Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1836/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı xxx Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1836/21 (Açar sözlər: borc tələbi, iddia müddəti) Bakı şəhəri, 03 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı xxx, cavabdeh xxx iştirakı ilə, İddiaçıxxx Cavabdeh xxxqarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(105)-2641/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı xxx kassasiya şikayətinə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xxx arasında bağlanmış 26.08.2011 -ci il tarixli, 169 saylı müqaviləsinə əsasən Cavabdeh 8 ay müddətinə, illik 28% ödəmək şərti ilə 4300 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh öhdəliklərini icra etməyib. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı xxx iddia ərizəsi Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 4120 manat əsas, 1227.27 manat faiz borcu, 2008.42 manat kredt müqaviləsi üzrə müddət bitdiyi vaxtdan sonra hesablanmış faiz borcu və 5818.30 manat cərimə borcu olmaqla, cəmi 13173.99 manat məbləğin də kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir.
4. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1 və 739.1-cü maddələrinə istinad etmişdir.
5. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4835/2018 nömrəli, 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4120 manat məbləğində əsas borc, 1227,27 manat faiz borcu, 2008,42 manat kredit müqaviləsi üzrə müddət bitdiyi tarixdən sonra hesablanmış faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 7405,69 manat məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin tutulub ləğv prosesində olan İddiaçı xxx xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Azər İsmayılov )
6. Birinci instansiya məhkəməsi işin müəyyən etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçı bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
7. Birinci instansiya məhkəməsi dəbbə pulunun tənasübsüz surətdə yüksək miqdarda hesablandığını nəzərə alaraq dəbbə pulunu azaltmışdır.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 425.1,427.3, 428.4, 448.1, 448.2, 743, 739.1, 739.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelly asiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, krediti cavabdeh götürməmişdir.
11. Cavabdeh “xxxx” ASC-nin digər 63 nəfər işçisi ilə birgə əmək haqqı kartlarının alınması məqsədilə 2011-ci ildə İddiaçı ASC-nin “Binəqədi” filialında olmuş və bir sıra sənədləri imzalamışlar. Bank tərəfindən keçən müddət ərzində ona heç vaxt xəbərdarlıq edilməmiş, borc barədə hər hansı məlumat verilməmişdir. Bundan başqa, hazırkı mübahisə üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsində iş tirakı təmin olunmadığı üçün etirazını bildirə bilməyib.
12. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verib və ərizəsini onunla əsaslandırıb ki, iddia müddətinin axımı konkret müqavilənin bitdiyi tarixdən, yəni 26 aprel 2012-ci ildən başlamışdır. Birinci instansiya məhkəməsində iştiakı təmin edilmədiyi üçün iddia müddətinin tətbiq olunmasına dair ərizə verə bilməmişdir
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2641/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4835/2018 saylı, 11 iyun 2018- ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 16 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı xxx tutularaq Cavabdeh ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir. (hakimlər Şəmsəddin Abbasov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Telman Məmmədov)
14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 26 avqust 2011-ci il tarixdə 169 saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsi imzalanmış və İddiaçı ASC tərəfindən Cavabdeh illik 28 %-lə 8 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. Kredit verilməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilədə göstərilən şərtləri pozduğundan hazırda iddiaçı kredit borcunun qaytarılması barədə məhkəmədə iddia qaldırmış və hesab etmişdir ki, cavabdehin bu m üqavilə üzrə banka 4120 manat məbləğində əsas borc, 1227,27 manat faiz borcu, 2008,42 manat kredit müqaviləsi üzrə müddət bitdiyi tarixdən sonra hesablanmış faiz borcu, 5818,30 manat cərimə borcu olmaqla, ümumilikdə 13173,99 manat məbləğində borcu qalmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə və razılaşmalara əsasən, Cavabdeh həmin kredit müqaviləsi və razılaşmalar üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə et miş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir.
16. Cavabdeh tələb edilən kredit məbləğini almadığını bildirsə də apellyasiya məhkəmə onun bu dəlili ilə razılaşmayıb göstərib ki, kassa məxaric orderinə əsasən cavabdeh 26 avqust 2011-ci il tarixli, 169 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 4300 manat pulu qəbul etmişdir. Bu sənədə aldadılaraq əmək haqı kartı əvəzinə imza etdirilməsi barədə cavabdehin dedikləri ağlabatan deyil.
17. Bununla belə apellyasiya instansiyası cavabdehin iddia müddətinin tətbqi barədə ərizəsini nəzərə alaraq hesab etmişdir ki, iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir.
18. Apellyasiya instansiyası müddətin keçməsi ilə bağlı hesab etmişdir ki, tərəflər arasında kredit müq aviləsi 26 avqust 2011-ci il tarixdə 8 ay müddətinə bağlandığından, bu müddət 26 aprel 2012-ci il tarixdə bitmişdir. Mübahisə üzrə iddia müddətinin axımı müqavilənin bitdiyi tarixdən, yəni 26 aprel 2012-ci ildən başlanmışdır və belə olan halda, iddiaçı bu tələblə məhkəməyə ən geci 26 aprel 2015-ci il tarixdə müraciət etməli idi. Hazırki iddia isə məhkəməyə 13 aprel 2018-ci il tarixdə, yəni təqribən 3 ildən sonra verilmiş, iddiaçı iddia müddətini ötürmüş və nəticədə hazırda həmin müqavilə üzrə mübahisə etmək hüququnu itirmişdir.
19. Apellyasiya instansiyasına görə qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yən i iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
20. Apellyasiya instansiyası mövqeyini əsaslandırmaq üçün Mülki Prosessual Məcəllənin 373.2, 375.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı xxx kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri: iddia müddətinin axımının müqavilənin müddətinin bitdiyi tarixdən hesablanması düz olmayıb; borclu kredit öhdəliyini yerinə yetirməlidir; iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. b) Kassasiya şikayətilərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətlərinə tərəflərin yazılı etirazları daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında İddiaçı xxx kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Bağırov Abdul Madar oğlu kassasiya şikayətinin qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin i ddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Baxılan iş üzrə apellyaisya məhkəməsi düzgün nəticəyə gəlib.
30. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
31. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi 26 avqust 2011-ci il tarixdə 8 ay müddətinə bağlanıb, kredit müqaviləsinin müddəti 26 aprel 2012-ci il tarixdə bitmişdir. Mübahisə üzrə iddia müddətinin axımı müqavilənin bitdiyi tarixd ən, yəni 26 aprel 2012-ci ildən başlanmışdır və belə olan halda, iddiaçı bu tələblə məhkəməyə ən geci 26 aprel 2015-ci il tarixdə müraciət etməli idi. İddiaçı hazırki iddia ilə məhkəməyə 13 aprel 2018-ci il tarixdə, yəni təqribən 3 ildən sonra müraciət etməklə iddia müddətini ötürmüşdür.
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da diqqəti çəkir. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam veril məsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman d eyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
34. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı iddia müddəti keçməsi əsası rədd edən apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaql a qanuni və əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh e dilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).
36. Qeyd edilənlərlə əsasən məhkəmə kollegiyası iddia müddətinin axımının müqavilənin müddətinin bitdiyi tarixdən hesablanmasının düz olmaması və borclunun kredit öhdəliyini yerinə yetirməli olması barədə kassasiya şikayətinin dəlillərini Konsitusiya Məhkəməsinin qeyd edilən Qərarlardakı hüquqi mövqeyi baxımından qəbul etmir.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər – iddia müddətinin tətbiqi barədə ərizənin məhkəmə qərarı çıxarılnadək verilməsi barədə dəlilini də əsassız sayır.
38. Qeyd edilməlidir ki, iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməlidir (Mülki Məcəllə, 375-ci maddə). Lakin cavabdehin birinci instansiya məhkəməsinin iclaslarında iştirakı təmin edilmədiyi üçün ərizənin məhkəməyə təq dim edilməsi cavabdehdən asılı olmayan səbəblərdən mümkün olmamış və belə olan halda, apellyasiya məhkəməsinin həmin ərizəni qəbul etməsi düzgün olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsindəcavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şikayəti təmin edilməsin, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2641/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi iddiaçının mübahisələnd irdiyi hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.