Məhkəmə qərarları › İş №2(102)-1837/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1837/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1837/2023 31.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinə dair tələblər, mübahisələndirilən hissədə iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2(104)1053/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənimsənilmiş 9263 manatın, 250 manat dəyərində olan qızıl üzüyün, əldən çıxmış faydaya görə 2000 manatın və dövlət büdcəsinə ödənilmiş 30 manat pulun, ümumilikdə 11534 manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin (hakim Zamiq Rəsulov) 2021-ci il 20 dekabr tarixli, 2(015)-370/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Hüseynzadə Afiq (sədrlik edən və məruzəçi), Süleymanov Loğman və Həsənov İslam) 2022-ci il 13 may tarixli, 2(104)1053/2022 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiy a şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmiş, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği 5713 manat müəyyən edilmişdir. Qətnamənin nəticə hissəsində iddiaçı tərəfindən kassasiya şikayəti verilməsinin mümkün olmadığı göstərilmişdir.

4. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir.

5. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il tarixli 29 avqust tarixli, 2(104)-1053/2022 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.

6. Daha sonra iddiaçı kassasiya şikayətinin və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü 6 fevral il tarixli, 2(104)1053/2022 nömrəli q ərardadı ilə ərizə geri qaytarılmışdır.

8. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)

9. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

10. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qəra rdad qəbul edilir.

11. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

12. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

13. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

14. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkə mə kollegiyası hesab edir ki, şikayət MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermir.

17. Belə ki, şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 25 və 60-cı, MPM-in 407 və 408-ci maddələrinə formal istinadlar edilsə də, həmin normaların mübahisəyə aidiyyəti göstərilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olduğuna dair kassatorun mövqeyi əsaslandırılmamışdır.

18. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən iba rət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2).

19. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

20. Bununla yanaşı, nəzərə alınmalıdır ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələri nə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

21. Hazırkı iş üzrə iddiaçı cavabdehlərdən ümumilikdə 11543 manat pul tələb etsə də, Ağstafa Rayon Məhkəməsinin 2021-ci il 20 dekabr tarixli, 2(102)-370/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlərdən müştərək qaydada 9534 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın təmin olunmayan hissəsi apellyasiya baxışının predmetindən kənar o lmuşdur.

22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 13 may tarixli, 2(104)1053/2022 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddianın təmin edilmiş hissəsində dəyişdirilmiş, cavabdehlərdən 5713 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

23. Sonuncu qətnamədən isə iddiaçının mübahisələndirə biləcəyi hissə 5000 manatdan az, yəni 3800 manat (9534-5713) təşkil etmişdir. Buna görə də iddiaçının kassasiya şikayəti vermək hüququ olmamış və bu, qətnaməsinin nəticə hissəsində göstərilmişdir.

24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci və 408.1.5-ci maddələrinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işl ə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2(104)1053/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar