Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1836/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim İ.Abbasova) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh LPO İddiaçı ASCyə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), R.Eyvazov və F.Talışinski, 2(103)15579/2019 saylı mülki iş) hazırki iş üzrə akı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)50/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosessində olan İddiaçı ASC-si Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmı ş xx xxxxx 2013-cü il tarixli, xx xxxxxx 2013-cü il tarixli, xx xxxxxx 2013-cü il tarixli müqavilələrinə əsasən yaranmış borcunun və girov qoyulmuş Cavabdeh məxsus qızılzinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək, xx xxxxxx 2012-ci il tarixli, 259-12/Q saylı, xx xxxxxx 2012-ci il tarixli, 240-12/Q saylı, xx xxxxxx 2012-ci il tarixli, 221-12/Q saylı, xx xxxx 2012-ci il tarixli, 230-12/Q saylı, xx xxxx 2012-ci il tarixli, 155- 12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş – 661,7 qr. 750 əyyar və 3136,73 qr. 583-585 əyyar qızıl-zinət əşyalarının və ya dəyərinin hesablanaraq LPO İddiaçı ASC-dən alınıb ona ödənilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını, qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan ba xılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh LPO İddiaçı ASC-yə qarşı irəli sürdüyü iddia əmlakın alınmasına (qızıl əşyalarının və ya onların dəyərinin hesablanaraq ödənilməsinə) dair kreditor tələbidir. İddiaçı ASC-nin ləğv prosesində olması və iflas proseduruna başlanılması isə mübahisəsizdir. Ləğv prosesində olan banka qarşı pul və əmlak tələbinə isə mülki mühakimə icraatında baxılması mümkün deyil. “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından ban kın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur və banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məh kəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mülki iş üzrə icraata Cavabdeh qarşılıqlı iddia tələbinə aid hissədə xitam verməsi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara pr osessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1836/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1836/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver