Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1838/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2800/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Kreditor L.P.O İddiaçı1 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 20.08.2014-cü il tarixli, 205918 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 32 faizlə 31 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. 20.08.2014-cü il tarixli, 205918 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış 20.08.2014-cü il tarixli, 205918 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. Ləğv Prosesində olan İddiaçı1 ASC-nin Cavabdeh1 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, 3 gün müddətində 20.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh1 20.08.2014-cü il tarixli, 205918 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş 372.09 ABŞ dolları əsas borc, 165.21 ABŞ dolları faiz borcu, 849.79 ABŞ dolları cərimə hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı1 ASC-nin xeyrinə 372,09 ABŞ dolları əsas borc, müqa vilə müddəti üçün hesablanmış 165,21 ABŞ dolları faiz, 849,79 ABŞ dolları cərimə, 13.02.2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün hesablanan 53,90 ABŞ dolları faiz olmaqla, ümumilikdə 1441,99 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin (sədrlik edən hakim Ülvi Qənbərov) 03 iyul 2020-ci il tarixli, 2(036)1337/2020 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ödəniş vaxtı məzənnədə milli valyuta ilə 372.09 (üç yüz yetmiş iki dollar doqquz sent) USD əsas borc, 165.21 (yüz altmış beş dollar iyirmi bir sent) USD faiz borcu, 10.00 (on) USD cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat pulun tutularaq iddiaçı LPO İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, kreditor LPO İddiaçı1 ASC 20.08.2014-cü 1 tarixli 205918 saylı kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtından ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. Ona görə də iddia tələbi kredit müddəti bitdikdən sonra hesablanmış faizin tutulması hissəsində təmin edilməməli, cavabdehlər, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 372.09 USD əsas borc, 165.21 USD faiz borcu tutulmalı və cə rimə məbləği əsas borcun məbləğinə mütənasib olaraq 10 USD endirilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 443.1, 445.2.1, 449.4, 461.1, 467, 472.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İmişli Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(036)-1337/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki halları üzrə heç bir araşdırma aparmamış, gəldiyi nəticə ü çün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Nüsrət Mirzəyev - sədrlik edən, məruzəçi, Qəzənfər Kərimov və Zəki Babayev) 26 noyabr 2020-ci il tarixli, 2(106)-2800/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İmişli Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(036)-1337/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edilərək tələb olunan gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 53,90 ABŞ dolları məbləğində borcu və kredit müqaviləsinə əsasən hesablanmış 849,79 ABŞ dolları məbləğində cərimə borcunu tələb etsə də, lakin həmin borc məbləğinin müəyyən edilməsi üçün iş materiallarında müvafiq olaraq nə kredit müqaviləsi, nə də zaminlik müqaviləsi öz əksini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunun 10 ABŞ dolları miqdarında müəyyən edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsasl ı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2800/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, madd i və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılm asını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəmə si şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2800/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.