Məhkəmə qərarları › İş №2(102)-1834/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1834/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1834/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:müəlliflik hüququnun müdafiəsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2(103)1175/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 18 aprel 2023-cü il tarixli məktuba əsasən, “Aşıq Valeh” (bundan sonra 1-ci kitab) və yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş eyni adlı ikinci kitab “Aşıq Valeh” (bundan sonra 2ci kitab) adlı kitablarla, tərtibatçı müəllifi X olan “Qarabağdan səfər etdim” (bundan sonra 3-cü kitab) adlı kitab müqaisə edilmişdir. Müqaisə nəticəsində müəyyən edilmişdir ki: 1-ci və 2-ci kitabların mündəricatı X haqqında məlumat verən yazılar (“Aşıq Valeh sevgisi” və “Aşıq Valehin həyatı, dövrü və mühiti”) və “ön söz”lə başlayır. 3-cü kitabın mündəricatı isə “Ön söz” ilə başlayır və müqaisə olunan kitablarla məzmunu fərqlidir. 1-ci, 2-ci və müqaisə olunan 3-cü kitabın mündəricatındakı şeirlər “Qoşmalarla” başlayır. 1-ci və 2-ci kitabla müqaisəyə əsasən 3-cü kitabda Qoşmalara daxil olan 7 şeirin adı dəyişdirilmiş, yeni 4 şeir əlavə olunmuş və şeirlərin sıralanması fərqlidir. 3-cü kitabın mündəricatında Qoşmalardan sonra “Təcnislər gəlir”. 1-ci və 2-ci kitabda isə Təcnislər bölməsi yoxdur. 3-cü kitabda Təcnislərə daxil olan iki şeirin (“Söylər aman hey” və “Nə ələm indi”) adı dəyişdirilsə də, 2ci kitabın Qoşmalar bölməsindəki son iki şeirlə eynidir (“Aman hey” və “İndi”). Hər üç kitabın mündəricatında “Gəraylılar” bölməsi vardır. 1-ci və 2-ci kitabla müqaisədə 3-cü kitabda “Gəraylılar” bölməsinə daxil olan şeirlərin sıralanması fərqlidir və “Kağızı” şeirindən başqa digər 5 şeirin adları fərqlidir. “Gəraylılar” bölməsindən sonra hər üç kitabda “Müxəmməslər”, “Müxtəlif şei rlər” və “Müstəzadlar” bölməsi eyni ardıcıllıqla gəlir. “Müxəmməslərdə daxil olan 5 şeirdən 4- nün sırası, adı eynidir və 1 yeni şeir əlavə olunmuşdur. “Müxtəlif şeirlər” bölməsinə daxil olan 4 şeirdən 3-nün adı və sırası eynidir. “Müstəzadlar” bölməsində isə 1 şeirin adı dəyişdirilərək istifadə olunmuşdur. 3-cü kitabın “Əhvalatlar” bölməsində 1-ci və 2-ci kitabın “Əhvalatlar” bölməsindəki bir şeirdən (“Gəldim”) istifadə olunmuşdur. 3-cü kitabın “Deyişmələr” bölməsinə daxil olan 16 şeirdən 10-u 1-ci və 2-ci kitabdakı “Deyişmələr”ə daxil olan şeirlər ilə üst-üstə düşsə də, sıralanma fərqlidir. 3-cü kitabın “Deyişmələr” bölməsinə 6 yeni şeir əlavə olunmuşdur. 3-cü kitabın mündəricatının sonunda yer alan “Dastanlar” bölməsində 3 dastdandan biri 1-ci və 2-ci kitabdakı “Dastanlar” bölməsi ilə ü st-üstə düşür və 2 yeni dastan əlavə olunmuşdur. 1-ci və 2-ci kitabdan fərqli olaraq 3-cü kitabda “Bədiyyələr”, “Həcvlər” “X15” və “Əlavələr” bölməsi yoxdur. Nəticə olaraq 1-ci və 2-ci kitabların tərtibatı ilə 3-cü kitabın tərtibatında, dizaynında və materialların düzümündə müəyyən fərqlər mövcuddur və tam üst-üstə düşmür. Bildirilir ki, müraciətinizlə əlaqədar X 28 mart 2023-cü il tarixdə Agentliyə dəvət edilmiş və izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, tərtibatçı müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabını müxtəlif tətqiqatçıların əsərlərindən, X25 haqqında 1970-ci ildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabından, Mahmud Allahamanlının “Aşıq Valehin həyat yaradıcılığı” adlı dissertasiya işindən və 2014-cü ildə çap olunmuş Taleh Mirəliyevin “Haqq aşığı Vücudnamə dən- cahannaməyə” adlı kitablardan istifadə olunmuşdur. X həmçinin qeyd etmişdir ki, adıçəkilən kitablardan, müxtəlif tətqiqatçıların və informator söyləyicilərin yaradıcılığından bəhrələnərək ərsəyə gətirdiyi “Qarabağdan səfər etdim” adlı kitabın tərtibatçı müəllifi olduğunu bildirmiş və İddiaçı müəlliflik hüququnu pozmamışdır. Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil ejilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Topluya daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər. Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur. X “Qarabağdan səfər etdim” adlı kitabının tərtib olunmasında istifadə etdiyi mənbələri kitabın 212-ci səhifəsində yerləşən “İnformatorsöyləyicilər haqqında məlumat” bölməsində göstərmişdir. İddiaçı məxsus “Aşıq valeh” (1-ci və 2-ci kitab) adlı kitabın tərtib olunmasında istifadə olunan mənbələr, ədəbiyyat siyahısı göstərilməmişdir.

2. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən X9 verilmiş 15 mart 2023-cü il tarixli arayışlara əsasən, müəllifi olduğu və 2011-ci ildə “ADPU” nəşriyyatında çapdan çıxmış “Aşıq Valeh” adlı kitabın və müəllifi olduğu və 2007-ci ildə “İqtisad Unive rsiteti” nəşriyyatında çapdan çıxmış “Aşıq Valeh” adlı kitabın istifadəsi ilə bağlı müstəsna hüquqlar müəllifə məxsusdur.

3. X həqiqətən 1999-cu ildən BDU-nun Folklor kafedrasının dissertantıdır.

4. Bakı Dövlət Universiteti üzrə verilmiş 12 oktyabr 2018-ci il tarixli əmri ilə X 09 mart 2018-ci il tarixdən Folklorşünaslıq ixtisası üzrə Filologiya fakültəsi, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dövlət büdcəsi hesabına elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə doktorantı doktorantının doktorluq dissertasiya mövzusu “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” kimi təsdiq edilmişdir.

5. Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi şurasının Filologiya problemləri üzrə elmi şuranın 23 may 2019-cu il tarixli, 5 saylı i clasının protokolundan çıxarışın surətindən görünür ki, Bakı Dövlət Universitetinin doktorantı X üçün “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” filologiya üzrə elmlər doktorluğu dissertasiyası mövzusu təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə 100.000 manat kompensasiyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müəllifi olduğu “Aşıq Valeh” və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş ikinci kitab “Aşıq Valeh” kitablarını, rəsmlərini ca vabdeh X öz nəşrlərinə əlavə etməklə onun müəlliflik hüququnu pozmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, onun kitabları və qarşı tərəfin ondan sonra nəşr etdiyi “Qarabağdan səfər etdim” müqayisə edilərək məhkəmə tərəfindən ona müəllif kimi dəymiş ziyan hesablanaraq ödənilməlidir: 1) Qarabağdan səfər etdim kitabının ön səhifəsinin rəsmi ona aid olan kitab nəşrlərindən mənimsənilmişdir. 2) Qoşmalar hissəsində Dünya, Olar bir gün, Mən, Sambur, Keçibdir, Gəlibsiz, Nə dedi, Gəlsin, “Bir qız ilə bir gəlinin bəhsi var”, Olsun, Söhbət aç, Bükülmüş, Kim oldu, Yavaş yavaş, Dardadır, Haldayam, Oldum, Deyilmi, Daşmüşəm, Var, İstərəm, Olsun, Hardadır, Yoxdur, Ağlayır, İlqarınam, Gördünmü, Bağışla məni, Bürümüş, Çəkər, Görəsən, Yaxşıdır, Bəyənməz, Gəldim, Sevdiyim adlı və sair ümumilikdə 170 qoşmala r onun kitabında olan ilə eynidir. 3) Təcnislər- Söylər aman hey, Nə ələm indi də kitabından götürülmüşdür. 4) Gəraylılar- Hansına qurban mən olum, Səri, Mən gəldim, Kağızı, Halal eylə himmət eylə, Olan könül də onun kitabından götürülmüşdür. 5) Müxəmməslər - İsitmə, Öyrənmiş, Mollalar, Ey Zərnigar da ondan götürülüb əlavə edilmişdir. 6) Cahannamə, Olmasın, Vücudnamə, Dedi, Müstəzad (Dəxi nə demək), həmçinin deyişmələr (X32 Cəlalın deyişməsi, X32 Mahmudun deyişməsi, Ustad Səməd ilə Aşıq Valehin deyişməsi, X22 Valehin deyişməsi, Aşıq Valeh ilə Aşıq Feyruzun deyişməsi, Aşıq X12 deyişməsi, X11 deyişməsi, X27 Valehin deyişməsi, X28 Valehə məktubu, X23 cavabı) da onun kitablarındakılar ilə eynidir. 7) Zoğal əhvalatı da onun kitabından götürülmüşdür. 8) Valeh və Zərnigar dastanı da onun kitabı ndan alınmışdır. 9) Cavabdehin əslən Qarabağ mədəni irsini görüb, orada yaşamaması hazırkı kitab “Qarabağdan səfər etdim” adı yazması şübhə yaradır. Qarşı tərəfin belə əsərləri yalnız Bakı Dövlət Universitetinin və digər dövlət kitabxanalarında onun nəşr etdiyi kitablardan mənimsəməsi kimi qiymətləndirilir. Bildirmək istəyir ki, qarşı tərəfin başqa nəşr edilmiş kitab nəşri mövcud deyildir. Hesab edir ki, onun uzun illərdir 20 ildir arxivlərdən və başqa-başqa mənbələrdən axtarıb toplamış, öz elindən obasından, təhsil aldığı təhsil müəssisəsindən Qarabağlı olaraq topladığı materiallardan çap etdiyi kitab nəşrindən müəlliflik hüququ ona məxsus əsərləri mənimsənilməsi qanunsuzdur. Bu təhqiqat işini ondan Aşıq Valehin kötücəsi Abbas Əliyev xahiş etmişdir. O, onun ana qohumudur. Onun müraciətinə əsasən Əqli Mülkiyyət Agentliyinin 18 aprel 2023-cü il tarixli cavab məktubuna əsasən 3-cü kitabda Təcnislərə daxil olan son iki şeir eynidir, hər üç kitabda Gəraylılar bölməsi vardır, 3-cü kitabda şeirlərin sıralanması fərqlidir və Kağızı şeirindən başqa digər 5 şeirin adları fərqlidir, Müxəmməslər, Müxtəlif şeirlər, və Müstəzadlar bölməsi eyni ardıcıllıqla gəlir, Müxəmməslər-ə daxil olan 5 şeirdən 4-nün sırası adı və eynidir, “Müxtəlif şeirlər” bölməsinə daxil olan 4 şeirdən 3-nün adı və sırası eynidir, Müstəzadlar bölməsində isə 1 şeirinin adı dəyişdirilərək istifadə olunmuşdur. Həmçinin deyişmələrdə də 16 şeirdən 10-u üst-üstə düşsə də, sıralanma fərqlidir, Dastandlarda isə 3 dastanlardan 1-i üst-üstə düşür.

8. Daha sonra 10 iyun 2024-cü il tarixdə iddiaçı cavabdehlər X, Azərbaycan Re spublikası Elm və Təhsil Nazirliyi Milli X2 İnstitutu və Azərbaycan Aşıqlar Birliyi cəlb edilməklə, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə 60.000 manat, cavabdeh X kitabını yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən ona birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Aşıqlar Birliyindən 20.000 manat, cavabdeh X kitabını yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən ona birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X2 İnstitundan 20.000 manat kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Eyni zamanda 25 iyun 2024-cü il tarixdə iddiaçı cavabdehlər X, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X2 İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və Cavabdeh1 cəlb edilməklə, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə 40.000 manat, cavabdeh X kitabını yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən ona birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Aşıqlar Birliyindən 20.000 manat, cavabdeh X kitabını yoxlamadan rəy verməklə mülki hüquq p ozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən ona birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X2 İnstitutundan 20.000 manat, cavabdeh X kitabını yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən ona birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə Cavabdeh1ndən 20.000 manat kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, müəllifi olduğu “Aşıq Valeh” və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş ikinci kitabı “Aşıq Valeh” kitabları, rəsmləri cavabdeh X öz nəşrlərinə əla və etməklə onun müəlliflik hüquqlarını pozmuş və bu barədə bir sıra sübut və dəlillər təqdim etmişdir. Cavabdeh X “Qarabağdan səfər etdim” adlı kitabında iddiaçının elmi tədqiqatlar nəticəsində əski əlifbası ilə türk və ərəb dillərində, eləcə də ərəb, fars, qədim türk dillərində olan əsərləri araşdırıb əldə etdiyi, müasir azərbaycan dilinə tərcümə edərək müəllifi olduğu ikinci nəşr “Aşıq Valeh” kitabından 84 başlıqlı Aşıq Valeh tərəfindən yazılmış və başqa kitablarda şeir, qəzəl, qoşma, gəraylı, təcnis, müxəmməs, həcvlər, deyişmələr, dastanlar və s. sənət əsərlərini qismən adlarını və sıralarını dəyişməklə öz kitabında nəşr etmişdir. Həmin əsərləri iddiaçı qədim azərbaycan türk dilindən müasir azərbaycan dilinə bir sıra müəlliflərin əsərlərindən, o cümlədən Məmməd Rahim və Süleyman Rüstəmi n 1927-ci ildə nəşr edilmiş “Azərbaycan el şairləri” adlı kitabından qız və gəlinin bəhsi; dilbər; sambur; aşıq Məzənlə aşıq Valehin deyişməsi; aşıq Pərzadla aşıq Valehin deyişməsi; aşıq X12 deyişməsi; Zərnigarın aşıq Valehə kağızı; Dərbəndə gəl və s., tərcümə etmişdir. Bundan əlavə aşağıdakılara əsasən iddiaçının kitabları və cavabdeh X iddiaçıdan sonra nəşr etdiyi “Qarabağdan səfər etdim” kitabı ilə müqayisə edilərək məhkəmə tərəfindən iddiaçıya müəllif kimi dəymiş ziyan hesablanaraq cavabdehlər tərəfindən ödənilməlidir. “Qarabağdan səfər etdim” kitabinin ön səhifəsinin rəsmi mənə aid olan kitab nəşrlərimdən mənimsənilmişdir. Qoşmalar hissəsində Dünya, Olar bir gün, Mən, Sambur, Keçibdir, Cəlibsiz, Nə dedi, Gəlsin, “Bir qız İlə bir gəlinin bəhsi var”, Olsun, Söhbət aç, Bükülmüş, Kim oldu, Yavaş-yavaş, Dardadır, Haldayam, Oldum, Deyilmi, Daşmüşərrı, Var, İstərəm, Olsun, Hardadır, Yoxdur, Ağlayır, İlqarınam, Gördünmü, Bağışla məni, Bürümüş, Çəkər, Görəsən, Yaxşıdır, Bəyənməz, Gəldim, Sevdiyim adlı və sair ümumilikdə 170 qoşmalar iddiaçının kitabımda olanlar ilə eynidir. Təcnislər- Söylər aman hey, Nə ələm indi-də iddiaçının kitabından götürülmüşdür. Gəraylılar- Hansına qurban mən olum, Səri, Mən gəldim, Kağızı, Halal eylə himmət eylə, Olan könül-də iddiaçının kitabından götürülmüşdür. Müxəmməslər- İsitmə, Öyrənmiş, Mollalar, Ey Zərnigar-da iddiaçının kitabından götürülüb əlavə edilmişdir. Cahannamə, Olmasın, Vücudnamə, Dedi, müstəzad ( Dəxi nə demək), həmçinin deyişmələr ( X32 Cəlalın deyişməsi, X32 Mahmudun deyişməsi, Ustad Səməd ilə Aşıq Valehin deyişməsi, X22 Valehin dey işməsi, Aşıq Valeh ilə Aşıq Feyruzun deyişməsi, Aşıq X12 deyişməsi, X11 deyişməsi, X27 Valehin deyişməsi, X28 Valehə məktubu, X23 cavabı) də iddiaçının kitablarındakılar ilə eynilik təşkil edir. Zoğal əhavalatı da iddiaçının kitabından götürülmüşdür. Valeh və Zəmigar dastanı da iddiaçının kitabından alınmışdır. Cavabdehin əslən Qarabağ mədəni irsini görüb, orada yaşamaması hazırkı kitab “Qarabağdan səfər etdim” adı yazması şübhə yaradır qarşı tərəfin belə əsərləri yalnız Baki Dövlət Universitetinin və digər dövlət kitabxanalarında iddiaçının nəşr etdiyi kitablarından mənimsəməsi kimi qiymətləndirilir. Bildirmək istəyir ki, cavabdeh X başqa nəşr edilmiş kitab nəşri mövcud deyildir. Hesab edir ki, iddiaçının uzun illərdir, daha doğrusu 20 ildir arxivlərdən və başqa mənbələrdən axtarıb toplad ığı öz elindən obasından, təhsil aldığı təhsil müəssisəsindən Qarabağlı olaraq topladığı materiallardan çap etdiyi kitab nəşrindən müəlliflik hüququ iddiaçıya məxsus əsərləri mənimsənilməsi qanunsuzdur. Bu təhqiqat işini iddiaçıdan Aşıq Valehin kötücəsi Abbas Əliyev xahiş etmişdir. O, iddiaçının qohumumdur. Edilmiş müraciətə əsasən Əqli Mülkiyyət Aqentliyinin 18 aprel 2023-cü il tarixli cavab məktubuna əsasən 3-cü kitabda Təcnislərə daxil olan son iki şeir eynidir, hər üç kitabda Gəraylılar bölməsi vardır, 3-cü kitabda şeirlərin sıralanması fərqlidir və Kağızı şeirindən başqa digər 5 şeirin adları fərqlidir, Müxəmməslər, Müxtəlif şeirlər, və Müstəzadlar bölməsi eyni ardıcıllıqla gəlir, Müxəmməslərə daxil olan 5 şeirdən 4-nün sırası adı eynidir, “Müxtəlif şeirlər” bölməsinə daxil olan 4 şei rdən 3-nün adı və sırası eynidir, Müstəzadlar bölməsində isə 1 şeirin adı dəyişdirilərək istifadə olunmuşdur. Həmçinin deyişmələrdə də 16 şeirdən 4-ü üst-üstə düşsə də sıralanma fərlidir, Dastandlarda isə 3 dastandan 1-i üst-üsta düşür. Həmçinin cavabdeh X müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabının üz qabığında iddiaçı iddia edir kı, müəllifi olduğu “Aşıq Valeh” və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş “Aşıq Valeh” ikinci kitabın üz qabığındakı illüstrasiyanı dəyişdirmədən birbaşa köçürmüşdür. Halbuki, həmin rəsm əsəri Rəssamlar İttifaqının mərhum üzvü rəssam X7 (2016-cı ildə vəfat etmişdir) tərəfindən iddiaçının ödənişli sifarişi əsasında həmin kitab üçün çəkilmiş və bu rəsm əsəri başqa heç bir yerdə yoxdur. Bundan əlavə, cavabdeh X müəllifi olduğu “Qarabağ dan səfər etdim” adlı kitabına Azərbaycan Aşıqlar Birliyinin sədri dövlət mükafatı laureatı, professor X8 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X2 İnstitutunun filologiya uzrə fəlsəfə doktoru dosent X10 tərəfindən rəy verilmişdir. Baxmayaraq ki, iddiaçı iddia edir ki, müəllifi olduğu “Aşıq Valeh” və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş “Aşıq Valeh” ikinci kitabının rəyçisi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X2 institutunun o, zamankı direktoru, AMEA-nın müxbir üzvü filologiya elmlər doktoru professor Azad Nəbiyev rəy vermişdir və belə rəylər institutun fondunda rəsmi qeydə alınmalıdır, cavabdeh X “Qarabağdan səfər etdim” adlı kitabına rəy verilərkən Folklor İnstitutunun dosenti X10 tərəfindən nəzərə alınmamış, iddiaçının əsərinin təkr arlanması hallarına göz yumulmuşdur. Buna görə də, cavabdeh Folklor institutunun dosenti X10 cavabdeh X təqdim etdiyi kitabın iddiaçının kitabı ilə oxşarlığının yoxlaması zamanı iddiaçının əsərlərindən götürülmüş hissələrin texniki baxımdan aşkarlanmaması ehtimalı mövcuddur.

11. Cavabdeh X məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o 1999-cu ildən etibarən arxiv sənədləri əsasında Aşıq Valehin yaradıcılığı üzrə işləmişdir. 2012-ci ildə bu mövzu üzrə dissertasiya işini müdafiə etmiş, 2019-cu ildə isə kitabı dərc olunmuşdur. Bu külliyyat nə iddiaçının, nə onun küliyyatıdır, sözügedən külliyyat Aşıq Valehə mənsubdur. İddia tələbi müəllif hüquqları ilə bağlı olsa da, hazırkı iş üzrə tərəflərdən heç biri müəllif deyil. X21muş, mülki iş üzrə tərəflər isə onun külliyyatı nın toplayıcısı kimi çıxış etmişdir. Həmçinin, iddiaçı rəssam deyil və iddia etdiyi fotoşəkillə bağlı müəllif hüququna da malik deyil. İddiaçı tərəfindən təqdim olunan əlavə rəylərdə də, yalnız rəssamın adı qeyd edilməklə fotoşəklin həmin rəssam tərəfindən çəkildiyi göstərilmişdir. Bu da iddiaçının həmin fotoşəklin müəllifi olduğunu təsdiqləmir. Aşıq Valeh onun həm kəndlisi, həm də qohumları ilə yaxın əlaqədə olmaqla, onun yaradıcılığını toplayaraq, ictimaiyyətə çatıdırılmasında iştirak etmişdir. İstənilən şəxs həmin materialları toplaya və nəşr etdirə bilər, bu heç bir tərəfə iddia tələbi irəli sürmək hüququnu vermir. Aşıq Valehin yaradıcılığını istənilən şəxs toplaya bilər, bu hüquq ona da məxsusdur və məhdudlaşdırıla bilməz. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Cav abdeh Ağdam rayon İcra Hakimiyyəti iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru X rəsmi müraciətinə əsasən, Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 dekabr 2022-ci il tarixdə X16 Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olmuş, əslən Ağdam rayonu, Gülablı kəndində yaşamış Aşıq Valehin 300 illik yubileyinə həsr edilmiş “Qarabağdan səfər etdim” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Keçirilən təqdimat mərasimində Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, “Qarabağdan səfər etdim” adlı kitabının müəllifi X, Əməkdar Mədəniyyət işçisi, yazıçıpublisist Mustafa Çəmənli, AMEA-nın Folklor institutunun və Aşıqlar Birliyinin üzvləri iştirak etmişlər. Əlavə olaraq onu d a bildirmişlər ki, iddiaçının müəlliflik hüququnun pozulması ilə bağlı Ağdam rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir qanunsuz hərəkətə (hərəkətsizliyə) yol verilməmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli ekspert rəyində göstərilir ki, 2007-ci ildə “İqtisad Universiteti” mətbəəsində nəşr edilən, toplayan, tərtib edən, nəşrə hazırlayan, ön sözün müəllifi X3 “Aşıq Valeh” 1-ci kitab, 331 səhifədən ibarət, yumuşaq cildlə üzlənmiş kitab və 2011- ci ildə “Azərbaycan Dövlət Pedaqoji Universiteti” mətbəəsində nəşr edilən, toplayan, tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi X3 “Aşıq Valeh” 1-ci kitab, 345 səhifədən ibarət, bərk cild lə üzlənmiş kitabı 2022-ci ildə “Red N Line” mətbəəsində nəşr edilən, toplayıb tərtib edən, lüğət, izah və qeydlərin müəllifi X “X19 səfər etdim” (Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş) kitabı yuxarıda adı çəkilən kitablarla müqayisə edilərək araşdırılmış, nəticə etibarı ilə hər üç kitabda X30 yaradıcılığı öz əksini tapmışdır. Hər iki müəllif müxtəlif dövrlərdə Aşıq Valehə məxsus materialları toplamışdır. Folklor araşdırmalarında toplanmış materiallara dəyişiklik etmək mümkün olmadığı üçün X da topladığı materialları olduğu kimi vermək məcburiyyətində qalmışdır. Araşdırma zamanı X9 məxsus elmi nəzəri fikirlər kitabda öz əksini tapmamışdır. Bu səbəbdən X toplayıb tərtib etdiyi, Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş “X19 səfər etdim” kitabında plagiat faktı aşkar edilməmi şdir.

14. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(005)168/2024 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 18 aprel 2023-cü il tarixli məktubunda mübahisəli kitabların müqayisəsi nəticəsində iddiaçı və cavabdeh X kitablarında əksini tapan şeirlərin üst-üstə düşməsi müəyyən edilsə də, sıralanmanın fərqli olması, nəticə olaraq kitabların tərtibatında, dizaynında və materialların düzümündə müəyyən fərqlərin olması, tam üstüstə düşməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə kitablar arasında olan eyniliklərlə yanaşı, fərqləndirici xüsusatlar da öz əksini tapdığından, iddiaçının həmin dəlili əsaslı sayıla bilməz.

16. Məhkəmə həmçi nin qeyd etmişdir ki, 18-19-cu əsrlərdə yaşamış Azərbaycan aşıq sairi olmuş Aşıq Valehin vaxtı ikən müəllifi olduğu şeirlər və digər əsərlər artıq onun ölümündən 70 ildən çox vaxt keçdiyindən, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən onun müəlliflik hüququnun qüvvədə olma müddəti qurtarmış və onun yaradıcılığı yenə qeyd edilən Qanunun 27-ci maddəsinə əsasən ictimai varidata keçmişdir.

17. Göstərilən qanunvericilik müddəalarında həmçinin müəyyən edilmişdir ki, ictimai varidata keçmiş əsərlərdən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla (xüsusi ödənişlər müəyyənləşdirilə bilər) müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər.

18. Məhkəmə qeyd etmişdir ki, eyni bir şəxsin yaradıcılığına aid tərtib edilmiş kitablarda şeirlərin və digər əsərlərin müəyyən qədər üst-üstə düşməsi labüddür. Buna görə də, kitabda çox az sayda şeirlərin sırasının müəyyən qədər digər kitabdakı ilə eyni olması birincinin müəlliflik hüququnun pozulması qənaətinə gəlməyə yetərli deyildir.

19. Məhkəmə araşdırması zamanı iddiaçının və üçüncü şəxsin bildirdikləri kimi, kitabların üz qabığında olan illustrasiyanın Şamxal Məmmədov tərəfindən məhz iddiaçının ödənişi əsasında sonuncunun kitabı üçün çəkilməsi barədə dəlillərini təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim edilməmiş, beləliklə də iddiaçı sadəcə formal mülahizələrə əsaslandığından iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır.

20. Məhkəmə, iş üzrə yuxarıda gəldiyi nəticəni iddia ərizəsində göstərilən dəlillərin bu sahədə müəlliflik hüquqla rını tənzimləyən qanunvericilik müddəalarının dispozitiv şərtlərinin işin faktiki halları ilə uzlaşmalı olması zərurəti ilə əsaslandırır.

21. Nəticə etibarilə məhkəmə, iddiaçının öz iddia tələbini əsaslandırarkən istinad etdiyi 02 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyini mötəbər sübut hesab etməmişdir.

22. Məhkəmə qeyd olunanlara əsasən qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda aparılmış tədqiqatların nəticəsinə dair 02 oktyabr 2024-cü il tarixli rəyini imzalayan şəxs Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri Əkrəm Bağırov olmuşdur və sonuncu qeyd etmişdir ki, “......Aşıq Valeh yaradıcılığına aid şeir, qəzəl, qoşma, gəraylı, təcnis, müxəmməs, həcvlər, deyişmələr, dastanlar və s. sənət əsərlərinin ad ları və sıraları X müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabında qismən dəyişdirilməklə elmi plagiata yol verilərək təkrarlanmışdır”.

23. Məhkəmə, mütəxəssisin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, belə bir rəyin verilməsi barədə onun səlahiyyətli olması, o cümlədən plagiata yol verildiyi barədə gəldiyi nəticənin hüquqi əsasları müəyyən edilmir.

24. Qeyd olunanlarla bağlı məhkəmə bir daha qeyd etməyi zəruri hesab etmişdir ki, əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətini həyata keçirən bu sahədə ixtisaslaşan dövlət orqanı üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyidir.

25. Məhkəmə göstərilənlərə əsasən qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələblərinin əsasları sübuta yetirilməmiş, həmçinin cavabdehlər tərəfindən onun müəll if hüquqlarının pozulması halı məhkəmə araşdırılması zamanı təsdiq edilməmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 14.2.5, 21.1, 21.2-ci, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4, 5, 6, 8, 10, 25, 27, 44, 45 və 47-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 30 iyul 2018-ci il tarixli, 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”nə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin 29 mart 2023-cü il tarixli, 29 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Müəlllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin” Əsasnaməsinin 1.1, 3.1.3, 3.1.9, 3.1.10, 6.3.9-cu bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80, 81, 88, 107,217.4, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 1400 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Əqli Mülkiyyət Agentliyinin 18 aprel 2023-cü il tarixli məktubuna əsaslansa da nəzərə almamışdır ki, Agentlik məsələyə tam aydınlıq gətirə bilməmişdir. Bel ə ki, Agentlik yalnız vizual olaraq rəy vermiş, ümumi şeirlərin iddiaçıya məxsus kitabdan köçürülübköçürülməməsinə münasibət bildirmədən yalnız, hansı şeirin hansı səhifə ilə üst-üstə düşməsinə münasibət bildirmişdir. Belə ki, iddiaçı kitabın tərtibatının fərqli olmasının mübahisənin həllinə aidiyyəti olmasını hesab etmir. Ön sözün fərqli olması isə təbii haldır. İddiaçının kitablarında önsözü X20 və Hüseyn İsmayılov yazdığı halda cavabdeh X kitabının ön sözünü yazan isə Mahud Allahmanlı olduğu üçün önsözlərin fərqli olması başa düşüləndir. Həmçinin iddiaçı kitabın ön sözünü də, mübahisələndirmir. Bundan başqa, X6 izahat verərkən bildirmişdir ki, “tərtibatçı müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabını müxtəlif tətqiqatçıların əsərlərindən, X25 haqqında 1970-ciildə çap olunmuş “A lçaqlı ucalı dağlar” kitabından, Mahmud Allahamanlının “Aşıq Valehin həyat yaradıcılığı” adlı dissertasiya işindən və 2014-cü ildə çap olunmuş Taleh Mirəliyevin “Haqq aşığı Vücudnamədən cahannaməyə” adlı kitablardan istifadə olunmuşdur. X həmçinin qeyd etmişdir ki, adı çəkilən kitablardan, müxtəlif tətqiqatçıların və informator söyləyicilərin yaradıcılığından bəhrələnərək ərsəyə gətirdiyi “Qarabağdan səfər etdim” adlı kitabın tərtibatçı müəllifi olduğunu bildirmiş və iddiaçının müəlliflik hüququnu pozmamışdır”. X31 haqqında 1970-ci ildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabında cəmi 68 başlıqda şeir, 2014-cü ildə çap olunmuş Taleh Mirəliyevin “Haqq aşığı Vücudnamədən cahannaməyə” adlı kitabda isə cəmi 26 başlıqda şeir çap olunmuşdur. 2014-cü ildə çap olunmuş Taleh Mirəliyevin “Haqq aşığ ı Vücudnamədən-cahannaməyə” adlı kitabda 26 başlıqda şeirdən cəmi 4 şeir Aşıq Valeh haqqında 1970-ci ildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabında verilmiş 68 başlıqda şeirdən fərqlənir. Yəni 22 başlıqda şeir eynidir. X25 haqqında 1970-ci ildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabında verilmiş 68 başlıqda şeirdən 30 başlıqda şeirdən artığı ümumiyyətlə cavabdeh X “Qarabağdan səfər etdim” adlı kitabında verilmiş 77 başlıqda şeirdə yoxdur. Ümumilikdə isə cavabdeh Xkitabında verilmiş 77 başlıqda şeir iddiaçının kitablarından köçürülən şeirlərdir. Göstərilənlərdən aydın olur ki, X kitabında nəşr etdirdiyi şeirləri iddiaçıdan köçürmüşdür. Həmin əsərləri ki, iddiaçı qədim azərbaycan türk dilindən müasir azərbaycan dilinə bir sıra müəlliflərin əsərlərindən, o cümlədən Məmməd Rahim və Süleym an Rüstəmin 1927-ci ildə nəşr edilmiş “Azərbaycan el şairləri” adlı kitabından, elmi tədqiqatlar nəticəsində əski əlifbası ilə türk və ərəb dillərində, eləcə də ərəb, fars, qədim türk dillərində olan əsərləri araşdırıb əldə etdiyi, müasir azərbaycan dilinə tərcümə edərək müəllifi olduğu ikinci nəşr “Aşıq Valeh” kitabında mövcuddur. Həmin sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış, cavabdehin guya 1999-cu il tarixdən tədqiqat işi aparmasını bildirməsini isə cavabdeh tərəfindən hər hansısa bir sübut təqdim edilməmişdir. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, hazırkı mülki iş üzrə mübahisənin qanuni əsası kimi çıxış edə biləcək, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtiba tçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur. Məhkəmə qeyd etmişdir ki, eyni bir şəxsin yaradıcılığına aid tərtib edilmiş kitablarda şeirlərin və digər əsərlərin müəyyən qədər üst-üstə düşməsi labüddür. Buna görə də, kitabda çox az sayda şeirlərin sırasının müəyyən qədər digər kitabdakı ilə eyni olması birincinin müəlliflik hüququnun pozulması qənaətinə gəlməyə yetərli deyildir. Yalnız iddiaçının 20 il ərzində arxivlərdən taparaq tərcümə et dirdiyi ancaq onun nəşri olan “Aşıq Valeh” kitabında olan “Dəxi nə bəzənmək”, “Olan könül məndə”, “Çəkər məndə”, Kür qırağında Rəhimxanın evindən çıxarkən Valehin baxçada Pərzadla söylədiyi “Çəkər”, “Yoxdur”,“Ağlayır”, “Ağlayır”, “İlqarın”, “Gördünmü”, “Bağışla məni”, “Bürümüş”,“Çəkər”, “Görəsən”, “Yaxşıdır”, “Bəyənməz”, “Sevdiyim”, “Söylər aman hey”, “Nəaləm indi”, “Ey Zərnigar”, “Bikar (bekar)”, “Dedi məndə” və başqa bu kimi 30-dan çox şeriləri cavabdeh iddiaçıdan köçürmüşdür. Çünki adları çəkilən və digər adları çəkilməyən şeirlər cavabdeh X adlarını çəkdiyi müəlliflərin kitablarında yoxdur. Bundan başqa, digər müəllif Xaspoladın kitabında “Valeh ilə Zərnigarın deyişməsi” 6 bənd olduğu halda cavabdeh X kitabında 7 bənddir. Bu isə bir daha sübut edir ki, həmin deyişməni də, iddiaçının ki tabından (7 bənd) köçürmüşdür. İddiaçı isə həmin dastanı 60 müəllifin yazılarına istinad edərək, arxivlərdən toplayıb tərcümə etdirmişdir. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı isə iddiaçının və üçüncü şəxsin bildirdikləri kimi, kitabların üz qabığında olan illustrasiyanın Şamxəlil Məmmədov tərəfindən məhz iddiaçının ödənişi əsasında sonuncunun kitabı üçün çəkilməsi barədə dəlillərini təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim edilməmiş, beləliklə də iddiaçı sadəcə formal mülahizələrə əsaslandığından iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Milli İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasının 23 oktyabr 2024-cü il tarixli rəyi ilə “X19 səfər etdim” kitabının üz qabığında yerləşdirilmiş Aşıq Valeh illüstrasiyası ilə 2007-ci ildə nəşr edilmiş X5 “Aşıq Valeh (Bakı 2007) kitabının üz qabığında yerləşdirilmiş illüstrasiyaya uyğundur və eyni portretdir. “Qarabağdan səfər etdim” kitabının üz qabığındakı Aşıq Valeh portreti rəssam X4 tərəfindən yaradılmışdır” təsdiqini tapır. Bundan başqa, iddiaçı kitabların üz qabığının eyni olmasını, həmin şəkilin şəxsən öz vəsaiti hesabına X1 çəkməsini rəssamın oğlu Şamxəlil Məmmədov tərəfindən məhkəmədə ifadəsi, Rəssamlar ittifaqının rəyi ilə də, təsdiq edilmişdir. Lakin, məhkəmə bunu sübut növü kimi qəbul etməmişdir. Həmçinin sübut kimi qəbul etməməsini isə əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi həmçinin prosessual hüquq normalarının ciddi şəkildə pozulması yolu ilə qətnamə çıxarmışdır. Belə ki, iddiaçı tərəfdən dəfələrlə verilmiş təkr ar ekspertizanın keçirilməsi barədə vəsatətlərə məhkəmə tərəfindən ya münasibət bildirilməmiş, yada formal xarakter daşıyan qərardad qəbul edilərək imtina olunmuşdur.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2(103)1175/2025 saylı qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı qeyd olunan şerlərin ilk dəfə özü tərəfindən çap edildiyini və ya toplandığını əsas gətirərək müəlliflik hüququnun pozulmasını iddia e də bilməz. Belə ki, burada əsas hüquqi məsələ həmin tərcümənin və redaktə işinin müəlliflik hüququ ilə qorunub-qorunmaması ilə bağlıdır.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər tərcümə yaradıcılıqdırsa, yəni sadəcə mətnin sözbəsöz çevirilməsi yox, orjinal ifadə tərzi, üslub və fərdi yanaşma ilə edilibsə, bu halda tərcüməyə müəlliflik hüququ aid edilə bilər. Lakin, əgər tərcümə sadəcə bir mənbədən götürülüb və sözbəsöz çevrilibsə, bu yaradıcılıq fəaliyyəti hesab olunmamalıdır.

32. Belə ki, müəlliflik hüququ yalnız yaradıcı ifadə formalarını qoruyur, məlumat və ideyaları yox. Ona görə də iddiaçının istinad etdiyi iş sadəcə arxiv materiallarının toplanması və mətnlərinin orjinalına sadiq qalaraq təqdim edilməsi olub. Bu isə müstəqil müəlliflik hüququ yaratmır və üçüncü şəxslər həmin ma teriallardan istifadə etməkdə sərbəstdirlər. Müəlliflik hüququ yalnız orjinal ifadə tərzinə aiddir, faktlar və məlumatlar isə sərbəst şəkildə yayıla bilər. Məsələn: elmi məqalələr, tarixi hadisələr və ya əbədi əsərlərin köhnə versiyalarını toplamaq və çap etmək, həmin məlumatlara müəlliflik hüququnu qazandırmır.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, müəlliflik hüququnun əsas məqsədi yaradıcıları qorumaq və onların orjinal işlərini icazəsiz istifadədən müdafiə etməkdir. Lakin eyni zamanda, ictimaiyyətin bədii və elmi irsə çıxışını məhdudlaşdırmamaq üçün müəyyən qaydalar tətbiq olunur. Əgər məhkəmə iddiaçının müəlliflik hüququ iddiasını qəbul etsəydi, bu ictimai domenə daxil olan əsərlərin azad istifadəsini məhdudlaşdıra bilərdi.

34. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı nə birinci, nə də apellyasiya icraatı zamanı Aşıq Valeh portretinin rəssam X4 tərəfindən məhz iddiaçının sifarişi əsasında çəkildiyini sübut edən hər hansı bir dəlili təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələblərinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 04 iyul 2023-cü il tarixdə öz təşəbbüsü ilə ekspertiza təyin etmiş və ekspert tərəfindən mübahisə ilə bağlı 17 aprel 2024-cü il tarixli ekspert rəyi verilmişdir. Bundan sonra iddiaçının vəsatəti əsasında 29 iyul 2024-cü il tarixdə təkrar ekspertiza təyin edilmiş və e kspertizanın keçirilməsi başqa ekspertə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli məktubu ilə ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqatın aparılması üçün Məhkəmə Ekspertiza Mərkəzində ixtisaslaşdırılmış ekspert olmadığına görə ekspertizanın aparılmasından imtina edilmişdir. Bundan başqa, iddiaçı 17 aprel 2024-cü il tarixli ekspert rəyi ilə razılaşmayaraq iş üzrə yenidən ekspertizanın keçirilməsi barədə vəsatət versə də, sözügedən ekspert rəyini təkzib edəcək hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli məsələ ilə bağlı müvafiq dövlət orqanları məhkəməyə cəlb edilərək, həmin dövlət orqanlarından mütəxəssis rəylərinin alınması üçün iş üzrə təkrar məhkəməmüəl lifşünaslıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Bu məsələyə dair iddiaçı özü də müvafiq yazılı dəlillər təqdim edə bilər.

36. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 14.2.5, 21.1, 21.2-ci, habelə MPM-in 14.2, 76, 77.1, 80, 81, 88, 107, 217.4, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (vəkil-Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası hər hansısa bir araşdırma aparmadan, əsasən birinci instansiya məhkəməsinin qətnaməsini köçürməklə tələsik qətnamə çıxarmışdır. İşə baxan məhkəmələr Əqli Mülkiyyət Agentliyinin 18 aprel 2023-cü il tarixli məktubuna əsaslansa da nəzərə alınmamışdır ki, Agentlik məsələyə tam aydınlıq gətirə bilməmişdir. Belə ki, Agentlik yalnız vizual olaraq rəy vermiş, ümumi şeirlərin iddiaçıya məxsus kitabdan köçürülüb - köçürülməməsinə münasibət bildirmədən yalnız, hansı şeirin hansı səhifə ilə üst-üstə düşməsinə münasibət bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Əqli Mülkiyyət Agentliyinin 18 aprel 2023-cü il tarixli məktubunda mübahisəli kitabların müqayisəsi nəticəsində iddiaçı ilə cavabdehin k itablarında əksini tapan şeirlərin üst-üstə düşməsi müəyyən edilsə də, sıralanmasının fərqli olması, nəticə olaraq kitabların tərtibatında, dizaynında və materialların düzümündə müəyyən fərqlərin olması, tam üst-üstə düşməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə kitablar arasında olan eyniliklərlə yanaşı, fərqləndirici xüsusatlar da öz əksini tapdığından, iddiaçının həmin dəlili əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin bu müddəası tamamilə absurddur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, həmin əsərləri iddiaçı qədim azərbaycan türk dilindən müasir azərbaycan dilinə bir sıra müəlliflərin əsərlərindən, o cümlədən Məmməd Rahim və Süleyman Rüstəmin 1927-ci ildə nəşr edilmiş “Azərbaycan el şairləri” adlı kitabından, elmi tədqiqatlar nəticəsində əski əlifbası ilə türk və ərəb dillərində, eləcə də ərəb, fars, qədim türk dillərində olan əsərləri araşdırıb əldə etmiş, müasir Azərbaycan dilinə tərcümə etmiş, kitabın dizayını, öz qabığındakı rəsm iddiaçının yaradıcılığının məhsuludur. Bundan başqa, apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsi kimi prosessual hüquq normalarının ciddi şəkildə pozulması yolu ilə qətnamə çıxarmışdır. Belə ki, iddiaçı tərəfdən dəfələrlə təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlərə məhkəmə kollegiyası tərəfindən münasibət bildirilməmiş və ya formal xarakter daşıyan qərardad qəbul edilərək imtina olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh X kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmuş və həmin etirazda göstərilmişdir ki, işə baxarkən apellyasiya instansiyası m əhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

41. Maddə 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması mülki hüquqların və v əzifələrin əmələ gəlməsi əsaslarından biridir.

42. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin y aranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu

43. Maddə 4. “Pirat məhsul”- hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri hesab olunur. “Toplu“- materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir.

44. Maddə 5.1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edi lir.

45. Maddə 6.1. Ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektləridir.

46. Maddə 8.1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.

47. Maddə 10.1. Topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Toplulara daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər. Tər tibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur.

48. Maddə 25.1. Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır.

49. Maddə

27. Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidat sayılır. Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi or qanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır və şəhadətnaməsi tərtib edilir. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Şəhadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur). İctimai varidata keçmiş əsərlərdən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Lakin müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları gözlənilməlidir.

50. Maddə 44.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqlar ı pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır.

51. Maddə 45.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.

52. Maddə

47. Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə gö rə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

64. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəld iyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

65. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

66. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən toplan mış, tərtib edilən, nəşrə hazırlanan və 2007-ci ildə “İqtisad Universiteti”nin mətbəəsində nəşr edilən ön sözünün müəllifi X3 “Aşıq Valeh” 1-ci kitabı 331 səhifədən ibarət olmaqla yumuşaq cildlə üzlənmişdir, həmçinin “Aşıq Valeh” 2-ci kitabı 2011- ci ildə “Azərbaycan Dövlət Pedaqoji Universiteti”nin mətbəəsində nəşr edilmiş və həmin kitab 345 səhifədən ibarət olmaqla, bərk cildlə üzlənmişdir. Cavabdeh tərəfindən toplanmış, tərtib edilən, nəşrə hazırlanan və 2022-ci ildə “Red N Line” mətbəəsində nəşr edilən “X19 səfər etdim” kitabı isə Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş və 28 dekabr 2022-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam rayon Muğam Mərkəzində həmin kitabın təqdimat mərasimi keçirilmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi, birinci ins tansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə araşdırıb qeyd etmişdir ki, sözügedən hər üç kitabda X30 yaradıcılığı öz əksini tapmışdır və hər iki müəllif müxtəlif dövrlərdə Aşıq Valehə məxsus materialları toplamışdır. Folklor araşdırmalarında toplanmış materiallara dəyişiklik etmək mümkün olmadığı üçün, cavabdeh X da topladığı materialları olduğu kimi vermək məcburiyyətində qalmışdır.

68. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə alaraq qeyd etmişdir ki, cavabdeh X toplayıb tərtib etdiyi və Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş “Aşıq Valeh. Qarabağdan səfər etdim” kitabında plagiat faktının aşkar olunmadığını müəyyən edib idd ia tələblərini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

69. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə görə, “Pirat məhsul”- hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri hesab olunur.

70. Həmin Qanunun 8.1-ci maddəsində göstərilir ki, əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.

71. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifini n hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Toplulara daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər. Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur.

72. Göründüyü kimi, tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur və müəlliflik hüququ əsərin yaradılması ilə yaranır.

73. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan normaların tələblərini hazırkı mülki mübahisəyə tətbiq edərək qeyd etmişdir ki, əgər tərcümə yaradıcılıqdırsa, yəni sadəcə mətnin sözbəsöz çevirilməsi yox, o rjinal ifadə tərzi, üslub və fərdi yanaşma ilə edilibsə, bu halda tərcüməyə müəlliflik hüququ aid edilə bilər. Lakin, əgər tərcümə sadəcə bir mənbədən götürülüb və sözbəsöz çevrilibsə, bu yaradıcılıq fəaliyyəti hesab olunmamalıdır.

74. Belə ki, müəlliflik hüququ yalnız yaradıcı ifadə formalarını qoruyur, məlumat və ideyaları yox. Ona görə də iddiaçının istinad etdiyi iş sadəcə arxiv materiallarının toplanması və mətnlərinin orjinalına sadiq qalaraq təqdim edilməsi olub. Bu isə müstəqil müəlliflik hüququ yaratmır və üçüncü şəxslər həmin materiallardan istifadə etməkdə sərbəstdirlər. Müəlliflik hüququ yalnız orjinal ifadə tərzinə aiddir, faktlar və məlumatlar isə sərbəst şəkildə yayıla bilər. Məsələn: elmi məqalələr, tarixi hadisələr və ya əbədi əsərlərin köhnə versiyalarını toplamaq və çap etmək, həmin məlumatlara müəlliflik hüququnu qazandırmır və s.

75. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, müəlliflik hüququnun əsas məqsədi yaradıcıları qorumaq və onların orjinal işlərini icazəsiz istifadədən müdafiə etməkdir. Lakin eyni zamanda, ictimaiyyətin bədii və elmi irsə çıxışını məhdudlaşdırmamaq üçün müəyyən qaydalar tətbiq olunur. Əgər məhkəmə, iddiaçının müəlliflik hüququnun müdafiəsinə dair iddiasını qəbul etsəydi, bu ictimai domenə daxil olan əsərlərin azad istifadəsini məhdudlaşdıra bilərdi.

76. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı nə birinci, nə də apellyasiya icraatı zamanı Aşıq Valehin portretinin rəssam X4 tərəfindən məhz iddiaçının sifarişi və maliyyə vəsaiti he sabına çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər.

77. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2(103)-1175/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar