Məhkəmə qərarları › İş №2(102)-1832/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1832/2020

09.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1832/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə qarşı “gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması və orada qoyulmuş darvazanın sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəf indən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Qarayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı məxsus Qax şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsinə iddiaçıya gediş-gəliş üçün yaradılan maneələrin aradan qaldırılması və Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın sökülməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməsi qət ed ilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli, İ.Quliyev) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə Cavabdeh1 kasasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Mahmudov, hakimlər E.Hüseynov və V.Məlikov) Cavabdeh1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə qarşı “gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması və orada qoyulmuş darvazanın sökülməsi barədə” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək gedişgəliş yolunun açılması, maneələrin aradan qaldırılması və orada qoyulmuş darvazanın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Qax şəhəri, M.F.Axundov küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70.8 kv.m olan yaşayış, 35.19 kv.m köməkçi sahədən ibarət 18A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hü ququ üzrə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, Qax şəhəri, 28 May küçəsində, 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 25.42 kv.m olan yaşayış, sahədən ibarət 10b nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli ekspertin rəyində mübahisələndirilən torpaq sahəsinin təsərrüfatın DWG faylına əsasən 4876B kimi qeyd olunmuş bələdiyyə mülkiyyəti olan ərazisi olduğu, həmin fayldan çıxarışın mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də göstərildiyi, Qax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2007-ci il tarixli 02 nömrəli qərarı ilə cavabdehə verilmiş plan-ölçü sə nədində isə həmin ərazinin bir hissəsinin cavabdeh X1 mülkiyyəti, digər hissəsinin isə iddiaçı ilə cavabdehin qonşuluq sərhədinə qədər gediş-yolu kimi göstərildiyi, yolun son nöqtəsinin iddiaçının sərhədi başlamamış bitdiyi, iddiaçının qoyduğu giriş qapısının qabağında yol kimi iddia etdiyi ərazinin plan-ölçü sənədinə əsasən cavabdehin mülkiyyətində olduğu, cavabdehin həmin yolun öz giriş qapısına qədər olan hissəsinin istifadəsində olan torpağa qatdığı, həmin hissənin iddiaçının plan-ölçü sənədində yol kimi göstərilmədiyi, həmin hissənin mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də ştrixlənərək göstərildiyi, cavabdeh tərəfindən qoyulmuş darvazanın gediş-gəliş yolunun üzərində qoyulduğu, lakin həmin yolun ancaq cavabdehin həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş hissəsi olduğu, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun plan-ölçü sənədinə əsasən mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də iddiaçının cizgisindəki A-dan B-yə qədər olan 3.5 metr məsafədə göstərildiyi, həmin yol xəttinin sxem 3-də ştrixləndiyi, hal-hazırda iddiaçının faktiki istifadə konfiqurasiyasının sənəd üzrə olan konfiqurasiyadan fərqli olması, bu səbəbdən də iddiaçının öz plan-ölçü sənədində göstərilən gediş-gəliş yoluna çıxışının məhdudlaşdığı, faktiki istifadə vəziyyətinin mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də qeyd olunduğu göstərilmişdir. İddiaçı bildirir ki, Cavabdeh1 2007-ci ildə onun torpaq sahəsinə gedən gediş-gəliş yolunu darvaza qoyaraq bağlamışdır. Digər qonşusu da ona yol vermir. 2009-cu ildə ev inşa edərkən Cavabdeh1 zəbt etdiyi torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə etmişdir. Qonşuları olan cavabdehlər yolu zəbt etdiklərinə görə öz həyətyanı sahəsinə gediş gəliş yolu tap bilmir. Ona görə də gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması, darvazanın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş edirəm. Cavabdehlərdən Cavabdeh1 bildirir ki, darvazanı qoyduğu torpaq sahəsinə şəhadətnamə almasa da, həmin sahə onun mülkiyyətidir. İddiaçının yolu onun torpaq sahəsindən deyil, 28 may küçəsindən perpendikulyar olaraq ayrılan 1-ci döngədəndir. Belə ki, əslində iddiaçı öz evinin yerləşdiyi həyətyanı torpaq sahəsini və ona bitişik-hazırda ünvan 1 ünvanında olan birmərtəbəli köhnə fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə, bütöv olaraq 2008-ci ildə X2 almışdır və təbii ki, onun günübugün də ünvanı həmin ünvan, gedi ş-gəliş yolu da, özünün reyestrdən çıxarışında səhvən göstərildiyi kimi M.F.Axundov küçəsi istiqamətindən yox, 2008-ci ildə satın aldığı evin ünvanı, yəni ünvan 2şdırsa ondan da tələb etməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsi məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddia tələbinin faktiki halları tələbinin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilməməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilməməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi iddianı hər iki cavabdehə münasibətdə təmin etməmişdir. Apelyasiya instanisyası məhkəməsi Cavabdeh1 münasibətdə onun adına xx.xx.2008-ci il tarixdə Azə rbaycan Respublikası DTXK tərəfindən verilmiş “torpaq sahəsinin planı və ölçüsü”nə istinad edərək, qərarını onunla əsaslandırmışdır ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarına əsasən 699,37 kv.m torpaq sahəsi Cavabdeh1 məxsusdur və onun qanuni istifadəsindədir. Həmin sənəd isə torpaq sahəsinin ayrılması barədə qərarla birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır və mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmaması həmin torpağın cavabdehə məxsus olmaması demək deyildir. Bununla bağlı məhkəmə kolegiyası hesab edir ki, apelyasiya instanisyası məhkəməsi bu hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisəli torpaq sahəsi dövlət reyestrində qeydə alınmasa da həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyəti olması iş materialları ilə öz təstiqini tapmışdır. Bununla yanaşı iş materiallarından görünür ki, apelyasiya instansiya məhkəməsi digər Cavabdeh2 münasibətdə heç bir araşdırma aparmamış, sonuncuya münasibətdə də iddianı rədd etsə də qəbul etdiyi qərarda Cavabdeh2 münasibətdə iddianın rədd edilməsini əsaslandırmamaqla Mülki Prossesual Məcəllənin 220.4-cü maddəsinin tələblərini pozmuş, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarında əks olunan göstərişləri nəzərə almamışdır. Belə ki, iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “apelyasiya instansiyası məhkəməsi ekspertin rəyinin digər sübutlarla birgə qiymətləndirməmiş, ekspertin rəyinin məzmunun əks etdirməs inə baxmayaraq bu rəy ilə məhkəmənin razılaşmamasını qətnaməsində əsaslandırmamışdır. Belə ki, gəlinmiş nəticə iş materiallarında olan rəylə ziddiyyət təşkil edir. Daha sonra ekspert rəyində konkret olaraq göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu plan-ölçü sənədinə əsasən mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də (iş v. 57) «iddiaçının cizgisindəki A-dan B-yə qədər olan 3,5 metr məsafədə göstərilmişdir və həmin yol xətti ştrixlənmişdir. Bu sxemdən mübahisəsiz qaydada açıq-aşkar aydın olur ki, İddiaçı həyətyanı torpaq sahəsinə gedişgəliş yolu Qax şəhəri, M.F.Axundov küçəsi istiqamətindən yox, bu küçəyə paralel vəziyyətdə olan-Qax şəhəri, 28 May küçəsindən perpendikulyar olaraq ayrılan 1-ci döngədəndir. Bununla əlaqədar olaraq, apelyasiya instansiya məhkəməsi iddiaçıya məxsus “torpaq sahəsinin plan və ölçüsü” sənədini tələb edərək araşdırmamış, iddiaçının faktiki istifadəsindəki torpaq sahəsinin konfiqurasiyasının sənəd üzrə olan konfiqurasiyadan fərqli olması və bu səbəbdən də iddiaçının öz plan-ölçü sənədində göstərilən gediş-gəliş yoluna (28 may küçəsinə) çıxışının məhdudlaşdığı barədə rəydə qeyd edilənləri ( bax sxem 2 və 3-ün müqayisəsinə (iş v.56, 57) yoxlamamışdır. Cavabdeh apelyasiya şikayətində İddiaçı öz evinin yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinin X4, yəni digər Cavabdeh2 anasına məxsus hazırda ünvan 1 ünvanda yerləşən həyətin bir hissəsi kimi satın aldığını, həmin həyətin 28 May küçəsinə yolu olduğunu, həmin torpaq sahəsi bölünüb satıldığına görə iddiaçıya əvvəlki mülkiyyətçi tərəfindən yol verilməli old uğunu göstərsə də, bu dəlillər də apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış qalmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətinin bununla bağlı dəlillərinə qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı ev və həyətyanı torpaq sahəsini Ə.M.Muxtarovadan alarkən evin yolunun məhz hansı küçədən olmasını aydınlaşdırmamış, iddiaçının özü üçün gediş-gəliş yolu məsələsini həmin torpaq sahəsini ona satan şəxsdən deyil, məhz Cavabdeh1 tələb etməsinin səbəblərini araşdırmamışdır. Həmçinin, işin materiallarından görünür ki, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsi da hazırki iş üzrə cavabdehdir və birinc instansiya məhkəməsi onun tərəfindən verilmiş MH ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxar ışa və texniki pasporta istinad edərək İddiaçı məxsus Qax şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə nəticəyə gəlmişdir. Bununla bağlı apelyasiya şikayətinin dəlillərindən biri İddiaçı həyətyanı torpaq sahəsinə gedən yolun 28 May küçəsindən ayrılan döngədən olduğu halda, həmin sənədlərdə yolun tamamilə əks istiqamətdən-M.F.Axundov küçəsi tərəfdən göstərilməsinin səbəblərinin araşdırılması olsa da, məhkəmə bu məsələ üzrə həmin idarənin münasibətini öyrənməmiş, iddiaçının torpağına dair plan və ölçü sənədi ilə texniki pasportda olan konfiqurasiya arasında uyğunsuzluq olub-olmamasını araşdırmamışdır. Ali Məhkəmə öz qərarında həmçinin qeyd etməyi də zəruri saymışdır ki, mübahisəyə baxılarkən iddiaçının İddiaçı məxsus Qax şəhəri, M.F.Axund ov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə gediş-gəliş yolunun yalnız Cavabdeh1 torpaq sahəsindən keçməklə mümkün olmasını müəyyən etdiyi təqdirdə isə, yol verilməsinin yalnız servitut təyin edilməklə mümkünlüyünə diqqət yetirməli idi”. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarında işin yeni apelyasiya baxışı üçün bir sira göstərişlər müəyyən etsə də işin qanuni və əsaslı həlli üçün əhəmiyyət kəsb etməyinə baxmayaraq işə yeni apelyasiya baxışında bu göstərişlərə tam əməl edilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə istinad edərək kasasiya instanisyası məhkəməsinin göstərişlərinin yeni apelyasiya baxışı zamanı məcburiliyini vurğulasa da yalnız kasasiya instanis yası məhkəməsinin “iddiaçının özü üçün gediş-gəliş yolu məsələsini həmin torpaq sahəsini ona satan şəxsdən deyil, məhz Cavabdeh1 tələb etməsinin səbəblərinin araşdırılması” ilə bağlı göstərişi üzrə araşdırma aparmışdır. Digər göstərişlərlə bağlı heç bir araşdırma aparmamış və mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan işin hallarını aydınlaşdırmamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilməməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar