Məhkəmə qərarları › İş №2(102)-1835/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1835/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1835/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı, X4 və X3 xxxxxxxxMTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi ilə əlaqədar ödənilmiş pulun qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2429/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kas sasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xxxxMTK-nın direktoru X2 və “xxxx” adlandırılacaq X8 arasında bağlanmış 16 iyul 2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən X-cü km-də özünə məxsus xxxxyaşayış kompleksində bina 2, 1-ci blokunda 10-cu mərtəbədə, 88,60 kvadrat metr ümumi sahəsi olan 54 saylı mənzili xxxxya satmağı, xxxx isə bu müqavilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi, satıcı isə əmlakı tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, xxxx isə əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini 240 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 97372,00 manat təşkil etm işdir. Həmin müqavilənin 2.2-ci maddəsində göstərilmişdir ki, “xxxx” bu müqavilədə göstərilən məbləğin 4000 manat məbləğdə hissəsini beh şəklində əvvəlcədən, qalan 93372 manat məbləği isə hissə-hissə olmaqla 240 ay müddətində hər ay ayın 16-na kimi ödəniş cədvəlinə müvafiq olaraq ödənilməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, X8 almış olduğu mənzilin dəyərindən 4000 manat məbləğində beh ödəmişdir. Hazırkı tələbində birgə iddiaçılar xxxxMTK-dan yuxarıda qeyd edilən müqavilə üzrə ödənilmiş 4000 manat pulu, mənzilin təmirinə çəkilmiş xərc kimi 1500 manat pul və mənəvi zərərə görə 2000 manat pul tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı, X9 və X8 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddialarını onunl a əsaslandırmışlar ki, onlar 2016-cı ildə mənzil şəraitini yaxşılaşdırmaq üçün ilkin ödəniş etməklə Xcü kilometrliyində yerləşən xxxxMTK-nın tikdiyi yaşayış massivindən mənzil almaq qərarına gəlmişlər. Bununla bağlı X3 adına xxxxMTK ilə müqavilə bağlanılmışdır. 10000 manat ilkin ödəniş ödənilməli idi, lakin imkanları olmadığından 4000 manat ödəniş edilmiş, qalan pul isə 10 gün ərzində ödənilməli idi. Lakin sonradan pul tapmadıqlarına görə qalan pulu ödəyə bilməmişlər. Həmin mənzildə 1500 manatlıq təmir işi gördürmüşlər. Bir müddət sonra “Cavabdeh» MTK-nın işçisi İlhamə xanım həmin mənzili başqa şəxsə satacaqlarını, buna görə müqaviləni pozmalı olduqlarını və pullarını onlara geri qaytaracaqlarını bildirmişdir. X1 adına bağlanmasına baxmayaraq şirkət müqaviləni onun iştirakı olmadan pozmuşd ur. Belə ki, onlar məsələni aydınlaşdırmaq üçün şirkətə getmiş, şirkətdə onlara guya şirkətə ziyan vurduqları üçün ödədikləri 4000 manat puldan 900 manat tutulacağını və onlara ümumilikdə 3100 manat pul qaytarılacağı bildirilmişdir. Müqaviləni pozsalar da, ödədikləri pulu onlara tam qaytarmaq istəmədiklərinə görə şirkətdən pullarını götürməmişlər. Müqaviləni isə xxxxtərəf onlardan almışdır. Onların əlində həmin alqı-satqı ilə bağlı ödədikləri 2000 manat beh ödəniş qəbzindən başqa heç bir sənəd qalmamışdır. xxxxMTK-ya dəfələrlə etdikləri şifahi şikayətlər cavabsız qalmış və onların şikayətlərinə məhəl qoyulmamışdır. Bu hal onların ağır mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Ona görə də, xxxxxxxxMTK-dan iddiaçıların xeyrinə 4000 manat mənzil üçün ödənilmiş pul, 1500 manat mənzilin tə miri üçün xərclənən pul və mənəvi zərərə görə 2000 manat, cəmi 7500 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı vəsatəti əsasında birinci instansiya məhkəməsinin 13.07.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2018-ci il tarixli rəyindən görünür ki, X-cü km-də özünə məxsus xxxxyaşayış kompleksində bina 2, 1-ci blokunda 10-cu mərtəbədə, 88,60 kv.m ümumi sahəsi olan 54 saylı mənzildə iddiaçılar tərəfindən aparılmış təmirin dəyəri 469 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 03 oktyabr 2018-ci il tarixli, 2(012)1254/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı, X4 və X3 xxxxCavabdehxxxx“Cavabdeh”MTK-dan ödənilmiş 4.00 0 manat puldan həmin məbləğin 25 faizi-1.000 manat çıxılmaqla 3.000 manat hissəsinin və mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pulun və mənəvi zərərə görə 200 manat məbləğində pulun və iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3.699 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı, X4 və X3 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 xxxxMTK-nın X-cü km-də özünə məxsus xxxxyaşayış kompleksində bina 2, 1-ci blokunda 10-cu mərtəbədə, 88,60 kv.m ümumi sahəsi olan 54 saylı mənzili almış və iki dəfəyə 4000 manat məbləğində pulu ödəmiş, mənzildə təmir işlərinə başlamış, lakin sonradan ödəmə apara bilmədiyinə görə xxxxŞirkətinin İlhamə adlı işçisi müqavilənin pozulduğunu, mənzilin başqa şəxsə satılacağını, iddiaçının ödədiy i pulu geri qaytaracağına söz verərək müqaviləni onlardan almış, lakin mübahisəli mənzil başqa şəxsə satılsa da ödənilən pul onlara qaytarılmamışdır. Halbuki müqavilənin 4.5-ci bəndində göstərilir ki, əgər müqaviləyə xitam verilərsə, əmlak başqa şəxsə satıldıqdan sonra “xxxx tərəfindən ödənilmiş məbləğin 25 (iyirmi beş) faizi “Satıcı" tərəfindən tutularaq, qalan məbləğ “xxxx”ya tərtib ediləcək qrafik əsasında geri qaytarilir. Məhkəmə iddiaçıların cavabdehdən 4000 manat məbləğində mənzil üçün ödənilmiş pul vəsaitinin tələb edilməsi hissəsinə qiymət verərkən qeyd etmişdir ki, iddiaçıların mənzilə görə apardığı 4000 manat ödənişin xxxxxxxxŞirkəti tərəfindən beh alandırılması məhkəmədə şübhə yaratdığı üçün həmin ödənişin avans kimi sayılmasını məqsədəuyğun saymaqla hesab etmişdir ki, iddia həm in hissədə qismən təmin edilməli, iddiaçı X3 xxxxxxxxŞirkətinə ödədiyi 4000 manat puldan həmin məbləğin 25 faizi-1000 manat çıxılmaqla 3000 manat hissəsi iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın 1500 manat məbləğində mənzilin təmiri üçün xərclənən pul tələbinə dair hissəsinə qiymət verərkən hesab etmişdir ki, xxxxxxxxŞirkətindən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 28 avqust 2018-ci il tarixli rəyi ilə müəyyən edilmiş 469 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə cavabdehdən 2000 manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçılara xxxxtərəfindən ödənilən pulun qaytarılmaması nəticəsində iddiaçıların psixoloji əzab və mənəvi sarsıntı keçirməsi ilə bağlı dəlilləri əsaslı hesab olunmalıdır. Məhkəmə, işin hallarını, hüquq pozuntusunun tanındığını və buna görə müəyyən edilən kompensasiyanın məbləğini nəzərə alaraq, xxxxxxxxŞirkətindən 200 manat mənəvi ziyanın iddiaçıların xeyrinə tutulmasını ədalətli və ağlabatan hesab etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3, 21.1, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, xxxxxxxxMTK-nın nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya instansiyası məhkəməsinin 08.05.2019-cu il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2019-cu il tarixli 19756 saylı rəyi ilə müəyyən edilmişdir ki, xxxxMTK ilə X8 arasında bağlanmış AB02M54 nömrəli, 16 iyul 2016-cı il tarixli yaşayış evinin alqı-satqısı haqqında müqavilədə “xxxx” qrafasındakı imza – X8 tərəfindən icra olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elman Rəhimov) 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və xxxxxxxxMTK-nın verdiyi apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi – “iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu xxxx”Cavabdeh” MTK-dan iddiaçılar İddiaçı, X9 və X3 xeyrinə tutulması” hissədə dəyişdirilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumunun 14,79 manat hissəsi xxxxxxxxMTK-dan alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamə “xxxx“Cavabdeh” MTK-dan ödənilmiş 4000 manat puldan həmin məbləğin 25 faizi-1000 manat çıxılmaqla 3000 manat hissəsi, mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pul və mənəvi zərərə görə 200 manat məbləğində pulun iddiaçılar İddiaçı, X9 və X3 xeyrinə tutulması” hissədə dəyişdirilmədən saxlanılmışdır. Ekspertiza tədqiqatının cəmi dəyəri 227 manat məbləğində pul vəsaitinin 177,68 manatının İddiaçı, 49,32 manatının isə xxxxxxxxMTK-dan alınıb dövlət büdcə sinə köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “Cavabdeh" MTK-nın İlhamə adlı işçisi müqavilənin pozulduğunu, mənzilin başqa şəxsə satılacağını, iddiaçının ödədiyi pulun geri qaytarılcağına söz verərək müqaviləni iddiaçılardan almış, mübahisəli mənzil başqa şəxsə satılsa da, ödənilən pul onlara qaytarılmamışdır. Tərəflər arasındakı 16 iyul 2016-cı il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əsasən ləğv olunduqdan sonra, 3-cü şəxsə satılmalı olduğu halda, ləğv olunmamış xxxxtərəfindən həmin mənzil iddiaçının iradəsinə zidd olaraq 3-cü şəxsə satılmış¸ bu hərəkəti ilə xxxxöz üzərinə düşən vəzifəni qanuni əsaslarla yerinə yetirm əmiş, nəticədə iddiaçı tərəfin hüquq və vəzifələri pozulmuşdur. Ona görə də, iddiaçı X3 xxxxxxxxşirkətinə ödədiyi 4000 manat puldan həmin məbləğin 25 faizi - 1000 manat çıxılmaqla 3000 manat hissəsi iddiaçılara qaytarılmalıdır. Bundan əlavə iddiaçı tərəfindən mübahisəli mənzildə aparılmış təmirin dəyərini müəyyən etmək üçün məhkəmə texniki-tikinti ekspertizası keçirilmiş, ekspert rəyi ilə iddiaçılar tərəfindən mübahisəli mənzildə aparılmış təmirin dəyərinin 469 manat olduğu müəyyən edilmişdir. Məhkəmə mənəvi ziyanın tutulması ilə bağlı hissədə qeyd etmişdir ki, iddiaçılar Cəbrayıl rayonundan məcburi köçkün olub, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər və hazırkı mübahisə ilə bağlı olaraq pozulmuş hüquqlarının bərpası üçün müxtəlif təşkilatlara çoxsaylı müraciətlər etməklə, xxxxtərəfin hər əkət və hərəkətsizliyi nəticəsində uzun müddət mənəvi sarsıntı və iztirablara məruz qalmışlar. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 399.1, 399.2, 491.1, 491.2, 491.3, 421.1, 423.1, 424.5, 157.7, 1091.1, 1091.2, 1096.1, 1108.1, 21.1, 23-cü maddələrinə istinadla əsaslandırmışdır. xxxxxxxxtərəfindən kassasiya şikayəti verilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Abiddin Hüse ynov və Elşad Şamayev) 29 iyun 2020-ci il tarixli, 2(102)-2199/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-722/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən (iddia tələbinin təmin edilən) hissələrdə ləğv edilmiş və iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr iddiaçılar İddiaçı və Akif Quliyevin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olub-olmasına qiymət verməmişlər. İşdən görünür ki, xxxxMTK ilə müqavilə münasibətləri iddiaçılardan Göyçək Əsədova ilə yaranmış, xxxxtərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən 4000 manat pulun iddiaçı Göyçək Əsədova tərəfindən ödənilməsi müəyyən edilmişdir. Mübahisəli mənzildə aparılmış təmir işlərinin kimin vəsaiti hesabına aparılması isə müəyyən edilməmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi “Cavabdeh” MTK-dan ödənilmiş 4000 manat puldan həmin məbləğin 25 faizi - 1000 manat çıxılmaqla 3000 manat hissəsinin və mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pulun və mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı, X4 və X3 xeyrinə tutulmasını qət etmişdir. Məhkəmələr ödənilmiş 4000 manat puldan 3000 manatının qaytarılmasını qət edərkən tərəflər arasında bağlanmış müqavilənin 3.1.2.3, 4.1, 4.3 və 4.5-ci bəndlərinə istinad etmişlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəf lər arasında yazılı şəkildə beh müqaviləsi bağlanmadığından ödənilmiş pul beh kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, “xxxx bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 4000 manat hissəsini beh şəklində əvvəlcədən, qalan 93.372 manat məbləği isə hissə-hissə olmaqla 240 ay müddətində hər ay ayın 16-na kimi bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə müvafiq qaydada ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1, 491.1 və 491.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, beh müqaviləsi yazılı formada bağlanmalıdır və müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında ba ğlanmış müqavilədə ödənilmiş 4000 manat pulun beh kimi ödənilməsi qeyd edilmiş, bu barədə maliyyə arayışında da həmin məbləğin beh kimi ödənilməsi öz əksini tapmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mənzilin təmirinə çəkilmiş xərcin qaytarılması barədə məhkəmələrin gəldiyi nəticəni də işin hallarına uyğun hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbin qismən təmin edərkən ekspert rəyinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsinin iclasında dindirilmiş ekspert X5 göstərmişdir ki, mübahisəli mənzilə baxış keçirməmiş, hər iki tərəfin razılığına əsasən xxxxyaşayış kompleksində inşa edilmiş 1-ci blokun dördüncü mərtəbəsində yerləşən, 54 saylı mənzil ilə analoji (eyni) iki otaqlı mənzilə baxış keçirilib ölçü işləri aparılmış və müvafiq rəy verilmişdir. Həmin vaxt tərəflərin başqa tələbləri və təklifləri olmamışdır. Apelyasiya instansiyası məhkəməsi mənzilə baxış keçirilmədən həmin mənzilə çəkilmiş xərcin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin əsaslı olub-olmamasına qiymət verməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd etmişdir ki, həmin tələb digər tələblərlə bağlı olduğundan işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi həmin tələblərə hüquqi qiymət verdikdən sonra mənəvi ziyanla bağlı tələbə qiymət verməli, cavabdehin təqsirli və ya hüquqazidd əməlləri təsdiq olunduğu və bu əməllərin iddiaçıya hər hansı mənəvi ziyan vurduğunun təsdiq olunduğu halda həmin tələbi hüquqi qiymət verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1, 491.1, 491.2, 385.1, 386.1, 442, 492.2-cİ maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abbasov sədrlik edən və məruzəçi, Səyyad Qafari və Telman Məmmədov) 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə xxxxxxxxMTK-nın apelyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(012)-1254/2018 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, iddiaçılar İddiaçı, X4 və X3 xxxxxxxxMTK-ya qarşı pul tələbinə dair iddialarının təmin edilməməsinə dair yeni qətnamə qəbul edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali məhkəməsinin iş üzrə göst ərişlərini nəzərə alaraq hesab etmişdir ki, işə baxan məhkəmə iddiaçılar İddiaçı və Akif Quliyevin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olubolmasına düzgün qiymət verməmişdir. İşdən görünür ki, “Cavabdeh" MTK ilə müqavilə münasibətləri iddiaçılardan yalnız Göyçək Əsədova ilə yaranmış, xxxxtərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən 4000 manat pulun iddiaçı Göyçək Əsədova tərəfindən ödənilməsi müəyyən edilmiş, lakin müahisəli mənzildə aparılmış təmir işlərinin kimin vəsaiti hesabına aparılması isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Ko nstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Tərəflər arasında bağlanmı ş müqavilədə ödənilmiş 4000 manat pulun beh kimi müəyyən olunması qeyd edilmiş, bu barədə maliyyə arayışında da həmin məbləğin beh kimi qəbul edilməsi öz əksini tapmışdır. Beləliklə də, birinci instansiyası məhkəməsinin tərəflər arasında yazılı beh müqaviləsinin bağlanmaması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflər arasında bağlanmış 16 iyul 2016-cı il tarixli alğı-satqı müqaviləsinin 3.1.2.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsi ləğv olunduğu halda, xxxxMTK-nın bu müqavilənin 4.3-cü bəndində nəzərdə tutulan qaydada cərimə tutmaqla, müştərinin qalıq pulunu hazırlanmış cədvəl əsasında geri qaytarmaq vəzifəsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin, öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar. Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən ilk ödəmədə “xxxx” tərəfindən 20 gün müddətinə, sonrakı ödəmələr 60 gündən artıq yubadılarsa, müqaviləyə əsasən nəzərdə tutulmuş cədvəldən az məbləğdə ödənişlər olduğu halda, MTK hazırki müqaviləni birtərəfli qaydada pozmaq hüququnu öz üzərində saxlayır. Bu halda, “xxxx” tərəfindən MTK-ya ödənilmiş məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra 4.4-cü maddədə nəzərdə tutulan cərimələr tutularaq 4.5-ci maddə nəzərə alınmaqla qaytarılır. Yenə həmin müqavilənin 4.5-ci bəndinə əsasən əgər müqaviləyə xitam verilərsə, əmlak başqa şəxsə satıldıqdan sonra, “xxxx” tərəfindən ödənilmiş məbləğ in 25 faizi “Satıcı” tərəfindən tutularaq, qalan məbləğ “xxxx”ya tərtib ediləcək qrafik əsasında geri qaytarılır. Göründüyü kimi, müqavilənin qeyd edilən bəndləri alqı-satqı müqaviləsi ləğv olunduğu halda cərimə tutulmaqla müştərinin ödədiyi qalıq pulunun qaytarılması şərtlərini tənzimləyir. Hazırki işin mübahisələndiriləməyən halları ilə müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə razılaşdırılmış məbləğdən ödəniş edə bilmədiyinə, yəni müqavilə üzrə razılaşdırılmış öhdəlikləri yerinə yetirmədiyinə görə müqavilə ləğv edilmişdir və bu halı iddiaçılar da mübahisələndirməmişlər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ödənilmiş behin qaytarılması ilə bağlı münasibətləri Mülki Məcəllə tənzimləyir. Belə ki, Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tər əf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Məhkəmə kollegiyası iddia tələbinin mənzilin təmirinə çəkilmiş xərcin qaytarılması barədə məhkəmənin gəldiyi nəticəni də işin hallarına uyğun hesab etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbin qismən təmin edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2018-ci il tarixli rəyinə əsaslanmışdır. Lakin ekspert rəy verərkən mübahisəli mənzilə baxış keçirilməmişdir. Məhkəmə isə ekspert qarşısında məhz mübahisəli mənzilin təmirinə çəkilmiş xərcin məbləği ilə bağlı sual qoymuşdur. Birinci instansiya məhkəməsi mənzilə baxış keçirilmədən həmin mənzilə çəkilmiş xərcin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin əsaslı olub-olmamasına qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin təmiri müxtəliflik baxı mından (material, usta haqqı) konkret məfhum deyil və buna görə də ona çəkilən xərc də sabit məbləğdə olmur. Bu baxımdan digər mənzilin təmirinə çəkilən xərci mübahisəli mənzilə tətbiq etmək yolverilməzdir. Digər tərəfdən, işin daha öncə sadalanan hallarından göründüyü kimi, iddiaçılar tərəfindən mənzildə təmir işləri özbaşına, müqavilə şərtlərini pozmaqla aparılmışdır. Belə olan halda, məhkəmə kollegiyası ümumiyyətlə bu barədə tələbini əsassız hesab edir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, həmin tələb digər tələblərlə (ilkin ödənilmiş vəsaitin və təmirə çəkilən xərclərin qaytarılması) bağlı olduğundan və həmin tələblər əsassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəfindən kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar digər instansiyalarda işə baxılan zaman da xxxxtərəfindən təqdim edilmiş müqavilənin mənzili alan zaman tərəflərindən imzalanan müqavilə olmadığını qeyd etmişlər. Yəni, müqavilənin vərəqləri xxxxtərəfindən dəyişdirilmişdir. Son vərəqdə imza olduğu üçün həmin vərəq saxlanılmış, amma müqavilənin digər vərəqləri saxtakarlıq edilərək başqaları ilə əvəz edilmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə qərar verərkən bu arqumentə dair heç bir hüquqi əsas qeyd etməmişdir. Ümumiyyətlə vərəqlərin dəyişdirilmə ehtimalı mə hkəmə tərəfindən araşdırlmamışdır. Mənzili alan, iddiaçılardan biri olan X3 imzası müqavilədə yalnız son vərəqdədir. Halbuki, müqavilənin hər vərəqi imzalanmalı idi. Bu hal müqavilənin vərəqlərinin dəyişdirilməsini xxxxüçün asanlaşdırmışdır. Müqavilənin dəyişdirilməsini xxxxtərəfindən məhkəməyə təqdim edilən nüsxənin 2.1-ci bəndindəki yanlışlıqlar da təsdiq edir. Belə ki, iddiaçılar alqı-satqı ilə alınan mənzilin ümumi dəyəri 97.372 manat məbləğində idi. Amma təqdim edilmiş müqavilənin 2.1-ci maddəsində dəyərin sözlə yazılan hissəsində mənzilin dəyəri səksən dörd min səksən iki manat olaraq göstərilmişdir. Bu vərəqlərin dəyişdirilən zaman cavabdehin gözündən yayınmış haldır. Bu nöqsan müqavilənin vərəqlərinin dəyişdirilməsini tam sübut edir. Məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. xx xxtərəfindən təqdim edilmiş müqavilənin 3-cü vərəqinin son ifadəsi ilə 4-cü vərəqinin ilk ifadələri arasındakı fərqlər müqavilənin vərəqlərinin dəyişdirildiyini tam sübut edir. Məhkəmə bu hallara diqqət yetirməmişdir. Vərəqlərin yazı ölçüləri (parametrləri) arasında da ciddi fərqlər vardır. Müqavilənin 1-ci vərəqi ilə digər vərəqlərinin parametrindəki fərqi adi gözlə də müşahidə etmək mümkündür. Bu hal da vərəqlərin dəyişdirildiyini təsdiq edir. Bu arqumentlərin heç biri məhkəmə tərəfindən araşdırılmamış və onların heç birinə hüquqi münasibət bildirilməmişdir. Müqavilənin vərəqlərinin dəyişdirilib-dəyişdirilməməsinin yoxlanılması üçün ekspertiza keçirilməsi xahiş edilmişdir, lakin keçirilmiş ekspertiza ilə müqavilədə olan imzanın həqiqiliyini yoxlamışdır. Halbuki, imza ilə bağlı hər hans ısa arqument irəli sürülməmişdir. Müqavilənin son vərəqi, imza olan vərəqi dəyişdirilmədiyi üçün imzanın həqiqiliyi təsdiq edilmişdir. Amma müqavilənin vərəqlərinin fərqli olub-olmaması yoxlanılmamışdır. Apellyasiya instansiyası iş üzrə bəzi halları da təhrif etmişdir. Belə ki, xxxxtərəfindən bizə verilmiş, sonradan bizim də məhkəməyə təqdim etdiyimiz qəbzləri behin ödənilməsinə dair qəbz kimi göstərmişdir. Məhkəmə bu qəbzlərin beh ödənişinə dair olması kimi qiymətləndirməsi ümumiyyətlə qanunsuzdur. Qəbzdə yalnız məbləğ, ödənişi qəbul etmiş şəxsin imzası vardır. Bu ödənişləri beh ödənişi kimi qəbul etmək üçün heç bir əsas yoxdur. Alqı-satqı müqaviləsi bağlanıldıqdan, ilkin ödəniş və sonrakı 2000 manat ödənildikdən dərhal sonra mənzilə dair açarlar təqdim edilmişdir. Mənzilə dair açarların bizə verilməsi həyata keçirilmiş ödənişin beh olmadığını, mənzilin alqı-satqısına dair ödəniş olduğunu tam təsdiq edir. Lakin, Apellyasiya Məhkəməsi bu halları nəzərə almamdan qətnamə qəbul etmişdir. Mənzilin təmirinə dair çəkilmiş xərclərə dair məhkəmə həqiqəti aşkar etmək üçün yenidən ekspertizanın keçirilməsini təmin edə bilərdi. Əsaslandırılmış ekspert rəyindən sonra iddianın bu hissədə təmin edilib-edilməməsinə dair qətnamə qəbul edilə bilərdi. Lakin Məhkəmə bu addımları atmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiy a instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılam hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya məhkəməsi İddiaçı iddia tələbini onun iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması əsası ilə rədd etmişdir. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərin in məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və xxxxtərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun xxxxtərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşdən görünür ki, İddiaçı mübahisənin predmetini təşkil edən müqavilənin tərəfi deyil. “Cavabdeh" MTK ilə müqavilə münasibətləri iddiaçılardan yalnız Göyçək Əsədova ilə yaranmış, xxxxtərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən 4000 manat pulun iddiaçı Göyçək Əsədova tərəfindən ödənilməsi müəyyən edilmiş, lakin mübahisəli mənzildə aparılmış təmir işlərinin kimin vəsaiti hesabına aparılması isə müəyyən edilməmişdir. Belə olan halda, İddiaçı həmin müqavilə üzrə ödənilmiş pulun qaytarılmasını, təmirə çəkilmiş məbləğin tutulmasını tələb etmək hüququ olmadığına görə onun kassasiya şikayətində müqavilənin saxtalığı və ödənişin beh kimi ödənilməməsi və s.barədə dəlillərə istinad etməsi əsassızdır və həmin məsələlər yalnız müqavilə tərəfi olan G.Əsədova tərəfindən mübahisələndirilə bilər. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı iddia tələbinin rədd edilməsi hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2429/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar