarnamə verilməsini, bununla da həmin mənzilə dair tərəflər arasında qeyri-rəsmi formada alğı-satqı münasibətlərinin olması, yən i, cavabdeh tərəfindən iddiaçının pulunun mənimsənilməsi (əsassız varlanma, delikt, müqavilə öhdəliklərinə əməl edilməməsi və s.) xüsusatının sübuta yetirilməməsini qeyd etməklə iddianı rədd etmiş birinci instansiya məhkəməsi ilə razılaşmayaraq, iddianı təmin etmişdir.

77. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən, 10 ildən artıq müddət ərzində iddiaçının sahibliyində və istifadəsində olmuş mənzilə görə kommunal və digər ödənişlərin kimin adından ödənilməsi ilə bağlı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MTK-nın nümayəndəsinin mövqeyini, eyni zamanda mənzilə dair 10 il müddətinə sərəncam vermək də daxil olmaqla bütün hüquqları etibar etməsi ilə bağlı iddiaçının arvadı Anaxanım Həbibovaya etibarnamə vermiş üçüncü şəxs Mehriban Musayevanın mövqeyi ni öyrənməmişdir.

78. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halları araşdırmadan apellyasiya instansiyası məhkəməsinin, iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə əsassızdır.

79. Göstərilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

80. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadı n möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

81. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

82. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 200 5-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

83. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətiri lməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

84. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

85. Göstərlənlərdən aydın olur ki, yuxarıda qeyd olunan iş üçün mühüm əhəmiyyət kəsb edən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndi rilməmiş, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.

86. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

87. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

88. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, o cümlədən mənzilin iddiaçının faktiki sahibliyində və istifadəsində olduğu 10 ildən çox müddət ərzində iddiaçının cavabdehə hər hansı etiraz bildirməməsinin səbəbi, eyni zamanda mənzilin müqavilə üzrə sahibi Mehriban Musayevanın iddiaçının arvadına etibarnamə verdikdən keçən müddət ərzində iddiaçıya hər hansı etiraz bildirməməsinin səbəbi araşdırılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunaraq, işin müəyyən edilm iş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul olunmalıdır.

89. Məhkəmə kollegiyası eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işə məhkəmə iclasında baxılması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 8 may 2025-ci il tarixli qərardadı ilə hazırkı mülki işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Mülki işə şifahi icraat qaydasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından vəsatət əsassızdır və təmin edilə bilməz.

90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil ol muş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.

91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1235/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar